Məhkəmə qərarları › İş №2(102)-1086/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1086/2020

24.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1086/2020 24.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı2 və vəkili X oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(005)2656/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı2 Cavabdeh1 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı2 iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək yekun olaraq Cavabdeh1 “Chevrolet Aveo” markalı **-TE-*** saylı dövlət qeydiyyat nişanlı avtomobil barəsində olan “Avtomobil krediti girov/ipoteka” müqaviləsi üzrə hesablanmış 3525 manat kompensasiyanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı2 və vəkili X oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə kollegiyası iş üçün əhəmiyyətli olan, qəbul ediləcək qərarın hüquqi əsaslılığına və tərəflərin hüquqi vəziyyətinə birbaşa təsir edən və əhəmiyyət kəsb edən halların araşdırılması zərurətini nəzərə almadan cavabdehin mövqeyini dəstəkləyən qərar qəbul edib. İddiaçı ilə cavabdeh arasında müqavilə olmamış, iddiaçı bankdan deyil, ona çatmalı olan pul məbləğini cavabdeh Cdan tələb etmişdir. Həmçinin, avtomobilin cavabdeh tərəfindən satılması, 11.06.2019-cu il tarixdən “Chevrolet aveo” markalı **- TE*** saylı dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış “avtomobil krediti və girov/ipoteka” müqaviləsi üzrə kredit borcunu iddiaçı tərəfindən ödənildiyi cavabdeh tərəf də qəbul etmişdir. Hesab edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası maddi və prosessual hüquq pozuntularına yol verməklə əsassız qənaətə gəlmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 11 oktyabr 2019-cu il tarixli 2(103)12701/2019 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X oğlu Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, Cavabdeh1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi MK-nın 11 oktyabr 2019-cu il tarixli 2(103)-12701/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanıl-masa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual normaların düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki halların a istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının gəldiyi nəticədən görünür ki, iddiaçı cavabdehin onun hesabına əsassız varlandığını zənn edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, eləcə də bu halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı cavabdehin əvəzindən kredit ödənişlərinin bir hissəsini banka ödədiyinə görə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etsə də haqlı olmamışdır. Çünki, iddiaçı ilə kredit vermiş bank arasında hər hansı bir kredit münasibətləri yaranmamış, bununla əlaqədar onun bank qarşısında hansısa bir öhdəliyi olmamışdır. Apellyasiya kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən 2016-cı ilin iyun ayında ipoteka predmeti olmuş avtomobili etibarnamə əsasında özünün sahibliyinə və istifadəsinə almışdır. Həmin vaxt artıq iki dəfə devalvasiya olmuş xarici valyutaların, o cümlədən ABŞ dollarının manatla müqayisədə dəyəri artmışdır. Cavabdeh də məhz bu devalvasiyaların nəticəsi olaraq bankla bağladığı 10 oktyabr 2014- cü il tarixli avtomobil krediti və girov/ipoteka müqaviləsi üzrə ödənişləri həyata keçirməkdə çətinlik çəkdiyi üçün ipoteka predmeti olan avtomobilini satmaq, daha doğrusu avtomobilin qalıq dəyərini ödəyəcək şəxsin ona mülk iyyət hüququnu əldə edəcəyi şərtilə satmaq qərarına gəlmişdir. Yəni, iddiaçı ilə cavabdeh arasında yaranan münasibət kredit müqaviləsi ilə deyil, avtomobillə bağlı olmuşdur. Belə ki, hər iki devalvasiyanın təsirlərinə məhz cavabdeh məruz qaldığı üçün mülki dövriyyədə formalaşan bu təcrübəyə əsasən, yəni etibarnamə əsasında cavabdehin avtomobili özgəninkiləşdirmək məqsədi olmuşudr. Əlbətdə ki, iddiaçı da avtomobil bazarında yüklü avtomobillərin bu cür əlverişli şərtlərlə satıldığını, yəni dəyərinin bir hissəsini kredit ödənişləri şəklində hissə-hissə ödəniləcəyini bilərək cavabdehlə bu sövdələşməyə getmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının həmin vaxt avtomobil əldə etmək istəyi və arzusu olmuş, çox yəqin ki, cavabdehin kredit müqaviləsi üzrə heç də öhdəliklərini yer inə yetirmək niyyəti olmamışdır. Daha doğrusu özü üçün də sərfəli olan bir vəziyyətdə, yəni ipoteka ilə yüklü olduğu üçün dəyərini hissə-hissə banka ödəməklə, ödənişi başa çatdırdıqdan sonra isə avtomobilin tam olaraq xüsusi mülkiyyətinə keçirmək marağı olmuşdur. Həm devalvasiyalardan əvvəl, həm də sonra ödəniləcək məbləğ dəyişməmiş, yəni 282 ABŞ dolları kimi qalmışdır. Buna görə də 2016-cı ilin iyun ayında ABŞ dollarının manata məzənnəsini də iddiaçı bilməmiş deyildi. Yəni, iddiaçıya aldığı avtomobilin qalıq dəyərinə görə hansı məbləği ödəyəcəyi şübhəsiz ki bəlli idi. Hər ay 282 ABŞ dollarının manata məzənnəsinin hansı dəyərdə olduğunu bilə-bilə iddiaçı avtomobil əldə etmiş, ondan istifadə etmiş, yararlanmış və digər maddi və mənəvi tələbatlarını ödəmişdir. Apellyasiya kollegiyası qeyd et mişdir ki, iddiaçı məlum Fərmana əsaslanaraq hazırkı iddia ilə məhkəməyə müraciət etsə də onun iddia tələbinin faktiki əsası qanuni əsasının dizpozisiya əlamətləri ilə açıq-aşkar uzlaşmır. Çünki, yaranmış vəziyyətdə cavabdeh iddiaçının hesabına əsassız varlanmamış və varlana da bilməzdi. Belə ki, kredit münasibətləri cavabdehlə bank arasında yaranmışdır. Avtomobil həmin kredit müqaviləsinin təminatı kimi banka ipotekaya qoyulmuşdur. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini üzərinə götürməmiş, kreditin təminatı kimi girov qoyulmuş avtomobili əldə edib ondan istifadə etmək və mülkiyyətinə almaq üçün əlverişli şərtlərin olduğunu görüb qalan kredit ödənişlərini etməyə razılıq vermişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, kredit müqaviləsi üzrə öhdəlik lərin yerinə yetirilməyəcəyi təqdirdə hər bir halda kredit müqaviləsinin tərəfi olan borc alan iddiaya cavab verən olacaqdır. Ona görə də, məhz iddiaçının cavabdehin hesabına əsassız varlanmağa cəhd etməsi barədə apellyasiya şikayətinin dəlilləri açıq-aşkar əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmə k hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəll ənin 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası iş üçün əhəmiy yətli olan, qəbul ediləcək qərarın hüquqi əsaslılığına və tərəflərin hüquqi vəziyyətinə birbaşa təsir edən və əhəmiyyət kəsb edən halların araşdırılması zərurətini nəzərə almadan cavabdehin mövqeyini dəstəkləyən qərar qəbul etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsaslansa da, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbinin faktiki əsası qanuni əsasının dispozisiya əlamətləri ilə açıq-aşkar uzlaşmır. Çünki, yaranmış vəziyyətdə cavabdeh iddiaçının hesabına əsassız varlanmamışdır. Belə ki, kredit münasibətləri cavabde hlə bank arasında yaranmışdır. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətinin isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş ü zrə 11 oktyabr 2019-cu il tarixli 2(103)-12701/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar