Məhkəmə qərarları › İş №2(102)-1098/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1098/2025

16.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Qanunsuz tikilinin sökülməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1098/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron rayonu Məmmədli Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qa rşı torpağın qanunsuz sahiblikdən alınması və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1565/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2007-ci il tarixli MH ******* nömrəli və xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışlarla Abşeron rayonu, Məmmədli kəndində İddiaçı1 adına hər biri 0,03 ha olmaqla cəmi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Onun adına AA 005324 saylı xx.xx.2007-ci il tarixli və AA 005330 saylı xx.xx.2007 -ci il tarixli torpaq sahəsinin plan və ölçüləri tərtib edilmişdir. xx.xx.2007-ci il tarixli MH ******* nömrəli və xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışlarla Abşeron rayon Məmmədli kəndində İddiaçı2 adına hər biri 0,03 ha olmaqla cəmi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Onun adına AA 005329 saylı xx.xx.2007-ci il tarixli və AA 005324 saylı xx.xx.2007-ci il tarixli torpaq sahəsinin plan və ölçüləri tərtib edilmişdir.

2. Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 14 nömrəli qərarı ilə 220 kv-lıq “Bakı İİİ” yarımstansiyasının tikintisi üçün kəndin örüş sahəsindən cavabdehə 5,15 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra isə cavabdehin adına 21 oktyabr 2004- cü il tarixli JN 716 nömrəli dövlət aktı tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı (üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron rayonu Məmmədli Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən zəbt olunmuş torpaq sahələrinin tam boşaldılması, inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, inşaat tullantılarından ərazinin təmizlənməsi, torpaq sahəsinin münbit qatının bərpa olunmaqla əvvəlki vəziyyətə gətirilməsi, sökülmüş 120 kv.metr hasarın bərpa olunması, bu mümkün olmadıq da isə hər birinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin hazırkı bazar dəyəri olan 48000 manat olmaqla, cəmi 96000 manat pul vəsaitinin cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH ******* nömrəli və xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışlara əsasən Abşeron rayonu, Məmmədli kəndində İddiaçı1 adına hər biri 0,03 ha olmaqla cəmi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH ******* nömrəli və xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışl ara əsasən Abşeron rayon Məmmədli kəndində İddiaçı2 adına hər biri 0,03 ha olmaqla cəmi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd olunan bir-birinə bitişik olan qonşu torpaq sahələri hər tərəfdən 1 metr hündürlüyündə mişar daşı ilə əhatəyə alınmışdır. Sonradan torpaq sahəsinə baş çəkərkən məlum olmuşdur ki, ümumi istifadədə olan yol sahəsi və mülkiyyətdəki torpaq sahəsinin hasarı sökülərək bir hissəsi Cavabdeh ASC tərəfindən zəbt olunmuş və həmin hissədə yarımstansiya inşa edilmişdir. Eyni zamanda, ümumi istifadədə olan yol sahəsinin yeri dəyişdirilərək onların torpaq sahəsinə salınmışdır. Məsələyə aydınlıq gətirmək üçün xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cavabdeh ASC-yə məktu bla müraciət etmişlər. Cavabdeh ASC xx.xx.2021-ci il tarixli 02-05-H-8/67 saylı məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə Abşeron Rayon İH tərəfindən torpaq sahələri əvəzləşdirilmişdir. Onlara nə torpaq sahəsi verilmiş, nə də əvəzində bazar dəyəri ödənilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahələrindən hər birinin ayrı-ayrılıqda 156 kv.metr olmaqla cəmi 312,0 kv.metr hissəsində yarımstansiya inşa edilmiş, hər birinin torpaq sahələrinin ayrı-ayrılıqda 122 kv.metr hissə olmaqla, cəmi 244,0 kv.metr hissəsindən isə yol çəkilmişdir. Ümumilikdə isə cavabdeh tərəfindən 556 kv.metr torpaq sahəsi zəbt edilmişdir. Torpaq sahəsinin həmin hissəsində inşa edilmiş hasarın ümumi sahəsi 120 kv.metr təşkil edir. Torpaq sahəsinin yarı hissəsi cavabd eh tərəfindən zəbt edildiyi üçün yerdə qalan torpaq sahəsi də fərdi yaşayış evinin tikintisi üçün tam yararsız vəziyyətə düşmüşdür. Ona görə də torpaq sahələri cavabdeh tərəfindən tam boşaldılmalı, inşa edilmiş tikililər cavabdehin vəsaiti hesabına sökülməli, inşaat tullantılarından ərazi təmizlənməli, torpaq sahəsinin münbit qatı bərpa olunmaqla əvvəlki vəziyyətinə gətirilməli, sökülmüş hasar bərpa olunmalı, bu mümkün olmadıqda isə hər birinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin hazırki bazar dəyəri olan 48000 manat pul vəsaiti olmaqla, cəmi 96000 manat cavabdehdən tutularaq onlara ödənilməlidir.

5. Cavabdeh vəkili və nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirak etdikləri məhkəmə iclasında iddiaya etiraz etmiş və onun rədd olunmasını xahiş etmişlər.

6. Mübahisə predmeti barəsind ə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə4 iştirak etdiyi məhkəmə iclasında iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Digər üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə3 isə iştirak etdiyi məhkəmə iclasında mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

8. Məhkəmə qərardadı əsasında əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2498 saylı rəyində qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələ ləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli 005330 №-li və xx.xx.2007ci il tarixli 005323 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı1 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində "Azərenerji” ASC tərəfindən həmin torpaq sahəsinin cənub hissəsində 0.0141 ha sahəsinin daş hasara alınaraq və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli 005324 №-li və xx.xx.2007-ci il tarixli 005329 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı2 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində Cavabdeh ASC tərəfindən həmin torpaq sahəsinin cənub hissəsində 0.0141 ha sahəsininin daş hasara alaraq faktiki istifadə edildiyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsə lələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli 005330 №-li və xx.xx.2007-ci il tarixli 005323 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı1 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli 005324 №-li və xx.xx.2007-ci il tarixli 005329 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı2 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada (yerində) müəyyən edilmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********48 saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005330 №-li və xx.xx.2007- ci il tarixli AA 005323 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı1 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsi, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və ƏMDK yanında DƏDRXnin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005324 №-li və xx.xx.2007-ci il tarixli AA 005329 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı2 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada (yerində) müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir). Lakin elektron məlumat bazasına əsasən JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh ASC-yə məxsus 5,15 ha torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından naturada öz yerində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Elektron məlumat bazasına əsasən JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh ASC-yə məxsus 5,15 ha torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 saylı mütəxəssis rəyinə əsasən, JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh ASCyə məxsus 5,15 ha torpa q sahəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından iddiaçılara məxsus qeyd edilən torpaq sahələri ilə kəsişib-kəsişməməsini müəyyən etmək mümkün deyildir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/502 saylı rəyində qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 saylı mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005330 №-li və xx.xx.2007- ci il tarixli AA 005323 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı1 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsi, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005324 №-li və xx.xx.2007-ci il tarixli AA 005329 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı2 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada (yerində) müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir). Lakin elektron məlumat bazasına əsasən JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh ASC-yə məxsus 5,15 ha torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından naturada öz yerində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Elektron məlumat bazasına əsasən JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh ASC-yə məxsus 5,15 ha torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 saylı mütəxəssis rəyinə əsasən, JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh ASCyə məxsus 5,15 ha torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələ r) qeydə alındığından iddiaçılara məxsus qeyd edilən torpaq sahələri ilə kəsişib-kəsişməməsini müəyyən etmək mümkün deyildir.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-12142/2023 saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005330 №-li və xx.xx.2007- ci il tarixli AA 005323 №-li torpaq sahəs inin plan və ölçüsünə əsasən İddiaçı1 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005324 №-li xx.xx.2007-ci il tarixli AA 005329 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı2 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsi JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh ASC-yə məxsus torpaq sahəsi ilə kəsişir və sxemdə göst ərilmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/210/8660 saylı rəyində qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-12142/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005330 №-li və xx.xx.2007- ci il tarixli AA 005323 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı1 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli xx.xx.2007-ci il tarixli və MH ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli AA 005324 №-li və xx.xx.2007-ci il tarixli AA 005329 №-li torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı2 məxsus hər biri 0.03 ha olmaqla, cəmi 0.06 ha to rpaq sahəsi JN 0716 saylı, 21 oktyabr 2004-cü il tarixli dövlət aktına əsasən Cavabdeh ASC-yə məxsus torpaq sahəsi ilə kəsişir və sxemdə göstərilmişdir.

13. Abşeron Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddia tələbi təmin edilməmişdir.

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki,Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 14 nömrəli qərarı ilə 220 kv-lıq “Bakı İİİ” yarımstansiyasının tikintisi üçün kəndin örüş sahəsindən cavabdehə 5,15 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra isə cavabdehin adına 21 oktyabr 2004-cü il tarixli JN 716 nömrəli dövlət aktı tərtib edilmişdir. Hazırda bu qərar və dövlət aktı qüvvədədir və hər hansı qaydada ləğv edilməmişdir.

15. Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

16. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

17. Göründüyü kimi, Cavabdeh ASC-nin Məmmədli kəndində yarımstansiya tikintisi üçün ayrılmış torpaq sahəsinə hüququ Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 14 nömrəli qərarı əsasında yaranmış və bu hüquq 21 oktyabr 2004-cü il tarixli JN 716 nömrəli dövlət aktı ilə qeydə alınmışdır. Bələdiyyə qərarı və dövlət aktı hazırda qüvvədə olduğundan məhkəmə hazırkı iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir.

18. Cavabdeh ASC mübahisəli əraziyə mülkiyyət hüququnu bələdiyyənin müvafiq qərarı ilə əldə etdiyindən və bu hüquq dövlət aktı ilə qeydə alındığından, eləcə də həmin sənədlər mübahisələndirilmədiyindən və hazırda da qüvvədə olduğundan hazırkı iddanın təmin edilməsindən söhbət gedə bilməz.

19. İddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları hazırkı mərhələdə sübut edə bilməmişlər.

20. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 139.1, 139-1.1.5, 140, 146.1 və 146.2-ci, Torpaq Məcəlləsinin 67, 68-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi araşdırmamış, 3 il ərzində ancaq eksper t (mütəxəssis) rəyi almaqla məşğul olmuş, yekunda Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsini təhrif etmiş və qərəzli əsassız qanunsuz qətnamə qəbul etmişdir. Nəzərə alınmalıdır ki, sübutlar tələbi təmin etmək üçün kifayət etməlidir. Dəfələrlə məhkəmə qarşısında vəsatət qaldıraraq işin obyektiv və hərtərəfli aparılması üçün bildirmişlər ki, Cavabdeh ASC-yə qarşı mülkiyyətində olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri tələbi torpağın texniki pasportunun etibarsız sayılması və torpaq sahəsində aparılmış tikintinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və ya kompensasiya ödənilməsi tələbinə dair mülki iş vardır. Həmin mübahisəli torpaq sahəsinin koordinatlarının kəsişməsi ilə bağlı ekspertizanın təyin olunmasını xahiş etmişlər. Cavabdeh ASC-nin ərazidə has arladığı və tikinti apardığı ərazi JN 716 KOD 30800108 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş koordinatlar hüdudunda yerləşmir, yaxud bu koordinatlarda göstərilmiş ərazinin hüdudlarından kənara çıxıb. Yuxarıda qeyd olunanlarla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1565/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi) X3 və X1) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya kollegiyası mövqeyini onunla əsasladırmışdır ki, “Zabrat 220” k\v-lıq yarımstansiyasının tikintisi üçün Cavabdeh ASC-yə Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 1 4 nömrəli qərarı ilə kəndin örüş sahəsindən 5,15 ha torpaq sahəsi ayrılmış və 21 oktyabr 2004-cü il tarixdə torpaq sahəsinə dair JN 716 nömrəli dövlət aktının alınması və xx.xx.2007-ci il tarixli MH ******* nömrəli və xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışlara əsasən Abşeron rayonu, Məmmədli kəndində İddiaçı1 adına hər biri 0,03 ha olmaqla cəmi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması işin mübahisəsiz halıdır.

25. Baxılan iş üzrə iddia tələbi torpağın qanunsuz sahiblikdən alınması və tikililərin sökülməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

26. Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əm lakını geri tələb edə bilər. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır.

27. İşin hallarına əsasən Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 14 nömrəli qərarı ilə 220 kv-lıq “Bakı İİİ” yarımstansiyasının tikintisi üçün kəndin örüş sahəsindən cavabdehə 5,15 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra isə cavabdehin adına 21 oktyabr 2004-cü il tarixli JN 716 nömrəli dövlət aktı tərtib edilmişdir. Hazırda bu qərar və dövlət aktı qüvvədədir və hər hansı qaydada ləğv edilməmişdir.

28. Mülki Məcəllənin 140- cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

29. Göründüyü kimi, Mülki Məcəllənin 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqla r müdafiə edilməlidir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarına əsasən dövlət reyestrinin məzmunun həqiqiliyinin və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrin ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır (N.Hacıyevin şikayəti üzrə 2019-cu il 07 avqust tarixli Qərarı).

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlər mübahisələndirilmədən (ləğv və ya etibarsız hesab edilmədən), başqa sözlə reyestrin həqiqiliyi prezumpsiyası qüvvədə olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 140, 157.2-ci maddəl ərinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçılar kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti iddia ərizəsinə uyğun və iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəylərinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC torpaq sahəsinin iddiaçılara aid olmasını etiraf edir, eyni zamanda bildirir ki, guya Nazirlər Kabinetinin qərarına əsasən iddiaçılara başqa yerdə torpaq sahəsi ayrılmışdır və torpaq sahəsi əvəzləşdirilmişdir. Hər iki instansiya məhkəməsi isə işin bu, yəni həlledici halını araşdırmamış və müvafiq hüquqi qiymət verməmişdir. Halbuki, iddiaçılara heç bir torpaq sahəsi ayrılmamışdır

35. Cavabdeh ASC tərəfindən inşa edilmiş bina sürüşdürülərək iddiaçıların mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir, İddiaçıların torpaq sahəsi ilə Cavabdeh ASC-ə ayrılmış torpaq sahəsi arasında 66 metr məsafə vardır. Lakin hər iki instansiya məhkəməsi mütəxəssis rəyini nəzərə almamış, kifayət qədər mötəbər sübutlar olduğu halda, maddi hüquq normasını düzgün tətbiq etməyərək, iddianı rədd etmişdir. Belə ki, dəfələrlə məhkəmədə vəsatət verilərək, işin obyektiv və hərtərəfli aparılması üçün mübahisəli torpaq sahəsinin koordinatlarının kəsişməsi ilə bağlı ekspertizanın təyin olunması ekspertin qarşısında qeyd edilmiş müvafiq sualların qoyulması xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş “İNTEGRİS MMC” tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində açıq surətdə bildirilir ki, torpaq sahəsi koordinatları birinci instansiya məhkəməsi ekspertin qarşısında həmin sualların qoyulması əvəzinə, müvafiq qərardadlarda ekspertin qarşısında tamamilə fərqli suallar qoyulmuş, həmin suallar isə iş üzrə qanuni və əsaslı, obyektiv rəyin verilməsinə gətirib çıxarmamış, apellyasiya instansiyası məhkəməsi isə bu barədə apellyasiya şikayətinin dəlillərinə heç bir əhəmiyyət və hüquqi qiymət verməmiş, tamamilə əsassız olaraq birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdir.

36. Həmçinin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005- ci il tarixli 103 nömrəli Qərarı qüvvədən düşmüşdür, başqa sözlə, apellyasiya instansiyası məhkəməsi qüvvədən düşmüş qərara istinad edərək qətnamə qəbul etmişdir.

37. Hər iki instansiya, xüsusilə də apellyasiya instansiyası məhkəməsi iş üzrə üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron rayonu Məmmədli Bələdiyyəsinin məhkəmə prosesində iştirakını təmin etməklə, həmin qurumlar tərəfindən Cavabdeh ASCnin qeyd etdiyi kimi, Nazirlər Kabinetinin qərarına əsasən iddiaçılara başqa yerdə torpaq sahəsi ayrılıb-ayrılmamasını və ya torpaq sahəsinin əvəzləşdirilib-əvəzləşdirilməməsini müəyyən etməmiş, hər iki instansiya məhkəməsi isə işin bu, yəni həlledici halını araşdırmamış və müvafiq hüquqi qiymət verməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsini tə rəflərə münasibətdə düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur, bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən nəzərə almamışdır ki, işdə olan mötəbər sübutlarla, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, məhz iddiaçılara məxsus torpaq sahələri xüsusi mülkiyyət kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, onların adına torpaq sahəsinin plan və ölçüləri tərtib edilmiş və məhz iddi açılara məxsus torpaq sahələri cavabdeh tərəfindən zəbt edilmiş, həmin mülkiyyət sənədlərində və tərtib edilmiş torpaq sahəsinin plan və ölçülərində torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi kimi göstərilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi 84-cü maddəsinin 1 və 2-ci bəndləri, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndini iddiaçılara münasibətdə tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. İşin həqiqi hallarından göründüyü kimi, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fe vral 2003-cü il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq hər iki instansiyası məhkəməsi ilk növbədə torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl mübahisəli torpaq sahələrinin hüquqi statusunu, o cümlədən cavabdeh tərəfindən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələrinin kateqoriyasını müəyyən etməli olduğu halda və buna müvafiq olaraq müvafiq tədbirləri seçməli olduğu halda, bunu etməmişdir. Apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq birinci instansiyası məhkəməsi həmin normalara istinad etsə də, həmin normaları tərəflərə və işin faktiki hallarına müvafiq olaraq düzgün tətbiq etməmişdir. Beləliklə, göründüyü kimi, apellyasiya instansiyası qərəzli olaraq yanlış nəticəyə gəlmiş, tətbiq edilməli olan normaları tətbiq etməmişdir.

40. Apellyasiya ins tansiyası məhkəməsi Torpaq Məcəlləsinin 111-ci maddəsini də tərəflərə münasibətdə düzgün tətbiq etməmişdir. Belə ki, Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, işdə olan mötəbər sübutlarla müəyyən edilir ki, iddiaçılara məxsus torpaq sahələri məhz ca vabdeh tərəfindən zəbt edilmişdir. O da işin mübahisəsiz halıdır ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələrinin qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilməmiş, iddiaçılara geri qaytarılmamışdır. İşdən göründüyü kimi, iddiaçılar iddianı qaldırarkən ona istinad etmişlər ki, cavabdeh tərəfindən Məmmədli qəsəbəsində yarımstansiya inşa edilərkən onların mülkiyyətində olan torpaq sahəsinin 556 kv.metr hissəsi zəbt edilmişdir, torpaq sahəsinin həmin hissəsində inşa edilmiş hasarın ümumi sahəsi 120 kv.metr təşkil edir, torpaq sahəsinin yarı hissəsi cavabdeh tərəfindən zəbt edildiyi üçün yerdə qalan torpaq sahəsi də fərdi yaşayış evinin tikintisi üçün tam yararsız vəziyyətə düşmüşdür, ona görə də torpaq sahələri cavabdeh tərəfindən tam boşaldılmalı, inşa edilmiş tikililər cav abdehin vəsaiti hesabına sökülməli, inşaat tullantılarından ərazi təmizlənməli, torpaq sahəsinin münbit qatı bərpa olunmaqla əvvəlki vəziyyətinə gətirilməli, sökülmüş hasar bərpa olunmalı, bu mümkün olmadıqda isə hər birinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin hazırki bazar dəyəri olan pul vəsaiti cavabdehdən tutularaq onlara ödənilməlidir. Lakin, işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarına uyğun qətnamə qəbul etməmiş, nəticədə həmin maddi hüquq normasnı da düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı “Azərenerji" ASC-nin vəkili Nümayəndə2 tərəfindən etiraz daxil olmuşdur.

42. Etirazda qeyd olunmuşdur ki, iddiaçıların kassasiya şikayətlərində göstərdikləri dəlillərə apelyasiya instansiya məhkəməsi hüquqi qiymət vermiş və hazırki işə baxarkən maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməklə tam əsaslı qətnamə qəbul etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

44. Maddə 139-1.1.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanl arı tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur.

45. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

46. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan h üquq istisna olmaqla).

47. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

48. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

49. Maddə

67. Hissə İ. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

50. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

51. Maddə 111: 52.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 53.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 41 6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların hazırkı kassasiya şikayətinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

67. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli torpaq sahəsi daxil olmaqla Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 14 nömrəli qərarı ilə 220 kv-lıq “Bakı İİİ” yarımstansiyasının tikintisi üçün kəndin örüş sahəsindən cavabdehə 5,15 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra isə cavabdehin adına 21 oktyabr 2004-cü il tarixli JN 716 nömrəli dövlət aktı tərtib edilmişdir. Hazırda bu qərar və dövlət aktı qüvvədədir və hər hansı qaydada ləğv edilməmişdir.

68. Belə olan halda işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr cavabdehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlərin mübahisələndirilmədiyi (ləğv və ya etibarsız hesab edilmədən), başqa sözlə reyestrin həqiqiliyi prezumpsiyası qüvvədə olduğundan iddianın təmin edilməsini mümkün saymamışlar.

69. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tə rəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

70. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli v ə obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2024-cü il tarixli, 2(105)-1565/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar