Məhkəmə qərarları › İş №2(102)-1100/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1100/2022

14.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1100/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 qarşı “kompensasiya ödənilməklə mülkkiyyət hüququna xitam verilməsi” barədə ilk, X1 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə, maneələrin aradan qaldırılması və pul” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8311/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarix li qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 20b və 20 saylı mənzillər tərəflərin paylı mülkiyyətində olmaqla, 20 b saylı mənzil 11/12 hissədə iddiaçının, 1/12 hissədə cavabdehin, 20 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 20, M1, m3) isə, 5/6 hissədə iddiaçının, 1/6 hissədə cavabdehin adına qeydiyyata alınmışdır. Tərəflər arasında sözügedən mənzillərlə bağlı ilk məhkəmə mübahisəsi əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda isə hərraca çıxarılmaqla satılması və payların müəyyən edilməsi ilə bağlı olmuş və həmin iş üzrə Səbail Rayon Məhk əməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(009)-721/2018 saylı qətnaməsi ilə İddiaçı iddia tələbləri rədd olunmuş, onun tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri isə təmin edilməyərək, qətnamə qanuni qüvvəsini almışdır. Qətnamədə, iş üzrə alınmış Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2018-ci il tarixli, 8135 saylı ekspert rəyi əsas götürülməklə qeyd olunmuşdur ki, tərəflərin paylı mülkiyyətində olan mənzillərin naturada bölgüsünün aparılması texniki cəhətdən mümkün deyil və iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməsi tələbi irəli sürməmişdir. İddiaçı cavabdehin ögey anasıdır, aralarındakı vəziyyət münaqişəlidir və cavabdeh hazırda mülkiyyət haqqında paya sahib olduğu həmin mənzillərdə deyil, başqa ünvanda məskunlaşmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci in stansiya məhkəməsində icraat İddiaçı cavabdeh X2 qarşı “kompensasiya ödənilməklə mülkkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbini dəqiqləşdirməklə, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 20 və 20 b saylı mənzillərdə cavabdehin payının cüzi olmasını (1/6; 1/12) nəzərə alıb, paylarının dəyəri kimi 25.000 manat kompensasiya ödəməklə mülkiyyət hüququna xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin mübahisə predmeti olan ümumi sahəsi 42,5 kv/m olan 20 b saylı mənzildə payı (1/12 hissə) 3,5 kv/m, ümumi sahəsi 21,3 kv/m olan 20 saylı mənzildə payı (1/6 hissə) isə, 3,55 kv/m təşkil edir. Bu hesablamadan da göründüuyü kimi, cavabdehin ümumi əml akda pay cüzidir, 3,5 kv/m sahədən mənzil kimi istifadə etmək, yaşamaq mümkün deyildir. Adambaşına düşən mənzil sahəsi normasından dəfələrlə azdır. Əgər mənzillərin ekspert tərəfindən müəyyən edilmiş bazar qiymətlərinə uyğun cavabdehin payını pulla ifadə etsək, belə nəticəyə gələrik ki, 20b saylı mənzilin bazar qiyməti 115.000 manatdırsa, cavabdehin 1/12 hissədə payının dəyəri 9.583 manat, 20 saylı mənzilin qiyməti 88.000 manatdırsa cavabdehin 1/6 hissədə payının qiyməti 14.666 manat təşkil edir. Beləliklə, mübahisə edilən mənzillərdə cavabdehin payı 3,5+3,55 kv/m sahə, pula ifadə edildikdə isə 9.583+14.666 manat təşkil edir. Həmçinin, qeyd olunmalıdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli qətnaməsi ilə mənzillərin bazar qiyməti müvafiq olaraq 100.000 (20b) və 80.000 (20) manat həddində qiymətləndirilmişdir. Sonrakı pandemiya dövründə və hazırda daşınmaz əmlak, o cümlədən mənzillər dəyər itirmişdir. Mübahisə edilən mənzillərin hazırkı qiymətləndirilməsinə tənqidi yanaşılmalıdır, qiymətlər real deyil, artırılmışdır. Odur ki, kompensasiyanın məbləği müəyyən edilərkən mənzillərin qimytlərinin real bazar qiymətlərindən artıq göstərilməsi nəzər alınmalıdır. Eyni zamanda, X3 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə, maneələrin aradan qaldırlması və pul” tələbinə dair qarşılıqlı iddia verərək, cavabdehin Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20 və 20B saylı mənzillərindən onun istifadəsinə yaratdığı maneələrin qanunsuz hesab edilməsi və qeyd olunan mənzillərə köçürülməklə oradan maneəsiz istifadə etməsi, paylı mülkiyyətin də olan 20b saylı mənzilin cavabdeh tərəfindən icarəyə verildiyinə görə payına uyğun kompensasiya məbləği müəyyən edilərək ona ödənilməsi, 20 və 20b saylı mənzillərindən maneəsiz istifadə etməyi üçün mənzillərin giriş (blok və həyət) qapılarının açarlarının verilməsinin (və ya sürət çıxarılması üçün təqdim etməsi) cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırlmışdır ki, o, görmə qabiliyyəti məhdud olmaqla 2-ci qrup əlildir və İddiaçı onun ögey anasıdır. Mübahisə predmeti olan mənzillərdən tam olaraq iddiaçı istifadə etdiyindən və oraya daxil olması mümkün olmadığından faktiki olaraq müvəqqəti qohumları ilə yaşayır. Cavabeh həmin mənzillərdən qeyri-yaşayış sahəsi kimi istifadə edərək, onun razılığı olmadığı halda otaqla rı kommersiya fəaliyyəti göstərən şəxslərə yüksək qiymətlərlə icarəyə verir və icarə haqlarını da özü alır. Bunlar azmış kimi onun mülkiyyətində olan mənzillərə daxil olmağına maneələr yaradaraq mənzildən istifadə etməyinə də imkan vermir. Cavabdehin qeyd olunan qanunsuz hərəkətləri haqqında aidiyyəti dövlət orqanlarına müraciətlər etmiş, müraciətləri araşdırılaraq zəruri tədbirlər görülmüşdür. Lakin bütün bunlara baxmayaraq cavabdeh, mülkiyyətində olan mənzillərdən istifadəyə yaratdığı maneələrin aradan qaldırılmasını təmin etmir, ona maddi və mənəvi zərərlər vurmaqla öz mənzilinə buraxmır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və daxil "xxxx" MMC-nin 12.04.2021ci il tarixli ekspert rəylərinə əsasən, ünvan 2 ünvanında yerləşən 20 saylı mənzilin bazar dəyəri 88.000 manat, l ikvid dəyəri 83.000 manat və həmin ünvanda yerləşən 20b saylı mənzilin bazar dəyəri 115.000 manat, likvid dəyəri 109.000 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Rəna Qafarova) 14 iyun 2021-ci il tarixli, 2(009)-29/2021 saylı qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 10 saylı evin 20 və 20 b saylı mənzillərinə köçürülməsi və İddiaçı tərəfindən həmin mənzillərdən onun istifadəsinə yaradılmış maneələrin qanunsuz hesab edilməsi, mənzillərin açarlarının (surəti) İddiaçı tərəfindən Cavabdeh təqdim edilməsi, iş üzrə aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 500 manatın 350 manat hissəsinin İddiaçı, 150 manat hissəsinin Cavabdeh tutularaq "xx xx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə qeyd etmişdir ki, iddiaçının T.Əliyarbəyov küçəsindəki ümumi sahəsi 42,5 kv/m olan 20 b saylı mənzildə cavabdehin payının 1/12 hissəyə nisbətdə 3,5 kv/m, ümumi sahəsi 21,3 kv/m olan 20 saylı mənzildə isə 1/6 hissəyə nisbətdə 3,55 kv/m təşkil etməsi, başqa sözlə cavabdehin ümumi əmlakda payının cüzi olmasına dair dəlilləri əsaslı olmamışdır. Mübahisə edilən mənzillərdə cavabdehin payının ümumilikdə 7,05 kv/m sahə olması heç də onun bu əmlakda payının cüzi olması kimi qiymətləndirmir. Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 220.4-cü maddəsinin üçüncü cümləsində göstərilən hal, yəni mülkiyyətçinin razılığı olmadan paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilmə si vəzifəsinin qoyulması hazırki mübahisədə tətbiq edilə bilməz. Bu qənaətə gələrkən məhkəmə, ilk növbədə cavabdehin ailəli olmamasını (iddiaçı tərəf bu faktı inkar etməmişdir), tək yaşamasını, gözündən İİ qrup əlil olmasını və belə bir şəxsin mənzillərdə olan paylarından (3,5+3,55) kv/m sahədən sərbəst istifadə edə bilməsini nəzərə almışdır. Beləliklə, hər iki mənzildə ümumilikdə 7,05 kv.m sahəyə malik olan cavabdehin payı cüzi hesab olunmadığına, iddiaçı tərəfin cavabdehin ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyi olmamasına dair məhkəməyə tutarlı və mötəbər sübutlar təqdim edə bilmədiyinə, eləcə də iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığına görə, məhkəmə ilk iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə isə qeyd etmişdir ki, iş materiallarından görünür ki, tərəflər arasında paylı mülkiyyətçiləri olduqları mübahisəli mənzillərlə bağlı uzun sürən mübahisələri mövcuddur və İddiaçı Mülki Məcəlləsinin 220-ci maddəsinin müddəalarına əsasən dəfələrlə Cavabdeh mülkiyyət payı ilə bağlı müxtəlif iddialar qaldıraraq, ondan mülkiyyət payını ayırmağa, hazırda isə ümumiyyətlə mülkiyyət hüququna xitam verilməsini istəmişdir. İşin bu halları isə İddiaçı tərəfindən Cavabdeh mülkiyyət paylarından istifadəsinə yaradılmış maneələrin olmasına dəlalət edir. Məhkəmə qətnaməsini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərə k, qətnamənin ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Vəfaddin İbayev və Rəşad Həsənov) 20 oktyabr 2021-ci il tarixli, 2(103)8311/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisəli mənzillərin pay hüququ üzrə həmçinin Cavabdeh məxsu s olması, onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir, o isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək, həmin mənzillərə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçı qanunun tələbləri baxımından cavabdehin mübahisəli mənzillərə dair mühüm mənafeyinin olmamasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri və prosessual məsələlər Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, mübahisəli mənzillər də cavabehin payı ümumilikdə 7,05 (3,5 kv.m+3,55 kv.m) kv.m təşkil etməklə açıq-aşkar cüzidir. Eyni zamanda, məhkəmə cavabehin mübahisəli mənzillərdən istifadə olunmasında mühüm mənafeyi olduğunu qeyd etsə də, nəzərə almamışdır ki, cavabdeh verdiyi izahatlardan da göründüyü kimi, iddiaçı tərəflə münasibətləri münaqişəli olduğundan qərəzli mövqe sərgiləmişdir. Əslində isə başqa ünvanda yaşamaqla, mübahisəli mənzillərdən istifadə ilə bağlı mühüm mənafeyi yoxdur. Cavabdeh Tamillə Rzabəyova isə, kassasiya şikayətinə etiraz tədqim edərək, iddiaçının mübahisə predmeti olan mənzillərə dair mülkiyyət haqqında payının daha çox olması, onun payının cüzi olması kimi qiymətləndirilməsinə və onun mülkiyyət hüquna xitam verilməsinə əsas ola bilməz. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qayd asında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (İ hissə). Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (İ-İV hissələr). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Ma ddə

213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (1-3-cü bəndlər). Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Mülkiyyətçi öz payının ayrılmasını tə ləb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı dır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasi ya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası, hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldi yi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilmişdir. Kassasiya şikayətinin dəlillərinə qiymət verərək, məhkəmə kollegiyası onu da qeyd edir ki, kassator cavabdehin mübahisə predmeti olan mənzillər üzrərindəki mülkiyyət haqqındakı paylarını həmin mənzillərin sahələrinə nisbətdə hesablayaraq cüzi olduğunu irəli sürsə də, nəzərə almamışdır ki, paylı müllkiyyət halında əşya üzərində mövcud olan vahid mülkiyyət haqqında bir neçə şəxsin payı olur ki, bu halda bölünən əşyanın özü deyil, bu əşya üzərindəki mülkiyyət haqqıdır. Başqa sözlə, paylı mülkiyyət halında “pay” sözü əşyanın fiziki olaraq bir hissəsini deyil, əşya üzərində vahid (bir) mülkiyyət haqqının bir hissəsini ifadə edir. Bu əşya üzərində mülkiyyətə olan pay isə, əşyanı n hər bir hissəsinə aid olur. Ona görə də, iddiaçının sırf sahə nisbətindən çıxış edərək, cavabdehin əşya üzərindəki payının cüzi olması barədə gətirdiyi dəlillər əsaslı olmamaqla, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmənin mümkünlüyü ilə bağlı müəyyən edilmiş dispoziya şərtlər də ödənilmir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təm in edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8311/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar