Məhkəmə qərarları › İş №2(102)-1096/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1096/2019

08.02.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1096/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 08 fevral 2019-cu il İş № 2(102)-1096/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Xələfov İlqar Rəhimoğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, iddiaçının vəkili Heydərov Çingiz Məmmədxan oğlu, X2 vəkili Məmmədov Tural Nizami oğlunun iştirakları ilə, İddiaçının Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair çıxarışının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Beyləqan rayon məhkəməsinə müraciət etmişdir. Beyləqan rayon məhkəməsinin 02 avqust 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Əliyev, iş 2(020)-1821/2017) iddia təmin edilmiş, Ağcabədi şəhəri, Əli Talıbov küçəsində yerləşən, istifadə etmək hüququ ilə dövlət mülkiyyətindəki 0,0147 ha torpaq sahəsinin üzərində 137,7 kv.m ümumi sahədən ibarət ticarət təyinatlı qeyri yaşayış binası dövlət subyekti kimi tam olaraq Cavabdeh2 (İstehsalat-İstehlak Kooperativinin) mülkiyyətinə verilməsini təsdiq edən 06.03.2015-ci il tarixli ********** qeydiyyat və **********10-06101 reyestr nömrəli 06.03.2015-ci il tarixli RX seryalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), N.Mirzəyev Z.Babayev, iş № 2(106)-2588/2018) cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi İdarəsi, Cavab deh2 və üçüncü şəxs X4 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilmiş, iş üzrə Beyləqan rayon məhkəməsinin 02 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pözuntularına yol vermişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Heydərov Çingi z Məmmədxan oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. X2 vəkili Məmmədov Tural Nizami oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər proses iştirakçıları məhkə mə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21.11.2006-cı il tarixli 02 saylı qərarı ilə Ağcadəbi şəhərində yerləşən 536,99 kv.m və 263,9 kv.m torpaq sahələri ilə bağlı İddiaçı adına Dövlət Torpaq və Xə ritəçəkmə Komitəsi Ağcabədi rayon şöbəsi tərəfindən 07.08.2012-ciiltarixdəA 293059 vəA 293060 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 10.02.2014-cü il tarixli 2- 1(86)-153/2014 nömrəli qərarı ilə iddiaçı Cavabdeh2 cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinə qarşı İddiaçı adına 07.08.2012-ci il tarixdə 3520 nömrə ilə Dövlət Torpaq Kadastrı kitabında uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 17.07.2014-cü il tarixli 2-1(106)- 110/2014 nömrəli qərarı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 10.02.2014-cü il tarixli 2-1(86)- 153/2014 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdı r. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.11.2014-cü il tarixli 2-1(102)-1317/2014 nömrəli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin 17.07.2014-cü il tarixli 21(106)-110/2014 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar ilə müəyyən edilmişdir ki, Dövlət Torpaq və Xətirəçəkmə Komitəsinin 03.09.2013-cü il tarixli mütəxəssis rəyinə əsasən mübahisəli ərazi ilə İddiaçı həyətyanı torpaq sahəsinin arasından asfalt yol keçir, iddiaçıya 17x5 metrlik ölçüdə mağaza açılması barədə olan məktubda və torpaq sahəsinin sxemində mağazanın torpaq sahəsinin yerləsdiyi ərazinin döngə nöqtələri, hər hansı bir tərpənməz nöqtəyə bağlılığı, yerquruluşu planı olmadığından, Agcabədi şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən Ağcabədi Kooperativ Cəmiyyətinə Ağcabədi şəhəri Təbriz k üçəsində köhnə artezian quyusunun yanındakı boş sahədə mağaza açılmasına razılıq verilmiş 17x5 metr ölçüdə torpaq sahəsi ilə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21.11.2006-cı il tarixli 02 nömrəli qərarı ilə Mehdiyev Ramiz Bəbir oğluna verilmiş 263,9 kv.m həyətyanı torpaq sahəsinin üst-üstə düsməsini müəyyən etmək mümkün olmamışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2015-ci il tarixli 2-1(86)-134/2015 nömrəli qərarı ilə Ağcabədi şəhərində yerləşən Dövlət Kadastrı Kitabında 07 avqust 2012-ci ildə 3520 nömrə ilə qeydiyyata alınmış A293060 nömrəli torpaq sahəsinin plan və ölçüsündə göstərilən 263,9 kv.m həyətyanı torpaq sahəsi üzərində iddiaçı Mehdiyev Ramiz Bəbir oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq (digər şəxslərin hüquqlarını pozmadan) reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDRX 6 saylı Ərazi İdarəsinə həvalə edilmişdir. 07.08.2012-ci ildə 3520 nömrə ilə Dövlət Torpaq Kadastr kitabında uçota alınmış 293060 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında ona məxsus olan 263,9 kv.m həyatyanı torpaq sahəsi ilə əlaqədar məhkəmə çəkişmələr getdiyi halda, həmin həyatyanı torpaq sahəsi üzərində 06.03.2015-ci il tarixli RX seryalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilməklə Cavabdeh2 (İstehsalat-İstehlak Kooperativinin) mülkiyyət hüququnu pozmasını iddia edərək hazırkı tələb ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 82.3-cü maddəsinin normasını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə, işin hallarına qeyri-obyektiv yanaşılaraq tamamilə əsassız qətnamə qəbul edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önə m verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəri lməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. K assasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar