Məhkəmə qərarları › İş №2(102)-108/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-108/2024

15.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-108/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxslər ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi və Gədəbəy Rayon Notariat Ofisi) iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsi, əqdin etibarsızlığı, mirasın faktiki qəbulu ilə bağlı mübahisələr, mirasın bölüşdürülməsi ilə bağlı mübahisələr) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi və Gədəbəy Rayon Notariat Ofisinə) qarşı “bağışlama müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi, miras əmlak olaraq, mirasın faktiki qəbul edilməsi faktı, həmin miras əmlakdakı payların müəyyən edilməsi” tələblərinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-162/2023 nömrəli, 9 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh1 iddiaçıların və digər Cavabdeh2 doğma anasıdır.

2. İddiaçılar, mərhum ataları İbrahim Rüstəmovun mülkiyyətində torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsində ev tikdiklərini, o ata v əfat edəndən sonra həmin əmlakları faktiki qəbul etdiklərini bildirirək, analarının onların razılığı olmadan mirası qəbul etdiyini, öz adına dövlət qeydiyyatına aldığını və kiçik qardaşları Cavabdeh2 bağışlanmasını mübahisələndirirlər.

3. Gədəbəy Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1962-1975-ci illərə dair iclas protokollarında Rüstəmov İbrahim Qara oğlunun (iddiaçıların atasının) adına torpaq sahəsinin ayrılması barədə fakt aşkar olunmamışdır.

4. Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Qumlu kənd sovetinin 19601962-ci illərə dair 8 nömrəli Təsərrüfatbaşına kitabında Rüstəmov İbrahim Qara oğlunun adına 636 nömrəli şəxsi hesablı təsərrüfat qeyd olunmaqla həmin təsərrüfatın torpaq qrafasında 0,15 ha torpaq sahəsi qeyd edilmişdir.

5. Gədəbəy Rayon Aqrar İslahat Komissiya sının xx.xx.1998-ci il tarixli qərarına əsasən Cavabdeh1 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir.

6. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2010-cu il tarixli, A306914 saylı “Torpaq sahəsinin planı va ölçüsü” əsasında Gədəbəy şəhərində yerləşən 0,2897 ha torpaq sahəsinə dair sonuncunun adına tam mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

7. Həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 8. xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsi bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. ünvan 1 ünvanında yer ləşən 0,2897 ha torpaq sahəsinə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə mülkiyyət hüquqları qeydə alınmışdır.

9. Bundan başqa, ünvan 1 ünvanında yerləşən 0,25 ha torpaq sahəsi və üzərində yerləşən 241,1 kv metr fərdi yaşayış evinə Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi və Gədəbəy Rayon Notariat Ofisinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pozulmuş mülkiyyət hüquqlarının bərpası, Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğvi, həmin çıxarış əsasında bağlanmış bağışlama müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi, mərhum atalarından miras qalmış 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdikləri ikimərtəbəli, ümumi sahəsi 241,1 kv metr fərdi yaşayış evini miras əmlak olaraq iddiaçılar tərəfindən faktiki qəbul edilməsi faktının təsdiqi, miras əmlakdan payların müəyyən olunması, həmin miras əmlakdakı payların müəyyən edilməsi və iddiaçılara dövlət tərəfindən pay torpağı kimi verilmiş 0,2897 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpası cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 03/K saylı 05 yanvar 2023-cü il tarixli əmrinin etibarsız hesab edilib işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, ataları Rüstəmov İbrahim Qara oğluna 1962-cı i l tarixdə Gədəbəy rayonu, Qumlu kəndində fərdi yaşayış evinin tikintisi üçün 0,15 ha torpaq sahəsi ayrılmış, 1964-cü il tarixdə ataları tərəfindən həmin torpaq sahəsində ümumi sahəsi 241 kv metr olan ikimərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Ataları Rüstəmov İbrahim 1975-ci tarixdə vəfat etdikdən sonra anaları - hazırki iş üzrə Cavabdeh1 ilə birlikdə məhrum atalarından miras qalmış 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamış və miras əmlakın idarə edilməsində iştirak etmişlər. 1998-ci il tarixdə Aqrar İslahat Komissiyasının 08 saylı qərarı ilə mərhum atasının qanuni istifadəsində olmuş 0,15 ha torpaq sahəsi və əlavə olaraq 0,10 ha torpaq sahəsi torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə əsasında anası Cavabdeh1 mülkiyyətinə verilmişdir. Eyni zamanda, Aqrar İslahat Komissiyasının eyni tarixli digər bir qərarı ilə Cavabdeh1 adına olan təsərrüfatda qeydiyyatda olan və həmin təsərrüfatda yaşayan şəxslərin, iddiaçılar da daxil olmaqla dövlət tərəfindən verilmiş torpaq payları Gədəbəy rayonu, Qumlu kəndindəki iddiaçıların mərhum atası tərəfindən tikilmiş fərdi yaşayış evinin həyətyanı sahəsinə bitişik formada ayrılmaqla, ümumilikdə 0.2897 ha müəyyən olunmuş, bununla bağlı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı tərtib edilmişdir. Cavabdeh1 Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 08 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin 0,15 ha hissəsinin 1962-ci ildə iddiaçıların mərhum atasının qanuni istifadəsinə ayrılmış torpaq sahəsi olduğunu və iddiaçıların atalarının vəfatından sonra həmin torpaq sahəsini və hə min torpaq sahəsində tikdiyi 241 kv metr sahəsi olan ikimərtəbəli fərdi yaşayış evini miras əmlak kimi faktiki qəbul etdiklərini və həmin daşınmaz əmlaka (torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi) iddiaçıların hüquqlarının yarandığını bilə-bilə, iddiaçıların razılığı olmadan, eyni zamanda Aqrar İslahat Komissiyasının eyni tarixli digər bir qərarı ilə iddiaçılara dövlət tərəfindən verilmiş pay torpaqlarının da daxil olduğu 0,2897 ha torpaq sahəsinə iddiaçıların razılığı olmadan xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququna dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış və qeyd olunan çıxarış əsasında xx.xx.2021-ci il tarixdə Gədəbəy Rayon Notariat ofisində bağlanmış bağışlama müqaviləsinə əsasən 0,25 ha torpaq sahəsini üzərindəki 241 kv.m fərdi yaşayış evi ilə birlikdə və 0,2897 ha torpaq sahəsini isə ayrılıqda hazırki iş üzrə digər Cavabdeh2 bağışlamışdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə 0,25 ha və 0,2897 ha torpaq sahələrinə öz adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alarkən həmin torpaq sahələrinə hazırki iş üzrə iddiaçıların mülkiyyət hüquqlarının olduğunu bilmiş və qərəzli şəkildə iddiaçıların mülkiyyət hüququndan məhrum olmasına səbəb olmuşdur. Digər cavabdeh isə bağışlanmış hədiyyəyə iddiaçıların mülkiyyət hüquqlarının olduğunu və hədiyyə verənin adına çıxarışın qanunsuz əldə edildiyini bilə-bilə həmin hədiyyəni qəbul etməklə iddiaçıların mülkiyyət hüququndan məhrum olmasına şərait yaratmışdır. İddiaçılar miras əmlakı faktiki olaraq qəbul etdikləri üçün, onların miras əmlakda məcburi payları müəyyən edilməlidi r.

12. Cavabdeh2 məhkəmə iclasında iddia tələblərinə etiraz edərək bildirmişdir ki, atasının mülkiyyətində hər hansı əmlak olmamışdır. Torpaq islahatı zamanı anası Cavabdeh1 mülkiyyətinə həyətyanı torpaq sahələri verilmişdir. Bundan sonra anası mülkiyyət hüququnun qeydə alınması haqqında müvafiq Çıxarış almışdır. Anası həyətyanı torpaq sahələrini və fərdi yaşayış evini bağışlama müqaviləsi əsasında ona bağışlamış, torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona Çıxarışlar verilmişdir. Bu zaman onlar tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçılar isə ataları vəfat edəndən sonra yas mərasimlərində iştirak etsələr də, heç vaxt evdə yaşamamış, mirası qəbul etməmişlər. Həmin ev və həyətyanı torpaq sahəs inə onun mülkiyyət hüququ qeydə alındıqdan sonra isə həmin əmlakdan payları olduqlarını bildirmişlər. Halbuki, onlar mirası qəbul etməmiş, evin və həyətin saxlanılması və yaxşılaşdırılmalarında iştirak etməmişlər.

13. Cavabdehlər iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 9 nömrəli qərarına əsasən ünvan 2 ünvanında) yerləşən torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair 2006-cı il tarixli şəhadətnamə verilmişdir. Həm torpaq sahəsi həm də fərdi yaşayış evi uzun illərdir ki, Cavabdeh1 sahibliyində və istifadəsində olmaqla yanaşı həm də mülkiyyətinə verilmişdir. Bu fakt iddiaçılara məlum olmuş və ailə üzvləri tərəfindən mübahisələndirilməmişdir. 1988-1989-cu illərdə İddiaçı2, 1995-1996-cı illərdə isə İddiaçı1 pay torpağı verilmişdir. İlqar həmin torpaq sahəsində özünə ev tikdirmiş və həmin evdə yaşamışdır. Rövşən isə özünə məxsus torpaq sahəsini satmışdır. Həm torpaq sahəsinə və həm də fərdi yaşayış evinə iddiaçıların heç bir əlaqəsi olmamışdır. Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə yaşayırlar. Cavabdeh2 ailənin kiçik övladıdır. Torpaq sahəsini və onlara məxsus evi faktiki olaraq onlar idarə etmişlər. Sözügedən əmlaklar qanunla nəzərdə tutulmuş qaydada Cavabdeh1 adına çıxarış alındıqdan sonra Cavabdeh2 bağışlanılmış və hal-hazırda da onun mülkiyyətindədir.

14. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X2, X3, X5 və X1 eyni məzmunda ifadə verərək bildirmişlər ki, iddiaçılar onun yaxın qonşularıdır. İddiaçılardan İddiaçı1 atası öldükdən sonra həmin evdə yaşamış, miras əmlaka sahiblik etmiş, evdə yaxşılaşdırma işləri görmüşdür. Atası vəfat etdikdən sonra, onun yas mərasimlərini İddiaçı1 vermişdir. Hazırda cavabdehlər İddiaçı1 ata evinə buraxmırlar.

15. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(042)-364/2022 nömrəli iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb etmiş, lakin bu tələbin qanuni və faktiki əsaslarını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişlər. İddiaçıların mərhum ataları Rüstəmov İbrahim Qara oğlunun mülkiyyətində hər hansı bir əmlakın, yəni miras aktivinin olması müəyyən olunmamışdır. Bundan başqa i ddiaçıların 0,2897 ha torpaq sahəsinə də mülkiyyət hüquqlarının olması müəyyən edilməmişdir. Mübahisələndirilən torpaq sahələri və fərdi yaşayış evinə Cavabdeh1 tərəfindən mülkiyyət hüququnun əldə olunması qanuni və əsaslı olmuş, həmin daşınmaz əmlakların oğlu Cavabdeh2 bağışlanması və sonuncunun adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması zamanı qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunmamışdır.

17. Məhkəmə Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 13 və 29-cu maddələri, “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsınа 1 sаylı Prоtоkоlun 1-ci mаddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəlləsi) 139-1.1, 149.2, 152.1, 157.1, 337.1, 666.1, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1151.1, 1243.2, 1 243.3, 1246 və 1255-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.2 və 217.4-ci maddələrinə istinad edərək iddianı rədd etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər.

19. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Gədəbəy Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 114 №-li arayışının 2-ci abzasında qeyd olunan məlumatları öz qətnaməsində qeyd etsə də, nədənsə həmin arayışın 3-cü abzasında qeyd olunanlara əhəmiyyət verməmişdir. Həmin arayışın 3-cü abzasında isə qeyd olu nur ki, “əlavə olaraq bildiririk ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Qumlu kənd sovetinin 1960-1962-ci illərə dair 8 nömrəli Təsərrüfatbaşına kitabında Rüstəmov İbrahim Qara oğlunun adına 636 nömrəli şəxsi hesablı təsərrüfat qeyd olunmaqla həmin təsərrüfatın torpaq qrafasında 0,15 ha torpaq sahəsi qeyd olunmuşdur.” İşə baxan birinci instansiya məhkəməsinin hüquqi qiymət vermədiyi həmin arayışdakı qeyd olunan məlumat məhkəmə iclasında iddiaçı tərəfin təqdim etdiyi şahidlərin (qonşuların) ifadələri ilə də təsdiq olunmuşdur. Bağışlama müqaviləsinin əhəmiyyətsiz əqd olduğuna əhəmiyyət verilməmişdir. Əqdin etibarlığının üçüncü şəxsin razılığından asılı olduğunu diqqətdən qaçırmışdır.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məh kəməsi) 2(104)-162/2023 nömrəli iş üzrə 9 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçıların mərhum ataları İbrahim Rüstəmovdan miras qalan əmlakı notariat orqanına ərizə verməklə, yaxud faktiki olaraq qəbul etmələrini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. İddiaçıların mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət olan hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur. İddiaçılar onlar tərəfindən atasından qalmış mirası qəbul etməsini sübuta yetirilə bilməmişdir. Həmçinin mübahisənin predmeti olan torpaq sahələri və yaşayış evinin iddiaçıların atalarından qalmış miras əmlakın kütləsində aid olması, həmin daşınmaz əmlakların miras qoyan kimi göstərilən İbrahim Rüstəmovun adına dövlət qeydiyyatına alınması müəyyən edilmir.

22. Digər tərəfdən, əqdin etibarsızlığı barədə irəli sürülmüş dəlillər, həmin əqdin hüquqi təbiəti nəzərə alınmaqla təhlil oluna bilər. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsi bağlanan zaman qanunvericiliyin tələblərinə riayət edilmişdir. Həmçinin, iddiaçıların 0,2897 ha torpaq sahəsinə də mülkiyyət hüquq larının olması müəyyən edilməmişdir.

23. Məhkəmə gəldiyi nəticəni Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 13 və 29cu maddələri, Mülki Məcəllənin 337.1, 666.1, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1151.1, 1243.2, 1243.3, 1246 və 1255-ci maddələrinə və MPM-in 14.2, 77.1, 217.2 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Qətnamədən İddiaçı1 (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: - Apellyasiya məhkəməsi iddiaçıların atalarının sağlığında tikdiyi fərdi yaşayış evinə mü lkiyyət hüququnun xx.xx.2021-ci il tarixdə ilk dəfə iş üzrə Cavabdeh1 adına qeydiyyata alınması zamanı dövlət reyestri xidmətinə təqdim olunan fərdi yaşayış evinin layihəsində həmin evin 1962-ci ildə inşa edilməsinin qeyd olunmasını, iddiaçıların atalarının vəfat etdiyi 1975-ci il tarixdə iddiaçıların fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər olduğunu və buna görə də özlərinin müstəqil surətdə mirasın qəbulu üçün həmin fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması ilə bağlı hərəkətlər edə bilməməsini, anaları – hazırki iş üzrə cavabdehin isə həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun yalnız öz adına qeydiyyata alınması ilə bağlı müraciət etdiyini nəzərə almamışdır. Halbuki, işdə materiallarında olan arxiv arayışından da göründüyü kimi, iddiaçıların atala rına 1962-ci il tarixdə 0,15 ha torpaq sahəsi ayrılmış, o cümlədən fərdi yaşayış evinin ataları tərəfindən 1962-ci ildə tikildiyi birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. - İşə baxan apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçıların atasından qalmış fərdi yaşayış evi və 0,15 ha torpaq sahəsindən ibarət mirasın açıldığı vaxt, 1975-ci ildə iddiaçılar fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər olduğuna görə mirası onların qanuni nümayəndəsi kimi, anaları - hazırki iş üzrə Cavabdeh1 vasitəsilə qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 13-cü madd əsinin 1-ci hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 29-cu maddəsinin 1-ci və 3-cü hissələri. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə a lanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

32. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

33. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

34. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

35. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

37. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etd iyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

38. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

39. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

40. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

53. İddiaçı1 kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

54. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-162/2023 nömrəli iş üzrə 09 avqust 2023-cü il tarixli qətnaməsi İddiaçı1 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar