Məhkəmə qərarları › İş №2(102)-1087/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1087/2023

17.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1087/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X6 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə müdaxilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və X7 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1098/2022 saylı mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. JN-289A seriyalı, KOD 90102058 kodlu şəhadə tnamənin surətinə əsasən, İddiaçı, X2, X4 və X3 Yevlax rayonu, Gülövşə kəndində mülkiyyətində 0.06 hektar həyətyanı torpaq sahəsi vardır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 27 iyul 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətinə əsasən, X5 Yevlax rayonu, Gülövşə kəndində mülkiyyətində 0,12 hektar həyətyanı torpaq sahəsi vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh X6 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan öz mülkiyyətində olan torpaq sahəsindən inşa edilmiş yaşayış evinin aynasının hörülməsi, həmin evin damının üzərində inşa edilmiş qurğunun s ökülməsi və yenidən quraşdırılması, barının cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh qardaşdırlar. Onlar Yevlax rayonu, Gülövşə kəndində qonşu olaraq yaşayırlar. onların arasında iddiaçının hesabına tikilən hasar vardır. Lakin cavabdeh 2004-cü ildən başlayaraq, öz yaşayış evinin damında inşa etdiyi damın üzərindəki qurğu natamam olduğundan, tökülən yağıntının iddiaçının barısına yönəltdiyindən, yağan yağıntı onun barısının uçmasına və suyun qalan hissəsinin iddiaçının mülkiyyətində olan torpağa tökülməsinə gətirib çıxartmışdır. Nəticə olaraq, cavabdehin evi ilə iddiaçının pəyəsi arasında nəmişlik yaranmışdır. Nəmişlik isə antisanitar vəziyyətə gətirib çıxartmışdır. Əlavə olaraq 2004-cü ildən sonra cavabdehin inşa etdiyi evin pəncərəsi iddiaçının 1993-cü ildə inşa etdiyi evinin məhəlləsinin görünməsinə gətirmişdir. Bu isə iddiaçının şəxsi həyatına müdaxilədir. Barı uçduğundan onun yenidən bərpa olunmasına ehtiyac vardır.

5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 aprel 2022-ci il tarixli 10/125 saylı rəyinə əsasən, Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən evin damına quraşdırılmış nov tikinti norma və qaydalarına uyğun quraşdırılmasına baxmayaraq, nova quraşdırılmış su borusunun iddiaçıya məxsus hasarın üzərində (bitişik şəkildə) quraşdırıldığı və bunun nəticəsində novdan axan suyun bir hissəsi iddiaçının həyətyanı torpaq sahəsinə axıdıldığı və çiy kə rpicdən inşa olunmuş hasara ziyanın dəydiyi müəyyən edilir. Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdehin evinin iddiaçının həyətinə açılan pəncərəsinin bağlanması nəticəsində evin təbii işıqlanmasına mənfi təsir göstərdiyi müəyyən edilir. Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdehin evinin cavabdehin həyətinə açılan pəncərənin bağlanıb, otağın başqa (küçə tərəfə baxan) tərəfdən açılmasının mümkün olduğu müəyyən edilir.

6. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 may 2022-ci il tarixli 2(039)-20/2022 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin edilmiş, Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin arxa fasad hissəsində qonşusu olan iddiaçının mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsində inşa edilmiş pəncərənin bağlanması, cavabdehin fərdi yaşayış evinin dam hissəsində inşa etdirdiyi yağış sularının axması üçün novuna quraşdırılmış su borusunun bərpa edilməsi, tərəflərin həyətyanı torpaqları arasında çiy kərpicdən inşa olunmuş hasarın cavabdehin hesabına bərpa edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər qonşudurlar. X8 inşa etdiyi yaşayış binasının arxa fasad hissəsindən qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsindən pəncərə açaraq istifadə edir. Açılan pəncərənin yerinin dəyişdirilməsi mümkündür. X1 fərdi yaşayış evinin dam hissəsində inşa etdirdiyi yağış sularının axması üçün nov tikinti norma və qaydalarına uyğun olaraq inşa edilsə də, nova quraşdırı lmış su borusunun iddiaçıya məxsus hasarın üzərində (bitişik şəkildə) quraşdırıldığı və bunun nəticəsində novdan axan suyun bir hissəsi iddiaçının həyətyanı torpaq sahəsinə axıdıldığı və çiy kərpicdən inşa olunmuş hasara ziyanın dəydiyi müəyyən edilir.

8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4, 170.2, 172.2, 180, 180.4, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4, 69.5.1, 69.7.1, 69.7.3, 70.1, 72.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh (vəkil X9) аpellyаsiyа şikаyəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qət namə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclasında bildirmişdir ki, onun evinin pəncərəsi tikilən vaxtı pəncərənin qarşısında qardaşının həyətyanı torpaq sahəsi olmamışdır. Onun pəncərəsinin yanından kanal keçirdi, iddiaçının heç bir torpaq sahəsi burada olmamışdır. İddiaçı mübahisələndirdiyi hasarı onun evi tikiləndən 8 il sonra iddiaçı, kanal olmuş ərazini öz torpaqlarına qataraq hasarı çiy kərpicdən hörülmüş hasarını evinin divarına birləşdirmişdir. Bundan başqa 12 ildir ki, həmin çiy kərpicin üzərinə yağış-qar yağır, hasarın üzərində yüngül iki ədəd kərpic deformasiyaya uğramışdır. Bütün bunlar onun günahı deyil. Şəxs düşünməli idi ki, hasarını evinə birləşdirməsin. Ev kənd evidir. Kəndə bütün evlərin pəncərələri bir- birinə baxır. İddiaçının da iki pəncərəsi onun düz həyətinin və evinin içinə baxır. Bundan başqa iddiaçının sənəd üzrə torpaq sahəsi 0,06 hektardır. Faktiki vəziyyəti isə 0,24 hektardır. Yuxarıda qeyd etdiyi kimi o, 2000-ci ildə evi tikən zaman onun həyətinin hasarı onun pəncərəsinin baxışının əhatəsində deyildi. Şəxs bu hasarı evi tikiləndən 8 il sonra evinə birləşdirərək, ərazini zəbt edib. O, həm hakim Günay Cavadovanın icraatında olan prosesdə, həm də hakim R.Əlizadənin icraatında olan prosesdə bütün bunları demiş, iddiaçının mübahisələndirdiyi tələblərin ona bağlılığının müəyyən etmək üçün onun torpaq sahəsinin onun pəncərəsinin əhatə dairəsinə düşüb-düşməməsini, bu barədə araşdırma aparılmasını şəxsin zəbti altında olan torpaq sahəsinin ərazisinə bu barədə düşübdüşməməsinin aydınlaşd ırmasını xahiş etmişdir. Onun evi olan zaman, pəncərəsi qurulan zaman pəncərəsinin qarşısındakı torpaq sahəsi bələdiyyəyə məxsus idi. Kəndin çöl yolu idi. İddiaçı həmin ərazini zəbt edib. Torpaqlarına qatıb. Mülkiyyətində olan 0,06 ha torpaq sahəsini zəbt hesabına 0, 24 ha edib. Bu barədə hakim G.Cavadovanın icraatında mülki iş olmuş, evinin arxasında tikilən tövlənin sökülməsi və su arxının bərpa edilməsini xahiş etmişlər. İddia onun xeyrinə qəbul edilmişdir. Burada torpaq sahəsi ilə bağlı müvafiq ekspertizalar keçirmişdir. Hesab etmişdir ki, onun pəncərənin bağlanması bir əsassız tələbdir. Məhkəmə pəncərənin bağlanması nəticəsində evinin təbii işıqlanmasına mənfi təsir etdiyini nəzərə almamışdır. Ekspert bu halları qeyd etmiş pəncərənin bağlanacağı halda evin təbii işıqlanmasına təsir ed iləcəyini bildirmişdir. Digər bir hal kimi, məhkəmə işin obyektiv həlli üçün tam araşdırma aparmamışdır. Onun fikirlərini tamlığı ilə qətnamədə əks etdirməmişdir. Ekspert qarşısında hasarla bağlı, pəncərə ilə əlaqədar mübahisəni həll edərkən onun mülkiyyətində olan torpaq sahəsinin 0,06 ha torpaq sahəsinin koordinatlarını, haradan başlayıb, harada qurtardığını müəyyən etməmişdir. Halbuki o bildirmişdir ki, onun evi tikilən zaman pəncərəsinin qabağı kənd yolu idi. Şəxs evin arxasından keçən kanalı düzləyərək, malalayaraq əlavə torpaqları da zəbt edərək, çiy kərpici evinə birləşdirərək, etdiyi qanunsuzluqlar üzərində qanuni qətnamə çıxarmağa cəhd etmişdir. Məhkəmə bütün bunları araşdırmamaqla obyektiv olmamışdır. Bundan başqa, iddiaçının 0,06 ha torpaq sahəsini faktiki olaraq 0,24 ha olduğu halda 0,018 ha torpaq sahəsi onun tərəfindən zəbt edildiyindən onun evi 2000-ci ildə tikilən zaman pəncərənin arxası yol olduğu halda, pəncərəsinin arxasının zəbt edilən torpaq sahəsi hesabına artırıldığı mövcud olduğu halda məhkəmə bütün bunları aydınlaşdırmamışdır. İddiaçı mübahisələndirdiyi kərpic hasarının 8 il sonra evinə birləşdirməsi həmçinin bu hasarın zəbt ərazisində qurulması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır.

11. Məhkəmə kollegiyası Yevlax rayonu, Gülövşə kəndində yerləşən iddiaçının və cavabdehin mülkiyyətində olan fərdi yaşayış evləri və həyətyanı sahələrinə yerində baxış keçirmiş və baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya və cavabdehə məxsus evlər, iddiaçının cavabdehin evi ilə öz evinin arasında inşa etdiyi altıaçıq (saray) bir-birinə təqribən paralel olmaqla, arxa tərəfləri ümumi istifadədə olan kəndarası yolla paraleldir. Cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin bağlanması tələb olunan pəncərəsi iddiaçının evinə deyil, sonuncunun həyətyanı sahəsində cavabdehin evi ilə təqribən 1.5-2 metr aralıda paralel olaraq inşa edilmiş ot yığılması və s. məqsədlər üçün istifadə olunan altıaçığa (saraya) baxır. Həmin pəncərədən iddiaçının evinə qədər olan məsafə 15 metrdən artıq olmaqla, sözügedən pəncərədən yalnız iddiaçının evinin damını görmək mümkündür. Eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin əksinə olaraq həmin pəncərə cavabdehə məxsus evin arxa fasadında deyil, sol tərəfində iddiaçının evinə paralel olan divarda yerləşir. Qeyd olunanlardan görünür ki, sözügedən pəncərənin mövcudluğu iddiaçıya, onun evinə v ə ailəsinə hər hansı bir formada mənfi təsir göstərmir.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-1098/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X16 və X10 ibarət tərkibdə, X11) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin arxa fasad hissəsində qonşusu olan iddiaçının mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsində inşa edilmiş pəncərənin bağlanması hissəsində ləğv edilməsi, iddia tələbinin Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin aynasının hörülməsi hissəsində rəd d edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Məhkəmə kollegiyası Yevlax rayonu, Gülövşə kəndində yerləşən İddiaçı və cavabdeh X5 mülkiyyətində olan fərdi yaşayış evləri və həyətyanı sahələrinə yerində baxış keçirmiş və baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya və cavabdehə məxsus evlər, iddiaçının cavabdehin evi ilə öz evinin arasında inşa etdiyi altıaçıq (saray) bir-birinə təqribən paralel olmaqla, arxa tərəfləri ümumi istifadədə olan kəndarası yolla paraleldir. Cavabdeh X5 mülkiyyətində olan fərdi yaşayış evinin bağlanması tələb olunan pəncərəsi İddiaçı evinə deyil, sonuncunun həyətyanı sahəsində cavabdeh X5 evi ilə təqribən 1.5-2 metr aralıda paralel olaraq inşa edilmiş ot yığılması və s. məqsədlər üçün istifadə olunan altı açığa (saraya) baxır. Həmin pəncərədən iddiaçının evinə qədər olan məsafə 15 metrdən artıq olmaqla, sözügedən pəncərədən yalnız iddiaçının evinin damını görmək mümkündür. Eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin əksinə olaraq həmin pəncərə cavabdehə məxsus evin arxa fasadında deyil, sol tərəfində iddiaçının evinə paralel olan divarda yerləşir. Qeyd olunanlardan görünür ki, sözügedən pəncərənin mövcudluğu İddiaçı, onun evinə və ailəsinə hər hansı bir formada mənfi təsir göstərmir.

14. İddianın təmin olunmuş X5 fərdi yaşayış evinin dam hissəsində inşa etdirdiyi yağış sularının axması üçün novuna quraşdırılmış su borusunun bərpa edilməsi və tərəflərin həyətyanı torpaqları arasında çiy kərpicdən inşa olunmuş hasarın cavabdeh X5 hesabına bərpa edilməsi ilə bağl ı hissəsinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspert rəyi ilə Yevlax rayonu, Gülövşə kəndində yerləşən X5 mülkiyyətində olan fərdi yaşayış evinin damına quraşdırılmış novun tikinti norma və qaydalarına uyğun quraşdırılmasına baxmayaraq, nova quraşdırılmış su borusunun iddiaçıya məxsus hasarın üzərində (bitişik şəkildə) quraşdırıldığı və bunun nəticəsində novdan axan suyun bir hissəsinin iddiaçının həyətyanı torpaq sahəsinə axıdıldığı və çiy kərpicdən inşa olunmuş hasara ziyanın dəydiyi müəyyən edilmişdir ki, həmin hallar məhkəmə kollegiyasının keçirdiyi yerli baxış zamanı da təsdiqlənmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticəni əsaslı hesab e dir.

15. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4, 170.2, 172.2, 180, 180.4, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4, 69.5.1, 69.7.1, 69.7.3, 69.7.4, 70.1, 72.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin Yevlax rayon Gülövşə kəndində yerləşən cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin arxa fasad hissəsində qonşusu olan iddiaçının mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan his səsində inşa edilmiş pəncərənin bağlanması hissəsində ləğv edilməsi, iddia tələbinin Yevlax rayon Gülövşə kəndində yerləşən cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin aynasının hissəsində rədd edilməsi hissəsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Belə ki iş materiallarında olan və məhkəmə iclasında tətbiq edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2022-ci il tarixli 10\125 saylı rəyi ilə məlum olur ki, Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdehin mülkiyyətində olan fərdi yaşayiş evini iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən evin damına quraşdırılmış nov tikinti norma və qaydalarına uyğun quraşdırılmasına baxmayaraq, nova quraşdırılmış su borusunun iddiaçıya məxsus hasarın üzərində bitişik şəkildə quraşdırildığı və bunun nəticəsində novdan axan suyun bir hissəsi iddiaçının həyətyanı torpaq sahəsinə axıdıldiğı və çiy kərpicdən inşa olunmuş hasara ziyanın dəydiyi müəyyən edilmişdir. Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdehin evinin iddiaçının həyətinə açılan pəncərəsinin bağlanması nəticəsində evin təbii işıqlanmasına mənfi təsir göstərdiyi müəyyən edilir. Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdehin evinin iddiaçının həyətinə açılan pəncərəsinin bağlanıb otağın başqa (küçəyə tərəf baxan) tərəfdən açılmasının mümkün olduğu müəyyən edilir. Cavabdehə aid torpaq sahəsi 0.12 hektar torpaq sahəsi olmasını və inşa edilmiş evin barının üzərində a parılmasi məhkəmə tərəfindən müəyyən edilsə də hakim birinci instansiya məhkəməsinin cavabdehin mülkiyyətində olan fərdi yaşayiş yerinin arxa fasad hissəsində iddiaçının mülkiyyətində olan həyətyanı sahəyə fərdi evlərinə baxan hissəsində inşa edilmiş pəncərənin bağlanması hissəsini ləğv etmişdir. Lakin hakimin istinad etdiyi hal ekspertiza rəyi ilə ziddiyyət yaradır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə mü əyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya di gər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

23. Maddə 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəla lət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

30. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndi rmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

33. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, ka ssasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1098/2022 nömrəli mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar