Məhkəmə qərarları › İş №2(102)-110/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-110/2021

01.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-110/2021 01.02.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Heydər Əliyev adına Neft Emalı zavoduna qarşı iş üzrə Dövlət Neft Şirkəti və QƏRARİ iş № 2(102)-110/21 (Açar sözlər: tikintiyə maneələrin aradan qaldırılması) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi Həsənov Rövşən İsmayıl oğlunun, vəkili Nümayəndə, cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Heydər Əliyev adına X2 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Heydər Əliyev adına Neft Emalı zavoduna qarşı “tikinti işlərinin aparılmasına maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-272/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Heydər Əliyev adına X2 kassasiya şikayətlərinə 01 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.06 ha ölçüdə torpaq sahəsi İddiaçı adına müılkiiyyət hüquq ilə ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə ona mənsub olan torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi, tikinti işlərinin aparılmasına qarşı hər hansı maneənin törədilməsinin cavabadehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3 İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehin razılıq verməsini xahiş etmişdir.

4. Dövlət Neft Şirkəti tərəfindən iddiaçının müraciətinə xx xxxxx 2019-cu il tarixdə göndərilmiş cavabla sözügedən torpaq sahə sində hüquqi rejimli mühafizə sahələrinin yaradılması əsas gətirilərək tikinti aparılması qadağan edilmişdir.

5. Göstərilən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ tanınan zaman torpaq sahəsi əslində qeyd olunan neft boru kəmərlərindən 50 metr məsafədə olmuş, sonradan Dövlət Neft Şirkəti tərəfindən ərazidə aparılan konstruksiya tədbirləri ilə əlaqədar həmin ərazidə yeni neft boru kəmərləri istifadəyə verilmiş, beləcə məsafə yaxınlaşmışdır. Belə ki, xx xxxxx 2011-ci il və xx xxxxxx 2011-ci il tarixdə Bakı Neft Emalı Zavodu tərəfindən neft boru kəmərlərinin istismara buraxılması ilə qeyd olunan məsafə azalmış, bunun məntiqi nəticəsi olaraq iddiaçının mülkiyyət hüququ kobud surətdə pozulmuşdur.

6. İddiaçıya mənsub olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin 2008-ci il tarixdən mövcud olmasına baxmayaraq, tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən maneəçilik törədilir ki, bu da son nəticədə mülkiyyətçinin öz mülkiyyətindən sərbəst istifadə etmək hüququnun pozulması ilə nəticələnir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13cu, Mülki Məcəllənin 152.1, 152.5, 153.4, 157.4, Torpaq Məcəlləsinin 55-ci maddələrinə istinad etmişdir.

8. İddiaçı əlavə olaraq Heydər Əliyev adına Neft Emalı zavodunu da cavabdeh qoymaqla tələbini dəqiqləşdirmiş, mülkiyyət hüququ ilə ona mənsub olan torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlər tərəfindən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh Dövlət Neft Şirkətinin nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, iddiaçı nın mülkiyyətində olan torpaq sahəsinin UTM WGS 84 koordinat sistemində koordinatlar daxilində olan hissəsi (359 m2) SOCAR-ın Heydər Əliyev adına X1 10 N-li sahəyə (Güzdək) neft məhsulu nəql edilən Dş-250 mm.(nafta) neft boru kəmərinin 26.5-31 metrliyindəki mühafizə zonası daxilində yerləşir. Bundan başqa, həmin ərazidən Dş-250 mm. neft boru kəmərinə paralel zavoda məxsus Dş-300 mm. (quru qazi), Dş-300 mm. (reaktiv mühərrik yanacağı) və Dş-500 mm. (dizel) neft boru kəmərləri keçir.

10. Qanunvericiliklə neft və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorunmaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə neft və qaz təchizatında təhlükəsizlik zonası və təhlükəsizlik tədbirləri qaydaları müəyyən edilmişdir ki, həmin zonada tikinti və sair işlərin aparılması qadağandır.

11. İddiaçıya məxsus torpaq sahəsi müəsissəyə məxsus boru kəmərlərinin mühafizə zonasında yerləşdiyindən, həmin kəmərlərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı, insanların həyatı üçün də təhlükə yaradır.

12. Zavodların fəaliyyətinin təmin edilməsi üçün müxtəlif sexlərdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin sexlərin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. N ormativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir.

13. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Bundan əlavə boru xətti müvafiq razılaşmalara əsasən çəkilir. Boru kəmərinə görə kompensasiyanı onlar yox, torpağı ayıran orqan ödəməlidir.

14. Kəmə r çəkilən zaman vətəndaş etirazını həmin zaman bildirməmiş, illər sonra məhkəməyə müraciət etmişdir. İddiaçı hər bir halda boru kəmərinin tikintisinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edə bilərdi. Hazırda boru kəməri ilə tikili və ya yaşayış məntəqəsi arasında 50 metr məsafə olmalıdır. Əgər vətəndaş torpaqda tikinti işləri aparmaq istəyirsə boru kəmərinə daxil olmayan hissədə tikinti apara bilər. Kəmərə düşən hissəni isə həyətyanı sahə kimi istifadə edə bilər. Onların 50 metr məsafə saxlanmasına etirazları yoxdur. 6 sot torpaqda tam həcmdə ev tikilməsi mümkündür. Bu barədə iddiaçıya rəsmi cavab da göndərilmişdir.

15. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olaraq vətəndaşa tikinti aparılması ilə bağlı nəsə deyə bilməzlər. 16.`Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаr ixli 2(012)-2730/2019 nömrəli qətnaməsi ilə iddiа təmin edilərək, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.06 ha ölçüdə torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Heydər Əliyev adına Neft Emalı zavodu tərəfindən maneələrin aradan qaldırılması qət edilmişdir. (hakim Elman Məmmədov)

17. Məhkəmə toplanmış sübutlar əsasında müəyyən etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.06 ha ölçüdə torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmış və həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla xx.xx.2008-ci il tarixdən İddiaçı mülkiyyətindədir.

18. Mübahisəli torpaq sahəsinə AR ƏMDK yanında DƏDRX- də xx.xx.2008-ci il tarixdə İddiaçı mülk iyyət hüququ tanınan zaman torpaq sahəsi qeyd olunan neft boru kəmərlərindən 50 metr məsafədən kənarda olmuşdur. Bu halın mövcudluğunu iddiaçı iddia ərizəsində göstərmiş, lakin cavabdehlər həmin halı təkzib etməmiş, eləcə də həmin halı təkzib edən sübutları təqdim etməmişlər.

19. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehlərin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.06 ha ölçüdə torpaq sahəsinə daır hansı bir müdaxiləsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələndiyindən iddia təmin edilməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.4, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabd ehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Heydər Əliyev adına Neft Emalı zavodu ayrı-ayrılıqda apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş ediblər.

22. Apellyasiya şikayətləri eyni məzmunlu olmaqla belə əsaslandırılıb ki, neft və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorunmaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə neft və qaz təchizatında təhlükəsizlik zonası və təhlükəsizlik tədbirləri qaydalarına uyğun olaraq həmin zonada tikinti və sair işlərin aparılması qadağandır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 02 noyabr tarixli, 167 nömrəli Qər arı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinin 1-ci hissəsinə görə ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalınını qarşısının alınmasını təmin etmək məqsədilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir.

24. Bundan əlavə, “Texniki təhlükəsizlik haqqında” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli, 94 nömrəli Qərarına əsasən neft hasılatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına daxil edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsi 05 noyabr 2019-cu il tarixli q ərardadla iş üzrə tikinti-texniki ekspertiza təyin etmişdir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 3310 nömrəli rəyində qeyd edilib ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* nomrəli cıxarışa əsasən yaşayış məntəqələrinin torpaqlarına aid İddiaçı Rovşən qızının mulkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri unvanında yerləşən 0.06 ha olcudə torpaq sahəsinin planı və ölçüsünün dongə noqtələrinin koordinatları iddiacı tərəfindən naturada gostərilən torpaq sahəsi ilə ust-ustə duşur. İddiacı İddiaçı Rovşən qızının istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri unvanında yerləşən 0.06 ha ölcudə torpaq sahəsində hec bir tikili olmadığı aşkar edilmişdir. İddiaçı Rovşən qızının istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri unvanında yerləşən 0.06 ha ölçudə torpaq sahəsinin planı və ölçusunun dongə noqtələrinin koordinatları neft boru kəmərləri ilə faktiki olaraq ara məsafəsi 31 metr təşkil edir. Elektron kadastr məlumat bazasına əsasən mubahisəli ərazidən SOCAR “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qaradağ KS Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəməri kecir Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* nomrəli cıxarışa əsasən İddiaçı Rovşən qızının mulkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri unvanında yerləşən 0.06 ha ölçudə torpaq sahəsinin planı və ölçusunun döngə nöqtələrinin koordinatları yeraltı mag istral qaz kəməri ilə faktiki olaraq ara məsafəsi 50 metr təşkil edir. İddiaçı Rovşən qızının istifadəsində torpaq sahəsinin planı və ölçusunun döngə noqtələrinin koordinatları neft boru kəməri ilə 31.0 metr təşkil etdiyi nəzərə alındıqda “İstismar olunan ixrac neft boru kəmərlərinin “Muhafizə Zonası’nın muəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cu il 2 noyabr tarixli 167 nomrəli qərarının 4.1-ci bəndində gostərilən 50.0 m-lik muhafizə zonasına düşdüyü muəyyən edilir.

27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-272/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddi n Abasov, Telman Məmmədov)

28. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə cavabdehlər tərəfindən maneənin yaradılması əsası ilə mülkiyyət hüququna müdaxilənin aradan qaldırılmasından ötrü hazırkı iddiatələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının maneənin aradan qaldırmasını arzuladığı torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla sonuncunun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, lakin cavabdehlər onun bu hüququnu (çıxarışı) mübahisələndirməmişlər. Bu isə iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən qanuni və əsaslı olduğu qənaətini qaçılmaz edir.

29. Apelyasiya instansiyası hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması barədə iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

30. Apelyasiya instansiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun hesab edərək, Mülki Məcəllənin 140.1, 152.1, 152.5, 157.2, 157.4, 152.1, 152.5, 157.2, 164.1, 165.1, Torpaq Məcəlləsinin 49, 55, 84.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdehlər ayır-ayrılıqda kassasiya şikayəti verərək apelyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişlər.

32. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, həmçinin apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna istinad edilib. 33.Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları 34.Məhkəmə kollegiyasının iclasında cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Heydər Əliyev adına X2 vəkili Vəkil1 kassasiya şikayətlərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

35. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi Həsənov Rövşən İsmayıl oğlu və vəkili Nümayəndə kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla,həqiqi hesab edilir Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb e də bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddiai stisna edilir. Torpaq Məcəlləsi Maddə

49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları o cümlədən müvafiq icra hakimiyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın eti raf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 392.1.5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası mə hkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

37. Hazırkı kassasiya şikayətlərində cavabdehlər apelyasiya instansiyası məhkəm əsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

39. İddia tələbi iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına cavadbehlərin maneəsinin aradan qaldırılması barədədir.

40. İş materiallarından görünür ki, iddiaçı torpağa mülkiyyət hüququnu təsdiq edən sənədlə yanaşı, sübut kimi kserosurət də olsa, Abşeron rayon İcra Hakimiyyəti Başçısının torpaq sahəsində tikinti aparılmasına icazə verməsi barədə xx xxxxxx 2008-ci il tarixli, 1287 saylı sərəncama (i.v.7) da istinad etmişdir.

41. Birinci instansiya məhkəməsi iddia tələbini yalnız iddiaç ının mülkiyyət hüquqlarının pozulması kontekstində qiymətləndirmiş, iddia tələbinə, əslini və ya təsdiq edilmiş surətini tələb edib həmin sərəncam baxımından qiymət verməmiş, qeyd edilən sərəncamı məhkəmə araşdırmasından kənarda qoymuş, nəticədə iddianı cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxiləsini iddiaçının mülkiyyət hüququnu pozması əsası ilə təmin etmişdir.

42. Halbuki cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxiləsi halı müəyyən edilməyib.

43. Apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlayaraq iddia tələbi üzrə Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2008-ci il tarixli, 1287 saylı sərəncamına hər hansı qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla əsaslandırılmayan qətnamə çıxarmışdır.

44. Bu baxımdan, məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Heydər Əliyev adına X2 və Heydər Əliyev adına X2 kassasiya ş ikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-272/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar