Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1075/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin bağlanmasına sonradan verilən razılıq, əqdin bəyənilməsi, alqı-satqı zamanı üçüncü şəxslərin hüquqlarından azad əşya verilməsi öhdəliyinin yerinə yetirilməməsinin hüquqi nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin tikilib təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1917/2022 nömrəli, 2 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti MMC (bundan sonra “cavabdeh” və ya “MMC”) arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanıb. Müqaviləyə əsasən ünvan 1 ünvanında MMC tərəfindən inşa edilən binanın birinci mərtəbəsinin A girişində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hər bir kv.metri üçün 500 manat ödəmək şərti ilə həmin əmlakın dəyəri 150000 manat müəyyən edilmiş, dəyəri ödənildikdən sonra cavabdeh əmlakın alıcıya (iddiaçı ya) heç bir qeyd-şərt irəli sürmədən təqdim etmək öhdəliyini götürmüşdür.
2. Cavabdehin 30 noyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən 300 kv.metr qeyriyaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir.
3. Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışa əsasən "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixinə qanuni təmsilçisi X12 olmuşdur.
4. MMC-nin direktoru olmuş X4 notarial qaydada təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən, o, MMC-nin mübahisəli ünvanda inşa etdiyi yaşayış binasının A girişi, 1ci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin pay hüququnun iddiaçının adına keçirilməsinə və onunla müqavilə bağlanmasına etiraz etməmişdir.
5. MMC-nin Nizamnaməsinə edilmiş və Vergilər Nazirliyi Kommersiya X15 Qeydiyyatı İdarəsi tərəfind ən 25 noyabr 2016-cı il tarixində təsdiq edilmiş dəyişikliklərə əsasən MMCnin yeganə təsisçisi, 100% pay sahibi X6r.
6. MMC-nin direktoru X12 ilə "xxxx" MMC-nin direktoru X13 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X12 MMC-də ona məxsus 100% payını X2.
7. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-132/2021 saylı hökmü ilə X12 AR CM-nin 29,178.3.2, 178.3.2, 308.2, 32.5.308.2, 32.4.312.1, 313 və 32.5.313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə tqəsirli bilinmiş və 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən H.Əsgərov ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən binada mənzillərin satışı zamanı rəhbər vəzifəli şəxsi kimi qulluq mövqeyindən istifadə edərək bir qrup şəxsə qarşı sadalanan maddələrdə nəzərdə tutulmuş cinayət hərəkətlərinə yol verdiyi üçün məhkum olunmuşdur. Həmin iş üzrə iddiaçı da zərərçəkmiş şəxs kimi tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi (sonradan tələbini dəqiqləşməsi barədə ərizə) ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə ilə onun arasında ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilən binanın birinci mərtəbəsinin A girişində, ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 30 noyabr 2017-ci il tarixli “mənzil tikintisi haqqında müqavilə”yə əsasən həmin qeyri-yaşayış sahəsinin tikilib ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizə sində "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qoyulub.
10. İddiaçı işin yuxarıda göstərilən hallarına və MMC ilə bağlanmış 30 noyabr 2017- ci il tarixli müqaviləyə istinadən iddia tələbini belə əsaslandırıb ki, ünvan 1 ünvanında MMC tərəfindən inşa edilən binanın birinci mərtəbəsinin A girişində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hər bir kv.metri üçün 500 manat olmaqla, ümumi olaraq 150000 manat pul ödəyib. MMC məbləğin tam şəkildə ödənilməsi barədə ona həmin tarixdə maliyyə arayışı vermişdir.
11. Cavabdehin maddi imkanı olmadığından binanın inşası "xxxx" MMC tərəfindən davam etdirilmişdir. 12. "xxxx" MMC tərəfindən iddiaçıya cavabdehlə bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin qanunsuz ol duğu bildirilmişdir.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cü, Mülki Məcəllənin 152.1, 178.8 və 390.1-ci maddələrinə istinad etmişdir.
14. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsi "xxxx" MMC-nin təsisçisi olmuş X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
15. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iddiya münasibətini belə izah edib ki, "xxxx" MMC-də ona məxsus olan 100% payını 23 yanvar 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi X2. Hazırda "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisi X9r. İddiaçı ilə “Hasil" MMC-nin direktoru olaraq onun arasında mənzil tikintisi haqqında 30 noyabr 2017-ci il tarixdə müqavilə bağlanmışdır. M üqaviləyə əsasən iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında MMC-nin inşa etdiyi binanın A girişinin birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri olan 150.000 manat pulu ödəmişdir. Həmin pul vəsaiti və digər payçıların da vəsaiti hesabına binanın dörd mərtəbəsi tikilmiş və sonradan X7 təhvil verilmişdir.
16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi iddiaya etiraz edib. Etirazın dəlilləri: - "xxxx" MMC-nin maddi imkanı olmadığından Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov, 39 ünvanında yerləşən binanın inşası “Fateh-2012 MMC tərəfindən davam etdirilir. "xxxx" MMC-yə məxsus həmin bina Xətai rayonunda "xxxx"xxxx"xxxx" MMC tərəfindən tikilən yaşayış binasından zərər çəkmiş sakinlərin təmin edilməsi üçün nəzə rdə tutulmuşdur. Hazırda inşa edilən binanın 182 mənzili olsa da, zərər çəkənlərin sayı 238 nəfərdir; - iddiaçının istinad etdiyi 30 noyabr 2017-ci il tarixli “mənzil tikintisi haqqında müqavilə” nə "xxxx" MMC-nin arxivində, nə də iddiaçını adı Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindən təsdiq edilən zərərçəkənlərin siyahısında heç bir məlumat yoxdur. Odur ki, "xxxx" MMC və “Birlik MMC tərəfindən tikilən yaşayış binasından zərər çəkmiş sakinlərin yerləşdirilməsi üçün təsis edilən "xxxx" MMC-nin belə bir müqavilə imzalamaq səlahiyyəti şübhə doğurur; - "xxxx" MMC-nin hüquq varisliyinin 23 yanvar 2019-cu il tarixindən "xxxx" MMC-yə keçməsi yalnız mövcud vədlərin yerinə yetirilməsi, "xxxx"xxxx"xxxx" MMC tərəfindən tikilən yaşayış binasından zərər çə kmiş sakinlərin evlə təmin edilməsi məqsədilə olmuşdur; - "xxxx" MMC-nin təsisiçisi X12 həmin MMC-də özünə məxsus olan 100% payını 23 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi X2. Hazırda "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisi X9r.
17. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2311/2019 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia təmin edilmiş, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin tikilib İddiaçı təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmiş, iddia tələbi digər hissədə təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı ilə "xxxx" MMC-nin direktoru X12 arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli “mənzil tikintisi haqqında müqavilə” yə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən binanın A girişinin birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hər bir kv.metri 500 manat olmaqla həmin əmlakın dəyəri 150000 manat şərtləşdirilmiş, cavabdehin 30 noyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən həmin qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən qalıq olmadan 100 faiz ödənilmişdir. Həmin vaxt binanın tikintisi getmiş, lakin "xxxx" MMC-nin təsisçisi X12 MMCdə özünə məxsus olan100% payını 23 yanvar 2019-cu i l tarixli alqısatqı müqaviləsinə əsasən "xxxx" MMC-nin direktoru X2. Hazırda MMC-nin direktoru X9r.
19. Birinci instansiya məhkəməsi yerli baxış zamanı binanın tikintisinin hələ də getdiyini, birinci mərtəbənin yan divarlarının hörülmədiyini, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəliyin tam yerinə yetirildiyini, cavabdehin isə təsisçinin dəyişməsi əsası ilə müqavilənin icrasından boyun qaçırmasını müəyyən etmişdir.
20. Birinci instansiya məhkəməsi qeyd edib ki, binanın təhvil-təslimində artıq 4 mərtəbə hazır idi, hansı ki, binanın tikilən hissəsi payçıların pul vəsaitinin hesabına aparılmışdır. Tərəflər arasında yaranan müqavilə qanuni və əsaslıdır. MMC-nin təsisçisinin dəyişməsi öhdəliyin icrasından imtina üçün əsas ola bilməz. Bu halda cavabdeh “Hasil" MMC-nin bununla bağlı man eçiliyi qanunsuzdur.
21. Birinci instansiya məhkəməsi onu da göstərib ki, dəfələrlə tələb edilməsinə baxmaraq cavabdeh nə məhkəmə iclasında iştirak etməyib, nə də əvvəlki payçıların qeydiyyat kitabı məhkəməyə təqdim edilməyib. Habelə "xxxx" MMC-nin 23 yanvar 2019-cu il tarixindən hüquqi varisinin "xxxx" MMC-yə keçməsi barədə də məhkəməyə hər hansı sübut təqdim edilməyib.
22. Beləliklə, birinci instansiya məhkəməsi işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlib ki, iddia tələbi qeyri-yaşayış sahəsinin tikilib təhvil verilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 152.6, 152.7, 157.2, 157.4, 178.8, 421.1, 442.1 və MPM-nin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Ap ellyasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilib, əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə işi hətərəfli araşdırmamış, iddianın əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarmışdır. İşə baxan məhkəmə iddiaçının mülahizəsinə əsasən maddi və prosessual hüquq normalarını pozmuşdur; - belə ki X12 mənzillərin qabaqcadan başqa şəxslərə satılmasını alıcılardan gizlədərək, İddiaçı ünvan 5 ünvanında "xxxx" MMC tərəfindən inşasına başlanmış binanın 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 78.4 kv.metr olan 2 otaqlı, 86 saylı mənzili 62.720 manata, 2-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 86.7 kv.metr olan 2 otaqlı mənzili 64.500 manata və 2-ci giriş, 6-cı mərtəbədə yerləşən 96.4 kv.metr sahəsi olan 3 otaqlı, 36 saylı mənzili 72.300 manata satmışdır. Ə.Hüseynovun buna səlahiyyətinin olmamasına baxmayaraq, etibardan sui-istifadə edib həmin ünvanda inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən ofisdə İddiaçı 8 avqust 2017-ci il tarixdə 62.700 manat, 31 avqust 2017-ci il tarixdə 136.800 manat pul vəsaiti almışdır. Faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq, Ə.Hüseynov "xxxx" MTK-nın möhürünü bir başa olaraq sənədlərə vurub kooperativin möhürü ilə həmin sənədləri 14 iyul və 31 avqust 2017-ci ildə İddiaçı və onun qızı Mərcanə Qürbətovanın adına rəsmiləşdirib İddiaçı təqdim etməklə ondan aldığı 199.520 manatı öz şəxsi ehtiyacları üçün xərcləmiş dir; - İddiaçı aldadıldığını başa düşərək, verdiyi pul vəsaitini tələb etdikdə ƏHüseynov ifşa olunmasının qarşısını almaq məqsədi ilə 30 noyabr 2017-ci ildə özünün direktor olduğu "xxxx" MMC tərəfindən Xırdalan şəhəri, R.Axundov küçəsi, 39 ünvanda inşa ediləcək 3 girişli yaşayış binasının A girişinin 1-ci mərtəbəsində yerləşən 300 kv.metr qeyri-yaşayış sahəsini pul vasaiti almadan saxta sənədlərlə iddiaçının adına rəsmiləşdirməklə verəcəyini yalandan vəd edərək, qeyd edilən ünvanda yerləşən Cəmiyyətin ofisində qeyri-yaşayış sahəsinin guya İddiaçı 150.000 manata satılması barədə 30 noyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışı vermiş, bununla da təkrarən vəzifə saxtakarlığı etmişdir; - xx.xx.2011-ci il tarixdə, ********** sayla qeydiyyata alınmış "xxxx" MMC-nin nizamnaməsinin 4.6- cı bəndində göstərilir ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Qanuni təmsilçilik funksiyasına malik direktor Cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır. X12 isə "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi olmuşdur. Həmçinin 23 yanvar 2019-cu il tarixdə 100% payını "xxxx" MMC-nin təsisçisi X2. Göründüyü kimi, 2017-ci ilin noyabr ayının 30-da X4 İddiaçı ilə ümumiyyətlə əqd (müqavilə) bağlamaq səlahiyyəti olmamışdır. 300 kv.metr qeyriyaşayış sahəsinin pul vəsaiti alınmadan səlahiyyətsiz şəxs, yəni H.Əsgərov tərəfindən İddiaçı vəzifə saxtakarlığı ilə, yəni rəsmi sənədlərə yalan məlumatlar daxil edilməklə satılması ilə bağlı X10 ********* saylı cinay ət işi üzrə ittiham elan edilmiş və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. - Mülki Məcəllənin 358.1-ci maddəsində göstərilir ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Bununla da maddi hüquq normaları pozulmuşdur; - bundan başqa, "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməyərək prosessual hüquq normaları da pozulmuşdur
26. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-359/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari, Telman Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətna məsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin şərtlərində cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin iddiaçıya hansı müddətə təhvil verilməsi barədə heç bir müddəa-şərt nəzərdə tutulmamış, belə bir öhdəlik götürülməmişdir. Lakin müqavilənin 5-ci bəndində göstərilmişdir ki, əmlakın dəyəri alıcı tərəfindən tam ödənildiyi tarixdə, sahə alıcıya tam şəkildə və heç bir qeyd-şərt olmadan təhvil verilməlidir. İşdən isə görünür ki, müqavilə bağlanan zaman bina tam hazır olmamışdır.
28. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, binada qeyri-yaşayış sahəsinin tikilib təhvil verilməsi müddəti tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağ labatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədə müvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. "xxxx" MMC üçün çoxmənzilli binanın tikib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağalabatan müddət təxmini olsa da, 3 il müəyyən edilə bilər. İşdən isə görünür ki, müqavilənin imzalanmasından 5 ilə yaxın zaman keçsə də, qeyri-yaşayış sahəsi hələ də iddiaçıya təhvil verilməmişdir və mübahisə də məhz bu öhdəliyin vaxtında icra edilməməsinə görə yaranmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edib ki, işin təhlili onu göstərir ki, tərəflər arasında yaranmış münasibətlər nisbətən də olsa podrat münasibətlərinə uyğun gəlir. Mübahisəli sahəni əldə et mək istəyən İddiaçı müqavilə bağlanan zaman əmlakın dəyərini tam şəkildə MMC-yə ödəmişdir. Tərəflər arasında bağlanmış müqavilə bu və ya digər şəkildə mübahisələndirilməmişdir və hazırda da qüvvədədir. Sifarişçi müqavilədən imtina etməmişdir. Lakin işdən görünür ki, "xxxx" MMC müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur. 30. "xxxx" MMC-nin qeyri-yaşayış sahəsini hər hansı müddət ərzində tikilib təhvil verilməsi barədə müqavilədə hər hansı bir şərt nəzərdə tutulmasa da, apellyasiya instansiyası məhkəməsi hesab edib ki, mübahisəli sahənin ağlabatan vaxt ərzində tikilib iddiaçıya təhvil verilməsi mümkün olmamışdır. Bununla da "xxxx" MMC tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur.
31. Apellyasiya instansiya məhkəməsi müəyyən et mişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin alınması üçün 150000 manat vəsaiti "xxxx" MMC-yə ödəmişdir. MMC isə müavilə bağlanmasından 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq həmin əmlakı iddiaçıya təhvil verməmiş, təsisçinin dəyişməsini əsas gətirərək müqavilənin icrasından imtina etmiş, bununla da İddiaçı həmin öhdəliklərin məcburi qaydada icra etməsi üçün MMC-yə qarşı məhkəmədə iddia qaldırmaq hüququ yaranmışdır.
32. X4 "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi olması, buna görə də 2017-ci ilin noyabr ayının 30-da X4 İddiaçı ilə ümumiyyətlə əqd (müqavilə) bağlamaq səlahiyyətinin olmamsı barədə apellyasiya şikayətinin dəlilin əsasız sayan apellyaisya instansiyası məhkəməsi vurğulamışdır ki, "xxxx" MMC-nin Nizamnaməsinə edilmiş və Vergilər Nazirliyi Kommersiya X15 Qeydiyyatı İdarəsi tərəfindən 25 noyabr 2016-cı il tarixində təsdiq edilmiş dəyişikliyə əsasən Cəmiyyətin yeganə təsisçisi, 100% pay sahibi X12 olmuşdur. O, MMC-də olan öz payını 23 yanvar 2019-cu il tarixdə özgəninkiləşdirmişdir. Başqa sözlə, 2017-ci ilin noyabr ayının 30-da X3 Şəmsiyyə Ağaxan qızı ilə əqd (müqavilə) bağlayarkən səlahiyyətli şəxs olmuşdur.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 421.1, 425.1, 442, 448.1, 448.2, 752.1, 759.1, 759.2-ci və Mülki Prosessual Məcəllənin 771.-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
34. Cavabdeh kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarlmasını xahiş etmişdir.
35. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuş dur: - 30 noyabr 2017-ci ildə isə "xxxx" MMC-nin Xırdalan şəhəri, R.Axundov küçəsi 39 ünvanda inşa edəcəyi 3 girişli yaşayış binasının «A» girişinin 1-ci mərtəbəsində yerləşən 300 m2 sahəsi olan qeyri-yaşayış sahəsini pul almadan H.Əsgərov İddiaçı adına rəsmiləşdirməklə, verəcəyini yalandan vəd edərək, qeyd edilən ünvandakı qeyri-yaşayış sahəsini ifşa olunmasının qarşısını almaq üçün İddiaçı satılması barədə məzmuna tamah niyyəti ilə bilə-bilə yalan məlumatı daxil etməklə saxta rəsmi sənədi, yəni müqavilə və maliyyə arayışını ona vermiş, bununla da H.Əsgərov təkrarən vəzifə saxtakarlığı etmişdir. Göstərilən qeyri-yaşayış sahəsinin qiyməti ödənilmədən İddiaçı adma rəsmiləşdirilməsi maddi hüquq normalarının və digər qeyri-yaşayış sahəsi almış alıcıların hüquqlarının pozulması ilə nəticələnm işdir; - müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. İddiaçı 300 m2 qeyri-yaşayış sahəsi üçün pul ödəməmişdir. İddiaçı "xxxx" MMC-nin Bakı şəhərində inşa etdiyi mənzilləri üçün pul vəsaiti ödəmişdir; - podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmü sübut edilmişdir ki, İddiaçı 30 noyabr 2017-ci ildə adına yalandan rəsmiləşdirilən 300 m2 qeyriyaşayış sahəsi üçün "xxxx" MMC-yə (muzd) pul ödəməmişdir. Sonuncu ancaq "xxxx" MMC-nin Bakı şəhərində inşa etdiyi mənzillər üçün pul ödəmişdir. Bu da hüquq normasının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğunu göstər ir; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı 300 m2 qeyri-yaşayış sahəsi üçün (muzd) pul ödəməmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4055/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il qərarı ilə (hakimlər X14 (məruzəçi hakim), X11 və X16 ) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-359/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv ed ilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır.
37. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasya instansiyası məhkəməsinin "xxxx" MMC-nin Nizamnaməsinə edilmiş və Vergilər Nazirliyi Kommersiya X15 Qeydiyyatı İdarəsi tərəfindən 25 noyabr 2016-cı il tarixində təsdiq edilmiş dəyişikliyə əsasən Cəmiyyətin yeganə təsisçisi, 100% pay sahibinin X4 olmasına istinad edərək, sonuncunun 30 noyabr 2017-ci il tarixli müqavilə bağlanarkən səlahiyyətli şəxs olması barədə gəldiyi nəticə qanunvericiliyə, eləcə də MMC-nin istinad olunan Nizamnaməsinə uyğun olmamışdır. Mülki Məcəllənin 91.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Mülki Məcəllənin 91-1.1 və 91-1.2-ci maddələrinə görə bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulmuş halda yaradılmış direktorlar şurası (müşahidə şurası) cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirir. Cəmiyyətin direktorlar rasının (müşahidə şurasının) yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir. Göründüyü kimi, qanunvericiliyə görə MMC-də cari rəhbərliyi kollegial və ya təkbaşına rəhbər həyata keçirir və onların yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi "xxxx" MMC-nin Nizamnaməsinin 4.6-cı maddəsinə görə də MMC-nin fəaliyyətinə cari rəhbərliyi MMC-nin icraedic i orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru həyata keçirir. Direktor MMC-nin adından vəkalətnaməsiz fəaliyyət göstərir, MMC-nin operativ idarə edilməsini həyata keçirir... MMC-nin adından əqdlər bağlayır. Qeyd edilənlər göstərir ki, X4 təsisçi olması onun MMC-nin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru olması demək deyil. X4 yalnız MMC-nin təsisçisi olması faktı onun MMC-nin adından əqdlər bağlamağa səlahiyyətli olması nəticəsinə gəlmək üçün əsas vermir. Bu səlahiyyət üçün onun həm də Nizamnaməyə uyğun olaraq MMC-nin adından təmsilçilik funksiyası olmalıdır. Buna görə də apellyasiya instansiyası məhkəməsi 30 noyabr 2017-ci il tarixli müqavilə bağlanarkən X1 şəxs olmasını onun MMC-nin qanuni təmsilçilik funksiyasına malik olan şəxs olub- olmaması kontekstində araşdırıb qiymətləndirməli idi. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində "xxxx" MMC-nin təsisçisi olmuş X4 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmü ilə CMin dələduzluq, vəzifə saxtakarlığı və sair maddələrlə məhkum olunmasına, həmin hökmlə hazırki iddiada adı keçən qeyri-yaşayış sahəsinin iddiaçıya satılmasının qanunsuz hesab edilməsinə istinad etməklə, həmin hökmü apellyasiya şikayətinə də əlavə etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmündən (İİ cild, i.v.23) görünür ki, X12 bilə-bilə yalan məlumatları daxil etməklə saxta rəsmi sənədləri – 30 noyabr 2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışını imzalayıb və hazırki iddiada adı keçən qeyri-yaşayış sahəsini iddiaçının adına rəsmiləşməsinə yalandan vəd etmişdir. (İİ cild, i.v.27) Qeyd edilən cinayət işində iddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və zərərçəkmiş kimi iddiaçıya mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir. Mülki Prosessual Məcllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apellyasiya məhkəməsi isə cavabdehin həmin dəlilinə, ümumiyyətlə, qiymət verməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündə müəyyən edilmiş işin hallarının hazırki işə aid olub-olmaması, aid olduğu halda həmin hökmün Mülki Prosessu al Məcllənin 82.4-cü maddəsinin tələbləri baxımından hazırki iş üzrə preyudisial xarakter daşıyıbdaşımamasını araşdırmamışdır. Halbuki qeyd edilən halların araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsini n vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsənzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”) Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları ə laqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-1917/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi hakim), Lətifə Məmmədova və Telman Quliyev) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.
39. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəliyin tam yerinə yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir.
40. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, H.K.Əsgərov mənzillərin qabaqcadan başqa şəxslərə satılmasını alıcılardan gizlədərək M.A.Qürbətovaya ünvan 6 ünvanda "xxxx" MMC tərəfindən inşasına başlanmış binanın 2-ci giriş 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 86 saylı mənzili 62.720 manata, 2-ci giriş 11-ci mərtəbədə yerləşən 2 otaqlı mənzili 64.500 manata və 2-ci giriş 6 mərtəbədə olan 3 otaqlı mənzilin 72.300 manata satışına həyata keçirərək buna səlahiyyətinin olmamasına baxmayaraq, etibardan sui-istifadə edib həmin ünvanda inşa edilmiş binanın ofisində İddiaçı müxtəlif vaxtlarda pul almışdır. Faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfind ən inşa edilməsinə baxmayaraq "xxxx" MTK-nın möhürünü bir başa vurub kooperativi möhürü ilə həmin sənədləri 14 iyul, 31 avqust 2017-ci ildə İddiaçı və onun qızı M.Qürbətovanın adına rəsmiləşdirərək İddiaçı təqdim etməklə ondan aldıgı 199.250 manatı öz şəxsi ehtiyatları üçün xərclənmişdir. İddiaçı aldadıldıgını başa düşərək verdiyi pul vəsaitini tələb etdikdə, H.K.Əsgərov 30 noyabr 2017-ci ildə özünün direktor oldugu "xxxx" MMC tərəfindən Xırdalan şəhəri, R.Axundov küçəsi 39 ünvanda inşa ediləcək 3 girişli yaşayış binasının A girişinin 1-ci mərtəbəsində yerləşən 300 kv.metr qeyri-yaşayış sahəsini, güya İddiaçı 150.000 manata satılması barədə 30 noyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışı verməklə yenidən saxtakarlıq etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia çı qeyri-yaşayış sahəsinin alınması üçün 150.000 manat vəsaiti "xxxx" MMC-yə ödəmişdir. MMC isə müqavilə bağlanmasından 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq həmin əmlakı iddiaçıya təhvil verməmiş, təsisçinin dəyişməsini əsas gətirərək müqavilənin icrasında imtina etmiş, bununla da İddiaçı həmin öhdəliklərin məcburi qaydada icra etməsi üçün MMC-yə qarşı məhkəmədə iddia qaldırmaq hüququ yaranmışdır.
41. Göründüyü kimi, qanunvericiliyə görə MMC-yə cari rəhbərliyi kollegial və ya təkbaşına rəhbər həyata keçirir və onların yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir. Qeyd edilənlər göstərir ki, H.K.Əsgərovun təsisçi olması onun MMC-nin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru olması demək deyil. H.K.Əsg ərovun yalnız MMC-nin təsisçisi olması faktı onun MMC-nin adından əqdlər bağlamağa səlahiyyətli olması nəticəsinə gəlmək üçün əsas vermir. Bu səlahiyyət üçün onun həm də Nizamnaməyə uyğun olaraq MMC-nin adından təmsilçilik funksiyası olmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmündən (İİ cild, i.v.23) görünür ki, X12 bilə-bilə yalan məlumatları daxil etməklə saxta rəsmi sənədləri – 30 noyabr 2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışını imzalayıb və hazırki iddiada adı keçən qeyri-yaşayış sahəsini iddiaçının adına rəsmiləşməsinə yalandan vəd etmişdir. (İİ cild, i.v.27) Qeyd edilən cinayət işində iddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və zərərçəkmiş kimi iddiaçıya mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı 300 m2 qeyri-yaşayış sahəsi üçün (muzd) pul ödəməmişdir.
42. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Mə cəllənin 91.1, 385.1,421.1, 425.1, 445.2.1, 448.1, 448.2,752.1, 759.1, 759.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 82.4cü maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 92.2.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, qeyd edilən normada göstərilir ki, “Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir”. MMC-nin nizamnaməsinin 4.6-cı bəndində qeyd edilir ki, “cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir”. Nizamnamənin 4.7-ci bəndində qeyd edilir ki, “direktor cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin adından əqdlər bağlaya bilir, və s”. Mülki işə əlavə edilmiş, AR Vergilər Nazirliyinin Kommersiya Qurumunun xx.xx.2018-ci il tarixli, **********044100 saylı dövlət reyestrindən çıxarışda qeyd edilir ki, qanuni təmsilçi X6r, (qeyd edilən çıxarış mülki işin 29-cu səhifəsindədir).Lakin məhkəmə qətnaməsinin 6-cı səhifəsinin 6-cı abzasında qeyd edilir ki, “H.K. Əsgərovun təsisçi olması onun MMC-nin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru olması demək deyil. H.K.Əsgərovun yalnız MMC-nin təsisçisi olması fak tı onun MMC-nin adından əqdlər bağlamağa səlahiyyətli olması nəticəsinə gəlmək üçün əsas vermir. Bu səlahiyyət üçün onun həm də Nizamnaməyə uyğun olaraq MMC-nin adından təmsilçilik funksiyası olmalıdır. Qeyd edilənlər məhkəmənin gəldiyi nəticənin əsassız olmasım bariz göstərir. Birincisi, MMC-nin nizamnaməsinin 4.6 və 4.7-ci bəndləri, ikincisi, Vergilər Nazirliyinin verdiyi reyestrdən çıxanşı H.K.Əsgərovun müqavilə mağlamağa səalhiyyətli olduğunu təsdiq edir. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmənin istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmünün 4-cü səhifəsinin 3-cü abzasında qeyd edilir ki, H.K.Əsgərov 15 noyabr 2016-cı il tarixindən MMC-nin direktoru olmuşdur. Lakin məhkəmə bunları nəzərə almadan belə qənatə gəlmişdir ki, H.K.Əsgərov cəmiyyətin direktoru və yaqanuni təmsilçisi deyil, yalnız təsisçisi olmuş və o təsisçi kimi MMC adından əqd bağlaya bilməzdi.
45. Mülki Məcəllənin 433.3, 529.2-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə MMC ilə iddiaçı arasında bağlanmış müqavilə üzrə iddiaçının pulu ödəməklə bağlı sübutun olmaması qənaətinə gəlimişdir. Halbuki iş materiallarında olan (mülki işin 75-ci səhifəsində) maliyyə arayışında qeyd edilir ki, “İddiaçı MMC-yə məxsus ünvan 7 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının A giriş, İ mərtəbəsində yerləşən, sahəsi 300 kvm olan qeyri-yaşayış sahəsinin dəyərini qalıq olmadan 100 faiz ödəmişdir”. İddiaçı öz öhdəliyinin onun tərəfindən icra edilməsini məhkəməyə təqdim edilmiş maliyyə arayışı ilə də sübut edir. Ödənişlə bağlı yuxarıda qeyd edilənlərdən başqa məhkəmənin istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmünün 29-cu səhifəsində qeyd edilir ki, “ H.K. Əsgərov bildirir ki, iddiaçının qohumu X17 MMC-nin inşa etdiyi binaya 180000 manat məbləğində pul qoymuşdur, həmin pulun 150000 manatının əvəzinə isə MMC-nin qeyd edilən qeyriyaşayış sahəsini iddiaçıya satmaqla onun adına rəsmiləşdirmişdir.” Qeyd edilən məhkəmə hökmündə X17 da təsdiq edir ki, “MMC tərəfindən rəsmiləşdirilən qeyri-yaşayış sahəsi üçün ödənilən pul İddiaçı aid olduğunda görə həmin qeyri-yaşayış sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir.” Beləliklə, həm maliyyə arayışı, həm də hökmdə təsdiq edilmiş ifadələr sübut edir ki, ödəniş İddiaçı tərəfindən icra edilmişdir.
46. Mülki işin materiallarından görünür ki, MMC-yə m üqavilə üzrə öhdəlik MMC tərəfindən mübahisələndirilməmişdir, tam əksinə MMC-nin əvvəlki direktoru olan H.Əsgərov birinci instansiya məhkəməsində etiraf etmişdir ki, iddiaçı müqavilə üzrə müəyyən edilmiş pay haqqını tam ödəmişdir. Bunu iş materiallarına əlavə edilən maliyyə arayışı da təsdiq edir. Hətta bu hal qeyd edilən hökmdə də öz təsdiqini tapır ki, MMC tərəfindən inşa edilən qeyri-yaşayış sahəsinin inşası da, iddiaçının vəsaiti hesabına həyata keçirilmişdir. Lakin məhkəmə bu halların heç birini nəzərə almadan belə qənaətə gəlmişdir ki, MMc müqavilə üzrə öhdəliyini yerinə yetirməməlidir. Mülki iş üzrə qeyd edilən müqavilədə MMC öhdəlik götürmüşdür ki, 300 kv.m qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməlidir. Lakin məhkəmə müqavilənin etibarsız sayılmadığı və ya müqavilənin ləğv olu nmadığı halda, MMC müqavilə üzrə öhdəliyinin icra edilməməsi qənaətinə gəlmişdir. Halbuki məhkəmənin istinad etdiyi hökmdə də, müqavilənin saxta olması faktı deyil, H.Əsgərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktı müəyyən edilmişdir, bu isə müqavilənin etibarsız olması anlamına gəlməz. Çünki müqavilənin etibarsız sayılması üçün belə bir hal Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Əgər H.Əsgərov vəzifə səlahiyyətlərindən sui-istifadə edibsə, buna görə iddiaçı əmlakından məhrum ola bilməz. Çünki o, müqavilə üzrə öhdəliyini yuxarıda qeyd edilənlərə əsasən artıq icra etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
48. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riay ət edilməsi tələb olunmur.
49. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
50. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
51. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
52. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
53. Mülki Prosessual Məcəllə
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
61. Maddə 418.1. Maddi və p rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
63. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməl i, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
67. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni iki halla əsaslandırmışdır: müqavilə bağlanarkən cavabdeh MMC-nin nümayəndəsinin səlahiyyətli olmaması və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçının mübahisəli qeyriyaşayış sahəsi üçün pul ödəməməsinin müəyyən olunması.
68. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandığı hər iki halla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
69. İlk növbədə qeyd edilməlidir ki, mübahisənin əsasını – iddiaçı və cavabdeh arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında podrat müqaviləsi təşkil edir.
70. Həmin müqavilədən görünür ki, müqavilə MMC-nin direktoru X12 və payçı İddiaçı arasında bağlanmışdır.
71. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə bağlanan zaman X12 cavabdeh MMC-nin direktoru deyil, təsisçisi statusunda olmuşdur və buna görə də o, müqavilə bağlanarkən müqavilə bağlamaq səlahiyyətinə sahib olmamamışdır.
72. Belə ki, Hüseyn Əsgərov yalnız xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi – direktor olmuş, xx.xx.2019-cu ilədək cavabdeh MMC-nin təsisçisi və direktoru kimi fəaliyyət göstərmişdir.
