Məhkəmə qərarları › İş №2(102)-1086/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1086/2019

25.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1086/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 25 fevral 2019-cu il İş № 2(102)-1086/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və X6 ibarət tərkibdə, X22 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh YYY qızına və üçüncü şəxs 000nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “000 nömrəli (Kod 9020002) şəhadətnamənin məxsusluğunun müəyyən olunması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli 2(107)-1996/2018 nömrəli qətnaməsindən cavabdeh YYY qızı və vəkili X4 tərəfində n verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh YYY qızına və üçüncü şəxs 000nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 111nömrəli (kod 9020002) şəhadətnamənin X11 ilə bərabər, X12 məxsusluğunun müəyyən olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 08 may 1999-cu ildə X16 ilə nikaha daxil olmaqla evlənmişdir. Birgə nikahlarından 23 fevral 2005-ci il təvəllüdlü FFF, 29 mart 2006cı il təvəllüdlü SSSqızları olmuşdur. X2 doğum şəhadətnaməsinə əsasən onun soyadı LLL, adı s, ata adı QQQdır. Ata qrafasında ata adı X13 göstərilmişdir. Əri ünvan 1 ünvanda yaşamışdır. ünvan 2 ildə 000 nömrəli (kod 9020002) şəhadətnamə ilə X11 və X7 mülkiyyətinə verilmişdir. Halbuki, həmin sənəddə adı X3 göstərilməli idi. Çünki belə adda Xatın LLLanın qızı olmamışdır. Həmin sənədi tərtib etmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi artıq ləğv edildiyindən sənəddə müvafiq düzəlişlər aparılması mümkün deyildir. X16 09 iyul 2015-ci ildə vəfat etmişdir. Həmin şəhadətnamənin mövcudluğu onun ölümündən sonra məlum olmuşdur. Ağdaş Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 10 aprel 2018-ci il tarixli, 2(014)-882/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 111nömrəli (kod 9020002) şəhadətnamənin X11 ilə bərabər, X12 məxsusluğunun müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun ərizəçi yə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh YYY qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Ağdaş Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2(014)882/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh YYY qızı və vəkili X4 tərəfindən kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli 2(107)-1996/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkə məsi mübahisələndirilən qətnaməsində gəldiyini nəticəni əsaslandırmamışdır. Mingəçevir şəhəri, Ərəş küçəsi 44 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2014-cü il tarixli 293 nömrəli sərəncamı əsasında kadastr planı verilmiş və sonradan X1 onun razılığı ilə həmin torpaq sahəsi dövlət reyestrində X5 adına qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tam və hər tərəfli araşdırma aparılmamış işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı kassasiya şikayətinə etiraz verərək Şəki Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli 2(107)-1996/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli 2(107)-1996/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmaldır. Apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Mingəçevir şəhər Qe ydiyyat şöbəsi tərəfindən verilmiş 14 oktyabr 2016-cı tarixli 741 saylı arayışa əsasən X9 və İddiaçı nikahı haqqında 08 may 1999-cu il tarixdə 62 saylı akt qeydi tərtib olunmuşdur. işdə olan 14 iyul 2015-ci tarixli 000 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X16 09 iyul 2015-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyul 2015-ci tarixli saylı arayışının təsdiq edilmiş surətindən məlum olur ki, X11 fevral 2015-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair 000 saylı şəhadətnaməsinin təsdiq edilmiş surətindən məlum olur ki, X8 və X10 Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi verilmişdi r. İddiaçı torpağa mülkiyyət hüququ verən həmin şəhadətnamədə mərhum həyat yoldaşının adı düzgün göstərilmədiyindən vərəsəlik işlərinin həlli üçün həmin şəhadətnamənin mərhum həyat yoldaşı X12 məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini istəyir. İşdə olan məhkəmə aktlarından görünür ki, müvafiq tələbə xüsusi icraat qaydasında baxılarkən şəhadətnamənin məxsus olduğu digər torpaq mülkiyyətçisi X5 vərəsəsi YYY qızı ilə iddiaçı arasında hüquq haqqında mübahisə olduğundan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2017-ci il tarixli 2(107)-1601/2017 saylı qərardadı ilə Mingəçevir şəhər Məhkəməsinin 02 mart 2016-cı il tarixli 2(051)-709/2016 saylı qətnaməsi qismən – “000 nömrəli (kod 9020002) şəhadətnamənin X11 ilə bərabər, X12 məxsus olması” hissədə ləğv ed ilərək, ərizə həmin hissədə baxılmamış saxlanılmışdır. Buna görə də, iddiaçı iddia icraatı qaydasında cavabdehlərə qarşı iddia qaldıraraq, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair 111nömrəli (kod 9020002) şəhadətnamənin X11 ilə bərabər, X12 məxsusluğunun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmələr tərəfindən yuxarıda qeyd edilən sübutlar və şahid ifadələri əsasında müəyyən edilmişdir ki, 000 nömrəli (kod 9020002) şəhadətnamədə X11 ilə bərabər onun oğlu X9 adı göstərilmiş, lakin texniki səhv olaraq onun adı “X14” kimi yazılmışdır. Hüquq müəyyən edən həmin sənədi verən orqan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi artıq ləğv edildiyindən sənəddə müvafiq düzəlişlər a parılması mümkün deyildir. X16 09 iyul 2015-ci ildə vəfat etdiyindən ondan miras qalmış əmlakın dairəsinin müəyyən edilməsi və vərəsəlik məsələlərinin həlli üçün həmin şəhadətnamənin X11 ilə bərabər onun oğlu X12 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnam ə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya şikayətində şəhadətnamənin həm də mərhum X12 məxsus olması faktı mübahisələndirilmir, sadəcə kassator X1 özünün razılığı ilə həmin torpaq sahəsinin dövlət reyestrində X5 adına qeydiyyata alındığını göstərmişdir. Bu məsələ isə, yəni həmin şəhadətnamə əsasında mövcud olan torpağa mülkiyyət hüququnun dövlət reyestrində bütünlüklə X5 adına qeydiyyata alınması məsələsi hazırki mübahisənin predmetini təşkil etmədiyindən məhkəmə bununla bağlı hər hansı araşdırma aparmır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Resp ublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh YYY qızının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1996/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar