Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-110/2025 13.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “XXX MMC-yə, Cavabdeh1 və qeyrilərinə qarşı iddia tələbi ş üzrə QƏRARİ Kateqoriya: əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəkir Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı) girov qoyulmuş qızıl-zinət əşyaları nın cavabdehlərdən alınaraq yenidən girov müqaviləsi üzrə girovluğuna qaytarılması, girov qoyulmuş qızıl-zinət əşyalarına iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması və digər tələblərinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2024-cü il tarixli 2(103)- 3896/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-ci il tarixli 08522 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC borcalan İddiaçı illik 29 faizlə, 30 ay müddətinə 20.277 ABŞ dolları kredit vermişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-ci il tarixli 08522-G saylı giro v müqaviləsinə əsasən 08522 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı, çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyaları "xxxx" MMC- yə girov qoyulmuşdur. Girov müqaviləsi bağlanan zaman girov predmetləri qiymətləndirici tərəfindən 16.671 ABŞ dolları dəyərində qiymətləndirilmişdir.
2. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin iddiası qismən təmin edilmiş, İddiaçı xx.xx.2016-cı il tarixli 08522-G saylı kredit müqaviləsi üzrə 17.823,79 ABŞ dolları əsas borc, 5.832,72 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, cəmi 23.706,51 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan manatı məzənnəsinə uyğun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-n in xeyrinə pul tutulması, tələbin girov qoyulmuş İddiaçı məxsus 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı, çəkisi 417,8 qram olan 750 əyarlı qızılzinət əşyalarına yönəldilməsi, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, İddiaçı ekspertiza xərci olan 170 manat pulun dövlət nəfinə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsində - çəkisi 190,3 qram olan 585 əyarlı qızıl-zinət əşyalarının, çəkisi 284,9 qram olan 583 əyarlı qızılzinət əşyalarının və çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarının qiymətləndirilərək hərracda satılmasına dair, satılmış əşyalardan əldə olunan həmin vəsaitin borc əvəzi ödənilmə sinə, həmçinin girov əmlakı borcun ödənilməsi üçün kifayət etmədikdə borcun cavabdehin digər əmlakları hesabına iddiaçı "xxxx" MMC-yə ödənilməsi hissəsində iddia ərizəsi rədd edilmişdir. 3. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 153-19 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”a görə, İddiaçı məxsus olan girov qoyulmuş 585 əyarlı, 190,3 qram çəkisində olan, 583 əyarlı, 284,9 qram çəkidə və 750 əyarlı 417,8 qram çəkisində olan qızıl-zinət əşyalarının bugünkü günə satış qiyməti 38.112,0 manat təşkil edir. Həmin hesabatda qızıl-zinət əşyalarına baxış keçirilməsi üçün şərait yaradılmadığından məmulatların dəyəri, saxlanc girovun qiymətləndirilməsi, paketləşdirilməsi və təhvil-təslim aktının təqdim edilmiş surəti əsasında müəyyən edilmişdir.
4. Qızıl-zinət əşyalarının sa tılması barədə xx.xx.2019-cu il tarixli protokolda qeyd olunmuşdur ki, qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixdə saat 10:00-da ünvan 1 ünvanda borc məbləğinin ödənilməsi üçün satışa çıxarılmışdır. Alqı-satqıda alıcı qismində Bakı şəhər sakinləri Cavabdeh1 (AZE № ********) və Cavabdeh2 (AZE N2 ********) iştirak etmişlər. Çəkisi 190,3 qram 585 əyarlı və çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növ qızılzinət əşyaları alıcı Cavabdeh1 18.057,6 manata satılmışdır. Çəkisi 417,8 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyaları alıcı Cavabdeh2 20.054,4 manata satılmışdır. Satışdan əldə edilən 38.112 manat pul vəsaiti İddiaçı qətnamə üzrə müəyyən edilmiş borcunun ödənilməsinə yönləndirilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)- 442/2020 saylı qətnaməsi ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 saylı qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-560/2022 nömrəli qətnaməsi ilə İddiaçı (3-cü şəxs qismində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi və Azərbaycan Respublikası Mərkəzi Bankı işə cəlb olunmaqla) cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və qızıl-zinət əşyalarının satılması barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 153-19 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabatı etibarsız hesab edilmiş, cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokol etibarsız hesab edilmişdir. Cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-dən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-560/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra vərəqəsi verilməklə icraya yönəldilmişdir.
8. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 26 may 2023-cü il tarixli 1167/10-11 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-560/2022 nömrəli qətnaməsi ilə «Əmlakın qiymətləndirilməsinin nəticələri» haqqında hesabat və qızılzinət əşyalarının satılması barəd ə xx.xx.2019-cu il tarixli protokol etibarsız hesab edilmiş, lakin qızıl-zinət əşyalarının geri qaytarılmasını özündə ehtiva etməmişdir. Hazırkı vaxtadək qızıl- zinət əşyalarının geri qaytarılması tələbinə dair hər hansı icra sənədi şöbənin icraatına daxil olmamışdır. Qızılzinət əşyalarının geri qaytarılması tələbinə iddia qaldırılması tövsiyə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə, sonradan isə iddianın dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019cu il tarixli protokola əsasən alıcı Cavabdeh1 cəmi 18.057,60 manata satılmış - çəkisi 190,3 qram 585 əyarl ı və çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növ qızıl- zinət əşyalarının Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin girovluğuna qaytarılması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması; "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019- cu il tarixli protokola əsasən alıcı Cavabdeh2 cəmi 20.054,40 manata satılmış - çəkisi 417,80 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması; xx.xx.2016-cı il tarixli girov müqaviləsi üzrə "xxxx" MMC qarşısında girov qoyulmuş qızıl-zinət əşyalarına İddiaçı mülkiyyət hüquqlarının bərpa olunması və həmin əşyalara dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülk iyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələr edilməsinə son qoyulması; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, girov predmetləri olan qızıl-zinət əşyaları naturada mövcud deyildir. Eyni zamanda, həmin əşyaların satılmasını özündə təsdiq edən protokol da Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə etibarsız hesab olunmuşdur. Nəticədə, qızıl-zinət əşyalarının qiymətləndirməyə təqdim olunması mümkün olmamışdır. Bütün bu xüsusatlar onu bildirir ki, qızıl-zinət əşyalarının yerində olmaması, icra işi üzrə tələbkarın da həmin əşyaları t əqdim edə bilməməsi artıq icra işi üzrə borclunun məhkəmə qərarı üzrə olan borcunun ödənilməsini də mümkünsüz edir. Həmçinin, qeyd edilən əşyaların alqı-satqısını özündə əks etdirən protokol da etibarsız sayılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi tam icra olunmamış, protokol etibarsız hesab edildikdən sonra, həmin protokol üzrə olan və cavabdeh "xxxx" MMC-də girov saxlanılmalı olan qızıl-zinət əşyaları geri qaytarılmamışdır. Nə qədər ki, həmin əşyalar geri qaytarılmayıb, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə hal-hazırda Şirvan İcra və Probasiya Şöbəsində icra icraatında olan icra işinin həll olunması qeyri-mümkündür. Odur ki, haqqında danışılan əşyalar "xxxx" MMC-nin girovluğuna geriyə qaytarılmalı və icra işi üzrə ic ra hərəkətləri davam etdirilməlidir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 19 oktyabr 2023-cü il tarixli, e-2(004)- 3711/2023 nömrəli qətnaməsi ilə (hakim - Vahid Hacıyev) iddia tələbi təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 08522 nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış edən və xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsinə əsasən "xxxx" MMC qarşısında girova qoyulmuş qızıl-zinyət əşyaları, yəni "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh1 cəmi 18.057,60 manata satılmış - çəkisi 190,3 qram 585 əyarlı və çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il ta rixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması, həmin qızılzinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 18.057,60 manat pulun Cavabdeh1 qaytarılmasının "xxxx" MMCnin öhdəsinə qoyulması, "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019cu il tarixli protokola əsasən alıcı Cavabdeh2 cəmi 20.054,40 manata satılmış - çəkisi 417,80 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması, həmin qızıl-zinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 20.054,40 manat pulun Cavabdeh2 qaytarılmasının "xxxx" MMC-nin öhdəsinə qoyulması, xx.xx.2017-ci il tarixl i girov müqaviləsi üzrə "xxxx" MMC qarşısında girov qoyulmuş qızılzinət əşyalarına İddiaçı mülkiyyət hüquqlarının bərpa olunması və həmin əşyalara dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələrin edilməsinə son qoyulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehlər "xxxx" MMC, X2 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)- 560/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 153-19 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabatı və cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokol etibarsız hesab edilsə də, tərəflər əvvəlki vəziyyətə qaytarılmamış, yəni xx.xx.2019-cu il tarixli protokol üzrə satılmış qızıl-zinət əşyaları girovluğa qaytarılmamış və həmin əşyaların alınması üçün alıcılar tərəfindən ödənilmiş vəsait onlara geri qaytarılmamışdır. Bu səbəbdən Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasını təmin etmək, yəni girov predmetinə tutmanın yönəldilməsi üçün əşyaların qiymətləndirilməsini həyata keçirilməsi mümkün deyildir, həmçinin borclunun icra sənədi üzrə borcu könüllü ödəməklə, girov predmetlərini geri almasını qeyri-mümkün edir. Odur ki, məhkəmənin qətnaməsi ilə etibarsız hesab edilmiş xx.xx.2019-cu il tarixli protokol üz rə tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 269.1, 269.3, 296.1, 337.5-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, bir zərgər olaraq məlumat almışdır ki, "xxxx" MMC qızıl əşyaları satışa çıxarıb. Tərəfindən müəyyən edilmişdir ki, həmin qızıllar barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bundan sonra həmin qızılların bir hissəsini alma ğa qərar vermiş və qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən 18057 manat dəyərinə olan qızıl əşyalarını almışdır. Hal-hazırda həmin əşyalar istifadəsində deyil və həmin əşyaları lom olaraq başqa şəxslərə satmışdır. Hesab edir ki, onun əməli hər-hansı bir məsuliyyət yaratmır və bir alıcı olaraq məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə güvənərək həmin əşyaları almışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin hazırkı qətnaməsi ilə mülki dövriyyə iştirakçısının mülki hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsini heçə endirmiş və zərərli adətlərin bərqərar olmasına yol açmışdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 nömrəli qətnaməsi hal-hazırda qüvvədədir. Qətnamə icra olunmuşdur və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Cavid Abbasov icra sənədi üzrə icraata xitam verilməsi barəsində xx.xx.2021 -ci il il tarixli qərarından müəyyən edilir ki, Şirvan şəhər məhkəməsinin 2(032)-95/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3896/2024 nömrəli iş üzrə 26 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və M.A.Məmmədov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2023cü il tarixli, e-2(004)- 3711/2023 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya şika yətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilmişdir.
17. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onl ara hüquqi qiymət verilməsi zəruridir.
18. Cavabdeh1 apellyasiya şikayətinin onun əməlinin hər hansı bir məsuliyyət yaratmaqla bir alıcı olaraq məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə güvənərək həmin əşyaları almasını, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 nömrəli qətnaməsi hal-hazırda qüvvədə olmaqla icra olunması və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Cavid Abbasov icra sənədi üzrə icraata xitam verilməsi barəsində xx.xx.2021 -ci il il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilməsinə dəlillərini məhkəmə kollegiyası əsassız hesab etmişdir. Belə ki, hazırki vəziyyətdə “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabat və qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokol etibarsız hesab e dildiyindən qızıl-zinət əşyaları girovluğa qaytarılmalı və həmin əşyaların alınması üçün alıcılar tərəfindən ödənilmiş vəsait onlar geri qaytarılmaldır.
19. Həmçinin, məhkəmə kollegiyası sözügedən dəlillərə münasibətdə bildirmişdir ki, Şirvan şəhər məhkəməsinin 2(032)-95/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi hazırki iddianın əsassızlığına dəlalət etmir. Belə ki, işin qeyd olunan halları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, göstərilən qətnamənin icrası qaydasında həyata keçirilmiş hərəkətlər etibarsız hesab edilmişdir və bununla da tərəflər əvvəlki vəziyyətlərinə qaytarılmalıdır.
20. Məhkəmə kollegiyası göstərilən nəticəyə gələrkən Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadən qeyd etmişdir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun eti barsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
21. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi - məhkəmənin qətnaməsi ilə etibarsız hesab edilmiş xx.xx.2019-cu il tarixli protokol üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılmalı olması barədə düzgün nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müyyən edilməmişdir.
23. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmədiyi üçün əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 269.1, 269.3, 296.1, 337.5 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 82.3, 88, 106.1,217.1,217.3, 218.1,218.3, 384.0.1, 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassa siya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də əsassız və ədalətsizdir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmadan qətnam ə qəbul etmişdir. Belə ki, Cavabdeh1 bir zərgər olaraq məlumat almışdır ki, "xxxx" MMC məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə əsasən, bəzi qızıl əşyaları satışa çıxarıb. O da həmin qızılların bir hissəsini almağa qərar vermiş və qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən 18057 manat dəyərinə olan qızıl əşyalarını almışdır. Hal-hazırda həmin əşyalar istifadəsində deyil və həmin əşyaları lom olaraq başqa şəxslərə satmışdır. Hesab edir ki, onun əməli hər-hansı bir məsuliyyət yaratmır və bir vicdanlı alıcı olaraq məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə güvənərək həmin əşyaları almışdır. Odur ki, iddiaçının bir zərəri varsa "xxxx" MMC-dən tələb etməsi daha qanuni və əsaslı olardı. Bundan əlavə, işin xronoloji gedişindən göründüyü kimi, bütün bu prosesdə Cavabdeh1 qızıl əşyalarını satın alarkən vicdanlı olub olmadığı məhkəmələr tərəfindən araşdırılmadığı kimi, iddiaçı tərəfindən də sübut olunmayıb. Bu qəbuledilməz haldır.Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 60cı maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 182-ci həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci, 218.3-cü, 418-ci maddələrinin pozulduğu qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti düzgün əsaslandıırlmamış, sadəcə formal mülahizələrə istinad olunmuşdur. Bunun səbəbi isə cavabdeh ucuz qiymətə əldə etdiyi əşyaları baha qiymətə satdığından həmin əşyaların geri qaytarılması üçün əlavə xərcin tələb olunmasıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.
30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
33. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
34. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
35. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində Cavabdeh1 qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərinə əsasən həmin qətnaməni yalnız ona qarşı iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qətn amə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
43. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
44. Cavabdeh1 kassasiya şikayətində MM-nin 182.1-ci maddəsinin pozuntusuna istinad edərək məhkəmələr tərəfindən onun vicdanlı əldə edən olub-olmadığına hüquqi qiymət verilmədiyini göstərir.
45. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edərək qeyd edir ki, hazırkı iddia tələbi ilə Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli e2(009)-560/2022 nömrəli qətnaməsi əsasında etibarsız hesab edilmiş əqdin (iddiaçı tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarının satılması barədə protokolun) nəticələrinin tətbiqi (restitusiya) barədə iddia tələbi irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən düzgün olaraq MM-nin 337.5-ci maddəsinə istinad etmiş və hesab etmişdir ki, qanunun tələbinə əsasən tərəflər etibarsız əqd üzrə əldə etdiklərini qarşılıqlı olaraq qaytarmağa borcludurlar.
46. Kassasiya şikayətində istinad edilmiş MM-nin 182.1-ci maddəsinin dispozisiya şərtlərinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdan lı əldə edən olduğu hallarda əldə edən vicdanlı hesab edilir və əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Göründüyü kimi, daşınar əşyanı əldə edənin vicdanlı əldə edən olub-olmadığı əşyanı özgəninkiləşdirənin mülkiyyətçi və ya mülkiyyətçi tərəfindən səlahiyyət verilmiş şəxs olmadığı və əldə edənin əqd bağlanarkən bu barədə məlumatı olmadığı halda araşdırılır. Hazırkı halda girov əşyaların səlahiyyətsiz şəxs tərəfindən özgəninkiləşdirilməsi halı mövcud olmadığından və Cavabdeh1 özünün tərəf olduğu əqd başqa əsasla (girovla yüklü edilmiş daşınar əşyaların qiymətləndirilməsi barədə hesabatın etibarsız olması və əşyalar satılarkən “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun tələblərinin po zulması) etibarsız sayıldığından MM-nin 182-ci maddəsinin mübahisə üzrə tətbiq edilməsi üçün əsaslar mövcud olmamışdır.
47. Etibarsız hesab edilmiş əqd nəticəsində əmlak əldə etmiş şəxs MM-nin 1091-ci maddəsinə əsasən əsassız (hüquqi əsas sonradan aradan qalxdığına görə) varlanmış hesab olunur və MM-nin 1092.1-ci maddəsi məhrum olana varlanmış şəxsdən əldə etdiklərinin qaytarılmasını tələb etmək hüququ verir.
48. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həm MM-nin 337.5-ci maddəsi, həm də MM-nin 1092.2-ci maddəsi etibarsız əqd üzrə əmlak əldə etməklə əsassız varlanmış şəxs tərəfindən alınanların naturada qaytarılmasının mümkün olmadığı halı tənzimləyir. Hər iki normada nəzərdə tutulur ki, alınanların qaytarılması mümkün olmadıqda dəyəri pulla ödənilməlidir.
49. Mülki Məcəlləni n 1092.3-cü maddəsinə əsasən qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut etmək vəzifəsi bunu iddia edən əsassız varlanmış şəxsin üzərinə düşür. Cavabdeh1 tərəfindən məhkəməyə hərracdan əldə etdiyi qızıl-zinət əşyalarının hazırda onda olmadığı (özgəninkiləşdirildiyi) barədə sübutlar təqdim edilməmiş, şikayətin dəlilləri mülahizə xarakteri daşımaqla sübutlarla təsdiq edilmədiyindən məhkəmə tərəfindən düzgün olaraq əsassız hesab edilmişdir.
50. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə baxmış məhkəmə tərəfindən maddi və prosessual pozuntulara yol verilmədiyindən, qəbul edilmiş qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda qeyd olunanlara əsasən və Azər baycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2024-cü il tarixli 2(103)-3896/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.