Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1101/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 20 » fevral 2019-cu il İş № 2(102)-1101/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Firudin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil1, Cavabdeh, vəkili Vəkil2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 31 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin (hakim A.Alməmmədov) 0 4 may 2017-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiası təmin edilmiş, qeyriqanuni fəaliyyət göstərmiş Bakı Menecer Kolleci tərəfindən Cavabdeh verilmiş orta ixtisas təhsili haqqında *********nömrəli diplom etibarsız hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (İ.Əhmədov, K.Bəşirov, K.Əkbərov) 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Мəhkəməsinin 04 may 2017-ci il tarixli, 2(050)-1162/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qərarı ilə (Ə.Rüstəmov, M.Əhmədova, Ə.Nurməmmədov)Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, yenidən baxılması üçün mülki iş apellyasiya baxışına qaytarılmışdır. Şir van Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 31 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Əsədov, hakimlər Q.Kərimov və Z.Zeynalov, İş № 2(106)2108/2018) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Masallı Rayon Мəhkəməsinin 04 may 2017-ci il tarixli, 2(050)-1162/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Təhzil Nazirliyinin Cəlilabad rayon Təhsil şöbəsi Cavabdeh qarşı diplomun etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiya məhkəməsi işə obyektiv, hər tərəfli və tam baxmamış, səmərəli məhkəmə araşdırması aparılmamış, bununla da mPM-nin 9, 14, 77, 88, 380-ci maddələrinin, “İnzibati İcraat haqqında Qanunun 13,17 və 18-ci maddələrinin tələbləri pozulmuşdur. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılma sını xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 31 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Təhzil Nazirliyinin Cəlilabad Rayon Təhsil Şöbəsinə ünvanladığı 30 noyabr 2016-cı il tarixli Ş-555/13-24 nömrəli xəbərdarlıq məktubundan göstərilmişdir ki, Bakı Menece Kolleci tərəfindən X6 və Cavabd eh adlarına yazılmış diplom blankları dövlət nümunəli təhsil sənədləri deyildir. Araşdırma nəticəsində bir sıra şəxslərin, o cümlədən, Cavabdeh diplomunun standartlara uyğun, qanunvericilkilə müəyyən edilmiş qaydada verilmədiyi, Nazirlikdə qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Cavabdeh iddiaya qarşı etiraz etmiş, Bakı Menecer Kollecini bitirdiyini bildirmiş, bununla əlaqədar diplomun surətini təqdim etmişdir. Cavabdehin təqdim etdiyi *********saylı diplomun surətində görünür ki, Cavabdeh 1996-cı ildə Bakı Menecer Kollecinə daxil olmuş, 1998-ci ildə orada ibtidai təhsil ixtisası üzrə tam kursunu bitirmiş, ona ibtidai sinif müəllimi ixtiası verilmişdir. Hazırki iş üzrə cavabdehlə bağlı əvvəllər də məhkəmə mübahisəsi olmuşdur. Belə ki, Cəlilabad rayon Məhkəməsinin 07 dekabr 2011-ci il ta rixli, 2-(073)-1859/2011 nömrəli qərardadından görünür ki, X7, Cavabdeh, X1, X4 və X2 əmrin etibarsız hesab edilməsi və işə bərpa tələblərinə dair iddia ərizəsi üzrə mülki işə barışıq sazişi əsasında xitam verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ünvan 2 ünvanladığı 04.10.2011-ci il tarixli, 360 nömrəli məktubundan göstərilmişdir ki, rayonun ümumitəhsil müəssisələrində işləyən müəllimlərin təqdim etdiyi sənədlərin Nazirlikdə ilkin araşdırılması aparılarkən Cavabdeh Bakı Menecer-Biznes Kolleci tərəfindən 1998-ci il tarixdə verilmiş *********nömrəli diplomun leqallaşdırılmamış olması müəyyən edilmişdir. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki,cavabdehin bitirdiyi təhsil müəssisəsi müvafiq qeydiyyatdan keçsə də müvafiq qaydada tələb edilə n lisenziyasız fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Vergilər Naziliyinin 21 sentyabr 2017-ci il tarixli, **********718700 saylı cavab məktubunda hüquqi şəxslərin dövlət reyestrində “Bakı Menecer Kolleci” adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat olmadığı göstərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 26 sentyabr 2017-ci il tarixli, İN-X/O- 11857/2017 saylı sorğuya cavab məktubunda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən ölkədə verilmiş lisenziyalar və icazələrlə bağlı vahid reyestrin aparıldığı, həmin reyestrdə “Bakı Menecer Kolleci”nə təhsil fəaliyyəti üzrə lisenziya verilməsinə dair məlumatın aşkar edilmədiyi göstərilmişdir. 19 iyun 2 009-cu ilədək qüvvədə olmuş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeyduyyatından keçdikdən sona hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikasının höküməti təsdiq edir. Bu Əsasnaməyə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, təhsil müəssisələri məzunlara həmin təhsil müəssilərinin bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üç ün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 1997-ci il tarixli 637 nömrəli fəranı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı”nın 26-cı bəndində deyilir ki, ali və orta ixtisas təhsil müəssisəslərinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verirlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələb qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29.07.1993-cü il tarixli 413 nöm rəli qərarının 7-ci bəndinə əsasən dövlət qeydiyyyatından keçib srtifikat almamış özəl təhsil müəssisələrinin faəliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Həmçinin ali və orta ixtisas təhsil müəssisəslərinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aiddir. Qanunvericilikdə dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni hesab olunur. Bakı Menecer Kolleci faəliyyəti üçün xüsusi razılıq (lisenziya) almamış, dövlət akkreditasiyasından keçməmiş, müvafiq keyfiyyət sənədi olan sertifikat almamışdır. Belə halda həmin təhsil müəssisəsi tərəfindən Cavabdeh adına verilmiş diplom etibarsız sayılmalıdır. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, qanunla müəyyən edilmiş iddia müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnaməni ləğv etmək və dəyişdirmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Konstitusiyaya əsasən təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Dövlət təhsil sahəsi üzrə müəyyən standartlar da müəyyən edir və təhsilin alınmasın, buna müvafiq təhsil sənədlərinin əldə edilməsi və ölkədə tanınması həmin standartlara cavab verilməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya) almalıdır. Təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir. Məhkəməkollegiyasıhesabedirki, apellyasiyainstansiyasıməhkəməsinin işinmateriallarıüzrəgəldiyinəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olduğu üçünqanunivəəsaslıdır. Cavabdeh kassasiya şikayətində qətnamənin ləğv edilməsi əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına qeyri-obyektiv yanaşaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həm təqdim edilmiş sübutlara, həm də apellyasiya şikayətinin dəlillərinə lazımi qaydada müfəssəl hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tələblərinə uyğun və düzgün olan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntularına yol verilməmiş, bununla da gəldiyi nəticələriişinfaktiki hallarınauyğun olmaqlaonun tərəfindən Azərbaycan Respublikasının 372.1, 372.7–ci maddələrinin tələblərinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarı nın 17-ci bəndinin tövsiyyəsinə riayət edilmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiyaşikayətitəminedilməsin. İşüzrəŞirvan ApellyasiyaMəhkəməsininMK-nın 31 avqust 2018-ciiltarixli qətnaməsidəyişdirilmədənsaxlanılsın. Qər arqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-1101/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1101/2019
20.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver