Məhkəmə qərarları › İş №2(102)-1103/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1103/2024

07.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1103/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elman oğluna, Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Cavabdeh5tariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız sayılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-68/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən İdd iaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 6 iyun 1991-ci il tarixli 629 nömrəli dəyişmə orderinin surətinə əsasən Cavabdeh1 Ermənistan SSR Vardenis rayonu Zod kəndində yerləşən sahəsi 24 kv.m olan bir otaqlı evini X11 Xanlar şəhərində Telman küçəsində yerləşən sahəsi 25 kv.m olan bir otaqlı 36 nömrəli evi ilə dəyişmə hüququ vardır. Ailə tərkibi – özü, X1, X12, X7r;

3. Xanlar (hazırda Göygöl) rayon İH başçısının 22 yanvar 1993-cü il tarixli, 42 nömrəli “Xanlar şəhərində yaşayan bir qrup BVM-si iştirakçıları və ailələrin, müharibə zamanı arxa cəbhədə işləyən, az təminatlı ailələrin, qacqınların, xalq təhsili sistemində çalışan pedoqoji işçilərin və dövlət evlərinin və mənzilləri alan vətəndaşların şəxsi mülkiyyətlərinə kecirilməsi haqqında” sərəncamında göstərilmişdir ki, Xanlar şəhər Mənzil İstismar İdarəsinə məxsus olan evləri və mənzilləri dövlət fondunda olan evlər və mənzillər müəyyən edilmiş satış qiymətlərində satış və pulsuz olaraq əlavə olunmuş siyahı üzrə vətəndaşların şəxsi mülkiyyətinə keçirilir. Həmin siyahıda 9-cu sırada Cavabdeh1 adı göstərilmişdir;

4. Xanlar rayon X2 və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubuna əsasən Xanlar rayon İcra hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 42 nömrəli sərəncamından çıxarışa əsasən Xanlar şəhəri X17 küçəsi 36 saylı ünvanda yerləşən mənzil (25,2 kv.m bir ya şayış otağı, 3,0 kv.m mətbəx, 42,7 kv.m əl damı, 7,5 kv.m təsərrüfat damı) Cavabdeh1 adına özəlləşmişdir və ona xx.xx.1994-cü il tarixli 1192 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir;

5. Xanlar rayon Notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə-3-499 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Göygöl şəhəri X17 küçəsi 36 saylı ünvanda həyətyanı sahədə yerləşən 53.3 kv.m əl damını Cavabdeh2 Elman oğluna satmışdır;

6. Xanlar rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 139 saylı sərəncamından çıxarışına əsasən Cavabdeh2 Elman oğluna 53,3 kv.m əl damını söküb, yerində mağaza tikintisinə icazə verilmişdir. Xanlar rayon baş memarının xx.xx.2006-cı il tarixli layihəsi və Xanlar rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi xx.xx.2009-cu il tarixli mağazanın istismar a verilməsinə dair qəbul aktına əsasən yeni inşa edilmiş Göygöl şəhəri X17 küçəsi 36 saylı ünvanda yerləşən 42.7 kv.m sahəli qeyri-yaşayış binası (mağaza) Cavabdeh2 Elman oğlunun adına qeydiyyata alınmışdır və ona xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir;

7. Göygöl rayon dövlət Notariat kontorunda xx.xx.2009-cu il tarixdə bağlanmış 4Ə/3454 reyestr nömrəsi alqı-satqı müqaviləsinin surətinə əsasən Tanrıverdiyev X13 şəhəri M.Rəsulzadə küçəsi 36 nömrəli ünvanda 0.00538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 42.7 kv.m, əsas sahəsi 42.7 kv.m-dən ibarət qeyri-yaşayış binasını Cavabdeh3 10000 manata satmışdır;

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqq ında Daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli MA seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 2 ünvanda 0.00538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 42.7 kvm-dən ibarət qeyri-yaşayış binası Cavabdeh3 mülkiyyətidir;

9. Göygöl Rayon Məhkəməsinin 2(066)-122/2018 saylı, 07 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Göygöl Rayon İcra Hakimiyyətinə, Göygöl rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “etibarnamənin və evlərin dəyişdirilməsi orderinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən tə min edilərək, X16 tərəfindən Cavabdeh1 ev dəyişmə üçün verilmiş 04 iyul 1989-cu il tarixli etibarnamə və həmin etibarnamənin müddəti keçikdən sonra Göygöl şəhəri, X14 küçəsi, 36A ünvanında yerləşən mənzilə Xanlar rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən Cavabdeh1 adına verilmiş 06 iyul 1991-ci il tarixli mənzil dəyişmə orderi etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir;

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-506/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə Göygöl Rayon Məhkəməsinin 2(066)-122/2018 saylı, 07 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-506/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şik ayəti prosessual müddət buraxılmaqla verildiyinə görə həmin şikayət geri qaytarılmış, prosessual müddətin bərpa edilməsinə dair verilmiş ərizə isə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elman oğluna, Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Cavabdeh5tariat ofisinə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 saylı ünvanda yerləşən mülkə dair Cavabdeh1 adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, digər hüquqverici sənədlərin, xx.xx.2005-ci il tarixli 4Ə/3/499 saylı 53.3 kv.m əl damının satılmasına dair alqı-satqı müqaviləsinin, Xanlar Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 139 saylı tikintiyə dair sərəncamının, Cavabdeh2 Elman oğlunun adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2009-cu il tarixli 4Ə/3/545 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh X3 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Sonradan iddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək Xanlar rayon İcra hakimiyyəti başçısının 22 yanvar 1993-cü il tarixli,42 saylı sərəncamının və ünvan 4 ünvanda yerləşən mülkə dair Cavabdeh1 adına verilmiş xx.xx.2005-ci il tarixli,6/1 192 saylı qeydiyyat vəsiqəsinin və texniki pasportun etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 a-da yerləşən əmlak halhazırda qardaşı, yəni Cavabdeh1 mülkiyyətindədir. Daha öncə həmin mənzil qardaşının, yəni cavabdehin adına dəyişmə orderi ilə olmuşdur. Həmin mənzil 06 iyun 1991-ci il tarixdə 629 saylı orderlə onların Ermənistan SSR-də Vardenis rayonu Zod kəndində olan şəxsi evləri ilə dəyişdirilmə müqaviləsi əsasında dəyişdirilmişdir. Lakin həmin dəyişdirilmə onun razılığı olmadan həyata keçirilmiş və heç bir etibarnamə və rəsmi sənəd olmadan mənzillərin dəyişdirilməsi həyata keçirilmişdir. Onlar 1988-ci il də Ermənistandan ailələri ilə birlikdə Samux rayonunun Nəbiağalı qəsəbəsində yaşayan qohumları Nəbinin evində ailəlikcə məskunlaşmışlar. Mərhum atası Musa Süleymanova qəsəbədə ev tikmək üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaqda atası bir otaqlı ev tikdirmiş və həmin evi və torpaq sahəsini qardaşının təklifı ilə 1700 ABŞ dollarına satıb həmin pula Xanlar şəhəri R.Nəsibov məhəlləsi bina 4 mənzil 13 saylı ünvanda yerləşən 3 otaqlı mənzili almış və hazırda ailəsi ilə orada yaşayırlar. Lakin cavabdeh həmin vaxtı atasını da aldatmış və mənzili öz adına keçirmişdir. Həmçinin Cavabdeh1 Xanlar şəhəri M.Ə.Rəsulzadə küçəsi 36a saylı ünvanda bir otaqlı evi də, yəni hazırda mübahisə predmeti olan evi Ermənistanda olan evlərilə dəyişmişlər və həmin evi də cavabdeh dəyişdirəndə öz adına dəyi şdirmiş və dəyişmə orderini öz adına almışdır. Halbuki, qardaşı Cavabdeh1 özü söz vermişdir ki, X17 küçəsi 36 a saylı ünvanda yerləşən və adına olan mənzili onun və ya mərhum anasının adına dəyişdirəcəkdir. Çünki onun da və mərhum anasının da haqqı həmin evdə vardır və onların razılığı olmadan Ermənistandakı evi dəyişərək öz adına sənədləşdirmişdir. O və mərhum anası X4, Ermənistan SRR Vardenis rayonu Zod kəndində yerləşən evlərində pasport qeydiyyatında olmuşlar və həmin ev dəyişdirilərkən onların mütləq razılığı olmalı idi və belə bir razılıq onlardan alınmamışdır. Ona görə də, Cavabdeh1 adına olan Xanlar şəhəri, M.Ə.Rəsulzadə küçəsi 36 a saylı ünvanda yerləşən bir otaqlı mənzilə dair verilmiş 06 iyun 1991-ci il tarixli 629 saylı dəyişmə orderinin etibarsız hesab edilməsi, ləğv edilməs i barədə Göygöl rayon Məhkəməsində iddia qaldırmış və Göygöl rayon Məhkəməsinin 122/2018 saylı iş üzrə 07 iyun 2018-ci il tarixdə qəbul etdiyi qətnamə ilə iddiası təmin edilmiş və order etibarsız hesab edilərək ləğv edilmişdir. Həmin dəyişmə orderində hər ikisinin adı və ya digər ailə üzvlərinin adı icarəçi kimi göstərilməli olduğu halda bu prosedura nəinki əməl edilməmiş, həmin orderin və dəyişmə müqaviləsinin məhkəmə araşdırması zaman saxta olduğu üzə çıxmışdır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsi dəyişmə orderinin əslini və digər sənədlərın əslini Cavabdeh1 və vəkilindən tələb etsə də onlar məhkəməyə sənəd təqdim edə bilmədilər və ədalət mühakiməsini aldatmağa və yanıltmağa çalışdılar. Ailə üzvlərindən o və cavabdeh hazırda sağdırlar. Əslində həmin mübahisəli mənzildə o yaşayır, cavabd eh və ailə üzvləri həmin mənzildə yaşamırlar. Hal-hazırda ev orderi etibarsız hesab edildiyinə görə həmin evə dair verilmiş, yəni Daşınmaz Əmlak tərəfindən verilmiş bütün çıxarışlar və bağlanılmış alqısatqı müqavilələri etibarsız hesab edilməli və ya ləğv edilməlidir. Cavabdeh Süleymanov Əİi həmin bir otaqlı evə çıxarış aldıqdan sonra mübahisə predmeti olan mənzilə aid əl damını digər cavabdehə alqı satqı etmişdir və nəticədə əl damı başqa şəxsin mülkiyyətinə keçmişdir. Həmin cavabdeh isə həmin əl damını üçüncü bir şəxsə, digər cavabdehə alqısatqı etmişdir. Hesab edir ki, həmin alqı-satqı müqavilələri və mülkiyyət hüququna dair qeydlər də etibarsız hesab edilərək ləğv edilməlidir.

15. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 aprel 2021-ci il tarixli 2(066) -258/2021 saylı qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddia tələbi qismən təmin edilmiş, Xanlar Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 42 nömrəli sərəncamı, həmin sərəncam əsasında ünvan 5 ünvanda yerləşən Cavabdeh1 adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, həmin qeydiyyat vəsiqəsi əsasında verilmiş xx.xx.2005-ci il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilərək ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mülki iş üzrə iddianın təmini tədbiri barəsində Cavabdeh3 məxsus olan Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 ünvanında yerləşən mağaza tikilisi (xx.xx.2009-cu il tarixli, ********** saylı çıxarış) üzərinə qoyulmuş həbsin qətnamə qanuni qüvvəsini aldıqdan sonra götürülməsi qət edilmişdir.

16. Birinci instansiy a məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 06 iyun 1991-ci il tarixli 629 saylı dəyişnə orderi etibarsız hesab olunduğundan həmin order əsasında verilmiş 22 yanvar 1993-cü il tarixli, Xanlar rayon İcra Hakimiyyətinin 42 saylı Cavabdeh1 hissəsində etibarsız olaraq ləğv olunmalı həmin sərəncam əsasında verilmiş xx.xx.1994cü il tarixli 6/1192 reyestr nömrəli Qeydiyyat vəsiqəsi, xx.xx.2005-ci il tarixli 6/1192 saylı qeydiyyat vəsiqəsi ləğv edilməlidir. X5, istərsə də Cavabdeh3 ünvan 2 ünvanda 0.00538 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 42.7 kv.m, əsas sahəsi 42.7 kv.mdən ibarət qeyri-yaşayış binasını dəyərini ödəməklə əldə etmiş, beləliklə də hər iki cavabdeh vicdanlı alıcı olduqlarına görə iddia tələbi onlara aid hissələrdə təmin edilməməlidir.

17. Məhkəmə həmçinin cav abdehin ümumi iddia müddətinə münasibətdə qeyd etmişdir ki, ancaq İddiaçı həmin sənədlərin etibarsız olduğunu hansı dövrdə bilməsi barədə məhkəməyə hər hansı sənəd sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək qətnaməsinin iddianın təmin edilməyən hissəsində dəyişdirilməsi və ya iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində əsassızdır. Belə ki, Göygöl Rayon Məhkəməsinin iddianın qalan hissəsini vicdanlı alıcılara görə təmin etməməsini və guya vicdanlı alıcıların hüqu qlarının pozulmasının qarşısını almaq məqsədi nəticə və qənaət gətirməsini əsassız və qanunsuz hesab edir. Hansı ki, o, mağazanı alan alıcılara da, yəni cavabdehlərə də dəfələrlə bidirmişdir ki, həmin əl damı tikilisinə dair qardaşı ilə onun həmin əmlaka dair məhkəmə mübahisəsi olacaqdır və onları dəfələrlə xəbərdarlıq etmişdir ki, həmin əldamı tikilisini nə almasınlar, nə də ki, icarəyə götürməsinlər, ona görə ki, onların çəkdikləri xərclərə o heç bir cavabdehlik daşımayacaqdır. Lakin göründüyü kimi əldamını alan cavabdehlər onun həmin xəbərdarlıqlarına əhəmiyyət verməmişlər. Onlara xəbərdarlıq etməyini qonşuların və çoxlu sayda digər sənədlər də təsdiq edə bilər.

20. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilərək, iddianın ümumilikdə rədd edilməsinə dair yeni qətnamə q əbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qanunsuz və əsassızdır. ünvan 6 ünvanda yerləşən bir otaqlı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin evə bitişik olan 36 saylı ünvanda isə bacısı Nazilə yaşayır (Qeydiyyatda isə 38 saylı ünvandadır). 2016-cı ildə anası öldükdən sonra, bacısı Nazilə onun mülkiyyətində olan 36A saylı ünvana qanunsuz olaraq qapı açaraq onun mülkiyyətində olan evi zəbt etməklə, mənimsəmişdir. O iddiaçının onun mülkiyyətinə qanunsuz olaraq daxil olması barədə Göygöl Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 13 fevral 2018-ci il tarixli 2(066)-537/2018 saylı qətnaməsi ilə iddiası təmin edilərək, bacısı İddiaçı mülkiyyətində olan 36A saylı ünvand an çıxarılması qət edilmişdir. Bundan əsəbləşən İddiaçı necəki hələ 2007-ci ildə öz məkirli niyyətindən istifadə etməklə anasını onun üstünə qaldırmaqla ona qarşı iddia qaldırmışdır, indi də yenidən ona qarşı iddia qaldıraraq yalandan danışmaqla, özündən müəyyən şeylər uydurmaqla güya ki, onun mülkiyyətində olan 36A saylı ünvanı atalarının Ermənistan Respublikası Vardenis Rayonu Zod kəndində olan evlə dəyişərək öz mülkiyyətinə keçirmişdir. Sadəcə olaraq iddiaçı bunu deyir, bununla bağlı hər hansı bir sübut təqdim edə bilmir. Çox təəssüflər olsun ki, ali orqan sayılan məhkəmələr isə rəsmi sənədlərə baxmayaraq, ancaq İddiaçı sözü ilə onun mülkiyyətində olan 36A saylı ünvana verilmiş mülkiyyət sənədinin əsası olan orderi ləğv etmişlər. Çox təəssüflər olsun ki, əvvəlki məhkəmələrdə olduğu kimi hazırki iş üzrə də birinci instansiya məhkəməsi iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmayaraq, iddiaya mahiyyəti üzrə baxmış və iddianı ona aid olan hissəsində təmin etmişdir. Göründüyü kimi nəinki indi, bundan öncə də olan bütün məhkəmələrdə onun mülkiyyətində olan ünvan 7 ünvanın özlərinin Ermənistan Respublikası Vardenes rayonu Zod kəndində olan evlərinə dəyişdirilməsini bildirir. Lakin Zod kəndində evlərinin olub-olmamasını, həmin evin mübahisəli mənzilə dəyişdirilməsi barədə hər hansı bir sübut iddiaçı tərəfindən təqdim edilməmişdir, çünki belə bir sübut mövcud deyildir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması müəyyən olunur. Birinci instansiya məhkəməsi isə iddiaçının subyektiv hüququnun olu b-olmamasını araşdırmamış və iddiaya mahiyyəti üzrə baxıb qanunsuz qətnamə qəbul etmişdir. Hesab etsək ki, iddiaçının hazırki iddianı qaldırmasına subyektiv hüququ var, amma iddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Belə ki, iddia ərizəsinə qarşı etiraz ərizəsini məhkəməyə göndərərək, iddiaçının ümumi iddia müddətini 10 illik iddia müddətini ötürməsini bildirsə də birinci instansiya məhkəməsi sözügedən qətnamənin 9-cu səhifəsinin 5-cü abzasında “iddiaçının orderin saxta olmasından xəbəri olmamasını, yalnız 2018-ci ildə bilməsini və həmin mübahisənin 2020-ci ilə kimi davam etdiyindən hazırda iddia müddətini ötürmədiyini” qeyd etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 09 yanvar 2008-ci il tarixli 2(104)- 28/2008 saylı qətnaməsində İddiaçı anası Zərraf Süleymanovanın nümayəndəsi olmuşdur. Həmin qətnamədə mübahisəli orderdən söhbət gedir. Buradan açıq aşkar görünür ki, İddiaçı nümayəndə kimi məhkəmə proseslərində aktiv iştirak etməklə, 2008-ci ildə həmin orderin “saxta” olması barədə məlumatı olmalı idi. Lakın hazırki iş üzrə orderin “saxta” olmasını guya 2018-ci ildə bilməsini və məhkəmə tərəfindən də iddiaçının sözü ilə qeyd olunan nəticəyə gəlməklə, iddiaçının iddia müddətini ötürmədiyi əsasa gəlmişdir. Lakin iddiaçı etibarsızlıqla bağlı olan nəinki 1 illik iddia müddətini, habelə 10 illik ümumi iddia müddətini belə ötürmüşdür. Birinci instansiya məhkəməsi isə iddia müddətinin ötürmədiyini qətnaməsində əsaslandırmaqla işə mahiyyəti üzrə baxıb, qanunsuz və əsassız qətnamə çıxarmışdır.

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli 2(104)-68/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elman oğlu, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və Cavabdeh5tariat ofisinə qarşı iddia tələbinin Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 saylı ünvanda yerləşən mülkə dair Cavabdeh1 adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, digər hüquqverici sənədlərin, Xanlar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 139 saylı tikintiyə icazə verilməsinə dair sərəncamının ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-68/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Aygül İsgəndərova) İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(066)258/2021 saylı qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elman oğlu, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və Cavabdeh5tariat ofisinə qarşı Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 saylı ünvanda yerləşən 53.3 kv.m əl damının satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 Elman oğlu arasında bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/3/49 9 saylı alqı-satqı müqaviləsinin, Cavabdeh2 Elman oğlunun adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2009-cu il tarixli 4Ə/3/545 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh X3 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi hissəsində ləğv edilmiş və ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılması, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elman oğlu, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və Cavabdeh5tariat ofisinə qarşı iddia tələbi Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 saylı ünvanda yerləşən 53.3 kv.m əl damının satılmasına dair Cavabdeh1 ilə Cav abdeh2 Elman oğlu arasında bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/3/499 saylı alqı-satqı müqaviləsinin, Cavabdeh2 Elman oğlunun adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2009-cu il tarixli 4Ə/3/545 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh X3 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi hissəsində təmin edilməmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Göygöl (keçmiş Xanlar) şəhəri M.Rəsulzadə küçəsi 36 a-da yerləşən mənzil dəyişdirilməmişdən əvvəl yerli icra orqanının, yəni dövlət mənzil fonduna aid olmuş, həmin mənzilə dair mənzil dəyişmə orderi etibarsız hesab edildiyi halda mənzil dövlət mənzil fonduna qayıt malıdır. Bu baxımdan həmin mənzilə dair alğı-satqı müqavilələrini mübahisələndirmək hüququ da müqavilə tərəflərinə və həmin mənzil balansında olan orqana məxsusdur. İddiaçı isə məhkəməyə həmin mənzilə hüququnun olduğunu təsdiq edən sübut təqdim etməmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi iddiaçının bu kimi iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olub-olmadığını araşdırmamışdır. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığına və qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına görə hər iki apelly asiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5-ci və MPMnin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və apellyasiya şikayətimin təmin edilərək iddiamın tam həcmdə təmin edilməsi barədə birbaşa qərar qəbul edilməsini və əgər bu mümkün olmazsa, qətnaməsinin tamamilə ləğv edilərək, apellyasiya şikayətində göstərilən dəlil, arqumentlərin və pozuntuların yenidən araşdırılması üçün işin yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Şikayət onunla əsaslandırılmışdır ki, vəsatət və təklif vermə hüququm əsassız arqumentlərə görə əlimdən süni şəkildə alınmış və ya apellyasiya instansiya məhkəməsi tərəfindən maneəçilik törədilmişdir. Məhkəmə iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə işdə olan sübutlarla kifayətlənməməli və qəbuledilmiş qərar aydın olmalıdır. Bunun üçün ədalətli məhkəmə araşdırılması təmin edilməlidir. Ancaq apellyasiya instansiya məhkəməsi çəkişmə və ədalətli araşdırma prinsiplərinin tələblərinə əməl etməmiş və maddi hüquq normalarının tələ blərini kobud şəkildə pozmuşlar. Apellyasiya instansiya məhkəməsi bu prosessual normaya istinad etmişdir. Hansı ki, birinci instansiya məhkəməsi mötəbər olan sübutlara istinad etmiş və məhkəmə istinad etdiyi faktları iş üzrə sübutlarla təsdiq edir. Lakin apellyasiya instansiyası məhkəməsi işin halları sübutlarla təsdiq olunan qanuni əsaslı birinci instansiya məhkəməsinin qətnaməsi əsassız şəkildə təmin edilən hissədə də ləğv etmişdir və əsassız şəkildə icraata xıtam vermiş olmuşdur. Apelyasiya instansiya məhkəməsi kassator tərəfimizdən təqdim edilən bütün mötəbər sübutlara etinasız yanaşmış və birinci instansiya məhkəməsinin qanuni əsaslarla hüquqi qiymət verdmədiyi sübutlara və sənədlərə isə ümumiyyətlə nəzər salmamışdır və görünür həmin sübutları qətnamədə işiqlandırmamaqla sübut kimi qə bul etməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nəinki, işdə olan sübutları qiymətləndirməmiş, həmin sübutlara öz şəxsi mülahizələri əsasında yanaşmış və Ali Məhkəmənin Plenumunun göstərişlərinə məhəl qoymayaraq birinci instansiya məhkəməsinin əsaslı və qanuni qətnaməsini ləğv etmiş olmuşdur. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan h allarda qeydə alınmalıdır.

31. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

32. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir.

33. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

34. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

36. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üç ün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir (§ 30-32).

46. Baxılan işdə mübahisə olunan alqı-satqı müqavilələrinin və onların əsasında aparılmış dövlət reyestri qeydlərinin etibarsız sayılması üçün qanuni əsaslar müəyyən edilməmişdir.

47. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının bu kimi iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olub-olmadığını araşdırmamışdır. Göygöl (keçmiş Xanlar) şəhəri M.Rəsulzadə küçəsi 36 a-da yerləşən mənzil dəyişdirilməmişdən əvvəl yerli icra orqanının, yəni dövlət mənzil fonduna aid olmuş, həmin mənzilə dair mənzil dəyişmə orderi etibarsız hesab edildiyi halda mənzil dövlət mənzil fonduna qayıtmalıdır. Bu baxımdan həmin mənzilə dair alğı-satqı müqavilələrini mübahisələndirmək hüququ da müqavilə tərəflərinə və həmin mənzil balansında olan orqana məxsusdur. İddiaçı isə məhkəməyə həmin mənzilə hüququnun olduğunu təsdiq edən sübut təqdim etməmişdir.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübu tlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-68/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar