Məhkəmə qərarları › İş №2(102)-1103/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1103/2019

13.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1103/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 13 fevral 2019-cu il iş № 2(102)- 1103/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 fevral 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan şəhər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi il (sədrlik edən hakim Elçin Qurbanov, 2(032)-615/2018 saylı m ülki iş) iddianın təmin edilməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şirvan şəhəri ÜNVANdə yaşayan İddiaçı barəsində tərtib edilmiş 29 yanvar 2017ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 8.447 manat məbləğində cərimənin 871 manat 20 qəpik məbləğinədək azaldılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən, məruzəçi), T.Heydərov və N.Mirzəyev, 2(106)2666/2018 saylı mülki iş) hazırki iş üzrə Şirvan şəhər Məhkəməsinin 2(032)-615/2018 saylı, 17 aprel 2018-ci il tarixli qətnaməsi cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi XS tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Bir liyinə qarşı “29 yanvar 2018-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış cərimənin azaldılması tələbinə dair” iddia tələbi təmin edilməmişdir. İşin halları İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 yanvar 2018-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış cərimənin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, dü zgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbi nə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 yanvar 2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent qaz sayğacından kənar əlavə xətt vasitəsi ilə təbii qazdan qeyri-qa nuni istifadə edir. Kənar xətt həm evdə həm də həyətyanı sahədə üç ədəd quraşdırılmış istixanada istifadə olunması baxış keçirilərkən aşkar olunmuşdur. Kənar xəttin ləğv oluması, dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. “Azəriqaz” X1 X2 İdarəsi tərəfindən təsdiq olunmuş 31 yanvar 2018-ci il tarixli “İtirilmiş qazın bərpası üzrə tələblərə” əsasən istehlakçı İddiaçı məxsus evdə istismarda olan qaz işlədicilərindən PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, yay aylarında orta günlük iş rejimi 4 saat, hesabat müddəti 90 gün (432), qış aylarında orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün (648), radiator sobasının maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün (1296), 2 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 2,8 m3/s aat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün (4536), QSSQ-nin maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, yay aylarında orta günlük iş rejimi 4 saat, hesabat müddəti 90 gün (288), qış aylarında orta günlük iş rejimi 10 saat, hesabat müddəti 90 gün (720), L şəkilli sobanın maksimal saatlıq qaz sərfi 6 m3/saat, yay aylarında orta günlük iş rejimi 12 saat, hesabat müddəti 31 gün (2232), qış aylarında orta günlük iş rejimi 20 saat, hesabat müddəti 90 gün (10800), 7 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 9,8 m3/saat, yay aylarında orta günlük iş rejimi 12 saat, hesabat müddəti 31 gün (3646), qış aylarında orta günlük iş rejimi 20 saat, hesabat müddəti 90 gün(17640) qəbul edilməklə itirilmiş qazın bərpasıüçün hesabat aparılmış və ümumilikdə 42.238 m3 miqdarında (8.447,60 manat m əbləğində) itirilmiş qazın dəyəri hesablanmışdır. İş materiallarında olan, İddiaçı məxsus (abonentin kodu **********02790) abonentin saldosunda istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks olunmuş, sonda 8.447,60 manat məbləğində borcunun olması göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə nəzarətçi ESun 18 yanvar 2018-ci il tarixdə İddiaçı yaşadığı evdə sayğacsız qaz xəttinin olmasını aşkar etməməsi, həmin vaxt qeyd olunan yerdə sayğacsız qaz xəttinin olmaması kimi qəbul edilə bilməz. Belə ki, nəzarətçi ESun tək yoxlama apararkən aşkar edə bilmədiyi sayğacsız qaz xəttinini bundan 11 gün sonra, yəni 29.01.2018-ci il tarixdə digər əməkdaşlarla birlikdə baxış keçirilərkən aşkar edilmişdir. Həmçinin İddiaçı özünün verdiyi izah atında göstərmişdir ki, istixananı faktiki olaraq işlədən oğlu odun peçi ilə istixanada tələb olunan istiliyi ala bilmədiyi üçün və havaların soyuq keçməsi ilə əlaqədar istixanada olan şitillərin məhv olacağından qorxaraq təxminən yanvar ayının 10-12-dən küçədən istixanaya sayğacsız qaz xətti çəkmişdir. Apellyasiya instansiyası məhkəməsi aşağıda qeyd olunan maddi hüquq normalarına istinad etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu k reditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. “ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər mə sələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqısatqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. Həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar qazda n istifadə edən istehlakçıların borcudur. Bundan başqa “Qaz təchizatıhaqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə cavabdeh tərəfindən təqdim olunmuş, işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutları nəzərə almamış, iddiaçının mülahizələrinə əsaslanaraq səhv qətnamə qəbul etmişdir. Belə ki, 29.01.2018-ci il tarixli ******* saylı akt tərtib edilmiş və 8.447 ma nat 60 qəpik məbləğində dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyanın hesabatı evdə və istixanada istismarda olan qaz cihazlarının aylıq qaz sərfiyyatına uyğun olaraq aparılmışdır. Belə ki, evdə istismarda olan qaz işlədicilərindən PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, yay aylarında orta günlük iş rejimi 4 saat, hesabat müddəti 90 gün (432), qış aylarında orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün (648), radiator sobasının maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün (1296), 2 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 2,8 m3/saat, orta günlük iş rejimi18 saat, hesabat müddətdi 90 gün (4536), QSSQ-nin maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, yay aylarında orta günlük iş rejimi 4 saat, hesabat müddəti 90 gün (288), qış ayları nda orta günlük iş rejimi 10 saat, hesabat müddəti 90 gün (720), L şəkilli sobanın maksimal saatlıq qaz sərfi 6 m3/saat, yay aylarında orta günlük iş rejimi 12 saat, hesabat müddəti 31 gün (2232), qış aylarında orta günlük iş rejimi 20 saat, hesabat müddəti 90 gün (10800), 7 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 9,8 m3/saat, yay aylarında orta günlük iş rejimi 12 saat, hesabat müddəti 31 gün (3646), qış aylarında orta günlük iş rejimi 20 saat, hesabat müddəti 90 gün (17640) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 42.238 m3 miqdarında (8.447,60 manat məbləğində) itirilmiş qazın dəyəri hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”-nin 2.2.5-ci maddəsində qeyd olunmuşdur ki, qazpaylayıcının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə b ilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəm ək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar