Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1100/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X2 (İddiaçı2) cavabdeh X5 qarşı «əmanətin sığortalanmış hesab edilməsi və əmanət üzrə kompensasiyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-11930/2019 nömrəli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanm ası Fondunun icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən X5 və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının QSC X5 Kommersiya Bankında xx xxxxxx 2013-cü il tarixli, LD ********** saylı əmanət müqaviləsinə əsasən yerləşdirilmiş 150.000 (bir yüz əlli min) ABŞ dolları, xx xxxxxx 2013-cü il tarixli LD ********** saylı əmanət müqaviləsinə əsasən yerləşdirilmiş 150.000 (bir yüz əlli min) ABŞ dolları və xx xxxxxx 2013-cü il tarixli, LD ********** saylı depozit müqaviləsinə əsasən yerləşdirilmiş 120.000 (bir yüz iyirmi min) ABŞ dolları məbləğinin sığortalanmış əmanət hesab edilməsinə və hər üç müqavilə üzrə cəmi 420.000 (dörd yüz iyirmi min) ABŞ dolları pulun kompensasiya kimi cava bdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) xx xxxx 2019-cu il tarixli 2(006)-3385/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, QSC X5 Kommersiya Bankında xx xxxxxx 2013-cü il tarixli, LD********** saylı əmanət müqaviləsinə əsasən yerləşdirilmiş 150.000 (bir yüz əlli min) ABŞ dolları, xx xxxxxx 2013-cü il tarixli, LD********** saylı əmanət müqaviləsinə əsasən yerləşdirilmiş 150.000 (bir yüz əlli min) ABŞ dolları və xx xxxxxx 2013-cü il tarixli, LD********** saylı depozit müqaviləsinə əsasən yerləşdirilmiş 120.000 (bir yüz iyirmi min) ABŞ dolları, cəmi 420.000 (dörd yüz iyirmi min) ABŞ dolları məbləğində əmanət sığortalanmış hesab edilməklə ödəniş anın da Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Elşad Şamayev) xx xxxxxxxx 2019-cu il tarixli 2(103)11930/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 Qasanaqa oğlu tərəfindən xx xxxxxx 2013-cü il tarixli LD********** nömrəli, xx xxxxxx 2013-cü il tarixli LD********** nömrəli, xx xxxxxx 2013-cü il tarixli LD********** nömrəli depozit müqavilələrinə əsasən yerləşdirilmiş əmanətlər 13,5 % dərəcəsi ilə cəlb edilmişdir. Əmanətlərin Sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsində göstərilmişdir cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanət hesab edilmirlər. Həmin dövrdə qorunan əmanətlər üçün 10 faiz dərəcəsi müəyyən edildiyi üçün, bu əmanət cə lb edildiyi tarixdən qorunmayan statusda olmuşdur. Göründüyü kimi məhkəmə belə bir diqqətəlayiq halı nəzərə almamışdır. Hazırkı halda iddiaçı ilə bağlanmış əmanət müqavilələri üzrə faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi 3% səddi keçdiyi aşkar göründüyü üçün iddianın təmin edilməsi üçün heç bir əsas olmamışdır. “Əmanətlərin tam Sığortalanması” haqqında Qanunun 4.1-ci maddəsində göstərilmişdir ki, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müd dəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Göründüyü kimi, qanunun müddəası iki hissədən ibarətdir. Yəni, əmanətin qorunan hesab olunması üçün əmanətçinin müvafiq müraciəti olmalı və bu müraciət əsasında Qanunun 3-cü maddəsinin tələbinə müvafiq olaraq dəyişiklik edilməlidir. Hesab etsək ki, əmanətçi tərəfindən belə müraciət var, lakin müqavilədə müvafiq dəyişiklik edilməyibsə bu halda əmanət qorunmayan əmanət olaraq qalacaqdır. Qanun tələbinə görə yalnız hər iki şərtə əməl olunduqdan sonra əmanət qorunan hesab edilir. Habelə məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş mötəbər sübut hesab edilməyən ərizə də xx xxxxxxxx 2016-cı il tarixə təsadüf edir ki, bu da bankda sonuncu iş günü olmuşdur. B u səbəbdən də əgər hesab etsək ki, əmanətçinin belə bir müraciəti mövcuddur, bu halda Bankın son bank günü olduğu üçün, habelə sadaladığımız digər əsaslara görə obyektiv olaraq “Əmanətlərin tam Sığortalanması” haqqında Qanunun 4.1-ci maddəsinin tələblərinə riayət etməyə imkanı olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş faiz dərəcəsinin azaldılması ilə bağlı ərizəyə məhkəmə tənqidi yanaşmamışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə belə bir ərizə təqdim edilsə də, Əmanətlərin Sığortalanması Fondunda iddiaçının həmin ərizəsi mövcud olmamışdır ki, bu da həmin ərizənin mötəbərliyini şübhə altına alır. Məhkəmə iddiaçının nümayəndəsi X5 tərəfindən həmin ərizənin xx xxxxxxxx 2016-cı il tarixində Banka təqdim edilməsinə əsaslanmışdır. Lakin nəzərə almamışdır ki, xx xxxxxxxx 2019-cu i l tarixi Bankda sonuncu iş günü olmuş, bundan sonra Bankın lisenziyası ləğv edilərək iflas proseduruna başlanılmışdır. Həmçinin bu dövrdə Bankda moratorium qüvvədə olmuş, banka müvəqqəti inzibatçı təyin edilmişdir. Sözügedən tədbirlər nəticəsində həmin dövrdə aktivlərin və maliyyə vəziyyətinin qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin aşağı düşməsinin qarşısının alınması məqsədilə məhkəmə qərarına əsasən bankın öhdəlikləri üzrə ödənişlərə qismən moratorium elan edilmişdir. Göstərilən halda iddiaçının müraciəti olsa belə bank tərəfindən yuxarıda sadalanan halların mövcudluğu şəraitində həmin əmanətin tam sığortalanmış olması qənaətinə gəlmək tamamilə yanlışdır. Belə ki, həmin dövrdə bank öz fəaliyyətini əvvəlki qaydada icra etməmiş, müvəqqəti inzibatçı və moratoriumlar nəticəsində dep oziti qəbul edən bankın əmanətçinin müraciəti əsasında müqaviləyə dəyişiklik etmək imkanı olmamışdır və nəticə də faiz dərəcəsinin dəyişdirilməsinə yönəlmiş yeni müqavilə obyektiv olaraq bağlanmamışdır. Məhkəmə öz qətnaməsində dəfələrlə bildirmişdir ki, iddiaçının nümayəndəsi bir neçə dəfə “şifahi müraciətlə Banka müraciətlər etmişdir. Lakin məhkəmə bunu yalnız iş üzrə ziddiyyətli ifadə vermiş və işin nəticəsində birbaşa maraqlı olmuş iddiaçının etibarnamə üzrə nümayəndəsi Nina Karatayeva tərəfindən verilmiş şahid ifadəsindən başqa bir sübutla möhkəmləndirə bilməmişdir. Buna baxmayaraq məhkəmə vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarını sadalamış, şəxsin şifahi müraciətini sübut etməyə çalışmışdır. Bu da özlüyündə məhkəmənin kifayət qədər qərəzli olduğ unun bariz ifadəsidir. Məhkəmə öz qətnaməsində fərziyyələrə söykənərək göstərmişdir ki, vətəndaşın banka qarşı təzyiq mexanizminin mövcud olmaması səbəbindən faiz dərəcələrinin aşağı salınmasına dair yeni müqavilənin imzalatmaq mümkün olmamışdır. Lakin bu tamamilə birtərəfli yanaşmadır, bankda mövcud olan obyektiv səbəblərin (moratorium, müvəqqəti inzibatçının təyin edilməsi) qərəzli şəkildə diqqətə alınmamasıdır. Məhkəmə yalnız bu halı əsas kimi qəbul edərək iddianın təmin edilməsinin haqlı olduğu qənaətinə gəlmişdir. Göründüyü kimi hazırkı halda tərəflər arasında müqavilə şərtlərinin dəyişdirilməsini nəzərdə tutan hər hansı müqavilə bağlanmamışdır, odur ki, bununla bağlı apellyasiya məhkəməsinin gəldiyi qənaət tamamilə qanunsuz və əsassızdır. İddiaçının tələbi ləğv prosesinə nəzarət edən səlahiyyətli məhkəmə tərəfindən qeydə alınmışdır. Bu tələb yəni müqavilənin bağlanması və faiz dərəcəsinin dəyişdirilməsi sırf “Bank”ın özünün səlahiyyətində olan məsələlər hesab edildiyi üçün Əmanətlərin Sığortalanması Fondu hazırki iddia tələbinə cavab verməməlidir. Qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. İddiaçı kreditor tələbini qeydə alınması üçün müraciət etmiş, tələbi qeydə alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. İddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müf lis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə). PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə r iayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, mülki işin materialları ilə müəyyən edilmişdir ki: İddiaçı xx.xx.2013-cü il tarixli, LD********** saylı müqavilə əsasında 150.000 ABŞ dolları, LD********** saylı müqavilə əsasında 150.000 ABŞ dolları və LD********** saylı müqavilə əsasında 120.000 ABŞ dolları məbləğində pulu Banka 36 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək, illik 13,5 % dərəcəsi ilə əmanət kimi yerləşdirmişdir. xx.xx.2015-ci il tarixli, ** AB ***4174 saylı etibarnamə ilə iddiaçı, onunla Bank arasında olan münasibətlərdən əmələ gələn hüquqlarını 3 il müddətinə X3 etibar etmişdir. X5 ərizə ilə banka müraciət edərək Bank ilə iddiaçı arasında bağlanmış LD******** **, LD133240054, LD********** saylı “Əmanət müqavilələri” üzrə əmanətlərin illik 3 % dərəcəsinə salınmasını xahiş etmişdir. Həmin ərizə Bank tərəfindən xx.xx.2016-cı il tarixdə qəbul edilmişdir. X4 X1 qərarına əsasən Bankın lisenziyası xx.xx.2016-cı il tarixdən etibarən ləğv edilmişdir. xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə Bank müflis elan edilmiş, Bankın ləğv prosesi başlanmış, eyni zamanda həmin qərar əsasında Banka ləğvedici qismində cavabdeh Fond təyin edilmişdir. Fond iddiaçı ilə Bank arasında bağlanmış və iddia ərizəsində qeyd edilən hər 3 “Əmanət müqaviləsi” üzrə yerləşdirilmiş əmanətləri sığortalı əmanət hesab etməyərək xx.xx.2016-cı il tarixində 422.205 ABŞ dolları (420 000 ABŞ dolları əmanət məbləği, 2,205 ABŞ dolları əmanətin faizi) kre ditor tələbi kimi qeydə almışdır. Fond tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2017-ci il tarixli, 19/20169 saylı məktubda göstərmişdir ki, məsələ, aidiyyəti məhkəmə tərəfindən hüquqi qiymət verildikdən sonra həll oluna bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi X5 həqiqətən də xx.xx.2016-cı il tarixdə yazılı ərizə ilə Banka müraciət edərək təmsil etdiyi iddiaçı ilə Bank arasında bağlanmış LD**********, LD133240054, LD********** saylı “Əmanət müqavilələri” üzrə əmanətlərin illik 3% dərəcəsinə salınmasını xahiş etmişdir. Həmin ərizənin üzərinə vurulmuş ştampdan görünür ki, ərizə Bank tərəfindən xx.xx.2016-cı il tarixdə qəbul edilmişdir. X5nın xx.xx.2016-cı il tarixdə Bankda olması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əla və edilmiş **********4523300 saylı “Məxaric qəbzindən” görünür ki, iddiaçının nümayəndəsi X5 xx.xx.2016-cı il tarixdə Bankda olmuş və iddiaçıya məxsus bank hesabından 1.200 ABŞ dolları məbləğində pulu məxaric etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olduğundan və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, iş üzrə maddi və prossesual hüquq normaları düzgün tətbiq edildiyindən qanuni və əsaslıdır. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun: - 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. - 8.1.20-ci maddəsinə görə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini X4 orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Həmçinin həmin qanunda göstərilmişdir ki, sığorta hadisəsi – iştirakçı bank ın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının X4 orqanı tərəfindən təsdiq edilməsidir (2.1.9). Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2). Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir (2.1.2.6). X6 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini X4 orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir (8.1.20). Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası X4 Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15%, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir. xx xxxx 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. xx.xx.2016-cı il tarixli “Əmanətlərin tam sığortalanması haqqında” Qanun xx.xx.2016-cı il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiy i gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddind ən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Normanın mahiyyətindən də göründüyü kimi, müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanması üçün əmanətçilərin müraciəti əsas şərt kimi göstərilir. Göründüyü kimi, iddiaçının nümayəndəsi X5 tərəfindən həqiqətən də xx xxxxxxxx 2016-cı il tarixdə yazılı ərizə və şifahi müraciətlərlə xx xxxxxx 2013-cü il tarixli əmanətlərin faiz dərəcələrinin 3% olaraq müəyyənləşdirilərək əmanətlərinin sığortalanması məzmununda müraciətlər etmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikas ı Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mərkəzi X7 24 nömrəli, xx xxxxxx 2013-cü il tarixli Protokolu ilə təsdiq edilmiş və həmin dövrdə qüvvədə olmuş məhz maliyyə xidmətləri istehlakçılarının müraciətlərinin baxılması mexanizmini tənzimləyən və Mərkəzi Bankın Baş direktorunun imzası ilə ölkə ərazisində fəaliyyət göstərən bütün kredit təşkilatlarına icra edilməsi üçün xx xxxxxx 2013 -cü il tarixli 06-03902-2013 nömrəli məktubla göndərilən Metodolji Rəhbərliyinin 3.3-cü maddəsində göstərilir ki, Kredit təşkilatları istehlakçıların yazılı və şifahi şəkildə ərizə ilə müraciət etmək və bu kimi hüquqların həyata keçirilməsi üçün zəruri şərait yaradılmasını, o cümlədən bu Rəhbərlikdə müəyyən edilmiş lazımi tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Həmin məktuba görə bütün kredit təşkilatlarında anoloji qaydaların hazırlanması tələb edilmişdir.Rəhbərliyin 6.1-ci maddəsinə görə İstehlakçıların müraciətlərinin qəbulu üçün maksimal çıxış imkanları yaradılmalı, müraciət vasitələri məhdudlaşdırılmamalıdır. Müraciətlər aşağıdakı formalarda qəbul edilməlidir. “Əmanətlərin Tam Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsi sığortalanmış əmanətlər ü çün müəyyən edilmiş illik faiz dərəcəsindən yuxarı olan əmanət sahiblərinə banka yalnız müraciət edərək öz əmanətlərini qorunan əmanət statusuna keçirməklə tam sığortalamaq imkanı vermişdir. Yəni vətəndaşın banka qarşı hər hansı bir təzyiq mexanizmi olmadığından əmanətçinin müraciəti həm bankın xeyrinə (yəni faiz dərəcəsinin salınması, vətəndaşın həmin əmanətdən gəlirinin aşağı düşməsi), həm də bankın maraqlarının xeyrinə faizin aşağı salınması ilə ödəniləcək məbləğin aşağı olmasına zəmin yaradır. Bu halda tərəflər arasında müqaviləyə dəyişiklik edilməsi bankın vəzifəsi olduğundan, vətəndaşın isə sadəcə müraciət etməsi kifayət etdiyindən, hazırki iddianın rədd edilməsi üçün əsasların olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, əm anətçinin kreditor tələbinin qeydə alınması üçün müraciət etməsi və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən həmin tələbin qeydə alınması sığortalanmış əmanətə görə kompensasiya tələbini aradan qaldırmır. Bu yalnız o halda, kompensasiya verilməsindən imtinaya əsas ola bilər ki, həmin məbləğ bank tərəfindən əmanətçiyə qaytarılmış olsun. Bu barədə isə işdə hər hansı sübut mövcud deyildir. Ərizə verilən günün bankda son iş günü olması və bir neçə gün sonra bankın müflis elan edilməsi barədə məhkəmə qərarının qəbul edilməsi həmin ərizənin nəzərə alınmamasına əsas vermir. Çünki iddiaçı bankın iş günü ərzində rəsmi müraciət etmiş, onun müraciətinin qəbul edilməsi barədə sübut təqdim etmiş, eyni gündə onun tərəfindən bankda məxaric əməliyyatı aparılmış, yəni bank fəaliyyət göstərmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-11930/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1100/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1100/2020
27.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver