Məhkəmə qərarları › İş №2(102)-1099/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1099/2023

19.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1099/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-1099/2023 ( Açar sözlər: mənzilin boşaldılması, kirayə haqqı və yeni mənzil verilməsi tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh qarşı mənzilin boşaldılması, kirayə haqqı və yeni mənzil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2022-ci il tarixli 2(103)- 7084/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 19 aprel 2023-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların kəskin qəzalı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır..

2. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır.

3. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 83a saylı binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin s ökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və Həsənoğlu küçəsi 83a ünvanında yerləşən 49 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqlar aparılmış, lakin razılıq əldə olunması mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 28.24 kv.m-dən ibarət olan mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və həmin mənzilin iddiaçı tərəfindən sökülməsi, həmin mənzilin əvəzinə yeni tikiləcək binada 45 kv.m ölçüdə təmirli mənzilin 2 il müddətinə cavabdehə təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin iddiaçıya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək iddiaçı tərəfindən cavabdehə hər ay 350 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılmışdır ki, sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 83A ünvanında yerləşən 49 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh QSC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər mənzil sahibləri kimi, sahib olduğu ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 45 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təh vil verilənədək aylıq 350 manat kirayə haqqı təklif olunur. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Lakin cavabdeh özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tələbini qəbul etməmiş və onun təmin edilməməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamında da qeyd edilmişdir ki, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdi yi 2,7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərtilə icarə əsasında İddiaçı QSC-nin istifadəsinə verilmişdir. Lakin İddiaçı QSC tərəfindən mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə notarial qaydada əvəzləşmə müqavilələri bağlayarkən müqavilə azadlığı prinsipi pozulduğundan cavabdeh məhz iddiaçı tərəfindən birtərəfli qaydada müəyyənləşdirilən şərtlərlə müqavilə bağlamağa məcbur edilir ki, bu da onun hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, onunla müqavilə bağlamaq niyyətində olan iddiaçı öhdəliklərinin icrasına hər hansı təminat vermir. Belə olan halda onun öhdəliklərinin icrasına dövlət təminatları da yoxdur v ə qanunvericiliklə belə imkan nəzərdə tutulmamışdır. Müqavilədə tərəf qismində hər hansı dövlət orqanı iştirak etmir və bütün öhdəliklərinə görə iddiaçı müstəqil surətdə məsuliyyət daşıyır. Bu isə gələcəkdə iddiaçının maliyyə vəziyyətinin pisləşməsi, müflis olması, ödəmə qabiliyyətini itirməsi və ya hər hansı səbəblərdən öhdəliklərini vaxtında və ya lazımınca yerinə yetirməməsi halında cavabdeh də daxil olmaqla mənzillərini itirmiş mülkiyyətçilərin kirayə haqqınının ödənilməməsinə və ya yeni binanın inşa edilməməsi nəticəsində mənzilsiz qalmasına gətirib çıxara bilər. Çünki bu halda məsuliyyət bilavasitə və yeganə olaraq müqavilə tərəfi olan iddiaçının üzərindədir. Yeni mənzillərin tikintisi üçün ən azı 2 il müddət nəzərdə tutulub, bu da mülkiyyətçinin mənzil hüquqlarının məhdudlaşdırılmas ı və hətta gələcəkdə mənzil hüququndan məhrum olmasına şərait yaradacaq kifayət qədər uzun müddətdir. Ona görə də iddia tələbini əsassız hesab edir, rədd olunmasını xahiş edir.

7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin ‘‘Azerinşaatlayihə’’ Dövlət Baş Layihə Konstruktor və Texnoloji institutunun Texniki şöbəsi tərəfindən tərtib olunmuş 03 mart 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, Həsənoğlu küçəsi, bina 83a Beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, birgirişli inşa olunmuşdur. Mənzillərə giriş eyvanlardan nəzərdə tutulmuşdur. Bina planda qismən düzbucaqlı şəklində olub, orta hissənin ölçüləri 32.80 x 5.90 metr, qanad hissələrinin isə 8.40 x 4.80 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 2,70 metr, kürsünün hündür lüyü 0,40 metrdir. Xarici və daxili yükdaşıyan divarların qalınlığı 0.40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Binanın mərtebəarası və dam örtüyü çoxboçluqlu yığma dəmir-beton panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir-beton elementlərdən inşa edilmişdir. Damı yastı tipli olub, ruberoid materialı İlə örtülmüşdür. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmalara məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı, pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınaraq yararsız hala düşmüşdür. Eyvan tavalarının əksəriyyətinin alt hissələrində armaturların mühafizə qatları tökülmüş və a rmaturlar ciddi korroziyaya uğramışdır. Binanın sağ yan hissəsində eyvanlarının sahələrinin artırılması yükdaşıyan konstruksiyaların əlavə yüklənmələrinə səbəb olmuşdur. Binada norma və qaydalara riayət edilmədən xaotik quraşdırılmış elektirik xətləri sakinlərin həyatı üçün təhlükə yaradır. Dam yastı tipli olub, örtük panelinin üzərində ruberoiddən ibarət yumşaq örtük uzun müddət təmir edilmədiyindən yararsız vəziyyətə düşmüşdür. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin nasaz vəziyyətdə olmasından və bəzi yerlərdə divarların nəmlənməsi, suvaq qatının qopmaları, tökülmələri hallarına rast gəlinir. Damda nizamsız şəkildə yerləşdirilmiş su çənləri örtükdə əlavə yük yaradır. Havalandırma şaxtaların kərpiclərinin tökülməsi hallarına rast gəlinir. Binanın texniki vəzi yyəti yolverilməzdir.

8. İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixdə Cavabdeh ünvanladığı məktubun surətində “Bildirmək istəyirik ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu köçəsi 83A saylı binanın texniki vəziyyətinin qəzalı olması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 55 №-li sərəncamı ilə yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli binanın yerində müasir tipli yeni yaşayış binasının inşası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Bununla əlaqədar olaraq, Siz İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Yəyha Bakuvi 106 “Premium Plaza” ünvanında yerləşən ofisinə dəvət olunaraq sizinlə dan ışıqlar aparılmış, lakin razılıq əldə olunmamışdır. Mülkiyyətinizdə olan mənzilin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 83A saylı bina kəskin qəzalı vəziyyətdədir və tez bir zamanda sökülməlidir. Sizə mülkiyyətinizdə olan Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 83A, 49 saylı mənzilin ümumi sahəsi 28.24 kv.m təşkil edir. Cəmiyyət tərəfindən sizə mənzilin əvəzinə məxsus olduğunuz sahəyə 55% əlavə sahə verilməklə 45 kv.m. təmirli mənzil təklif olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, sizinlə müqavilə bağlanması məqsədi ilə 3 iş günü ərzində mənzilinizə dair mülkiyyət hüququnuzu təsdiq edən sənədlərlə birlikdə Bakı şəhəri, Yəyha Bakuvi 106 “Premium Plaza” ünvanında yerləşən ofisimizə yaxınlaşmağınız xahiş olunur. Əks təqdirdə Bakı şəhəri, Nərimanov rayo nu, Həsənoğlu küçəsi, 83A saylı bina kəskin qəzalı vəziyyətdə olmasını nəzərə alaraq mənzilinizin sökülməsi ilə əlaqədar sənədlər toplanılaraq müvafiq məhkəməyə müraciət olunacaqdır” göstərilmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2841/2022 saylı, 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin olunmuşdur.

10. Məhkəmənin mövqeyini belə əsaslandırmışdır ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehin yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün ta m yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, o mənzili boşaltdığı halda, mülkiyyətində olan mənzilə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifədir və MTK da bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Hazırkı cavabdehdən fərqli olaraq, mü bahisəli ərazidə yaşayan digər sakinlər onlara yaradılmış şəraitdən və İddiaçı MTK-nın əlverişli təkliflərindən yararlanaraq, habelə texniki və təhlükəsizlik baxımından istismara yararsız və insanların yaşaması üçün təhlükə törədə biləcək qəzalı vəziyyətdə olan mənzillərdə yaşamaqdan qurtularaq əvvəlki yaşayış yerlərini tərk etmişlər. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamını icra edən İddiaçı MTK tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın (faktiki vəziyyətə uyğun) dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə cavabdehin öz mülkiyyətində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış binasından köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadəsinə yol verilməməlidir. Bu sui-istifadə isə cavabdehin mənzilə görə MTK-dan əsassız ola raq real olmayan qiymətlər tələb etməsində, yaşayış üçün tam yararsız və qəzalı olan mənzildən təyinatı üzrə istifadə etməməsində ifadə olunur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Mənzil Tikinti Kooperativinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 16.1, 152.1, 152.6, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 18-ci maddələrinə, “İnsan hüquqlarının və ə sas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, öz öhdəliklərinin icrasına və gələcəkdə cavabdehin mənzil hüququndan məhrum olmayacağına heç bir real təminat verməyən və müqavilə şərtlərini birtərəfli qaydada diktə etdirən şəxslə müqavilə bağlamağa məcbur edilməyi konstitusiya və qanunvericiliklə müəyyən edilmiş hüquqularının kobud surətdə pozulmasıdır. Məhkəmə nəz ərə almamışdır ki, o, qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsinə və yeni binanın tikilməsinə etiraz etmir və buna mane olmaq məqsədi yoxdur. O, iddiaçı ilə bağlanacaq və onun mülkiyyət hüququna təsir edəcək müqavilənin şərtlərinin birtərəfli qaydada müəyyənləşdirilməsi ilə razılaşmır və bu, hüquqdan sui-istifadə hesab edilməməlidir. Burada hər hansı əmlakın dövlət ehtiyacları üçün alınmasından söhbət getmir, tərəf qismində hər hansı dövlət orqanı çıxış etmir və cavabdehə verilən “vədlər”in vaxtında və lazımi qaydada yerinə yetirilməməsi və cavabdehin mülkiyyət hüquqlarının pozulması halında heç bir təminat müəyyən edilmədiyindən ədalətli balans prinsipi pozulur. Halbuki, Bakı şəhər İcra Hakimiyyətinin “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında İddiaç ı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında 55 nömrəli, 11 mart 2020-ci il tarixli sərəncamında da tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında tənzimlənməsi iddiaçının öhdəliyi kimi müəyyən edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) 2(103)-7084/2022 nömrəli iş üzrə 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə iddianı təmin edərkən “ədalətli balans”ı gözləmiş, tərəflərin hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və cavabdehin bu mövqeyi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.6, 560.1 və 560.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq kirayə haqqı da, cavabdehin yaşadığı mənzil üzrə ədalətli təyin edilməmişdir. Bundan əlavə, iddiaçının tələbi aydın deyildir. Belə ki, yeni inşa ediləcək binanın layihəsi mülki iş materiallarında mövcud deyildir. Cavabdeh apellyasiya baxışı zamanı həmin layihənin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Lakin iddiaçı təqdim etməmiş, məhkəmə də bu hala qiymət verməmişdir. Məhkəmə qətnaməsində mülkiyyətçinin əmlakının yerində inşa ediləcək binanın neçə mərtəbəli olacağı, mülkiyyətçiyə yeni mənzilin binanın neçənci mərtəbəsində veriləcəyi, həmin mənzilin pəncərələrinin hansı küçəyə baxacağı qeyd edilməmişdir. Bu da gələcəkdə yeni məhkəmə mübahisələrinin və mülkiyyətçinin əvvəlki formada yaşamaq hüququnu pozacaqdır. Belə ki, iddiaçı qətnamənin nəticə hissəsinə əsaslanaraq cavabdehə yaşay ış binasının birinci və ya axırıncı mərtəbəsindən, yaxud cavabdehin istəməyəcəyi küçəyə baxan mənzilin cavabdehə verilməsini təşkil edə bilər. Bundan başqa məhkəmə qətnaməsinin nəticə hissəsində 45 kv.m-lik mənzilin cavabdehə verilməsi qeyd edilsə də, həmin mənzilin otaq sayı göstərilməmiş və mənzilin otaqlarının arakəsmələrinin hansı formada olması öz əksini tapmamışdır. Bu da gələcəkdə yeni məhkəmə mübahisələrinin və mülkiyyətçinin əvvəlki formada yaşamaq hüququnu pozacaqdır. Xüsusilə qeyd etmək vacibdir ki, məhkəmə qətnaməsinin nəticə hissəsində iddiaçı tərəfindən inşa ediləcək yeni yaşayış binasının ünvanı da qeyd edilməmişdir. Belə olan halda, iddiaçı ünvan 3 edib cavabdehi ora köçürə bilər. Bundan əlavə, məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olubolmamasını yoxlamamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin ‘‘Azərinşaatlayihə’’ Dövlət Baş Layihə Konstruktor və Texnoloji institutunun Texniki şöbəsi tərəfindən tərtib olunmuş 03 mart 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, binanın texniki vəziyyəti yolverilməzdir. Belə olan halda, qəzalı vəziyyətdə olan mənzilin boşaldılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ iddiaçıda deyil, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1muşdur. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən artıq binada söküntü işləri aparmağa başlamış, mənzilin boşaldılması üçün süni maneələr yaratmağa başlamışdır. Belə ki, işıq sayğacını iddi açı sökmüş, su xəttinin verilməsində porblemlər yaratmışdır ki, cavabdeh özü məcburiyyət qarşısında qalıb mənzili tərk etsin. Bununla bağlı Bakı şəhəri Nərimanov rayon Prokurorluğunda da material ayrılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

21. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

22. Mad də 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

23. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti qis mən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin sökülən mənzilinin müqabilində 45 kv.metr ölçüdə mənzilin 2 il müddətinə cavabdehə təhvil verilməsi və kirayə haqqı kimi 350 manatın ödənilməsi barədə qəbul edilmiş qətnaməni qanuni hesab edərkən mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyəti olan halları nəzərə almadan və onlara qiymət vermədən nəticəyə gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz.

34. Məhkəmə kollegiyası qeyd edir ki, işdə cavabdehə təklif edilən mənzilin yerləşdiyi yeni tikilən evin planı və layihəsi olmadığından, həmin evdə 45 kv.m sahəsi olan mənzilin olmasını müəyyən etmək mümkün deyildir.

35. Məhkəmə kolle giyası hesab edir ki, iddiaçının təklifində konkret mənzilə dair göstəricilərinin qeyd edilməməsi, mənzilin hansı ünvandakı binada yerləşməsinin dəqiq göstərilməməsi, qətnamənin nəticə hissəsində də cavabdehə 45 kv.m sahəsi olan qeyrimüəyyən mənzilin verilməsinin göstərilməsi qətnamənin icrası mərhələsində cavabdehə veriləcək yeni mənzilin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə və sonuncunun hüquqlarının pozulmasına səbəb ola bilər. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyətə malik olan bu halları araşdırmamış və hüquqi müəyyənlik prinsipini pozmaqla, icrası qeyri-mümkün olan qətnamə qəbul etmişdir.

36. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyy ənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 11 iyul 1997-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübu tlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin,habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

38. Həmçinin həmin qərarın 8 və 10-cu bəndlərində göstərilmişdir ki, qətnamənin nəticə hissəsi qısa, dəqiq, şərtsiz məzmunda ifadə edilməklə, tərəflərin tələb və etirazlarına qəti cavab verməlidir. Əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasında dolaşıqlıq yaratmamaq və icranın mümkünlüyünü təmin etmək məqsədi ilə qət edilən şeylərin hər birinin ayrılıqda qiyməti və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, dəyərinin alınması da göstərilməlidir.

39. Hazırkı halda qətnamənin icrasının mümkünlüyünü təmin etmək məqsədilə apelly asiya instansiyası məhkəməsi iddiaçının tələbi üzrə cavabdehə hansı ünvanda yerləşən, hansı mərtəbədə, hansı girişdə, neçənci mərtəbədə, neçə otaqlı mənzilin təklif etməsi dəqiqləşdirilməli, mənzilin yerləşdiyi binanın yeri, layihəsi, mənzilin planı və s. bu kimi halları araşdıraraq iddiaya qiymət verməli, cavabdehin mülkiyyət hüquqlarının qorunmasını təmin etməlidir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edil məlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2022-ci il tarixli 2(103)7084/2022 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar