Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1103/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “qaz xəttinin təmir edilməsi və qazın verilməsinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə təbii qazla təchizatın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(106)2047/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respubli kası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanındakı fərdi yaşayış evi "xxxx" ASC tərəfindən təbii qazla təchiz olunur və həmin ünvan üzrə abunəçi kimi İddiaçı qeydiyyata alınmışdır.
2. Fərdi yaşayış evinə təbii qazın verilməsi abunəçinin borcu olduğuna görə dayandırılmışdır.
3. Abonentin saldosu adlı sənədə görə ünvan 1 ünvanındakı fərdi yaşayış evi üzrə təbii qazdan istifadəyə görə yaranmış borc tam ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı evinə qaz xəttinin bərpa və təmir edilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul e dilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı evdə uzun müddətdir qaz xətti olmuş və qazdan istifadə edilmişdir. 13 iyun 2020-ci il tarixdə sayğac müddət keçməsinə görə yenisi ilə əvəz edilmişdir. İstifadə olunan qaz sərfiyyatının dəyəri nəzarətçinin verdiyi bildirişə uyğun olaraq hər ay vaxtı-vaxtında ödənilmişdir. 2022-ci ilin fevral ayının ortalarında istifadə etdiyi qaz xəttində sızma olması müşahidə edilmiş və qaz xəttinin bərpası ilə bağlı cavabdehə müraciət edilmişdir. Fevral ayının 24-də cavabdeh tərəfin əməkdaşları gələrək sayğacın yanında qaz xəttinə plomb vuraraq, xəttin iddiaçının təmir etməli olmağını bildirmişlər. Bununla bağlı şikayətlər etmiş, şikayətlərdən sonra cavabdehin əməkdaşları təmir adı ilə evə daxil olub sayğacın yanından evə tərəf 2 metrə yaxın məsafədə qaz xəttini kəsərək çıxıb getmişlər. Bununla bağlı şikayətlərinə isə cavabdehin verdiyi 04 aprel 2022-ci i! tarixli məktubunda evdə mənzil daxili qaz xəttinin mövcud olmaması əsasına görə 01 aprel 2022-ci il tarixdə qazın dayandırılması göstərilmişdir. Halbuki, evdə qaz xətti mövcud olmaqla şikayətlərindən sonra cavabdehin əməkdaşları qaz xəttini kəsmişlər. Abonentin saldosundan da görünür ki, mart ayınadək qaz istifadə edilməklə müəyyən sərfiyyatlar qeydə alınmışdır. Bu isə bir daha cavabdehin arqumentinin əsassız olmasını, yalnız onun əməkdaşlarından şikayətlər etdiyinə görə ona qarşı qərəzli olaraq evinə gedən qaz xəttini kəsmələrini göstərir. Halbuki qaz xəttini kəsmək deyil, təmir etmək onların vəzifəsi idi.
6. Lənkəran Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(049)-1820/2022 nömrəli qətnaməsi ilə (hakim T.M.Məmmədov) iddia təmin edilmiş, cavabdeh "xxxx" İB tərəfindən ünvan 1 ünvanındakı evə verilən qaz xəttinin bərpa və təmir edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" İstehsalat Birliyinin nümayəndəsinin izahatından da göründüyü kimi, İddiaçı ünvan 1 ünvanındakı evinə təbii qazın verilməsi borcu olduğuna görə dayandırılmış, qaz xətti kəsilmişdir. **********07610 saylı kodla abonent qeydiyyatında olan İddiaçı 2022-ci ilin aprel ayına kimi borcu 0 manat təşkil edir. Lakin cavabdeh təşkilat qaz xəttini kəsməsinə baxmayaraq ünvana qazın verilməsini bərpa etmir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmış, lakin qazın verilməsi bərpa edilməmiş, bununla da istehlakçın ın hüquqları pozulmuşdur.
8. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6, 7 və 8-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın 4.2, 4.7, 4.8, 6.1, 6.7-ci bəndləri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh "xxxx" İB apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(049)-1820/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(106 )-2047/2022 nömrəli qətnaməsi ilə (hakim Z.A.Zeynalovun sədrliyi və məruzəsi ilə, hakimlər T.X.Heydərovun və T.S.Kərimovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(049)1820/2022 nömrəli qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır. Bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehsalçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Cavabdeh istehlakçı tərəfindən qazın pulunun ödənildiyi halda qazın verilməsinin bərpa edilməsindən əsassız imtinalarını heç bir sübutla əsaslandıra bilməmişdir. Bu iş istehlakçı tərəfindən icra edilən iş deyil və cavabdehin də vəzifə borcu müraciəti yerində qanunla müəyyən olunmuş müddətdə və qaydada araşdırıb tədbir görülməli olduğu halda, iş materiallarında olan Lənkəran regional Qaz İstismar İdarəsindən iddiaçıya ünvanlanmış 04 aprel 2022-ci il tarixli məktubdan görünür ki, qaz təchizatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan və müvafiq rəsmiləşdirilmə aparıldıqdan sonra həmin evin qaz təminatının təmin ediləcəyi bildirilmişdir. Lakin iddiaçının mənzilinə qazın verilməsi təmin edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
12. Cavabdeh "xxxx" İB kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(106)-2047/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iş materiallarının yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsasl andırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1, 13-cü, Mülki Prosessual Məcəllənin 77, 217-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın 4.1, 4.8-ci bəndləri pozulmuşdur. Belə ki, qaz xəttinin qaz sayğacınadək olan hissəsinin cavabdehliyi qaz paylayıcının, qaz sayğacından abonentin ünvanına gedən hissəsinin vəziyyətinə görə cavabdehlik isə istehlakçının üzərindədir. Apellyasiya instansiyası məhkəməsi tələb üzrə ətraflı araşdırma aparmamış, qaz xəttinin istehlakçının balans mənsubiyyəti sərhədində yerləşdiyi üçün onun cavabdehliyində olmasını və buna görə də, onun tərəfindən təmir edilməli olmasını nəzərə almamışdır. Qanu nverici istehlakçının qaz xəttinin qazpaylayıcı şəbəkəyə tam həcmdə qoşulmasını istismara qəbul üçün əsas şərtlərdən biri kimi göstərmişdir. Bu baxımdan iddiaçı öz ünvanına gedən qaz xəttinin qətnamədə qeyd edildiyi kimi “kəsilərək götürülmüş 2 metr hissəsi”ni bərpa etmədən həmin evə qaz təminatının bərpa edilməsi mümkünsüzdür.
14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Etiraz iddia ərizəsində göstərilən işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassız dır, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilm ədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: 19. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. 20. “Qaz təchizatı haq qında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəz a işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qa ldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. 13-cü maddəsinin 7-ci bəndinə əsasən istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallard a yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi m əlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
24. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, iddiaçının ünvanına təbii qazın verilməsi borcu olduğuna görə dayandırılmış və qaz xətti kəsilmişdir. İddiaçı borcu tam ödədiyindən “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 7-ci bəndinə əsasən cavabdeh təşkilat qazın bərpasını təmin etməlidir.
25. Cavabdeh iddiaçının ünvanına gedən sayğacdan sonra olan boru xəttinin iddiaçı tərəfindən bərpa edilməli olmasını iddia etsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, məhkəmələr müəyyən etmişlər ki, qaz xətti məhz cavabdeh təşkilatın əməkdaşları tərəfindən kəsilmişdir.
26. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən “Qazdan istifadə Qaydaları”nın 4.1 və 4.8-ci bəndlərinin pozulması ilə bağlı dəlili üzrə qeyd edir ki, Qaydaların 4-cü hissəsi ümumiyyətlə qaz sayğaclarının quraşd ırılması və istismarına həsr olunmuşdur. Hazırki işdə isə qaz sayğacının quraşdırılması və istismarı ilə bağlı hər hansı bir mübahisə yoxdur.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Azəriqaz ” İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(106)-2047/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.