73. Göründüyü kimi Hüseyn Əsgərov xx.xx.2017-ci il tarixdə MMC-nin adından podrat müqaviləsini bağlamaq səlahiyyətinə malik olmasa da, o MMC-nin qanuni təmsilçisi olduğu müddət ərzində 30 noyabr 2017-ci il tarixli müqaviləni mübahisələndirməmiş, həmin müqavilənin etibarlılığını şübhə altına alacaq hər hansı hərəkət etməmiş, bununla da, MMC-nin qanuni təmsilçisi olaraq həmin müqaviləni bəyənmişdir.
74. Hüseyn Əsgərovun bəyənilmədə ifadə olunan hərəkətləri həmçinin onun birinci instansiya məhkəməsində verdiyi izahatda da öz təsdiqini tapır. Belə ki, o, izahatında (İ cild, səhifə 44) bildirmişdir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri olan 150.000 manat pul ödənilmişdir. Həmin pul vəsaiti və digər payçıların da vəsaiti hesabına binanın dörd mərtəbəsi tikilmişdir.
75. Mülki Məcəllənin 15-ci fəsli əqdlərdə razılığın anlayışını, növlərini və qaydasını müəyyən edir.
76. Həmin Məcəllənin 355.2-ci maddəsinə əsasən, razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
77. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qay da müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
78. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
79. Mülki qanunvericilik əqdlərdə razılığın iki növünü fərqləndirmişdir: icazə (qabaqcadan verilmiş razılıq) və bəyənmə (sonradan verilən razılıq).
80. Həmçinin, qanunvericiliyə əsasən, əqdin bağlanmasına razılığın əvvəl və ya sonra verilməsindən asılı olmayaraq, həmin razılığın əqd formasında öz əksini tapması tələb olmur və bu, tərəfin hərəkətlərində və rəftarında ifadə oluna bilər.
81. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsi l edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edi lməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir (Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 3 mart 2023-cü il tarixli Qərarı).
82. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-132/2021 saylı hökmü ilə iddiaçı, X4 cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır.
83. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəs ində məcburidir.
84. Hökmlə müəyyən edilmişdir ki, Hüseyn Əsgərov mənzillərin qabaqcadan başqa şəxslərə satılmasını alıcılardan gizlədərək İddiaçı ünvan 6 ünvanda "xxxx" MMC tərəfindən inşasına başlanmış binanın 2-ci giriş 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 86 saylı mənzili 62.720 manata, 2-ci giriş 11-ci mərtəbədə yerləşən 2 otaqlı mənzili 64.500 manata və 2-ci giriş 6 mərtəbədə olan 3 otaqlı mənzilin 72.300 manata satışını həyata keçirərək buna səlahiyyətinin olmamasına baxmayaraq, etibardan sui-istifadə edib həmin ünvanda inşa edilmiş binanın ofisində İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 199.520 manat pul almışdır. İddiaçı aldadıldığını başa düşərək verdiyi pul vəsaitini tələb etdikdə, Hüseyn Əsgərov 30 noyabr 2017-ci il tarixdə "xxxx" MMC tərəfindən Xırdalan şəhəri, R.Axundov küçəsi 39 ünvanda inşa ediləcək 3 girişli yaşayış binasının A girişinin 1-ci mərtəbəsində yerləşən 300 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı 150.000 manata satılması barədə müqavilə və maliyyə arayışı vermişdir.
85. Odur ki, iddiaçının qeyri-yaşayış sahəsinin dəyərini ödəyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməsi mübahisəsizdir.
86. Bunlarla yanaşı, işin hallarından görünür ki, cavabdeh iddiaçının MMC ilə bağladığı 30 noyabr 2017-ci il tarixli müqavilə üzrə öhdəlikləri həm də ona görə yerinə yetirməkdən imtina edir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında payın alqı-satqısı barədə xx.xx.2019cu il tarixli müqavilə imzalanarkən H.Əsgərov qeyd edilən müqavilə barədə onlara hər hansı bir məlumat verməmişdir.
87. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyan ı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
88. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.
89. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, alıcı satıcıya üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı verdiyi və alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bilmədiyi hallarda, satıcının iki hüququ yaranır və bu hüquqlardan birini seçmək imkanına malikdir: əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək.
90. Buna görə də, hazırkı iş üzrə "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı əşyanın qiymətinin azaldılması və ya alğı-satqı müqaviləsinin ləğvi tələbini irəli sürmək hüququ olsa da, iddiaçı qarşısında götürülmüş öhdəlikdən imtina etmək hüququ yoxdur.
91. Məhkəmə kollegiyası, həmçinin, iddiaçının adının Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tərtib olunmuş zərərçəkmiş şəxslərin siyahısında olmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qeyd olunan Quruma müraciət etməməsi və ya həmin iş üzrə istintaq aparılması barədə məlumatlı olmaması onun hazırkı iddia tələbinin təmin olunmaması əsası kimi çıxış edə bilməz.
92. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamaqla maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
93. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır (§62).
94. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1917/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbu