Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1080/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Məmmədov X2 Cavabdeh: Cavabdeh İddia tələbi: 11.000 manat məbləğində pulun qaytarılması Açar sözlər: sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxara q, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə görülən işlərin dəyərinə görə 11000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini belə əsaslandırılmışdır ki, 2012-ci ildən tanıdığı cavabdeh ona 2014-cü ildə Sumqayıt şəhərində dənizkənarı parkda boş sahə olmasını, orada obyekt tikilməli olmasını demiş, bundan sonra o öz hesabına tikintini aparmağa başlamış, 20 gün iş getdikdən sonra cavabdeh ona tikinti işlərini müvəqqəti dayandırmağı demişdir. O, 20 gün müddətində ümumilikdə həmin obyektə 11.000 manat pul xərcləmiş, tikintidə 3 briqada, hər briqadada 1 usta və 2 fəhlə işləmişdir. İşi saxladıqda n sonra cavabdeh ona narahat olmamasını, tikintinin davam etdirilməsi mümkün olmadığı halda pulu qaytaracağını bildirmişdir. Tikinti işlərinin aparıldığı sahə “Qala” restoranına aid olsa da, işlərin aparılmasını ona cavabdeh tapşırmış, görülmüş işlər barədə smeta tərtib olunmamış, tikintidə işləyən işçilərlə müqavilə bağlanmamış, tikintiyə sərf olunan tikinti materiallarının alınmasını təsdiq edən sənədlər saxlanmamışdır. O dəfələrlə cavabdehdən pulunu tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə cavabdeh onun pulunu qaytarmaqdan imtina etmişdir. Cavabdeh iddiaya yazıl etiraz verərək bildirmişdir ki, Sumqayıt şəhərində dənizkənarı bulvar ərazisində tikinti işləri aparmağa və ya tikinti işlərinin aparılmasına sərəncam verməyə cavabdehin heç bir səlahiyyəti olmamışdır. İddiaçı tərəfindən həm in ərazidə hansı tikinti işlərinin aparılması, tikintiyə həqiqətən 11000 manat pul sərf olunması, tikinti işlərinin aparılması üçün hər hansı icazə alınması, müqavilə bağlanması bəlli deyil. Bundan əlavə, iddiaçının 2014-cü ildə görülən işlərə görə 6 ildən sonra iddia qaldırması müəmmalıdır. İddia əsassız olmaqla yanaşı, həm də iddia müddəti ötürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-780/2020 saylı iş üzrə 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamı ş və həqiqətin müəyyən olunmasında maraqlı olmamış, işə baxılarkən şahidlər dindirilməmiş, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4273/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli, A.Ə.İsgəndərov, E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı öz iddiasını borc münasibətləri ilə əsaslandırsa da, iddia ərizəsinin məzmunundan və iddiaçının izahatından belə məlum olur ki, o, cavabdehin sifarişi əsasında iş görmüşdür. Lakin iddiaçı tərəf cavabdehin sifarişi ilə nə vaxt, yəni hansı ildə və hansı tikinti işləri görməsi, tikintiyə həqiqətən 11000 manat pul sərf etməsi, həmin tikintinin sonrakı taleyi barədə heç bir sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə sübut növü olaraq təqdim etdiyi şahid ifadəsi, görülmüş işlərə dair yalnız iddiaçı tərəfindən tərtib olunmaqla imzalanan siyahı ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, görülən işlərin vaxtını, işlərin görülməsinə sərf olunan məbləği bilməyən şahid ifadəsi, yalnız iddiaçı tərəfindən tərtib olunan siyahı işlərin cavabdehin tapşırığı ilə görülməsini, tələb olunan vəsaitin həqiqətən sərf olunmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bundan əlavə, tikinti işləri aparılmasına rəsmi icazə verilməsi barədə sənəd, habelə tikintinin planı və sxemi məhkəməyə təqdim edilməmişdir. İddiaçı 6 ildən sonra məhkəməyə müraciət etməsinin səbəbini əsaslandıra bilməmiş, ötən müddət ərzində cavabdeh ə hər hansı pretenziya və iddia irəli sürməsi barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasya məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ol a bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmal ıdır. Həmin Məcəllənin 752.1.-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2.-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri(hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1080/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1080/2021
17.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver