Məhkəmə qərarları › İş №2(102)-1090/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1090/2021

04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1090/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh “xxxx” MMC-nin tərkibində olan “xxxx” MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xəstəyə qulluğa görə maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 və onun vəkili Vəkil1, “xxxx” MMC-nin (əvvəlki adı “xxxx” MTK) vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3297/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci i l tarixli qətnaməsindən İddiaçı1 və cavabdeh “xxxx” MMC (əvvəlki adı “xxxx” MTK) tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-31/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli hökmü ilə X7 və Əliyev Əli Rizvan oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maadəsi ilə təqsirli bilinərək, hər birinə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay islah işləri cəzası təyin edilmiş, həmin hökmlə həmçinin mülki cavabdeh “xxxx” Şirkəti nəzdində fəaliyyət göstərən “X14” MTK-dan maddi zərərin əvəzi kimi 10000 manat, mənəvi zərərin əvəzi kimi 2000 manat alınaraq mülki iddiaçı X6 verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-938/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-31/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli hökmünün mülki iddianın maddi ziyana aid hissəsi dəyişdirilərək, mülki cavabdeh “X14” MTK-dan maddi zərərin əvəzi kimi V.A.Qafarovun xeyrinə tutulmuş məbləğin 100xx xxxxxxxx 35000 manata artırılması, həmin məbləğdən zərərçəkmiş və mülki iddiaçıya mülki cavabdeh tərəfindən ödənilmiş 13000 manat çıxılaraq, qalan 22000 manatın mülki cavabdeh “X14” MTK-dan tutlaraq zərərçəkmiş və mülki iddiaçı V.A.Qafarova ödənilməsi, qalan hissədə hökmün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-340/2012 saylı, xx xxxxx 2012-ci il ta rixli qərarı ilə X3 və Əliyev Əli Rizvan oğlunun kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-938/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 №-li, xx.xx.2012-ci il tarixli arayışına əsasən X6 əmək zədəsi nəticəsində 100 faiz əmək qabiliyyətini itirməklə bağlı 1ci qrup əlillik dərəcəsi verilmiş və jyye kənar şəxsin qulluguna ehtiyacının olması müəyyən edilmişdir. DSMF-nin Sabunçu rayon şöbəsinin **********5 saylı, xx.xx.2019-cu il tarixli arayışına əsasən, İddiaçı1 həqiqətən oğlu X6 DSMF-nin Sabunçu rayon şöbəsindən xx.xx.2019-cu ildən müddətsiz 1-ci qrup əlillərə xidmət haqqına görə 50 manat Prezident təqaüdü alır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bundan sonra hər ay ona 300 manat civarında xəstəyə qulluq etmə haqqı ödənilməsi haqda maddi ziyanın, 11 il 3 aylıq müddətində ödənilməyən, ayı 300 manat olmaqla cəmi 40500 manat ödənilməsi barədə maddi ziyanın və 500000 manat məbləğində mənəvi ziyanın cavabdeh “xxxx” MTK-dan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, “xxxx” şirkətində fəhlə işləyən oğlu X8 xx xxxx 2008-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi, 57 saylı ünvanda yerləşən və şirkət tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisində işləyərkən, iş vaxtı əmək funksiyasını yerinə yetirərkən binanın 8-ci mərtəbəsindən yıxılaraq çoxsaylı b ədən xəsarətləri almış, nəticədə 1-ci qrup əlil olmuşdur. Bununla bağlı Tibbi Sosial Ekspert Komissyasının SER TSE-01 saylı arayışı verilmişdir. X12 100 faiz əmək qabiliyyətini itirmiş və kənar şəxslər tərəfindən qulluq olunması ehtiyacına qalmışdır. Bu fakt Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 1(006)-31/2010 hökmü, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2012-ci il tarixli 1(102)-340/2012 saylı qərarı ilə öz təsdiqini tapmışdır. Həmçinin Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarı ilə cavabdeh MTK-dan X9 xeyrinə mənzil təminatı ilə bağlı 50000 pulun tutulmuşdur. X13 TSEK tərəfindən 100 faiz əmək qabiliyyətsiz hesab olunmuş və 1-c i qrup əlildir, kənar şəxslərin qulluğuna, köməyinə ehdiyac vardır. Onun bütün qulluq və xidmətlərini həyata keçirən və gündəlik qayğılarını qarşılayan isə bir ana kimi onun vəzifəsidir, 11 ildən çoxdur ki, yataq xəstəsi olan 1-ci qrup əlil oğlunun qayğısına qalır, bu səbəbdən o, heç bir yerdə işləyə bilmir, qazanc əldə edə bilmir, hər hansı bir gəlirdən məhrum olmuşdur. O, dəfələrlə şirkətə xəstəyə qulluq etdiyinə görə kompensasiya ödənilməsi xahişi ilə müraciət etsə də, nəticəsi olmamışdır. Bundan başqa MTK 11 ildir ki, hər ay onun bank hesabına X12 üçün əlilliyə görə 300 manat məbləğində pensiya ödəyir. Həmin pensiyasının məbləğinin artırılmasını xahiş etsə də, bundan da imtina olunmuşdur. X9 ağır travma alaraq şikəst qalması, şikəst qaldığı üçün nişanlısının onu atıb başqası ilə ailə q urması, bütün gənclər kimi oğlunun da oxumaqdan, işləməkdən, ailə qurmaqdan, nooial insanlar kimi həyatını yaşamaqdan məhrum olması səbəbindən bir ana kimi bu illər ərzində keçirdiyi dözülməz iztirabların həddi-hüdudu olmamış, oğlunun sağlam yaşamaq ümidini itirməsi ilə bağlı intiharlara dəfələrlə cəhd etmişdir. Oğlunu ömrünün axırına kimi şikəst görməyi, gecə-gündüz həyəcan, stress keçirərək, onun keşiyində duraraq, ona nəzarət etməsi, bir sözlə normal insan kimi yaşamaqdan məhrum olması (yəni hər zaman həyəcan, stress, qorxu, iztirab içində yaşamağa məhkum olmağı) ona mənəvi əzab və iztirab vermiş, işgəncələrə məruz qalmışdır. Çəkdiyi mənəvi zərərə görə cavabdehlərdən tələb etdiyi 500000 manat heç də həyatda çəkdiklərinin və ömrü boyu çəkəcəklərinin əvəzini təşkil etmir. O, cavabdehin tə qsirindən əzablı bir həyata məhkum olunmuşdur və bunu bir ömür boyu yaşayacaq. Yuxarıda göstərilənlərə əsasən cavabdehdən hər ay ona 300 manat civarında xəstəyə qulluq etmə haqqı ödənilməsi haqda maddi ziyanın, 11 il 3 aylıq müddətində ödənilməyən, ayı 300 manat olmaqla cəmi 40500 manat ödənilməsi haqda maddi ziyanın, 500000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarına əsasən «xxxx» MTK-dan 2 illik (2008-2010cu illər üçün) xəstəyə qulluq edənin xərci olan 7200 manat təmin edilmişdir. Ona görə də, bundan sonra hər ay ona 300 manat civarında xə stəyə qulluq etmə haqqının ödənilməsi barədə maddi ziyanın, 9 il 3 aylıq müddətində (2010-cu ilin iyul ayından başlayaraq) ödənilməyən ayı 300 manat olmaqla cəmi 33300 manat ödənilməsi barədə maddi ziyanın, 500000 manat məbləğində mənəvi ziyan verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, bundan sonra hər ay ona 500 manat civarında xəstəyə qulluq etmə haqqının ödənilməsi barədə maddi ziyanın, 9 il 3 aylıq müddətində ödənilməyən ayı 500 manat olmaqla cəmi 55500 manat ödənilməsi barədə maddi ziyanın, 500000 manat məbləğində mənəvi ziyan «xxxx» MTK-dan alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin (hakim Mədinə Bağırova) 2(009)3301/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-nin tərkibində olan “xxxx” MTK-dan İddiaçı1 xeyrinə 9 il 3 ay müddətində xəstəyə qulluğa görə birdəfəlik olaraq 15740 manatın, 2019cu ilin noyabr ayından başlayaraq sonrakı illər üzrə hər il “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək qabiliyyətli əhali üçün müəyyən edilən yaşayış minimumu həddində xəstəyə qulluq etməyə görə aylıq müavinətin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına, “Azərbaycan Re spublikasında 2010-2019-cu illər üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunlarına istinad edərək maddi ziyanın tutulması hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, iddiaçının oğlu iş vaxtı aldığı zədəyə görə əmək qabiliyyətini 100 faiz itirərək 1-ci qrup əlillik almışdır və onun kənar şəxsin köməyinə ehtiyacı vardır. X4 əmək zədəsi alaraq əlil olduğu 2008-ci ilin iyul ayından hal-hazıradək ona anası, yəni iş üzrə İddiaçı1 qulluq edir, bununla əlaqədar olaraq, iddiaçı əmək qabiliyyətli olsa da, kənar şəxsin köməyinə ehtiyacı olan oğluna qulluq etməsi bağlı heç yerdə işləmir. Məhkəmə hesab etmişdir ki, xəstəyə qulluq etməyə görə maddi ziyan tələbi hissəsində iddia “Yaşayış minimumu haqqı nda” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək qabiliyyətli əhali üçün nəzərdə tutulan yaşayış minimumu həddində müəyyən olunmalı, cavabdehdən iddiaçının xeyrinə 2010-cu ilin iyul ayından 2019-cu ilin noyabr ayınadək xəstəyə qulluğa görə birdəfəlik olaraq 15740 manat, 2019-cu ilin noyabr ayından başlayaraq sonrakı illər üzrə hər il “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək qabiliyyətli əhali üçün müəyyən edilən yaşayış minimumu həddində xəstəyə qulluq etməyə görə aylıq müavinət tutulmalıdır. Məhkəmə iddia tələbinin mənəvi ziyanın tutulması hissədə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qəra rına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci və 14.2-ci maddələrinə, istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin qanunsuz hərəkətinin, eləcə də həmin hərəkətlə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbində cavabdehin əsassız və qanunsuz hərəkətləri səbəbindən mənəvi sarsıntı keçirməsi, sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir Qətnamə dən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qənul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla bildirmişdir ki, o məhkəmədən özünün müalicə və müayinə pulunu deyil, ona dəymiş mənəvi ziyanı tələb etmiş, birinci instansiya məhkəməsi isə əsassız olaraq onun mənəvi ziyan çəkməyi barədə heç bir sübut təqdim etmədiyini əsas gətirərək iddia tələbini həmin hissədə rədd etmişdir. Həmçinin o xəstəyə qulluğa görə aylıq 500 manatın ona ödənilməsini tələb edir, lakin məhkəmə yaşayış minumumu həddində məbləği onun xeyrinə tutmuşdur. Qeyd edir ki, o oğlu əlil olmamışdan qabaq pedogoji fəaliyyətlə məşğul olmuş, universitet imtahanına abuturiyentlər hazırlamış, bununla da aylıq 500 manat məbləğində pul qazanmışdır. Lakin oğlu əlil olduqdan sonra həmin fəaliyyətlə məşğul ola bilməmişdir. Cavabdeh şirkət tərəfindən onun oğlunun əlilliyinə görə ayda 300 manat onun hesabına köçürülür, lakin şirkət tərəfindən onun xəstəyə qulluq etmə haqqı ödənilmir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, əvvəlki məhkəmə qərarı ilə müəyyən olunmuş ödəmədən əlavə olaraq şirkətin rəhbərliyi humanistlik göstərərək, V.Qafarovun anası və bütün məhkəmə instansiyalarında etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan İddiaçı1 zərərçəkənin ambulator müalicəsi, qidalanması və digər ehtiyaclarının ödənilməsi üçün 10000 ABŞ dolları məbləğində köməklik göstərmişdir. 10000 ABŞ dollarının ödənilməsi barədə İddiaçı1 xx.xx.2008-ci il tarixli yazılı qəbz alınmışdır. xx.xx.2008-ci il tarixində isə İddiaçı1 mühasibatlığa təqdim etdiyi V.Qafarovun xx.xx.2008-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək müvəqqəti əmək qabiliyyətli olmaması barədə tibbi vərəqə əsasən ona 1000 manat ödənilmişdir. 1000 manatın ödənilməsi barədə İddiaçı1 xx.xx.2008-ci il tarixli yazılı qəbz alınmışdır. V.Qafarovla bağlı baş vermiş bədbəxt hadisə DƏM-nin xx.xx.2008-ci il tarixli 219-T saylı əmrinə əsasən təşkil olunmuş komissiya tərəfindən təhqiqatı aparılmış, hadisə istehsalat xarakterli sayılmış və İZ formalı aktla rəsmiləşdirilərək uçota alınmışdır. İZ formalı aktın bir nüxsəsi zərərçəkənə təqdim olunmuşdur. Zərərçəkmiş V.Qafarovun sözlərindən anası tərə findən yazılmış və təhqiqat komissiyasına təqdim olunmuş izahatında göstərilir ki, V.X5 və Təhlükəsizlik Texnikası qaydalarından təlimat almış və fərdi mühafizə vasitələri ilə mütəmadi olaraq təmin olunmuşdur. Yuxarıda qeyd olunan 10000 ABŞ dolarının ödənilməsi barədə İddiaçı1 verdiyi xx.xx.2008-ci il tarixli yazılı qəbzində onun tərəfindən həmçinin qeyd olunmuşdur ki, müəssisə 25.07-xx.xx.2008-ci il tarixlərində bütün müalicə və digər xərcləri ödəmişdir və bunlar şikayətçini qane etmişdir. Qeyd olunmalıdır ki, kooperativ bununla kifayətlənməmiş, təqdim olunan əmək qabiliyyəti olmamaq vərəqəsinə, tibb müəssisəsinin arayışına əsasən V.A.Qafarova 2100 manat əmək haqqını tam olaraq, yüz faiz miqdarında ayda 300 manat olmaqla ödəmişdir ki, bu da İddiaçı1 imzaladığı qəbzlərlə təsdiq olunur. Bun dan əlavə, V.A.Qafarova əlavə olaraq 600 manat pul vəsaiti ödənilmiş və bu barədə müvafiq qəbzlər alınmışdır. V.A.Qafarovun mütəmadi olaraq müxtəlif tibb müəssiələrində müayinə və müalicəsi tərəflərindən təşkil olunmuş, dərman, analiz, rentgen, korset, çəlik, əsa və xəstəxanada olma ilə əlaqədar digər tibbi xərcləri də (1000 manatdan artıq olmaqla) kooperativ tərəfindən tam ödənilmişdir ki, bu da müvafiq çek və qəbzlərlə sübut olunur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, əmək haqları və digər ödəmələr, habelə dərmanlar, korset və protezlər, rentgen, analiz cavabları kooperativin nümayəndəsi tərəfindən V.A.Qafarovun yaşadığı və ya kirayədə qaldığı evlərdə verilmişdir. “X14” MTK tərəfindən X4 müayinə və müalicəsinə 40000 manatdan artıq miqdarda pul verilmişdir ki, bu da həm zərərçəkən və həm də, onun nüyəndəsi İddiaçı1 tərəfindən dəfələrlə yazılı və şifahi şəkildə təsdiq edilmişdir. Eyni zamanda MTK tərəfindən hər ay X6 300 manat miqdarında əmək qabiliyyətini itirdiyinə görə ödənc ödənilir. Göstərilənlərin hamısı iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatı ilə tam təsdiq olunur. Tərəflərindən iddiaçıya kifayət qədər böyük məbləğlərdə vəsaitlər ödənilməsinə baxmayaraq, iddiaçı əsassız tələblər irəli sürməklə və işə baxan hakimlərə təzyiq metodu olaraq çoxsaylı şikayətlərini müxtəlif dövlət orqanlarına göndərməklə, özünün qanunsuz və əsassız iddia tələbinin təmin olunmasına nail olmaq istəyir. Bundan başqa “X14” MTKnın “xxxx” MMC-nin tərkibində olan müəssisə deyildir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MMC-nin tərkibində olan “xxxx” MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdeh “xxxx” MMC-nin tərkibində olan “xxxx” MTK-dan İddiaçı1 xeyrinə 9 il 3 ay müddətində xəstəyə qulluğa görə birdəfəlik olaraq 15740 manatın” tutulması hissəsində dəyişdirilmiş, cavabdeh “xxxx” MMC-nin tərkibində olan “xxxx” MTK-dan İddiaçı1 xeyrinə 9 il 3 ay müddətində xəstəyə qulluğa görə birdəfəlik olaraq tutulmalı olan məbləğ 15752 manat müəyyən edilmiş, qətnamə cavabdeh tərəfindən dəymiş mənəvi ziyanın ödənilməməsi hissəsində ləğv e dilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin “xxxx” MMC-nin tərkibində olan “xxxx” MTK-dan tutularaq İddiaçı1 ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxl anılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericilikdə sağlamlığa vurulmuş zərər dedikdə zərərçəkənin sağlamlığının bərpasına çəkdiyi xərclər, eləcə də itirilmiş qazancı nəzərdə tutulur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının X12 iş vaxtı aldığı zədəyə görə əmək qabiliyyətini 100 faiz itirərək 1-ci qrup əlillik almışdır və onun kənar şəxsin köməyinə ehtiyacı vardır. X4 əmək zədəsi alaraq əlil olduğu 2008-ci ilin iyul ayından hal-hazıradək ona anası, yəni iş üzrə İddiaçı1qulluq edir, bununla əlaqədar olaraq, iddiaçı əmək qabiliyyətli olsa da, kənar şəxsin köməyinə ehtiyacı olan oğluna qulluqla bağlı heç yerdə işləmir. Apellyasiya instansiy ası məhkəməsi birinci instansiya məhkəməsinin xəstəyə qulluq etməyə görə maddi ziyan tələbi hissəsində “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək qabiliyyətli əhali üçün müəyyən edilən yaşayış minimumu həddində müəyyən olunması barədə gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində əvvəllər pedaqoji fəaliyyətlə məşğul olduğunu və aylıq 500 manat gəlir əldə etdiyini irəli sürsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimu mu haqqında” Qanundan görünür ki, 2010-cu il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 96 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2011-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 102 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2012-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 116 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2013-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 125 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2014-cü il üçün yaşayış minimum u əmək qabiliyyətli əhali üçün 136 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2015-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 140 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2016-cı il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 146 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2017-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 164,5 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2018-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 184 manat müəyyən edilmişdir. “ Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2019-cu il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 191 manat müəyyən edilmişdir. Bununla belə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə tutulmalı olan məbləğin hesablanmasında yanlışlığa yol vermişdir. Belə ki, 2010-cu il üçün 96 manat x 5 ay = 480 manat, 2011-ci il üçün 102 manat x 12 ay = 1224 manat, 2012-ci il üçün 116 manat x 12 ay = 1392 manat, 2013-cü il üçün 125 manat x 12 ay = 1500 manat, 2014-cü il üçün 136 manat x 12 ay 1632 manat, 2015-ci il üçün 140 manat x 12 ay = 1680 manat, 2016-cı il üçün 146 manat x 12 ay = 1752 manat, 2017-ci il üçün 164,5 manat x 12 ay = 1974 manat, 2018-ci il üçün 184 manat x 12 ay = 2208 man at, 2019-cu il üçün 191 manat x 10 ay = 1910 manat, ümumilikdə 9 il 3 ay üçün ödənilməli olan məbləğ 15752 manat təşkil edir. Ona görə də məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xəstəyə qulluq etməyə görə iddiaçının xeyrinə tutulan maddi ziyanın məbləği hissəsində dəyişdirilməli, tutulmalı olan məbləğ manat müəyyən edilməlidir. Cavabdehdən dəymiş mənəvi zərərin tutulması ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məh kəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərə f, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddiaçıya mənəvi zərər vurulmasını, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını, zərərvuran şəxsin təqsirini və əmlak vəziyyətini, zərərçəkən şəxsin fərdi xüsusiyyətlərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi cavabdeh “xxxx” MMC-nin tərkibində olan “xxxx” MTK-dan 5000 manat məbləğində mənəvi ziyanın tutulmasını ağlabatan və ədalətli hesab etmişdir. Məhkəmə cavabdehin apellyasiya şikayətində göstərilənlərə münasibətdə qeyd etmişdir ki, onlar tərəfindən iddiaçıya daha əvvəl hər hansı məbləğlərin ödənilməsinin və X6 300 manat miqdarında əmək qabliyyətini itirdiyinə görə ödənc ödənilməsinin hazırki iddia tələbinə aidiyyatı yoxdur. Belə ki, hazırki iddia tələbi bədbəxt hadisə nəticəsində zərərçəkmiş şəxs deyil, ona qulluq edən (anası) şəxs tərəfindən qaldırılmışdır. Məhkəmə cavabdehin apellyasiya şikayətinin “X14” MTK-nın “xxxx” MMC-nin tərkibində olan müəssisə olmaması” ilə bağlı dəlilinə münasibətdə bildirmişdir ki, iş materiallarından “X14” MTKnın “xxxx” MMC-nin tərkibində olması müəyyən edilir, bununla bağlı əks sübutlarını cavabdeh tərəf məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçı1 (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə mənəvi ziyanın təmin edilməyən hissədə düzgün nəticəyə gəlməmiş, onun keçirdiyi mənəvi əzab və izdirabları nəzərə almamışdır. Kassasiya şikayətində maddi və prosessual hüquq pozuntularının göstərilməsi ilə yanaşı işin faktiki halları sadalanmış, işin faktiki halları maddi və və prosessual hüquq normalarının pozulması ilə əlaqələndirilm əmişdir. “xxxx MMC-nin (əvvəlki adı “xxxx” MTK) (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunması hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı1 “xxxx MMC-nin (əvvəlki adı “xxxx” MTK) verdiyi kassasiya şikayətinə yazılı etirazlar göndərmişdir. Etirazlar onunla əsaslandırı lmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilən hissəsində düzgün nəticəyə gəlmişdir, verilmiş kassasiya şikayəti əsassızdır, şikayət təmin edilməməlidir. “xxxx MMC-nin ümumiyyətlə kassasiya şikayəti vermək hüququ olmamışdır. İddiaçının kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, “xxxx MMC-nin kassasiya şikayətinin isə rədd edilməsini xahiş etdilər. “xxxx MMC-nin (əvvəlki adı “xxxx” MTK) vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrin in icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya in stansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətlərində qətnamə iş üzrə iddiaçı tərəfindən iddia tələb inin rədd edilən hissəsində, cavabdeh tərəfindən isə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilir. Ona görə də, qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiy ası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. İddiaçının kassasiya şikayəti ilə bağlı qeyd etmək lazımdır ki, iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində əvvəllər pedaqoji fəaliyyətlə məşğul olduğunu və aylıq 500 manat gəlir əldə etdiyini, xəstəyə qulluq göstərməsi ilə bağlı hər ay həmin məbləğdə gəlirdən məhrum olması, bu halların apellyasiya məhkəməsi tərəfindən düxgün qiymətləndirilməməsini irəli sürsə də, həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materialları ilə İddiaçı1 pedoqoji təhsilinin olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Mənəvi ziyanın rədd edilən hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb eydiyi 500000 manat mənəvi ziyan hədsiz yüksəkdir və məhkəmənin təmin etdiyi 5000 manat mənəvi ziyan ağlabatan və işin hallarına uyğundur. Apellyasiya instansiyası məhkəməsi bu hissədə iddia tələbini qismən təmin edərkən düzgün nəticəyə gəlmiş, məhkəmənin nəticəsi işin hallarına, maddi və prosessual hüquq normlarının tələblərinə uyğun olmuşdur. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. “xxxx MMC-nin (əvvəlki adı “xxxx” MTK) öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən göstərilən dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət ver ilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 və “xxxx MMC (əvvəlki adı “xxxx” MTK) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3297/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar