Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1071/2020 20.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 hüquqi varisi X7 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)*******/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə b axaraq, MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin (hakim K.Məmmədov) xx.xx.2018-ci il tarixli, 2(076)*****/2018 nömrəli qərardadı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 hüquqi varisi X12 ilə əvəz edilməsi qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin (hakim K.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(076)****/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X1 hüquqi varisi X9 qarşı “mülkiyyətin tanınması” tələbinə dair ilk iddiasının təmin edilməməsi, iddiaçı X1 hüquqi varisi X7 cavabdehlər İddiaçı və X3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair qarşılıqlı iddiasının təmin edilərək, İddiaçı və X2 mərhum X1 mülkiyyətində olmuş ünvan1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Meh tiyev, L.Süleymanov, A.Bayramov) xx.xx.2019-cu il tarixli, 2(104)-*******/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehİddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-***/2019 saylı qətnaməsinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehİddiaçı münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh X4 qarşı “mülkiyyətin tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailəsinin mülkiyyət hüquqlarının qorunması, Şəmkir rayonunun Çənlibelə kəndində yerləşən torpaq və orada tikilmiş evə mülkiyyətinin tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 cavabdehlər İddiaçı və X3 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, cavabdehlər İddiaçı və X2 onun mülkiyyətində olan ünvan 1ində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və həmin evin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Ağayeva Rüstəmə Sədiyar qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmiş, iş üçün əhəmiyyət kəsb edən faktlar araşdırılmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)*******/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili Ağayeva Rüstəmə Sədiyar qızı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 hüquqi varisi X13 və qarşılıqlı iddia üzrə cavabdeh X6 məhkəmə iclas ına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 hüquqi varisi X7 nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-*******/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərlə və qanuni qüvvəsini almış qətnamə ilə mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin mərhum M1 mülkiyyətində olması öz təsdiqini tapmışdır. Belə ki, işdə olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)52/2018 saylı qətnaməsinin surətindən görünür ki, X1 cavabdeh X11 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X10 iddiaçı X1 mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-*******/2018 saylı qətnaməsi ilə Şəmkir rayon Məhkəməsin in xx.xx.2018-ci il tarixli, 2(076)-***/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Həmçinin iddiaçılar İddiaçı və X2 həmin torpaq sahəsini və fərdi yaşayış evinin zəbt edilməsi mübahisələndirilmir. Lakin onlar mübahisəli evdə qanuni əsaslarla yaşamalarını göstərmişlər və əsas kimi işin 6-cı səhifəsində olan xx.xx.2002-ci ildə M1 onun atası D1 evə dair etibarnaməni göstərmişlər ki, bu sənədi daşınmaz əmlakın alqı-satqısı kimi qəbul etməyə mülki qanunvericilik yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ v ə daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydada təsdiqlənməlidir. Qeyd olunanlara əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, ilk iddia üzrə iddiaçının istinad etdiyi etibarnamə daşınmaz əmlakın alqı-satqısı kimi qəbul edilə bilməz. Çünki alqı-satqının baş tutması üçün onun yazılı və notariat qaydada təsdiq olunması həmin zaman qüvvədə mülki qanunvericiliyə görə zəruri olmuşdur. Bu səbəbdən ilk iddia təmin edilə bilməz. Qarşılıqlı iddiaya münasibətdə apelyasiya kol legiyası qeyd etmişdir ki, nə qədər ki mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə İddiaçı ilə Ülviyyə Rəsulovanın qanuni əsaslarla yerləşdirilməsi müəyyən olunmamış və onlar mülkiyyətçinin ailə üzvləri olmamışlar, birinci instansiya məhkəməsi haqlı olaraq onların həmin torpaq sahəsindən və evdən çıxarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Apellyasiya şikayətinin dəlillərində İddiaçı birinci instansiya məhkəməsi tərəfindən onun valideynləri tərəfindən Möhsün Əliyevə verilmiş 25000 manat pulun məqsədinin müəyyən edilməməsini göstərsə də apelyasiya kollegiyası qeyd etmişdir ki, pulun verilməsini təsdiq edən sübutlar ümumiyyətlə məhkəmə kollegiyasına təqdim edilməmişdir. Bununla belə X8 Rəsulovaya vəsiyyətnamənin verməsi hələ mübahisəli mülkün Qaratel Rəsulovanın mülkiyyətində olmasını göstərmir və bu hal M1 mülkiy yətində olan torpaq sahəsinin və fərdi yaşayış evinin satılmasına dəlalət etmir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlillləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yoxlanılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. İlk iddiaçı kassasiya şikayətində apelyasiya kollegiyası tərəfindən iş üçün əhəmiyyətli olan halların araşdırılmamasını qeyd etsə də, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamədən görünür ki, apelyasiya kollegiyası ilk iddiaçının dəlilləri üzrə araşdırma aparmış və apardığı araşdırma nəticəsində düzgün hüquqi mövqedə olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-*******/2019 nömrəli qətn aməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1071/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1071/2020
20.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver