Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1105/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Seyfəlov Yusif Kamil oğlunun, cavabdeh X4 nümayəndəsi Nümayəndə, cavabdeh X2 iştirakları ilə, İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qət naməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh mərhum Cavabdeh2 Əbilqasım qızının prosessual hüquq varisləri X5 və X6, cavabdeh X4 qanuni nü mayəndəsi Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğvi, ümumi mülkiyyətdən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-2225/2019) iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli 2(004)-1148/2018 nömrəli qətnaməsi əsasında ünvan 1 ünvanda yerləşən 55 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ üzrə 4/5 hissəsinin İddiaçı, 1/5 hissəsinin X4 adına daşınmaz əmlakın dövlət reyestrində 213 nömrəli reyestr kitabının 20055 nömrəli vərəqində ********** qeydiyyat n ömrəsi ilə 16.08.2018-ci il tarixdə aparılmış qeydiyyat yazısı və İddiaçı adına verilmiş 16.08.2018-ci il tarixli RX ******* nömrəli çıxarışin ləğv edilməsi, Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 25.02.2005-ci il tarixli QYM002833 nömrəli qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 31.07.2018-ci il tarixli RX ******* nömrəli çıxarışa əsasən İddiaçı və X1 adlarına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 213 nömrəli reyestr kitabının 20055 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 31.07.2018- ci il tarixdə qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı və X7 arasında payları bərabər olmaqla bölünməs i, hər birinin payı ½ (ikidə bir) hissə olmaqla müəyyən edilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, iş № 2(103)-10025/2019) İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apeliyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli, 2(004)-2225/2019 saylı qətnaməsi verilmiş apeliyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlill əri: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş edir. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instan siyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Seyfəlov Yusif Kamil oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq X4 nümayəndəsi Nümayəndə v ə X2 izahatları dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı DNKda bağlanmış 07.09.2004-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən satıcı “İnşa at” şirkəti Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 28.07.2004-cü il tarixlı qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcılar İddiaçı və X3 65000000 manata (AZM) satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı və X1 adına payları müəyyən edilməyən ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrindəqeydiyyatdan keçmiş və 25.02.2005-ci il tarixli QYM 002833 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsinin ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair X1 adına 31.07.2018-ci il tarixdə RX ******* nömrəli çıxarış verilmişdir. Bundan əlavə müəyyən olunmuşdur ki, X7 09 oktyabr 2015-ci ildə vəfat etmiş və ondan miras qalmış ümumi birgə mülkiyyət hüququ üzrə ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsindən ibarət olan miras əmlaka 22/2016 nömrəli vərəsəlik işi üzrə X4 adına verilmiş 03.08.2018-ci il tarixli 2V-78 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, həmin qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət kimi İddiaçı və X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair X4 adına 09.08.2018-ci il tarixli RX ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli 2(004)-1148/2018 nömrəli qətnaməsi əsasında ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin 4/5 hissəsi İddiaçı və 1/5 hissəsi isə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və bu barədə İddiaçı adına 16.08.2018-ci il tarixli RX ******* nömrəli çıxarış verilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı iddiası təmin edilmiş, ünvan 2 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin 4/5 hissəsinə İddiaçı, 1/5 hissəsinə isə X1 payları müəyyən edilmişdir. Qətnamə 12 aprel 2018-ci il tarixdə qanuni qüvvəyə minərək icra edilsə də, sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qərardadı ilə X4 qanuni nümayəndəsi Nümayəndə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. Lakin, ləğv edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli 2(004)-1148/2018 nömrəli qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş çıxarış ləğv edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 3 ünvanda yerləşən 55 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və X1 adlarına ümumi birgə m ülkiyyət kimi 25 fevral 2005-ci il tarixdə qeydiyyata alınmasına, Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 25 fevral 2005-ci il tarixli QYM002833 nömrəli qeydiyyat vəsiqəsinin və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli çıxarışın verilməsinə əsas satıcı “İnşaat” şirkəti ilə alıcılar İddiaçı və X7 arasında Bakı şəhəri 11 saylı DNK-da bağlanmış 07 sentyabr 2004-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi olduğundan, həmin müqavilədə isə alıcıların payları müəyyən edilmədiyidən, əmlak İddiaçı və X1 adlarına ümumi birgə mülkiyyət kimi qeydiyyatdan keçmiş və onların payları bərabər olmaqla bölünməli, hər birinin payı 1/2 (ikidə bir) hissə olmaqla müəyyən edilməlidir. Apelyasiya instans iyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən yalnız aşağıdakılara istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisnaolmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 213.1-ci maddəsinə ə sasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası MM-in 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsində məhkəmənin qərarına əsasən ümumi əşyaya onun mülkiyyətçilərinin payları müəyyənləşdirilə bilər. Həmin maddə ümumi mülkiyyətdə payın müəyyənləşdirilməsinin iki yolunu nəzərdə tutur. Bunlardan biri birgə mülkiyyət iştirakçılarının razılaşması, digəri isə məhkəmənin qərarıdır. İddiaçı məhkəməyə müraciət edərək birgə mülkiyyətdə payların müəyyənləşdirilməsi ilə əlaqədar onunla X7 arasında razılığın olmasını qeyd etmiş və onlar arasında bu cür razılıqla əlaqədar 17 mart 2004-cü il tarixli müqavilənin surətini iddia ərizəsinə əlavə etmişdir. Həmin ərizə mübahisəli obyektin alındığı “xxxx” Şirkətinin möhürü ilə də təsdiq olunmuşdur. Bundan əlavə həmin müqavilənin əsli birinci instansiyası məhkəməsinin hakimi tərəfindən 15.04.2019-cu i ldə müayinədən keçirilmiş və bu barədə sənədin surətində müvafiq qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Bakı şəhəri, Z.Xəlilkov küçəsi 554 məhəllədə yerləşən 26 saylı binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə görə “xxxx” Şirkətinə dair kassa mədaxil orderinin qəbzləri ilə də müəyyən edilir ki, qeyri-yaşayış sahəsinin dəyərinin 4/5 hissəsi məbləğində pul İddiaçı tərəfindən 1/5 hissəsi məbləğində isə Soltanov Bəhruzun adından kassaya mədaxil edilmişdir. Apelyasiya instansiyası məhkəməsi isə ona istinad etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məlumatın həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasənda özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə e dən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla həqiqi hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin maddi hüquq normasını mübahisəli hüquq münasibətinə tətbiq etməli olmadığı halda tətbiq etmişdir. Belə ki, İddiaçı ünvan 4 ünvanda yerləşən 55 kv.m olan qeyri-yaşayış sahəsinə dair reyestrdə aparılmış qeydin əsassız və ya qeyri-dəqiq olmasını mübahisələndirmir. O həmin qeydlə yəni həmin ünvanda yerləşən 55 kv.m qeyri-yaşayış sahəsinin birgə mülkiyyət kimi reyestrdə onun və X1 adına düzgün olaraq qeydə alındığını qəbul edir. İddiaçı istəyi və iddia tələbi ümumi birgə mülkiyyətdə olan payların müəyyən edilməsidir. Bu isə heç bir halda reyestrdəki qeydiyyatın düzgün olmamasına dəlalət etmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən,iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsi isə müəyyən edir ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 213.4-cü maddəsi nəzərdə tutur ki, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda ya ranır. Beləliklə qanunvericilik ümumi mülkiyyətin birgə və paylı mülkiyyət formalarını nəzərdə tutur və mülkiyyətin reyestrdə birgə və ya paylı mülkiyyət kimi qeydə alınması yolveriləndir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214-cü maddəsi paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsini nəzərdə tutur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən paylı mülkiyyətçilərin payları onların razılaşması ilə müəyyən edilə bilər. İddiaçı onunla paylı mülkiyyətçi olan X1 arasında bağlanmış 17 mart 2004-cü il tarixli razılaşmanın surətini mülki işə əlavə etmiş, lakin birinci instansiyası məhkəməsi həmin razılaşmanın notariat qaydada təsdiqlənmədiyini əsas götürərək onu sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi həmin n əticə ilə razılaşmır. Belə ki, tərəflər arasında həmin müqavilə bağlanarkən əmlak onların mülkiyyətində olmamış və onlar həmin əmlak üzərində sərəncam verməmişlər. Qeyd olunan müqavilə tərəflərin gələcəkdə əldə edəcəkləri əmlakda paylarının müəyyən edilməsi barədə razılaşma olmaqla onların gələcək niyyətlərinə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, həmin müqavilənin notarial qaydasında təsdiqlənməməsi onun sübut kimi qəbul edilməməsi üçün əsas ola bilməz. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun 17 mart 2004-cü il tarixli müqavilə əsasında deyil, 07 sentyabr 2004-cü il tarixdə bağlanmış müqavilə əsasında aparılması qeydə alınmış əmlakda İddiaçı və X1 paylarının bərabər olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, 07 sentyabr 2005-cü il tarixli müqavilə İdd iaçı ilə X1 arasında əmlakda payların bərabər olmasını müəyyən etmir. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, mülki işə əlavə edilmiş 17 mart 2004-cü il tarixli müqavilənin həqiqiliyi və sübut kimi qiymətləndirilməsi məsələsinə apelyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə əlavə edilmiş, mübahisəli qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsi barədə kassa mədaxil qəbzləri də mübahisəli əmlakda tərəflərin payının müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 214.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyi şdirilməsi qaydası təyin edilə bilər. Həmin maddənin məzmunundan da göründüyü kimi qanunverici əmlakda payların müəyyən edilməsi ilə bağlı tərəflərin razılaşmasının notariat qaydada təsdiqlənməsini tələb etmir və tərəflər razılıq əsasında əmlakda paylarını müəyyən edə bilərlər. Nəhayət Mülki Məcəllənin 213.5-ci maddəsi nəzərdə tutur ki, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. İddiaçı da məhz həmin əmlakda payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. ona görə də Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi sübutlar qanunvericilikdə nəzərdə tutulan qaydada araşdırılmalı, qiymətləndirilm əli və nəticədə iddia tələbinin təmini və ya rədd olunması barədə müvafiq məhkəmə qətnaməsi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsi ilə əlaqədar mülki prosessual qanunvericiliyin tələblərini pozduğuna və mübahisəli hüquq münasibətinə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etdiyinə görə İddiaçı kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi onun iddia tələbinə münasibətdə ləğv edilib mülki iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayət inin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri üst-üstə düşür həmin dəlillərlə əlaqədar apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı iddiası təmin edilərək, ünvan 2 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin 4/5 hissəsinə İddiaçı, 1/5 hissəsinə isə X1 payları müəyyən edilsə də, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qərardadı ilə X4 qanuni nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə əsasən ləğv edilmiş və iş üzrə icraata xitam verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 fevral 2019-cu tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yəni üçüncü şəxsin ləğv olunmuş qətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydə əsaslanaraq iddianın rədd edilməsi tələbi əsassızdır. Həmçinin Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi üzrə mülki işdə tərəflər Cavabdeh2 və X9 olmaqla, mübahisənin predmeti yalnız mərhum X1 miras qalmış əmlakın bölünməsi olduğundan, İddiaçı həmiş işdə tərəf olmamadığından və həmin iş hazırki mübahisə üçün hər hansı preyudisial əhəmiyyətə malik olmadığından göstərilən qətnamədən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə nəticə verilmədiyinə dair üçüncü şəxsin apellyasiya şikayətinin dəlili də əsassızdır.” Məhkəmə k ollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti qismən apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi hissəsində qismən təmin edilməli, qalan hissədə kassasiya şikayəti təmin olunmamalıdır. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlə rə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti tam, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən İddiaçı iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilib iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1105/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1105/2020
18.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver