Məhkəmə qərarları › İş №2(102)-1072/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1072/2024

30.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1072/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilidən çıxarılma, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)6234/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfində n verilmiş kassasiya şikayətinə 30 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Mübahisə predmeti Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, A.Musayev küçəsində yerləşən dörd otaqlı ev - özbaşına tikilidir.

2. Buzovna qəsəbə bələdiyyəsinin verdiyi arayışa əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, A.Musayev küçəsində yerləşən həmin evdə qeydiyyatsız yaşayır. Cavabdeh1 iddiaçının qardaşı, Cavabdeh2 isə qardaşının arvadıdır. Sonuncu Lerik rayonunun Noda kəndində qeydiyyatdadır. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin nikahdan iki uşaqları var. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bir inci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanındakı torpaq sahəsində yerləşən 4 otaqdan ibarət tikilidən çıxarılmaqla qeyd edilən torpaq sahəsinin və 4 otaqdan ibarət tikilinin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, X1 xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna Bələdiyyəsi ərazisində Albalılıq yaşayış sahəsində yerləşən 550 kv metr torpaq sahəsini etibarnamə əsasında 3000 manat pul verməklə almışdır. Bundan sonra həmin torpaq sahəsində onun tərəfindən tikinti və abadlıq işləri aparılaraq torpaq sahəsinə hər tər əfdən hasar çəkdirmiş, hamam və tualet yerləşən 4 otaqdan ibarət ev tikmişdir. Evin bütün kommunal, yəni qaz və işıq sayğacları onun öz adınadır. Cavabdehlərin yaşamaq üçün yerləri olmadığına görə iddiaçı onlara müvəqqəti olaraq ona məxsus olan evdə yaşamağa icazə vermişdir. İddiaçı qeyd etmişdir ki, həyat yoldaşı 1-ci qrup əlildir və təcili əməliyyat olunmalıdır. Həyat yoldaşının əməliyyat olunması ilə bağlı ona pul lazım olduğuna görə o, cavabdehlərə evi təcili olaraq satmalı olduğunu bildirmiş və cavabdehlərdən onun evindən çıxıb evi ona təhvil vermələrini tələb etmişdir. Lakin cavabdehlər bunu etməkdən imtina etmişlər. Ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.

5. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, həmin torpaq sahəsində 2 ev yerləşir və həmin evlər onun qardaşının vəsaiti hesabına tikildiyi üçün qardaşına məxsusdur. O, ailə qurduqdan sonra yoldaşı Cavabdeh2 ilə kirayəyə verilmiş evdə qalmışdır. Qardaşı İsrail onun maddi vəziyyətinin pis olduğunu nəzərə alıb təxminən 2016-2017-ci illərdə onlara öz evində müvəqqəti yaşamağa icazə vermişdir. Həmin evi qardaşı tikdirmişdir. Cavabdeh2 həmin evə gəlin gəlməmişdir. Onlar orada müvəqqəti yaşayırlar. Cavabdeh2 rayonda qeydiyyatdadır. Cavabdeh məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və bu barədə yazdığı ərizəni məhkəməyə təqdim etmişdir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-2290/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələb i təmin edilərək, cavabdehlərin iddiaçıya məxsus olan ünvan 1ndəki torpaq sahəsində yerləşən 4 otaqdan ibarət tikilidən çıxarılmaları, ünvan 1ndəki torpaq sahəsində yerləşən 4 otaqdan ibarət tikilinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət olunmuşdur.

7. Məhkəmə müəyyən etmişdir ki, mübahisənin predmeti olan evə iddiaçının mülkiyyət hüququ qeydiyyat alınmasa da, ev iddiaçıya məxsusdur, cavabdehlər müvəqqəti olaraq həmin evə buraxılmışdır, hazırda iddiaçı xüsusi mülkiyyətində olan yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb edir, Cavabdeh1 iddianı etiraf edir. Cavabdeh2 hal- hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçi olan iddiaçının qanunla qorunan hüquqlarını pozur.

8. Məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlak iddiaçının faktiki sahibliyində olduğuna görə və əm lak hazırda cavabdehin qanunsuz sahibliyində olduğuna görə iddiaçı evinin özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 152.5, 157.2 və 157.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1la xx.xx.2014-cü il tarixdən rəsmi nikaha düşməklə ailə qurmuş və həmin vaxtdan bu günə kimi mübahisəli evdə yaşamışdır. Mübahisəli ev o həmin ünvana k öçdükdə tamamilə təmirsiz olmuş, məhz birgə yaşadıqları dövrdə təmir edilmiş, mətbəx, əlavə otaq və sanitar qovşağı inşa edilmişdir. Ona məxsus olan bütün əşyalar da həmin mənzildə ümumi istifadədə olmuşdur. Ailə qurduğu gündən özü, qayınatası, qayınanası, əri və sonra iki övladı ilə birlikdə həmin evdə yaşamışdır. Həmin ünvanda istifadə edilən qaz, işıq və su sayğacları qaynanasının adına olmuş, məhkəməyə müraciət etmədən öncə iddiaçı öz adına keçirilmişdir. İddiaçının özünə məxsus olan evi başqa ərazidə olmuş, o hazırkı mübahisə predmeti olan evdə heç vaxt yaşamamışdır. İddiaçı ilə Fərahimin münasibətləri pis olduğundan gəliş-gedişləri də olmamışdır. Mübahisə predmeti olan evdə iddiaçının atası Nümayəndə, onun arvadı, cavabdeh Fərahil və onun özü iki övladı ilə birlikdə yaşamışlar. Ailə münaqişəsi zəminində dava-dalaş olmuş və onu döyərək həmin mənzildən çıxarmışlar. Aldığı xəsarətlər nəticəsində xəstəxanada yatmış, əməliyyat olduqdan sonra atası onu öz evinə aparmış, polisə məlumat verildiyindən hazırda araşdırma aparılır. Ona görə də iddiaçı (onun atası olan nümayəndəsi) mənzildə olan sayğacları iddiaçının adına keçirib məhkəməyə müraciət etmişdir. Məhkəmə isə cavabdehin başqa ünvanda qeydiyyatda olmasını, digər cavabdehin iddianı etiraf etməsini və s. əsaslandırmaqla heç bir araşdırma aparmadan, çəkişmə prinsiplərini pozaraq cavabdehin iştirakını təmin etmədən, mülkiyyət hüquqlarına əsaslanaraq iddianı təmin etmişdir. Məhkəmə mülkiyyətçi deyə iddiaçını nəzərdə tutmuşdur. Halbuki, iddiaçının mülkiyyətə əsaslanan belə bir nə sənədi, nə də hüququ olmamışdır. Sahiblik əşya ya faktiki sahibliyə nail olmaqla əldə edilir. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçısı olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Məhkəmə mübahisəyə bu maddəni tətbiq etməli olduğu halda tətbiq etməmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı və onun ailəsi başqa yerdə özlərinə məxsus olan torpaq sahəsində yaşamışdır və iddiaçının ata və anası cavabdehlərlə birgə sözügedən mübahisəli evdə yaşayırlar. Məhkəmə isə yalnız iddiaçının sübutlarını araşdıraraq onlardan istifadə etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apel lyasiya instansiya məhkəməsi) 2(103)-6234/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(003)-2290/23 saylı iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə (Cavabdeh2 qarşı iddianın təmin olunmuş hissəsində) dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisə predmeti olan ev özbaşına tikili olsa da həmin ev iddiaçı tərəfindən öz vəsaiti hesabına inşa olunmaqla onun daimi yaşayış yeri olduğundan geniş mənada onun həmin evə dair əmlak hüquqları mövcud olmuş və bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə qanunun analogiyası qaydasında Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrini tətbiq etməkdə haqlı olmuşdur.

14. Cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı təqdim etdiyi sənədlərdə də iddiaçının mübahisəli ünvanda “Azəriqaz” İB tərəfindən qazdan istifadə üzrə istehlakçı kimi qeydiyyatdan keçdiyi bildirilmişdir.

15. Cavabdeh apellyasiya şikayətində evdən qovulduğunu və hazırda atası evində yaşadığını göstərmişdir. Məhkəmə kollegiyası isə qeyd etmişdir ki, cavabdeh hazırda evdə faktiki olaraq yaşamasa da, onun əşyaları evdə qalmaqda davam edir və bu da onun evdən hələ bütünlüklə çıxmadığını göstərir.

16. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, mübahisəli ev özbaşına tikili olmaqla, iddiaçı tərəfindən inşa edilmişdir. Cavabdeh2 isə 2014-cü ildə digər Cavabde h1la ailə qurduqdan sonra iddiaçı tərəfindən müvəqqəti yaşamaq üçün evə buraxılmışdır. Cavabdeh2 hazırkı mübahisəli evin tikintisi, yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı əri ilə birgə, yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməsi sübuta yetirilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterlidir və həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2, 52.1, 157.2 və 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh2 (Vəkili-Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunmasına dair və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyasında baxış zamanı tərəflərə iddianın və apellyasiya şikayətinin əsaslılığını sübuta yetirəcək dəlillərin təqdim edilməsi təklif olunmasına (iddiaçıya alqı-satqı, torpağın mülkiyyətə verilməsinə dair sərəncam və baş etibarnamə, cavabdehə isə həmin yaşayış evində yaşamasını təsdiq edəcək ərazi nümayəndəliyindən və ya bələdiyyədən arayış gətirilməsi), izahatlar alınmasına baxmayaraq, sonradan çıxışlar üçün söz verilmədən məhkəmə araşdırmasının yekunlaşdığı elan edilərək məhkəmə müşavirəyə getmişdir və qətnamə elan edilmişdir. Məhkəmənin g əldiyi hüquqi mövqe yanlış olmiuş, iş üzrə araşdırma aparılmamış, cavabdehə sübutlarını təqdim etmək və dəlillərini əsaslandırmaq üçün lazımi şərait yaradılmamış, cavabdehin qanunla qorunan hüquqları pozulmuşdur. Hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə araşdırılma aparılaraq ədalətli və əsaslı qərar çıxarılmalıdır.

20. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4, 159, 179.3-cü maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

22. Maddə 28, İİİ hissə. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, ö zünə yaşayış yeri seçə bilər.

23. Maddə 33, İ və İİ hissələr. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

24. Maddə

43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

25. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

26. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

27. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahibl ikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

28. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

29. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahi bə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

30. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

31. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

32. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və t ərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədləri ndən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırki kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

45. Belə ki, iddianı təmin edən apellyasiya məhkəməsinin qənaətinə görə mübahisəli ev özbaşına tikili olmaqla, iddiaçı tərəfindən inşa edilmişdir. Cavabdeh2 isə 2014-cü ildə digər Cavabdeh1la ailə qurduq dan sonra iddiaçı tərəfindən müvəqqəti yaşamaq üçün evə buraxılmışdır. Cavabdeh2 hazırkı mübahisəli evin tikintisi, yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı əri ilə birgə, yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməsi sübuta yetirilməmişdir.

46. İş materiallarından isə görünür ki, mübahisənin predmeti olan tikilinin yerləşdiyi ərazi Sabunçu rayonu Buzovna bələdiyyəsinin mülkiyyətindədir, tərəflərin həmin sahəyə hər hansı hüququnun olması barədə sübut yoxdur. Yalnız Cavabdeh2 evdən çıxarılmasında bilavasitə maraqlı olan iddiaçı tərəfin və digər Cavabdeh1 izahatlarına, kommunal xidlmətlər göstərilməsinə dair iddiaçının adına olan müqavilələrə istinad edən məhkəmə nəzərə almamışdır ki, mübahisəli əmlakı yerləşdiyi torpaq sahəsi Büzovna bələdiyyəsinin mülkiyyətindədir, X2 i ddiaçıya verilmiş Buzovna bələdiyyəsinin ərazisində yerləşən 550 kv metr torpaq sahəsinə dair etibarnamənin kserosurəti (i.v.10) torpağa hüququn olmasına dair sübut kimi qəbul oluna bilməz. Həmin etibarnaməni verən Südabə Kərimova adlı qadının özünün torpağa dair hər hansı sənədi mövcud deyildir, etibarnamədə göstərilən bu torpaq sahəsinin məhz hazırkı mübahisənin predmeti olan tikliini yerləşdiyi ərazi olması da müəyyən deyildir.

47. Mübahisənin predmeti olan tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, buna lazımi icazələr almadan inşa edilmişdir, özbaşına tikilidir. Belə olan halda torpaq sahəsi mülkiyyətdə, yaxud qanuni sahiblikdə və istifadədə olmadığına görə həmin tikiliyə hər hansı şəxsin, o cümlədən iddiaçının mülkiyyət hüququnun tanınması mümkün deyildir və iddiaçın ın gözlənilən mülkiyyət hüququ da istisna olunur. Bu baxımdan Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, yəni qanunun analogiyası üzrə həmin Məcəllənin 157.2 və 157.4-cü maddələrini mübahisənin həlli üçün maddi hüquq norması kimi tətbiq edən apellyasiya məhkəməsi göstərilən halları diqqətdən qaçırmış, özbaşına tikili olan əmlaka cavabdehin 2016-cı ildən etibarən faktiki sahibliyinin iddiaçının razılığı ilə olmasını, cavabdehin həmin əmlaka özbaşına sahib olmaması, həmin əmlakdan uzun müddət istifadə etdiyinə görə cavabdeh tərəfindən əmlaka artırmaların, əlavələrin, yaxşılaşdırmaların edilməsinin mümkünlüyünü nəzərə almamış, mübahisənin həlli üçün Mülki Məcəllənin əmlaka sahibliyə dair 7-ci fəslin normalarının tətbiqini nəzərdən keçirməmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, işin y uxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə almadan, təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 4 17 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6234/2023 nömrəli iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar