Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1075/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1075/2025 (Açar sözlər: evin tikinti və təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evin tikinti və təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1925/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətna məsindən Cavabdeh1 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 8 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Tovuz Rayon Məhkəməsinin 2(062)-406/2013 nömrəli, 11 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasında 21 aprel 2011-ci il tarixdə Tovuz rayon qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuşdur. Lakin tərəflər ər-arvad kimi bir yerdə yaşamışlar.
2. Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 8 fevral 2024-cü il tarixli 332 nömrəli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasında 21 aprel 2011ci il tarixdə bağlanmış nikahın pozulması xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
3. Tovuz Rayon Məhkəməsinin 2(062)-1 37/2019 nömrəli, 1 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən üzərində 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi inşa edilmiş 0,08 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və Tovuz rayonu Notariat Kontorunda təsdiqlənmiş 26 fevral 2018-ci il tarixli, AN-İ № ******* nömrəli alğısatqı müqaviləsinin etibarsız sayılması və evin tikilməsinə çəkilmiş xərclərin 58.021,6 manat müəyyən edilməklə, həmin xərcin 2/3 hissəsinin iddiaçı X3 aid edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, 100 manat məbləğində ekspertiza xərcinin tərəflərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-864/2020 nömrəli, 2 0 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı (Bayramova) apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 2(062)-137/2019 nömrəli, 1 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin 5.650 manat məbləğinin İddiaçı (Bayramova) aid edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın İddiaçı (Bayramova) alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4423/202 0 nömrəli, 10 avqust 2020-ci il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-864/2020 nömrəli, 20 fevral 2020-ci il tarixli qətnaməsi Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin iddiaçı Vəfa Bayramovaya aid edilməsi hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi, qətnamənin qalan hissədə, yəni Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa edilmiş, 0,08 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Tovuz rayonu Notariat kontorunda bağlanmış 26 fevral 2018-ci il tarixli AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız sayılmasının rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Tovuz Rayon Məhkəməsinin 2(062)-772/2019 nömrəli, 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı (Bayramova) qarşı mülkiyyətdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia tələbi qismən təmin edilərək, cavabdeh Vəfa Bayramovanın (Abdıyeva) iddiaçı Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,08 ha torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-804/2020 nömrəli, 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayət i rədd edilmiş, Tovuz Rayon Məhkəməsinin 2(062)-772/2019 nömrəli, 15 avqust 2019-cu il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunmuş və həmin hissədə iddianın təmin edilməsi, cavabdeh İddiaçı Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,08 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla, qanunsuz müdaxiləsinə son qoyulması, qətnamənin cavabdeh İddiaçı Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,08 hektar torpaq sahəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3425/2021 nömrəli, 26 may 2021-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-804/2020 nömrəli, 19 noyabr 2020-ci il tarixli qətnaməsi cavabdeh Vəfa Bayramovanın fərdi yaşayış evindən çıxarılması tələbinin təmin olunmasına dair hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-3179/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə də Tovuz Rayon Məhkəməsinin 2(062)-772/2019 nömrəli, 15 avqust 2019-cu il tarixli qətnaməsi “Vəfa Bayramovanın (Abdıyeva) Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmasının təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnaməyə əsasən müəyyən olunmuşdur ki, İddiaçı (Bayramova) Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və manelərin aradan qaldırılması tələbinə dair m əhkəmədə iddia qaldırmış, lakin Tovuz Rayon Məhkəməsinin 2(062)985/2018 nömrəli, 4 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə müvafiq yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə mübahisəsi 17 may 2019-cu il tarixdə yekunlaşmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 2(104)-3179/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsi çıxarılan zaman İddiaçı hazırkı mübahisə predmeti olan fərdi yaşayış evində yaşamışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3286/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-3179/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətna məsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı (Bayramova) Tovuz rayonu Aşağı Öysüzlü kəndində iddiaçının mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, cavabdehin qanunsuz müdaxilələrinə son qoyulması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Tovuz şəhəri Salatın Əsgərova küçəsində (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) yerləşən 0,08 ha torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş 58.021 manat pul vəsaitinin 2/3 hissəsinin, yəni 38,681 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi və Tovuz rayon notariat kontoruna qarşı iddia qaldıraraq, torpağa dair alğı-satqı müqaviləsinin etibarsız sayılması və evin tikintisinə çəkilmiş xərclərin 80.420 manat dəyərində müəyyən edilməklə 3/4 hissədə onun payının edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-137/2019 nömrəli, 1 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən, üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi y aşayış evi inşa olunmuş 0,08 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Tovuz rayon Notariat kontorunda təsdiqlənmiş 26 fevral 2018-ci il tarixli, AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız sayılması və evin tikilməsinə çəkilmiş xərclərin 58.021,6 manat müəyyən edilməklə, həmin xərcin 2/3 hissəsinin iddiaçı kimi ona aid edilməsi, iddianın qalan hissəsinin rədd olunması, 100 manat məbləğində ekspertiza xərcinin tərəflərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 2(062)-137/2019 nömrəli, 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin 5.650 manat məbləği ona aid edilmiş, iddia qalan hissələrdə təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın ondan alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4423/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-864/2020 nömrəli, 20 fevral 2020-ci il tarixli qətnaməsi Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (To vuz rayonu Aşağı Öysüzlü kəndi) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin ona aid edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissədə, yəni Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa edilmiş 0,08 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Tovuz rayonu Notariat Kontorunda bağlanmış 26 fevral 2018- ci il tarixli, AN-İ No ******* nömrəli alğısatqı müqaviləsinin etibarsız sayılmasının rədd olunması hissədə dəyişdirilmədən saxlanılmışdır. O, məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4423/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli qərarına izah verilməsini xahi ş etmişdir. Ərizədə göstərmişdir ki, Ali Məhkəmənin Mülki kollegiyasının qərarı ilə iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi tikiliyə çəkilən xərclər hissəsində ləğv edilmişdir. Deməli, iş üzrə Tovuz Rayon Məhkəməsinin qətnaməsi tikiliyə çəkilən xərclər hissəsində qüvvədə qalmışdır. Lakin, iş üzrə icra vərəqəsi verilməmişdir. Qeyd edilənlərə əsasən Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4423/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli qərarına izah verilməsi xahiş edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4423/2020 nömrəli, 5 iyun 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4423/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli qərarına izah verilməsinə dair ərizə rədd edilmişdir. Ali Məhkəmə nin Mülki Kollegiyasının qeyd edilən qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-864/2020 nömrəli, 20 fevral 2020-ci il tarixli qətnaməsi Tovuz şəhəri, Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin ona aid edilməsi hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Qətnamə qalan hissədə, yəni Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa edilmiş, 0,08 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Tovuz rayonu Notariat Kontorunda bağlanmış 26 fevral 2018- ci il tarixli, AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız sayılmasının rədd edilməsi hissəsind ə dəyişdirilmədən saxlanılmışdır. Həmin mətn aydın və dəqiq olmaqla anlaşılandır, heç bir ziddiyyət yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2020-ci il tarixli qətnaməsi Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin 5.650 manat məbləğinin ona aid edilməsi hissəsində ləğv olunmaqla həmin hissədə, yəni evin tikintisinə çəkilmiş ümumi xərclərin 3/4 hissədə onun payının müəyyən olunması hissəsində iş üzrə icraata xitam verilmişdir. Qalan hissədə, yəni alğı-satqı müqaviləsinin etibarsız hesab olunmasının rədd edilməsi hissəsində apellyasiya instansiyası məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, iddianın təmin olunması müəyyən edilmir, icra vərəqəsinin verilməsi üçün əsaslar da qalmamışdır. Onun mübahisəli özbaşına tikili olan yaşayış evinə çəkdiyi xərcləri tələb etmək hüququ vardır. Tovuz Rayon Məhkəməsinin 2(062)-137/2019 nömrəli, 1 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixli 2852 saylı ekspert rəyinə əsasən evin tikilməsinə 58.021,6 manat xərc çəkilmişdir.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, torpağı o, şəxsən oğlunun adına alıb. Torpağı alanda iddiaçı pul verməmişdir. Vəfanın atası Şükür sadəcə iş icraçısı kimi işin üstündə dayanmışdır. Fəhlələrə, ustalara və materiallara verilən pulları Şükür versə də, həmin pullar oğluna məxsus olub. Şəmkirdən alınan materiala 4.000 Arif, 100-200 manat isə Şükür vermişdir. İddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, İddiaçı onun qızıdır. Arif kürəkəni olmuş, Tünzalə isə kürəkəninin xalasıdır. 2014-cü ildə qızını, kürəkənini cehiz və uşaqları ilə atası evdən çıxartmışdır. 1 il qızı uşaqları ilə birlikdə onun evində yaşamışdır. 2015-ci ildə 15.000 manata torpaq sahəsi almışlar. Həmin torpaq sahəsini qızının sinif yoldaşı vasitəsilə Ələkbər adlı həkimdən almışlar. Torpağın alınmasına görə 8.000 manat o, 7.000 manat isə keçmiş kürəkəni vermişdir. Tikilinin daşını keçmiş kürəkəni gətirmişdir. Eyni zamanda, Ağstafadan 4 ədəd zavod istehsallı qapı (hər biri 200 manat olmaqla), dəyəri 1.500 manat olan hamam qapısı, hamamın divar və yerinin daşlarını almışdır. Həmin bu materialları Namiq adlı şəxslə Ağstafadan almışdır. Kafeli isə kürəkəni döşətdirmişdir. O, bütün bunları qızı Vəfaya hədiyyə etmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, onlarla hər hansı qohumluğu və ədavəti yoxdur. Qapı-pəncərə ustasıdır. Tovuz rayonu Dönük Qırıqlı kəndində Çapay adlı bir dostunun evində işləyən zaman Vəfanın atası Şükürlə tanış olmuş, Şükür ondan pəncərə düzəltməsini xahiş etmişdir. Razılıq əsasında o Şükür deyən evə getmiş və pəncərələrin ölçüsünü götürərək sifarişi qəbul etmişdir. 14 pəncərə, 2 qapı və evcik düzəldərək, qiymətini 2.400 manata razılaşmışlar. O, bir günə ölçünü götürmüş, 10 gün müddətində isə pəncərələri q uraşdırmışdır. Həmin vaxtı Şükür evin kürəkəninə məxsus olduğunu bildirmişdir. Pulu isə ona Şükür vermişdir. O, Şükürün kürəkənini tanımır.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, qohumluğu və ədavəti yoxdur. O, Arif adlı şəxsin evində suvaqçı kimi işləmişdir. Onu həmin evə Şükür aparmış və görüləcək işin qiyməti Şükürlə razılaşdırılmışdır. Görüləcək işlərə görə 4.000 manat istəsə də, Şükür ona 3.300 manat pul vermişdir. Həmin vaxtı bir-iki dəfə Arif müəllimi görmüşdür. Şükürün ona verdiyi pulun kimin vəsaiti olmasından xəbəri yoxdur.
17. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, qohumluğu və ədavəti yoxdur. Onun özünə məxsus inşaat materialları satılan mağazası vardır və Şükür ondan 8.00 0 manatlıq material götürmüşdür. Şükür bir dəfə gəldiyində yanında kürəkəni də olmuşdur. Daha sonra isə kürəkəni tək gəlmiş, nisyə material almış və materialın pulunun Şükür tərəfindən veriləcəyini bildirmişdir. Sonra həmin pulu hissəhissə Şükür vermişdir.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, düşmənçiliyi və ədavəti yoxdur. Onun peşəsi malyardır. Şükürün qızının evində malyar işləri görmüşdür. 1.600 manat zəhmət haqqını ona Şükür vermişdir. Başqa heç kim ona pul verməmişdir. Həmin pulların kimin vəsaiti olduğunu bilmir.
19. Məhkəmə iclasında dindirilmiş şahid X16 ifadəsində bildirmişdir ki, tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. Usta işləyir. Material almağa o, Arif və Şükür getmişlər. Material alan zaman Arif pul vermiş, ç atışmayan məbləği isə Şükür vermişdir. Pulun miqdarını bilmir. Zəhmət haqqını Arif vermişdir. Materialı Şəmkir rayonundan almışlar.
20. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, düşmənçiliyi və ədavəti yoxdur. Evi o tikib, fundament və hörgü işlərini görmüşdür. O həmin işləri tikilinin sahəsinin kvadratına altı manat pul almaqla görmüşdür. Zəhmət haqqını Şükürdən götürmüşdür. Gördüyü işə görə Şükürdən 3.500-4.000 manat civarında pul almışdır. İşlərin sonunda 200-300 manat Arifin atası ona pul vermişdir.
21. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, mübahisəli evin qaz xəttini çəkib. Zəhmət haqqı 500-600 manat təşkil etmişdie. O, Şükürun dəvəti ilə işə başlamış, pulu Şükürdən almışdır. O, həmin evdə Nazim adlı şəxslə iş ləmişdir.
22. Məhkəmə iclasında dindirilmiş şahid X17 ifadəsində bildirmişdir ki, tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. O, mübahisəli evdə ağacları təmizləmiş, kanalizasiya sistemi çəkmiş, yəni fəhlə kimi işlər görmüşdür. Zəhmət haqqını Şükür vermişdir. Şükürdən başqa heç kim ona pul verməmişdir.
23. Tovuz Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(062)-855/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia qismən təmin edilərək, 58021 manat pul vəsaitinin 2/3 hissəsi, yəni 38.681 manat pul və ödənilmiş 206 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nikah dövründə əldə edilmiş əmlakın əksi sübuta yetirilməyincə ər-arvadın birgə mülkiyyətində olması prezumpsiyası mövcuddur. Bu halda nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyət olmaması və yaxud həmin əmlakın tərəflərin hər birinin öz vəsaiti hesabına əldə edilməsini sübuta yetirmək vəzifəsi mübahisə tərəfinin üzərinə düşür. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı çəkilmiş xərcləri tələb etməkdə haqlıdır. Mübahisəli daşınmaz əmlak tərəflərin birgə nikah müddətində əldə edildiyindən və əmlakın bölünməsinə dair tərəflər arasında başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri mübahisəli torpaq sahəsi və tikintiyə sərf edilmiş vəsaitdə payları müəyyən olunmalıdır.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, payların bərabər şəkildə bölünməsi ədalətli olmamaqla Vəfa Abdiyevanın mənafeyinə ziddi r. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də müəyyən edilmişdir ki, evin tikintisinə Cavabdeh1 tərəfindən çox cüzi vəsait sərf edilmişdir. Cüzi vəsait sərf edildiyi halda Cavabdeh1 Vəfa Abdiyevanın vəsaiti hesabına daha çox vəsaitə malik olması ədalətli deyildir. Bundan başqa da məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hətta torpaq sahəsi də tərəflərin birgə nikah dövründə və tərəflərin birgə vəsaiti hesabına əldə edilmişdir. Məhkəmə iclasında dindirilmiş iddiaçı və şahid Şükür Abdiyev torpaq sahəsinin alınmasına cəmi 15.000 manat vəsait sərf edildiyini bildirmişdir. Bunun da 8.000 manatı iddiaçı tərəfindən verilmişdir. Cavabdehlər tərəfindən bu halın əksi sübuta yetirilməmişdir.
26. Odur ki, məhkəmə hesab etmişdir ki, çəkilmiş xərclərdə iddiaçının 2/3 hissəd ə payı müəyyən edilməli və çəkilmiş 58.021 manat pul vəsaitinin 2/3 hissəsi, yəni 3.8681 manat pul Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir.
27. Məhkəmə həm iddia tələbinin Cavabdeh2 aid hissəsinə, həm də Cavabdeh2 etirazının dəlillərinə hüquqi qiymət verərək onu qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. Cavabdeh2ının etirazının dəlilləri isə əsaslıdır. Belə ki, işin hallarından göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi artıq Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli Qərarından qeyd edilmişdir ki, ******* saylı çıxarışdan görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 800 kv.m. olan torpaq sahəsi Cavabdeh1 adına xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrind ə qeydiyyata alınmışdır. 11 iyul 2013-cü il tarixli qətnamədən çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, tərəflər arasında nikah qeydi pozulmuş, qətnamə 12 avqust 2013-cü ildə qanuni qüvvəsini almışdır. ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi torpaq sahəsi Cavabdeh1 ilə İddiaçı arasındakı nikah pozulduqdan sonra Cavabdeh2 adına özgəninkiləşdirilmiş və alğı-satqı müqaviləsinin etibarsızlığına dair İddiaçı iddiası təmin edilməmişdir. Belə olan məhkəmə qeyd etmişdir ki, İddiaçı çəkilmiş xərci Cavabdeh2 tələb etmək üçün müvafiq subyektiv hüquqa mali k deyildir.
28. Məhkəmə Cavabdeh1 tərəfindən verilmiş etirazın dəlillərinə də hüquqi qiymət verərək qeyd etmişdir ki, bu dəlillər iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-864/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin iddiaçı Vəfa Bayramovaya aid edilməsi hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərarda da qeyd edilmişdir ki, iddiaçı fərdi yaşayış evinin tikintisinə onun tərəfindən çəkilmiş xərcləri (80.420 manat) cavabdehlərdən tələb etmir, həmin xərclər müəyyən edilməklə 3/4 hissəsinə payının məhkəmə qaydasında təsdiqini xahiş edir. Bununla da o, işə məhkəmədə baxıldığı halda yanakı surətdə özbaşına tikilinin 3/4 hissəsinə əmlak hüququnun əldə etmiş olur. Belə olan halda göstərilən faktın müəyyən olunmasına məhkəmədə baxıla bilməz, iddiaçının yaşayış evinə çəkilən xərcləri tələb etmək hüququ vardır. Göründüyü kimi o halda məhkəmə hazırkı işə mahiyyəti üzrə baxmağa haqlı deyil ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. İddiaçının yaşayış evinə çəkilən xərclərə dair tələbi hər hansı məhkəmə araşdırılmasının predmeti olmamışdır.
29. Məhkəmə Cavabdeh1 tərəfindən verilmiş etir azın digər dəlilinə, yəni 3 illik iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, göründüyü kimi iddiaçı dəfələrlə məhkəmə müdafiə hüququndan istifadə etmiş və onun iddia tələbinə mahiyyəti üzrə qiymət verilməmişdir. Bundan başqa da iddia tələbinə iddia müddəti tətbiq edilsə də belə Vəfa Abdiyeva mediasiya təşkilatına 2023-cü ilin avqust ayında müraciət etmiş, qarşı tərəfə mediasiya tətbiqi barədə bildiriş 14 avqust 2023-cü ildə göndərilmişdir. Ali məhkəmənin qərarı xx.xx.2020-ci ildə elan edilsə də, həmin qərar xx.xx.2020-ci ildə elektron imza ilə imzalanmışdır. Bundan başqa da iddiaçının Ali məhkəmənin qərarına izah verilməsi ilə bağlı müraciət etməsindən də müəyyən edilir ki, iddiaçı iddia müddətləri daxilində öz hüquqlarının həyata keç irilməsi üçün cəhdlər etmiş, hüquqlarının təsdiqi üçün müraciətlər etmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı iddia müddətləri daxilində iddia ilə məhkəməyə mürciət etmişdir. Ona görə də iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair ərizə əsassız olduğundan təmin edilməməlidir.
30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 225.1-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32, 37.1 və 37.2-ci və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
31. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə aralarındakı nikah pozulmuş və buna dair qətnamə xx.xx.2013-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Ailə qanunvericiliyinin tələbinə əsasən, tərəflər arasında olan nikaha nikahın pozulması barədə qətnamə qanuni qüvvəyə minən gün xitam verilmiş sayılır. Mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi onun tərəfindən xx.xx.2015-ci il tarixdə satın alınmış və adına dövlət qeydiyyatına al ınmışdır. Yəni, əmlak əldə edilməsindən təxminən iki il əvvəl iddiaçı ilə aralarında olan ailə münasibətlərinə xitam verilmiş, bu səbəbdən də həmin torpaq sahəsini üzərində 2015-ci ildə inşa edilmiş ev onunla iddiaçının birgə nikah dövründə əldə edilməmişdir. Bundan əlavə, qətnamədə nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq edilməsinin təmin edilməməsi mübahisə ilə bağlı Ali Məhkəmənin qətnaməsinin xx.xx.2020-ci il tarixdə qüvvəyə minməsi, iddiaçının isə mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etməsi, bu səbəbdən də iddia müddətinin keçməməsi göstərilmişdir. Yuxarıda qeyd etdiyi kimi, iddiaçı ilə aralarındakı ailə münasibətlərinə 2013-cü ilin iyul ayında xitam verilmişdir. Yəni, mübahisə predmeti olan əmlakın ailə hüquq münasibətlərinə aidiyyəti yoxdur və məhkəməyə m üraciət etməzdən əvvəl mediasiya prosesində iştirak edilməsi də tələb olunmur. Bu səbəbdən də iddiaçının mediasiya təşkilatına müraciət etməsinin hazırkı iş üzrə iddia müddətinə heç bir aidiyyəti yoxdur. Ev 2015-ci ildə inşa etdirilmiş, iddia müddətinin axımının dayanması və kəsilməsinə heç bir əsas olmamış və aradan on ilə yaxın müddət keçmişdir. Bundan başqa, iddiaçının hazırkı tələblə iddia qaldırmaq üçün subyektiv hüququnun olması məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, qətnamədə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olması iki amillə əsaslandırılmışdır. Birinci növbədə, əmlakın birgə nikah dövründə əldə edilməsi qeyd edilmiş olsa da, əslində sözügedən əmlak birgə nikah dövründə əldə edilməmişdir. İkinci amil olaraq isə, iddiaçının atası X5 ona məxsus t orpaq sahəsində inşa edilmiş evdə tikinti işlərinə etdiyi köməyi qızına hədiyyə etməsi olmuşdur. Axı başqasının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş daşınmaz əmlakın müəyyən hissələrinin təmirinə həmin əmlaka heç bir mülkiyyət hüququ olmayan şəxs tərəfindən göstərilmiş kömək həmin şəxs tərəfindən necə başqa şəxsə hədiyyə oluna bilər. Ümumiyyətlə bu cür bağışlama mülki qanunvericiliklə necə tənzimlənir və məhkəmə bunu nə ilə əsaslandırdığını qeyd etməmişdir. Ona məxsus torpaq sahəsində inşa edilmiş evin tikintisinin iddiaçıya heç bir aidiyyəti olmamışdır. İş materiallarından da göründüyü kimi, iddiaçı ilə onun arasında evin inşa edilməsi ilə bağlı heç bir müqavilə bağlanmamış və mülki münasibətlər yaranmamışdır. İddiaçının atası könüllü şəkildə təşkilati işlərdə köməklik göstərm əmiş və sonuncu ilə də aralarında heç bir müqavilə olmamışdır. İddiaçının atası Şükür Abdıyev onunla qızı İddiaçı barışacağına güman etdiyindən evin inşa etdirilməsində öz köməyini təklif etmişdir. Özü mişar daşının daşınması və satışı ilə məşğul olur. Günlərlə yollarda və Qaradağ rayonunda yerləşən daş karxanalarında olur. Bu səbəbdən də keçmiş qayınatası Şükür Abdıyevin köməklik təklifini qəbul etmiş və bəzi təşkilati işləri həqiqətən də ona həvalə etmişdir. Belə ki, Şükür Abdıyev evin təmir və tikintisinə görə bəzi ustaların tapılması, görüləcək işlərin ustalarla danışılması işlərini təşkil etmiş, sonradan isə qızı ilə barışıb ailələrini bərpa etməyin mümkün olmamasını gördükdə isə ona məxsus əmlakı ələ keçirmək niyyətinə düşmüşdür. 2018-ci ildə ona məxsus əmlakın qapısını sındıraraq iç əri daxil olmuş və qızını qanunsuz qaydada ona məxsus evə yerləşdirmişdir. Həmin tarixdən etibarən uzun sürən məhkəmə prosesləri nəticəsində və çətinliklə X9 Abdıyeva ona məxsus olmuş, hazırda Cavabdeh2 mülkiyyətində olan evdən çıxarılmışdır. Həmçinin, məhkəmə prosesləri bir sıra kobud prosessual pozuntularla aparılmışdır. Çünki, sübutlar və şahidlər barədə məlumatlar iddiaçı tərəfindən məhkəmə baxışı başlananadək məhkəməyə təqdim edilməli olsa da, məhkəmə baxışınadək iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasına şahid dəvət ediləcəyi barədə məlumat verilməmiş, məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə qərardadda bu barədə heç bir vəsatət müzakirə edilməmiş və öz əksini tapmamışdır. Şahidlər bir-başa məhkəmə baxışı iclasında məhkəməyə gətirilmişdir. Şahidlər in göstərdiyi xüsusatlara qarşı nümayəndəsi tərəfindən dəlillər gətirildikdə isə məhkəmə sübutların məhkəmə baxışınadək təqdim edilməli olmasını əsas gətirərək, həmin dəlilləri qəbul etməmişdir. Belə ki, şahid Şükür Abdıyev hamam qapı və aksesuarlarını başqa rayondan alıb gətirməsini bildirmiş, nümayəndəsi tərəfindən həmin materialların onun tərəfimdən alınması barədə qaimə təqdim edilmiş, lakin hakim tərəfindən qaimədə möhürün olmaması əsas gətirilərək həmin halı şahidin ifadəsinin əksinə olan xüsusat kimi qəbul etməkdən imtina etmiş, (qeyd edir ki, qaimə satıcı tərəfindən təqdim edilir və möhür vurulmur, əgər məhkəmə tərəfindən sorğu olunarsa satıcı malın hansı tarixdə və kimə satılması barədə rəsmi məlumat verə bilər). Daha sonra digər şahid Çingiz Mürsəlov 8000 manat miqdarında tikin ti materiallarını Şükür Abdıyevin almasını və pulunun da sonuncu tərəfindən ödənildiyini bildirmiş, həmin şahidin hazırda məhkəmə iclasında yalan ifadə verdiyi nümayəndəsi tərəfindən bildirilmiş və bir müddət bundan əvvəl məsələyə yazılı qaydada ərizə ilə münasibət bildirməsini və həmin ərizənin notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Hakim isə yenə də sübutlarını məhkəmə baxışı başlananadək təqdim edilməli olmasını, eyni zamanda şahid ifadəsinin məhkəmə iclasında tədqiq edilməli olmasını əsas gətirərək, şahidin yalan ifadə verməsini araşdırmamışdır. Şahidin özü də məhkəmə iclasında imzanın onun tərəfindən çəkilməsini və notarial qaydada təsdiq edilməsini etiraf etmişdir. Əgər sübutlar məhkəmə baxışı başlananadək təqdim edilməlidirsə o zaman iddiaçı tərəf qarşı tərəfə və məhkəməyə məlumat vermədən necə baxış iclasına şahid dəvət edir və məhkəmə bunu sübut kimi qəbul edir? Apellyasiya şikayətinin dəlillərini ümumiləşdirərək diqqətə çatdırır ki, əgər iddianın təmin edilməsi sadəcə iddiaçı tərəfindən məhkəmə baxışı iclasında qəfildən dəvət edilən şahidlərin ifadəsinə əsaslanırsa o zaman bir sual ortaya çıxır: nə üçün Şükür Abdıyev qızı ilə boşanmış keçmiş kürəkəninə məxsus torpaq sahəsində ev inşa etdirmək üçün 38.681 manat miqdarında vəsait xərcləyir, həm də işlərin təşkil edilməsində əziyyət çəkir, amma həmin məbləğə qızının adına torpaq sahəsi alıb orada tikili inşa etdirmir? Yəni, bu məsələlər sadəcə əksər hissəsi yalan ifadəyə söykənmiş şahid ifadələri ilə həll olunacaqdırsa iddiaçı tərəfin dəvət etdiyi hər şahidin qeyd etdiyi xüsusatların əksi ni göstərəcək ən azı üç şahid təqdim edə bilər məhkəməyə ki, həmin şahidlərin bir hissəsinin siyahısını və məsələyə yazılı münasibətlərini məhkəməyə təqdim etmişdir. Belə çıxır ki, əgər o, mişar daşı satışı ilə məşğul olmasaydı, iddiaçı tərəf əlavə bir neçə şahid gətirərək evin inşasına sərf edilmiş mişar daşlarının da Şükür Abdıyev tərəfindən alınmasını sübut edəcəkdi. Onu da qeyd edir ki, İddiaçı boşanma qətnaməsi qanuni qüvvəyə mindiyi gündən bugünədək fasiləsiz olaraq qətnamə ilə qət edilmiş aliment məbləğini tələb edərək almaqdadır. İddiaçı ondan aliment alarkən onun atası Şükür Abdıyevin ona məxsus evin tikintisinə pul xərcləməsi hansı məntiqə sığır.
33. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-1925/2024 nömrəli, 5 n oyabr 2024-cü il tarixli qətnaməsi ilə (X19 (sədrliyi və məruzəsi ilə), Rəhman Muradov və Günay Cavadova) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş və iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 18.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 145,50 manat ümumilikdə 18.645,50 manatın alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, tərəflər arasında yara nmış münasibətləri ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakının bölünməsi kimi qiymətləndirmişdir. Halbuki, işin faktiki halları ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-406/2013 nömrəli, 11 iyul 2013-cü il tarixli qətnaməsi əsasında tərəflərin nikahlarının pozulduğu və həmin qətnamənin qanuni qüvvəyə mindiyi, mübahisəli fərdi yaşayış evinin inşasına 2015-ci ildə başlandığı və 2016cı ildə isə inşasının başa çataraq istismara verildiyi, yəni tərəflərin nikahı pozulduqdan sonrakı dövrə təsadüf etdiyi müəyyən edilir.
35. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bundan əlavə, tərəflər arasındakı nikahın pozulmasının xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış olması onlar arasında mövcud olmuş ailə hüquq münasibətlərinə həmin tarixdə xitam verilməsi anlamına gəlmir. Çünki, nikahın pozulmasının dövlət qeydiyyatına alınması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması məqsədilə aparılır.
36. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd etmişdir ki, İddiaçı Tovuz Rayon Məhkəməsinin 2(062)-137/2019 nömrəli, 01 oktyabr 2019-cu il tarixli qətnaməsi əsasında mübahisəli evin tikilməsinə 58.021,6 manat xərc çəkilməsininin müəyyən olunduğunu və MPM-nin 82.3-cü maddəsi əsasında bu halın preyudisial əhəmiyyət daşıdığını göstərsə də, lakin sözügedən qətnamə ilə belə bir hal müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə aktlarının surətindən görünür ki, İddiaçı (Bayramova) hazırkı iddiadan əvvəl cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı alğı-satqı müqaviləsinin etibarsız sayılması və evin tikintisinə çəkilmiş xərci n 3/4 hissəsinə payının müəyyən edilməsi barədə iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməklə evin tikintisinə çəkilmiş xərcin müəyyənləşdirilməsi hissədə iddia tələbi qismən təmin edilmişdir. Kassasiya instansiyası məhkəməsi tərəfindən isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi evin tikintisinə çəkilmiş xərcin iddiaçıya aid edilməsi hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir.
37. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı (Bayramova) hazırkı iddiadan əvvəl qaldırdığı evin tikintisinə çəkilmiş xərcin müəyyənl əşdirilməsi barədə iddiası üzrə qəbul edilmiş məhkəmə aktları ilə mübahisəli evin tikinti və təmirinə nə qədər xərc çəkilmiş olması barədə preyudisial fakt müəyyən edilməmişdir.
38. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin əsaslığı hazırkı mülki işdə olan sübutlar əsasında qiymətləndirilməlidir. İşin mübahisə olunmayan halıdır ki, tərəflər 2016-cı ildə faktiki nikahda olan dövrdə Tovuz rayonu Aşağı Öysüzlü kəndində 1 mərtəbəli, 3 otaqdan ibarət olan fərdi yaşayış evi inşa edilərək, həmin il evin inşası başa çataraq istismara verilmişdir. İşin qeyd olunan halı tərəflərin izahatları ilə sübut olunur.
39. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, işin mübahisə olunan tərəfi evin təmir tikintisinə görə sərf edilmiş vəsaitin Cavabdeh1 və ya iddiaçı Vəfa Abdiyeva tər əfindən sərf edilməsinin müəyyən olunmasından ibarətdir. Çünki, Cavabdeh1 şikayətində israrla bildirmişdir ki, mənzilin təmirinə çəkilmiş xərc məhz onun vəsaiti hesabına olmuş, iddiaçının atası onun göstərişlərinə əsasən tikintiyə nəzarət etmişdir.
40. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, bu aspektdə araşdırma aparılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli evin inşa edilməsində əməyi olmuş şəxslər (ustalar), habelə evin tikinti və təmirinə görə zəruri tikinti materialları satmış şəxslər şahid qismində dindirilmişlər (bax qətnamənin 9-16cı bəndləri).
41. Məhkəmə kollegiyası həmin şahid ifadələrini mötəbər sübut olaraq qiymətləndirir və qeyd etmişdir ki, şahidlər işin həqiqi halları barədə məlumatı olan şəxslərdir. Çünki, onlar mübahisəl i evin tikinti və təmir işlərində bilavasitə iştirak etmiş, habelə evdə tikintitəmir işlərinin kimin tərəfindən aparıldığı, işlərə kimin tərəfindən nəzarət edildiyi, görülmüş işlərə görə onlara kim tərəfindən muzd verildiyi, evin inşasına kim tərəfindən hansı dəyərdə inşaat materialları alınması barədə məlumatlara malikdirlər. Hansı ki, bu məlumatlar da işin obyektiv həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, həmin şahidlər tərəflərin hər hansı biri ilə qohumluq və ya xidməti asılılıq münasibətlərində deyillər ki, mübahisənin tərəflərin birinin xeyrinə həll edilməsində maraqlı olsunlar. Bu xüsusda məhkəmə kollegiyası qeyd edir ki, dindirilmiş şahidlərdən Şükür Abdıyev iddiaçının atası olduğundan onun işin iddiaçının xeyrinə həllində maraqlı olması istisna edilən hal deyil. Bu səbəbdən məhkəmə kollegiyası həmin şahid ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, digər şahid ifadələrinin mötəbərliyini şübhə altına alacaq hər hansı hal mövcud olmadığından şahid ifadələri mötəbər sübut olaraq qəbul edilməlidir.
42. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər X2, X6, X7, X13, X16, X10, X4 və X8 verdiyi ifadələrin sistemli tədqiqi nəticəsində müəyyən olunur ki, mübahisəli evə cəmi dəyəri 2.400 manat olan 14 pəncərə, 2 qapı və evcik düzəldilmişdir. Görülmüş işin dəyərini isə iddiaçının atası Şükür Abdıyev ödəmişdir. Evdə suvaq işləri görülmüş və işi görəcək usta iddiaçının atası Şükür Abdıyev tərəfindən dəvət edilmiş, görüləcək işin qarşılığında ödəniləcək xidmət h aqqı (muzd) məbləği də Şükür Abdıyevlə danışılmışdır. Suvaq işlərinin görülməsinə görə də iddiaçının atası Şükür Abdıyev tərəfindən 3.300 manat vəsait ödənilmişdir. Bundan başqa, iddiaçının atası Şükür Abdıyev hissə-hissə ödəməklə evin tikintisi üçün 8.000 manat dəyərində inşaat materialları almışdır. Evdə malyar işləri görülmüş və buna görə iddiaçının atası Şükür Abdıyev tərəfindən 1.600 manat xidmət haqqı ödənilmişdir. Evin inşası zamanı fundament qoyma və hörgü işləri görülmüş, bu ilərin görülməsinə görə 3.500-4.000 manat civarında xidmət haqqı ödənilmişdir, həmin vəsaitin 200-300 manat hissəsi Cavabdeh1 tərəfindən ödənilmişdir.
43. Mübahisəli evin fundament qoyma və hörgü işlərinə çəkilən ümumi vəsaitin (3.500-4.000 manat) və həmin vəsaitin Cavabdeh1 tərəfindən ödənilən hissəsinin (200 300 manat) təqribi rəqəmlər olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, evin fundament qoyma və hörgü işlərinə çəkilən ümumi vəsait 3.500 manat, həmin vəsaitin Cavabdeh1 tərəfindən ödənilən hissəsi isə 300 manat məbləğində qiymətləndirilməlidir. Bu qənaətə uyğun olaraq da evin fundament qoyma və hörgü işlərinə iddiaçının atası Şükür Abdıyev tərəfindən çəkilən xərc isə (3.500-300=3.200) 3.200 manat məbləğində qəbul edilməlidir. Beləliklə, şahid ifadələrinin sistemli tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli evin tikinti və təmir işlərinin görülməsinə görə iddiaçının atası Şükür Abdıyev tərəfindən (2.400+3.300+8.000+1.600+3.200=18.500) ümumilikdə 18.500 manat vəsait sərf edilmişdir. Ümumiyyətlə, nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya baxışı za manı cavabdeh tərəfin evin təmir və tikintisinə çəkilmiş vəsait məbləği ilə bağlı hər hansı arqumenti olmamışdır. Bundan əlavə, iddiaçı tərəf evin tikinti və təmirinə onlar tərəfindən 38.681 manat vəsait sərf edildiyini iddia etsə də, lakin sərf edilmiş vəsaitin məhz həmin məbləğdə olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
44. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, mübahisəli evin tikinti və təmir işlərinin görülməsinə görə inşaat materiallarının alınmasına, habelə ustaların xidmət haqqının ödənilməsinə görə vəsaitlərin iddiaçının atası Şükür Abdıyev tərəfindən ödənilməsi iş üzrə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapır. Cavabdeh tərəf də birinci instansiya məhkəməsində icraat zamanı (bax işin 8-ci vərəqi məhkəmə iclas protokolu), həmçinin apellyasiya b axışı zamanı verdiyi izahatında (bax bu qətnamənin 24-cü bəndi) mübahisəli evin inşasına görə ustalara, habelə inşaat materiallarının alınmasına görə pul vəsaitləri oğlu Cavabdeh1 vəsaitləri hesabına iddiaçının atası Şükür Abdıyev tərəfindən icra olunduğunu bildirmişdir.
45. Məhkəmə kollegiyası bundan sonra qeyd etmişdir ki, evin təmir və tikintisi ilə bağlı çəkilmiş xərclərin iddiaçının göstərişi ilə atası Şükür Abdıyev tərəfindən ödənilməsi sübuta yetirildiyinə görə həmin vəsaitin Şükür Abdıyevə Cavabdeh1 tərəfindən verilmiş olması barədə irəli sürülən dəlili sübut etmək öhdəliyi MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən məhz Cavabdeh1 üzərinə düşür. Çünki, həmin maddəyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək öhdəliyi daşıyır. Lakin, c avabdeh tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və dəlilində göstərilən halları sübut edə bilməmişdir. Göründüyü kimi, tərəflərin nikahı məhkəmə qətnaməsi əsasında pozulduqdan sonra onlar ayrıca evdə yaşayacaqları təqdirdə pozulmuş ailə münasibətlərinin bərpa ediləcəyi barədə razılıq əldə etmişlər. Təsadüfi olmamışdır ki, 29 mart 2015-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 Tovuz rayonu Aşağı Öysüzlü kəndində ümumi sahəsi 0,1624 ha olan torpaq sahəsini satın almış, 2015-ci ildə isə İddiaçı atasına tapşırıqları, habelə onun çəkdiyi vəsait hesabına qeyd olunan torpaq sahəsi üzərində mübahisəli fərdi yaşayış evi inşa edilmişdir. Yəni, iddiaçının atası X14 Abdıyevanın Cavabdeh1la ayrıca evdə yaşayacaqları təqdirdə pozulmuş ailə münasibətlərinin bərpa ediləcəyini nəzərə alıb və onların həmin evdə yaşayacağını güman edərək mübahisəli evin tikinti və təmirinə 18.500 manat vəsait sərf etmişdir. Bu hərəkətlərin davamı olaraq da 2016-cı ildə mübahisəli evin inşası başa çatdıqdan sonra tərəflər həmin fərdi yaşayış evinə köçərək həmin evdə uzun müddət birlikdə yaşamışlar. Bu halda ona dəlalət edir ki, Cavabdeh1 ona məxsus torpaq sahəsinin üzərində iddiaçı tərəfin vəsaiti hesabına təmir-tikinti işləri aparılmasından əvvəlcədən məlumatlı olmuş, həmin vəsaitlər sərf edilməyə başlanandan evin inşa işlərinin bitməsinədək ötən müddət ərzində buna susaraq əmlakın dəyərini artıran yaxşılaşdırma işlərini qəbul etmiş, göstərilən hərəkətlərin həyata keçirilməsinə heç bir etiraz etməmişdir.
46. Şərh olunan hallara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir k i, İddiaçı Cavabdeh1 məxsus olmuş 0,1624 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə vicdanlı sahib kimi sahiblik və istifadə hüquqlarını həyata keçirtmişdir. Hətta 2018-ci ildə tərəflərin faktiki ailə münasibətləri pozulduqdan sonra belə İddiaçı sözügedən evdə yaşamağa davam etmişdir. Lakin, 26 fevral 2018-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsi əsasında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin (evin özü deyil) Cavabdeh1 tərəfindən digər Cavabdeh2 satılması və evin yerləşdiyi torpaq sahəsinin yeni mülkiyyətçisi Cavabdeh2 İddiaçı qarşı irəli sürdüyü “mülkiyyətdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair iddiası üzrə kassasiya instansiyası məhkəməsinin 2(102)-3286/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı nəticəsində İd diaçı fərdi yaşayış evindən çıxarılmış və beləliklə də o, mübahisəli evə sahiblik və istifadə hüquqlarını itirmişdir.
47. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, mübahisəli ev dövlət qeydiyyatına alınmamış və Cavabdeh1la digər Cavabdeh2 arasında bağlanmış 26 fevral 2018-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinin predmeti olmamışdır. Lakin, nəzərə almaq lazımdır ki, sözügedən ev Cavabdeh1 məxsus olmuş 0,1624 ha torpaq sahəsinin ayrılmaz tərkib hissəsi olmuşdur. Yəni, fərdi yaşayış evi 26 fevral 2018-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsi üzrə əslində alıcı Cavabdeh2 satılmamış olsa da, lakin evin yerləşdiyi torpaq sahəsinin sonuncuya satılması nəticəsində dolayı yolla həmin evə sahiblik və istifadə hüquqları evin yerləşdiyi torpaq sahəsinin yeni mülkiyyətçisi Cavabdeh2 keçmişdir. Baş verən hadisələr fonunda isə İddiaçı Cavabdeh1 və azyaşlı uşaqları ilə birgə ailə kimi mənzil ehtiyaclarını qarşılamaq məqsədilə tikinti və təmirinə 18500 (on səkkiz min beş yüz) manat vəsait sərf etdiyi əmlakdan məhrum olmuşdur. Buna baxmayaraq Cavabdeh1 İddiaçı məhrum olduğu həmin pul vəsaitini geri qaytarmamaqla onun hesabına həmin məbləğdə əsassız varlanmışdır.
48. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli evin təmir və tikintisinə görə çəkilmiş xərcin əvəzinin Cavabdeh1 tutulması qanuni əsaslara söykənir. Bununla belə məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə digər Cavabdeh2 mübahisəli evi alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 almışdır və hazırkı tələb üzrə cavabdehlik daşıyan şəxs olmadığ ından ona münasibətdə iddia tələbi təmin edilməməlidir.
49. İddia verilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin ötürülmüş olması barədə cavabdeh tərəfin arqumentlərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə əsassız varlanma ilə bağlı iddialara tətbiq edilən Mülki Məcəllənin 1095-ci maddəsində göstərilən iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası gəlmiş olduğu bu qənaəti ilə bağlı qeyd etmişdir ki, iddia müddətinə riayət olunub-olunmamasını aydınlaşdırmaq üçün həmin müddətin başlanğıc tarixi müəyyən edilməlidir. Mülki Məcəllənin iddia müddətinin başlanmasından bəhs edən 377.1-ci maddəsində deyilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdi rilir.
50. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, ilk öncə İddiaçı mübahisəli fərdi yaşayış evinə dair hüquqlarının hansı tarixdə pozulduğu müəyyən edilməli, daha sonra isə həmin hüququn müdafiəsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülübötürülməməsi yoxlanılmalıdır.
51. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilmiş və faktiki hallarından göründüyü kimi 2018-ci ildə tərəflərin faktiki ailə münasibətləri pozulduqdan sonra belə İddiaçı sözügedən evdə yaşamağa davam etmişdir. Evin yerləşdiyi torpaq sahəsinin yeni mülkiyyətçisi Cavabdeh2 İddiaçı qarşı irəli sürdüyü “mülkiyyətdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair iddiası üzrə kassasiya instansiyası məhkəməsinin 2(102)-3286/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı il ə İddiaçı fərdi yaşayış evindən çıxarılmış və beləliklə də o, həmin vaxtdan mübahisəli evə sahiblik və istifadə hüquqlarını itirmişdir.
52. İddiaçı mübahisəli evə sahiblik hüquqlarının xx.xx.2022-ci il tarixdə itirilməsini və hazırkı iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmasını əlaqəli şəkildə tədqiq edərək məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı hazırkı iddia verilməsi üçün Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş 2 (iki) illik iddia müddətini ötürməmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.7, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1094-cü və Mülki Prosessual Məcəllənin 14.1, 76.1, 77.1, 82.1, 88, 217.3, 384.0.2, 385.1.1 və 386-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlill əri. Kassasiya şikayətinin dəlilləri:
54. Qətnamədən Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında evin inşa edilməsi ilə bağlı heç bir müqavilə bağlanmamış və mülki münasibətlər yaranmamışdır. İddiaçının atası könüllü şəkildə təşkilati işlərdə bəzi köməklik göstərmiş və sonuncu ilə də cavabdeh arasında heç bir müqavilə bağlanmamışdır.
56. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməməsini mübahisə ilə bağlı Ali Məhkəmənin qətnaməsinin xx.xx.2020-ci il tarixdə qüvvəyə minməsi, iddiaçının isə mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etməsi ilə əsaslandırmış, apellyasiya şikayətində bu xüsusat qeyd edilmiş, lakin apellyasiya məhkəməsi həmin əsasla deyil, iddiaçının 2022-ci ilədək mübahisə predmeti olan evdə yaşaması, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı əsasında İddiaçı mübahisə predmeti olan evə sahiblik və istifadə hüquqlarının itirilməsi, iddia müddətinin də məhz həmin tarixdən hesablanmalı olmasını qeyd etmişdir (qətnamənin 82-ci abzası). Qətnamənin 7-ci abzasından da göründüyü kimi İddiaçı Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və maneənin aradan qaldırılması tələbinə dair məhkəməyə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin 2(062)-985/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddianın təmin edilməməsi qət olunmuş, həmin qətnamə apellyasiya və kassasiya instansiyalarında dəy işdirilmədən saxlanılmışdır. 2019-cu ildə əmlakın yeni mülkiyyətçisi olan Cavabdeh2 İddiaçı qarşı əmlakdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni İddiaçı əmlakdan istifadə hüququnun olmaması qanuni qüvvəyə minmiş və eyni zamanda Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmış məhkəmə qərarı ilə 2019-cu ildə təsdiq olunmuşdur. Məhkəmə isə qətnamədə (83-cü abzas) İddiaçı mübahisə predmeti olan əmlakdan istifadə hüquqlarının xx.xx.2022ci il tarixdə itirilməsini qeyd etməklə qanuni qüvvədə olan məhkəmə qərarında təsdiqini tapmış halla razılaşmamış, ziddiyyətli nəticəyə gəlməklə qanunvericiliyin tələbini pozmuşdur. Əslində isə İddiaçı əmlakdan istifadə hüquqlarının olmamasını 2018-ci ildə dərk etmiş və bununla bağlı məhkəməyə müraciət etmişdir. İddiasının rədd ed ilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən, yəni 2019-cu ildən etibarən həmin əmlakda qanunsuz olaraq yaşamasını dərk etmişdir. Bu səbəbdən də hazırkı iddia müddəti məhz həmin tarixdən hesablanmalı olması qənaətindədilər.
57. Birinci instansiya məhkəməsinin prosesi bir sıra kobud prosessual pozuntularla aparılmışdır. Belə ki, sübutlar və şahidlər barədə məlumatlar iddiaçı tərəfindən məhkəmə baxışı başlananadək məhkəməyə təqdim edilməli olsa da məhkəmə baxışınadək iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasına şahid dəvət ediləcəyi barədə məlumat verilməmiş, məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə qərardadda bu barədə heç bir vəsatət müzakirə edilməmiş və öz əksini tapmamışdır. Şahidlər birbaşa məhkəmə baxışı iclasında məhkəməyə gətirilmişdir. Şahidlərin göstərdiyi xüsusatlara qarşı cavabdeh tərəfindən dəlillər gətirildikdə isə məhkəmə sübutların məhkəmə baxışınadək təqdim edilməli olmasını əsas gətirərək, həmin dəlilləri qəbul etməmişdir. Belə ki, şahid Şükür Abdıyev hamam qapı və aksesuarlarını başqa rayondan alıb gətirməsini bildirmiş, cavabdehin nümayəndəsi tərəfindən həmin materialların Arif Şükürov tərəfindən alınması barədə qaimə təqdim edilmiş, lakin hakim tərəfindən qaimədə möhürün olmaması əsas gətirilərək həmin halı şahidin ifadəsinin əksinə olan xüsusat kimi qəbul etməkdən imtina etmiş, (qaimə satıcı tərəfindən təqdim edilir və möhür vurulmur. Əgər məhkəmə tərəfindən sorğu olunarsa satıcı malın hansı tarixdə və kimə satılması barədə rəsmi məlumat verə bilər.) daha sonra digər şahid Çingiz Mürsəlov 8.000 manat miqda rında tikinti materiallarını Şükür Abdıyevin almasını və pulunun da sonuncu tərəfindən ödədiyini bildirmiş, həmin şahidin məhkəmə iclasında yalan ifadə verdiyini cavabdehin nümayəndəsi bildirmiş və bir müddət bundan əvvəl məsələyə yazılı qaydada ərizə ilə münasibət bildirməsini və həmin ərizənin notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Hakim isə yenə də sübutların məhkəmə baxışı başlananadək təqdim edilməli olmasını, eyni zamanda şahid ifadəsinin məhkəmə iclasında tədqiq edilməli olmasını əsas gətirərək, şahidin yalan ifadə verməsini araşdırmamışdır. Şahidin özü də məhkəmə iclasında imzanın onun tərəfindən çəkilməsini və notarial qaydada təsdiq edilməsini etiraf etmişdir. Bəs əgər sübutlar məhkəmə baxışı başlananadək təqdim edilməlidirsə o zaman iddiaçı tərəf qar şı tərəfə və məhkəməyə məlumat vermədən necə baxış iclasına şahid dəvət edir və məhkəmə bunu sübut kimi qəbul edir? Apellyasiya şikayətində bu xüsusatlar qeyd edilmiş, lakin araşdırılmamışdır.
58. İddiaçının iddia qaldırması üçün subyektiv hüququ olmamışdır. Belə ki, nə iddiaçı, nə də şahidlər iddiaçı tərəfindən hər hansı vəsait xərclənməsini bildirməmişlər. Məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, şahid qismində dindirilən Şükür Abdıyev guya çəkmiş olduğu xərcləri qızına bağışlayıb. Bununla bağlı isə hər hansı bağışlama sənədi məhkəməyə təqdim edilməmişdir.
59. Qətnamənin 3-cü və 10-cu abzaslarından göründüyü kimi, İddiaçı eyni mahiyyətli tələblə 2019-cu ildə məhkəməyə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin 2(062)137/2019 nömrəli, 1 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən idd iası təmin edilmiş, mübahisə predmeti olan evin tikintisinə sərf edilmiş 2/3 hissəsinin İddiaçı aid edilməsi qət edilmiş, həmin qətnamə Ali Məhkəmənin 2(102)-4423/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən, iddianın evin tikintisinə xərclənmiş vəsaitin 2/3 hissəsinin iddiaçıya aid edilməsi hissədə işin icraatına xitam verilmişdir. Hazırkı tələb də eyni mahiyyətlidir və apellyasiya məhkəməsi buna münasibət bildirməmişdir. Şahidlərin dindirilməsi və şahid ifadələrinin sübut kimi qəbul edilməsi, qanunsuz əsaslarla tədqiq edilməsi Apellyasiya Məhkəməsi tərəfindən araşdırılmamışdır. Eyni şahid həm notarial qaydada ərizə vermiş, həm də məhkəmədə ifadə vermişdir. Həmin ərizənin məzmunu ilə məhkəmə iclasında verilmiş ifadənin məzmunu bir-biri ilə tamamilə ziddiyyətlidir. Bu hal həmin ş ahidlərin ifadələrinin sübut kimi qəbul edilməsini istisna edən hal kimi qəbul edilməli idi. Lakin qətnamənin təmin edilən hissəsi sadəcə həmin şahid ifadələrinin əsasında əsaslandırılmış, başqa heç bir sübuta söykənməmişdir. Tərəflərin hüquq bərabərliyi təmin edilməmiş, təqdim edilən sübutların tədqiq edilməsinə ikili yanaşma olmuş, cavabdeh tərəfindən şahid ifadələrinin yalan olması barədə təqdim edilən notarial qaydada təsdiq olunmuş sənədlərin məhkəmə tərəfindən qəbul edilməsindən imtina olunmuşdur. Hansı ki, həmin sübutlar qeyd olunan şahid ifadələrinin yalan olmasını ortaya çıxaracaqdır. Həmin sənədlərin surətini şikayətə əlavə edir və həmçinin bildirir ki, sənədlərin əsli Ali Məhkəmə tərəfindən baxılmış 2(102)-4423/2020 saylı mülki işin materiallarına əlavə edilmişdir. Eyni zamanda Tovuz Rayon Notariat Ofisində bir nüsxəsi qalmaqdadır.
60. Ümumiyyətlə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Yəni nə iddiaçı özü, nə də şahidlər İddiaçı əmlakın inşa edilməsində maddi və sair cəhətdən iştirakını təsdiq etməmişlər. İddiaçı cavabdehdən pul tələb etməsini əsaslandırmamış, sadəcə evin inşasında atasının dırnaqarası rolundan faydalanaraq, hazırkı iddia ilə əvvəlki əsassız iddialarının uğursuz olmasından sonra yenidən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan əlavə bildirir ki, hər hansı şəxsin apardığı tikinti işlərində müxtəlif ustaların əməyindən və müxtəlif şəxslərin xidmətindən istifadə olunur. Həmin şəxslər də nəyin müqabilində xidmət göstərdiklərini və əmlakın yekunda kimə məxsus olacağını dərk edirlər. Bir neçə həqiqətə söykənməyən və kifayə t qədər ziddiyyətli şahid ifadəsinə əsaslanaraq, eyni zamanda iddia müddətinin keçməsini nəzərə almayaraq, pul xərclədiyini iddia edən və iddia qaldıran şəxslərin tamamilə başqa-başqa şəxslər olmasına nəzər yetirmədən qətnamə çıxarmaq qanunvericiliyin tələblərinə və hakimliyin fəaliyyət prinsiplərinə uyğun gəlmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
61. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
62. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
63. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
64. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
65. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
66. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
67. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
68. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar süb utlar hesab olunur.
71. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
73. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
74. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
75. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandır ılmalıdır.
76. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
79. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntu su hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
80. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
81. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
82. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
83. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyə n edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
85. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəf lərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
87. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə ü çün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 88. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
89. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəli llərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlil ləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
90. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
91. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
92. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
93. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
94. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1925/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.