Məhkəmə qərarları › İş №2(102)-11/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-11/2021

17.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-11/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh na qarşı ( və maraqlı şəxslər qismində cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: ödənilməli olan pulun gecikdirilməsinə görə faiz tələbi, iddianın əsl olmayan cavabdehə qarşı irəli sürülməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2389/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə İddiaçı ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının, Bakı Apellyasiya Məhkəməsinin ondan irəli gələn xx.xx.2015-ci il tarixli icra vərəqəsinin icra edilməməsi iddiası ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarının icra edilməməsinin qanunsuz sayılması, onun tam və düzgün icrası, ona ödənilməli olan pulun gecikdirilməsinə görə faizlərin hesablanaraq ödənilməsinin cavabdehlərin üzərinə öhdəlik qoyulması, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarından irəli gələn xx.xx.2015 -ci il tarixli Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2-1(103)-1744/1744/2011 saylı icra vərəqəsinin tələblərinin tam və düzgün icra edilməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, məhkəmə qərarına görə kompensasiya məhkəmə qərarının qəbulundan sonra 3 ay müddətində ödənilməli və ödənilmənin gecikməsi baş verdikdə faiz hesablanır. Mövcud qaydalara əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları üzrə kompensasiyaların ödənilməsini cavabdeh təmin edir. Bunun üçün ərizəçi bankda avro hesabı açır və rekvezitlər cavabdehə təqdim edilir. Cavabdeh isə müəyyən edilmiş kompensasiyanın bank hesabına köçürülməsini həyata keçirir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası nın təmin olunması üçün cavabdehin tərkibində Azərbaycan Respublikasının Avropa İnsan Hüquqları Məhkəməsində nümayəndəsi fəaliyyət göstərir. Şikayəti üzrə qərar qəbul edildikdən sonra o, Beynəlxalq bankda avro hesabı açaraq cavabdehə təqdim etmişdir. Bank hesabından göründüyü kimi cavabdeh Avropa Məhkəməsinin qərarına əsasən ödənilməli olan 2100 avro kompensasiyanı və onu gecikdirilməsinə görə faizlər bank hesabına vaxtında keçirilməmişdir. Bununla ona ödənilməli olan pul vəsaitinin üzərində mülkiyyət hüququ pozulmuşdur. Məlumdur ki, məhkəmə qərarının icrası ədalətli məhkəmə araşdırıması hüququnun tərkib hissəsidir. Avropa Məhkəməsinin qərarının icra olunmaması ilə onun ədalətli məhkəmə araşdırması hüququ bir daha pozulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən ona ödənilm əli olan pulların hesaba köçürülməsi və digər tələblərlə şəxsən özü cavabdehə və icra tələbini həyata keçirilməsini özünün həvalə etdiyi Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinə dəfələrlə müraciət etmişdir. Təəssüflər olsun ki, cavabdeh kompensasiyanı vaxtında ödəməməsi ilə yanaşı, onun əmək kitabçasını, 10 illik son haqq hesab və əmək haqqını da verməmiş və onun qanuni tələblərinə heç bir münasibət bildirməmişdir. Maraqlı şəxs olan Ədliyyə Nazirliyi öz hərəkətsizliyini onunla izah edir ki, onun icra tələbləri guya 2012-ci ildə tam təmin edildiyinə görə ona aid olan icra sənədinə xitam verilmişdir. Əslində isə məhkəmə nəzərə almalıdır ki, ötən ildən pensiya yaşına çatdığına baxmayaraq pensiyanın təyin olunması üçün tələb olunan əmək kitabçasını və pensiya kapitalını müvafiq dövlət orqanına təqdim edə bilmədiyinə görə ona minimum pensiyanın aşağı həddə -183 manat pensiya təyin olunmuşdur. Bu səbəbdən də Dövlət Sosial Müdafiə Fondu ona staja görə pensiya təyin etməkdən rəsmən imtina edərək öz problemini həll etmək üçün məhkəməyə müraciət etməyini məsləhət görmüşdür. X3 əmək haqqının Əmək Məcəlləsinə uyğun hesablanmamasını, Dövlət Sosial Müdafiə Fondu əmək kitabçasının şəxsiyyət vəsiqəsinə uyğun gəlmədiyini, əmək stajının işəgötürən tərəfindən əmək kitabçasında qeyd olunmadığını birmənalı olaraq qeyd edirlər. Hətta özəl sektordan olan işəgötürənlər tərəfindən əmək kitabçası olmadan işə qəbulla əlaqədar verilən ərizələrə imtina verilir. Əmək kitabçasında qaralama və düzəlişlər olduğundan Dövlət notariusu həmin kitabçanın tərcüməsini belə təsdiq etməkdən imtina edir. Məhkəmə ai diyyatı ilə bağlı xüsusilə qeyd edir ki, o, cavabdehə qarşı inzibati icraat qaydasında iddia qaldırmışdır. İşə baxan məhkəmələr cavabdehin inzibati orqan olmadığını əsas gətirərək iddianı mümkünsüz saymışlar. Ali Məhkəmədə xx.xx.2019-cu il tarixli, 2-1(102)-2239/2019 saylı Qərarı ilə həmin məhkəmə aktları qüvvədə saxlanılmışdır.

4. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.Qafarova) xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2628/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbi düzgün olmayan cavabdehə qarşı yönəldiyindən İddiaçı – cavabdeh na (maraqlı şəxslər kimi və qeyd olunan) qarşı “hərəkətsizliyin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), A.Hüseynov və A.İmanov) xx xxxx 2020-ci il tarixli, 2(103)-2389/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, İnsan Hüquqları və X2 Konvesiyada təsbit edilmiş hüquqlarının pozuntusuna dair şikayət ərizəsi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi xx.xx.2018-ci il tarixli qərarı ilə onun Konvensiyada təsbit edilmiş hüquqlarının pozuntusunu tanımışdır. Qərara əsasən ona 2100 (iki min yüz) avro məbləğində kompensasiya təyin olunmuşdur və həmin vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilməlidir. Bu məqsədlə dövlət büdcəsində xüsusi bölmə nəzərdə tutulub. Məhkəmə qərarına görə kompensasiya məhkəmə qərarının qəbulundan sonra 3 ay müddətində ödənilməli və ödənilmənin gecikməsi baş verdikdə faiz hesablanır. Mövcud qaydalara əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları üzrə kompensasiyal arın ödənilməsini cavabdeh təmin edir. Bunun üçün ərizəçi bankda avro hesabı açır və rekvezitlər cavabdehə təqdim edilir. Cavabdeh isə müəyyən edilmiş kompensasiyanın bank hesabına köçürülməsini həyata keçirir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasının təmin olunması üçün cavabdehin tərkibində Azərbaycan Respublikasının Avropa İnsan Hüquqları Məhkəməsində nümayəndəsi fəaliyyət göstərir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 8 noyabr tarixli, 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının Səlahiyyətli nümayəndəsi haqqında Əsasnamə”də göstərilir:9.2. Konvensiyadan irəli gələn öhdəliklərə Azərbaycan Respublikası tərəfindən riayət olunmasına dair Məhkəmə və Avropa Şurası Nazirlər Komitəsi qə rarlarının icrasının təmin edilməsi məqsədi ilə müvafıq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi; 10.11. İddiaçıya pul kompensasiyasının ödənilməsi və ya pozulmuş hüquq və azadlıqların bərpa olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildiyi halda, məhkəmə qərarının tam və vaxtında icra edilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarına məlumat verir. Şikayəti üzrə qərar qəbul edildikdən sonra o, Beynəlxalq bankda avro hesabı açaraq cavabdehə təqdim etmişdir. Bank hesabından göründüyü kimi cavabdeh Avropa Məhkəməsinin qərarına əsasən ödənilməli olan 2100 avro kompensasiyanı və onu gecikdirilməsinə görə faizlər bank hesabına vaxtında keçirilməmişdir. Halbuki məhkəmə qərarı ilə həmin maliyyə vəsaiti artıq ona məxsusdur. Bununla ona ödənilməli olan pul vəsaitinin üzərində mül kiyyət hüququ pozulmuşdur. Məlumdur ki, məhkəmə qərarının icrası ədalətli məhkəmə araşdırıması hüququnun tərkib hissəsidir. Avropa Məhkəməsinin qərarının icra olunmaması ilə onun ədalətli məhkəmə araşdırması hüququ bir daha pozulmuşdur. Azərbaycan Respublikası 2002-ci ildən Konvensiyanı ratifikasiya edərək üzərinə öhdəliklər götürmüşdür. Bu öhdəliklərdən biri də Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarların icrasını təmin etməkdir. Cavabdeh dövlətin adından həyata keçirilməli olan hərəkətləri icra etməməklə onun hüquqları pozmuşdur. Öhdəliklərin icra edilməməsi üçün heç bir qanuni əsas yoxdur. Bu səbəbdən cavabdehin hərəkətsizliyi qanunsuzdur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki: “İddiaçı vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsindən ö dənilməli olduğunu qeyd etsə də, cavabdeh qismində düzgün olmayan orqanı göstərmişdir. Hazırki iş üzrə cavabdeh iddiaçının iddiasına cavab verilməli orqan deyil”. İddiaçı tərəfindən birinci instansiya və apellyasiya məhkəməsində nin üçüncü şəxs kimi statusuna xitam verilərək, cavabdeh qismində cəlb edilməsini xahiş edilsə də, məhkəmə bunu edə bilməyəcəyini bildirmiş, qeyd olunan subyekti cavabdeh qismində işə cəlb etməmişdir. Halbuki məhkəmənin qeyd olunan subyektləri cavabdeh qismində cəlb etməyə hüququ çatır və hətta bu məhkəmələrin vəzifəsidir ki, əsil olmayan tərəfi əvəzləşdirsin. Təəssüflər olsun ki, işə baxan apellyasiya instansiya məhkəməsi qətnaməni əsaslandırarkən, bu faktı nəzərə almadan, yenə də qərəzli və düzgün tövsüf etməmişdir. Qətnamədən göründüyü kimi, iddiaya mahiyyəti üz rə baxmayan məhkəmə onu əsaslandırarkən iddianın mümkünsüzlüyünü dönə-dönə vurğulamış, lakin cavabdehlərin sübutsuzluğunu məhkəmə iclasında araşdırmamışdır. Əsas diqqəti çəkən məqamlardan biri də odur ki, məhkəmələr sadəcə inzibati icraat qaydasında qəbul olunmuş qərara istinad edib, lakin özü müstəqil araşdırma aparmayıb. İnzibati orqan sayılmayan bir qurumun ümumi məhkəmələrdə cavabdeh qismində işə cəlb edilməsi və yaxud onu əsli olan tərəflə əvəzləşdirilməsi həmin məhkəmələrin yurisdiksiyasına aid olan məsələdir. Növbəti paradoks ondan ibarətdir ki, ümumi qaydada işə baxan məhkəmələr inzibati icraat qaydasında işə baxan AR Ali Məhkəməsinin Mülki Kollegiyasının iddianın mümkünsüz saydığı qərarını öz qətnamələrinin əsaslandırıcı özəyi kimi vurğulamışdır. Bir daha aydın olur ki, məhkəmələr hazırki iş üzrə sübutlara qərəzli şəkildə cavabdehin mənafeyini güdərək münasibət bildirmiş, qətnamədə göstərilən hallar heç bir halda əsaslandırıla bilməmişdir. Məhkəmələrin həqiqəti araşdırmadan qətnamə qəbul etməsi, bu qətnamənin qeyri qanuni və ədalətsiz olduğunu göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kol legiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.

15. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünü idarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyy ə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

17. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

18. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. K assasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

25. İddiaçının tələbinin əsasını Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarının icra edilməməsinin qanunsuz sayılması, onun tam və düzgün icrası, o cümlədən ona ödənilməli ol an pulun gecikdirilməsinə görə faizlərin hesablanaraq ödənilməsinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarından irəli gələn xx.xx.2015-ci il tarixli Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2-1(103)1744/1744/2011 saylı icra vərəqəsinin tələblərinin tam və düzgün icra edilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması təşkil edir.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı vəsaitin Azərbaycan Respublikası dövlət büdcəsindən ödənilməli olduğunu qeyd etsə də, cavabdeh qismində düzgün olmayan orqanı göstərmişdir. Hazırki iş üzrə cavabdeh iddiaçının iddiasına cavab verməli olan orqan deyildir. Belə ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Odur ki, iddiaçının tələblərinin hazırkı cavabdehə qarşı əsassız olması və rədd edilməsi barədə gəlinən qənaət düzgündür.

27. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

28. Belə ki, qanunvericilikdə dövlət orqanının və onun vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın hansısa dövlət orqanı deyil, Azərbaycan Respublikası tərəfindən ödənilməli olması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası mülki hüq uq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər (§ 14-15). Azərbaycan Respublikasının dövlət büdcəsi sahəsində müvafiq səlahiyyətləri həyata keçirən dövlət orqanı Maliyyə Nazirliyidir.

29. Belə olan halda, iddiaçının həm ödənilməli olan pulun gecikdirilməsinə görə faizlərin hesablanaraq ödənilməsi, həm də digər tələbləri üzrə iddiaya cavab verməli olan şəxs deyil.

30. Kollegiya vurğulayır ki, mülki prosessual qanunvericilikdə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi iddiaçının razılığı ilə mümkündür (§ 18). Birinci instansiya məhkəməsinin nə hazırlıq iclasında, nə də məhkəmə baxışında cavabdehin əsl cavabdehlə əvəz edilməsi haqqında iddiaçının vəsatə t verməsi, lakin məhkəmənin bu vəsatəti təmin etməməsi iş materialları ilə təsdiqlənmir.

31. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2389/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar