Məhkəmə qərarları › İş №2(102)-1092/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1092/2021

17.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1092/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh MMC İddia tələbi: pul tələbi Açar sözlər: müqavilə öhdəliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, X1, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsasında Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq həyata keçirilən layihə çərçivəsində İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı ("Əmlak mülkiyyətçisi'') öz mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 110,5 kv. metrdən (faktiki 228,0 kv.m-dən) ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, “Tikinti şirkəti” isə "Əmlak mülkiyyətçisi''nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, sökülmüş yşayış sahəsinin 117,0 kv.m hissəsinə görə inşa etdiyi binada 55,10 kv.metr, 55,10 kv.metr təmirli mənzilləri və 30,0 kv.metr qeyri-yaşayış (yarım zirzəmi) sahəsini "Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi, 110,0 kv.m hissəsinə görə isə 173.400 manat vəsaiti ona ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1.1.1.-ci bəndinə əsasən “Tikinti şirkəti” tərəfindən söküləcək mənzilin faktiki 228,0 kv.metr olan sahəsindən 110,0 kv.metr sahənin əvəzinə 173 400 manat pul şəklində ödənildik dən sonra, qalan 117,0 kv.metr sahəyə nəzərdə tutulmuş 20% əlavə edilərək 140,2 kv.metr təşkil edir. Birinci instansiya məhkəməsində icraat xx xxxxx 2019-cu il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh MMC-nin hesabından onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 16, mənzil 18-in ümumi sahəsi 228.0 kv.m-nin 110.0 kv.m üçün tətbiq olunmayan 20 faizə görə qalmış 22.0 kv.m-nin dəyəri olan 33000 manatı və ya 110.0 kv.m üçün tətbiq olunmayan 20 faizə görə yaşayış sahəsinin verilməsi, ümumi sahəsi 41,42 kv.m sahədən ibarət ona məxsus əmlakından hesablamayaraq pulu cavabdeh tərəfindən ona ödənilməmiş 6,42 kv.m sahənin dəyəri olan 9630 manat və onun mülkiyyətində olan yaşayış sahəsinin tərkib hissəsinə aid 15.8 kv.m olmaqla 23.700 manat dəyəri olan ümumilikdə 66330 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3142/2020 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 16 saylı evin faktiki ümumi sahəsi 228.0 kv.metr olan 18 saylı mənzili üzrə 20% nəzərə alınmaqla 110.0 kv.m üçün verilməmiş 22.0 kv.metr ölçüsündə yaşayış sahəsinin verilməsi və ya sözügedən 22.0 kv.metin əvəzinə, hər kv.metrin qiyməti 1500 manat olmaqla, 33000 manat məbləğində pulun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmiş, iddia qalan hissələrdə rədd edilmişdir. Apellyasiya instansiyası məhk əməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-37433/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov, M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilməklə iddia rədd edilmişdir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iddianı təmin edərkən belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya məxsus 110 kv.metr yaşayış sahəsinə görə 173,40 0 manat vəsait hesablanarkən, xx.xx.2007-ci il tarixli Fərmanına əsasən daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməli olması nəzərə alınmamışdır. Lakin işin halları ilə müəyyən edilir ki, iddiaçıya məxsus yaşayış sahəsi cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmamış, Nazirlər Kabinetinin qərarına əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihə əsasında sökülmüş, cavabdeh sökülmüş tikililərin ümumi sahəsidən 20% artıq sahəni təmirli vəziyyətdə iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, bu cür söküntü işləri aparılarkən sökülmüş tikililərin müqabilində sakinlərə pul vəsaitinin kompensasiya olaraq ödənilməsi deyil, yeni inşa edilmiş binalarda müvafiq yaşayış sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər pul məbləğinin verilməsi barədə razılığa gələrkən, söküləcək sahənin qiymətini qarşılıqlı razılıq əsasında sərbəst surətdə bazar qiymətlərinə uyğun olaraq müəyyən etmişlər və həmin məbləğə yenidən 20 faiz əlavə məbləğin hesablanaraq ödənilməsi ilə bağlı iddia tələbinin hüquqi əsası yoxdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasya m əhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqd lər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndiskommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikintiquraşdırma və buraxılışsazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaş ayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərs alma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar