Məhkəmə qərarları › İş №2(102)-1094/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1094/2021

09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1094/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1094/21 (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)4292/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncunun təqsiri üzündən ünvan 1 ünvanda yerləşən ona məxsus evə son illər ərzində vurulan 6.000 manat maddi ziyanın cavabdeh tərəfindən aradan qaldırılması və evin təmirinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ü.S.Şükürova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı, cavabdehin təqsiri üzündən maddi zərər dəydiyini iddia etdiyi evə dair məhkəməyə heç bir hüquq müəyyənedici sən əd təqdim etməyib. Halbuki, iddianın əsaslı olması üçün ilk növbədə həmin iddianı irəli sürən iddiaçının müvafiq subyektiv hüquqa malik olması tələb olunur. Belə olan halda maddi zərər vurulduğu iddia edilən evə mülki qanunvericiliyin tələbləri baxımından iddiaçının mülkiyyət və ya istifadə hüququ müəyyən edilmədiyindən, hazırki iddia tələbi əsaslı sayılaraq təmin edilə bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 153.3, 178.1, 238.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlsə də, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi üçün müvafiq subyektiv hüquqa malik olmamasına dair mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, iddiaçı, zərər vurulduğunu iddia etdiyi özbaşına tikili olan evdə qeydiyyatsız yaşayır, həmin ev onun faktiki sahibliyindədir. Bu baxımdan iddia, iddiaçının hazırki iddi anı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmaması əsasına görə rədd edilə bilməz. Lakin, bununla yanaşı iddiaçı, iddia ərizəsində, apelyasiya şikayətində ona məxsus olan evə cavabdehin apardığı qazıntı işləri ilə bağlı maddi ziyan dəydiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməyib. Əksinə, işə əlavə edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh tərəfindən sözügedən ünvanda 2005-ci ildən xx xxxxxx 2019-cu il tarixədək heç bir qazıntı işləri aparılmayıb. İddiaçı isə bildirir ki, həmin ünvanda yerləşən fərdi yaşayış evini 2009-cu ildə inşa edib və 2012-ci ildən həmin evdə yaşayır. Ona görə də iddia rədd olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və və kili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxs in pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər qonşudurlar, iddiaçı pasport qeydiyyatı olmadan Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, Cənub Dərəsi, Ö/T, 2 “A” saylı evdə, cavabdeh isə pasport qeydiyyatı olmaqla Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, Ö/T, 3 “A” saylı evdə yaşayırlar. Tərəflərin yaşadıqları fərdi yaşayış evləri lazimi icazələr almadan, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində inşa edilsə də, iddiaçının yaşadığı ev 2012-ci ildən, cavabdehin yaşadığı ev isə deməsinə görə 1977ci ildən onun faktiki sahibliyində, istifadəsindədir. Bu hallar işə əlavə edilmiş çoxsaylı sübutlarla, o cümlədən tərəflərin yaşadıqları evlərə verilən su, qaz, işıq xidmətlərinə görə bağlanmış müqavilələrlə, evin qiymətləndirilməsinə dair hesabatla da tam təsdiq olunur. Hazırda iddiaçı, cavabdehin təqsiri üzündən yaşadığı evə son illər ərzində vurulan 6.000 manat maddi ziyanın cavabdeh tərəfindən aradan qaldırılmasını və evin təmirinin onun üzərinə qoyulmasını iddia edir. İddiaçı, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geologiya Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx xxxxx 2018-ci il tarixli arayışın surətini, evdə çatların əmələ gəlməsini dair çəkilmiş fotoşəkilləri, cavabdeh barəsində qəbul edilmiş xx xxx 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilib, işin icraatına xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının surətini və sair təqdim edib. Cavabdeh isə, 1977-ci ildən ailə üzvləri ilə birlikdə faktiki sahibliyində, istifadəsində olan sözügedən evdə yaşadığını, 2005-ci ildə yaşadığı ünvanda yerləşən torpaq sahəsinin kənarında avtomobil saxlamaq məqsədilə qaraj tikmək üçün qazdığını, lakin bələdiyyə işçiləri ilə razılığa gələ bilmədiyi üçün qazıntı işlərini yarımçıq saxladığını, ötən müddət ərzində qazantı apardığı əraziyə torpaq, çınqıl və sair dolması nəticəsində tamamilə dolduğunu, iddiaçının qonşuluqda evi 2014-cü ildə tikdirdiyini, 2005-ci ildən sonra ümumiyyətlə həmin ərazidə hər hansı qazıntı işləri aparmadığını və iddiaçının yaşadığı evə onun tərəfindən hər hansı mad di zərər vurulmadığını göstərib, iddiaya etiraz edir. Əvvəla, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 158.1.2, 158.2, 158.4cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələblərinə istinad edib, iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmasına, yəni sözügedən evin mülkiyyətçisi olmasa da, onun həmin evə olan sahiblik, istifadə hüququnun istənilən şəxs, o cümlədən cavabdeh tərəfindən pozulmasının aradan qaldırılmasını tələb etmək hüququnun olmasına dair düzgün nəticəyə gəlsə də, iddiaçıya həqiqətən iddia etdiyi maddi zərərin dəyib-dəyməməsi, həmin zərərin bilavasitə cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində vurulub-vurulmaması, habelə maddi zərərlə cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi arasın da hər hansı səbəbli əlaqənin olub-olmaması və iddiaçıya dəymiş maddi zərərə görə məhz cavabdehin təqsirli olub-olmaması ilə bağlı kifayət qədər araşdırma aparmadan, bir sözlə xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, yalnız cavabdehin sözügedən ünvanda 2005-ci ildən xx xxxxxx 2019-cu il tarixədək heç bir qazıntı işləri aparmaması, iddiaçıya məxsus evin isə 2009-cu ildə inşa edilməsinə dair irəli sürdüyü arqumentələrlə kifayətlənərək, onun iddiaçıya qarşı mülki hüquq pozuntusu törətməməsi qənaətinə gəlmişdir. Halbuki, Mülki Məcəllənin 21.2, 1096.1 və 1097.1-ci maddələrinin mənasına görə, zərərin vurulub-vurulmamasını müəyyən etmək üçün aşağıdakı halların aydınlaşdırılması və həmin halların eyni vaxta mövcud olması zəruridir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Yalnız qeyd olunan hallar müəyyən olunduqda cavabdehin üzərinə iddiaçıya dəymiş maddi zərərin əvəzini ödəmək öhdəliyi qoyula bilər. Digər tərəfdən, tərəflərin qonşuluqda yaşamaları, cavabdehin yaşadığı ünvanda qaraj tikmək üçün qazıntı işləri aparması mülki iş materialları, o cümlədən cavabdehin özünün izahatı və mütəxəssisin arayışı ilə də istisna olunmur. Belə ki, sözügedən sübutlara görə, tərəflərin yaşadıqları ərazi mailliyi 25-30 dərəcə olan sərt yamacda yerləşir və həmin əraziyə baxış keçirilərkən iddiaçının müraciətində göstərilən faktlar- sürüşməyə meyilli sahədə cavabdeh tərəfindən həyətyanı sahənin genişləndirilməsi məqsədilə dik yamacın kəsilməsi faktı öz təsdiqini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi, cavabdehin həyətyanı sahəsini genişləndirmək məqsədilə dik yamacı kəsib-kəsməməsi faktı və bunun nəticəsində iddiaçıya məxsus evə zərər dəyib-dəyməməsi ilə bağlı heç bir araşdırma aparmadan, bu barədə işə əlavə edilmiş sübutlara, o cümlədən cavabdehin izahatına MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut növü təqdim etməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Mülki qanunvericiliyə görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşun un sahəsi və ya əmlakı sayılır. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin (Mülki Məcəllənin 170.1, 172.1-ci maddələri). Həmçinin, torpaq qanunvericiliyinə görə, torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən təzə tikililər, qurğular və yenidən qurulan obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və istismara verilərkən, habelə yeni texnologiyalar tətbiq edilərkən torpaqların mühafizəsi sahəsində zəruri tədbirlər nəzərdə tutulmalı və həyata keçirilməlidir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar (Torpaq Məcəlləsinin 34.6, 48.5-ci maddələri). Bu baxımdan kasasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərba ycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə q aytarılmalı, işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-4292/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar