Məhkəmə qərarları › İş №2(102)-1106/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1106/2019

19.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1106/2019 19.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkillər X6 və X1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Masallı Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Musayev, iş № 2(050)-xx/18) İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 8 saylı Ərazi İdarəsi və X5, üçüncü şəxs Masallı rayon İcra və Probasiya şöbəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və pul” tələbinə dair ilkin iddiası rədd edilmiş, cavabdeh X3 ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlak kompleksinin boşaldılması və təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19.10.2016cı il tarixli ********** qeydiyyat nömrəli, seriya RX № ******* saylı çıxarışa əsasən X5 məxsus Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən əmlak kompleksinin inzibati binası, digər tikililər və ərazisi boşaldılmaqla İddiaçı əşyaları ilə birlikdə əmlak kompleksindən məcburi qaydad a çıxarılması, İddiaçı əmlak kompleksinə qanunsuz müdaxilələrin qadağan edilməsi, əmlak kompleksinin yerləşdiyi ərazinin X5 təhvil verilməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov-sədrlik edən və məruzəçi, N.Mirzəyev və Z.Babayev, iş № 2(106)-xx/18) ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Masallı Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbay can Respublikası ƏMDK yanında DƏDRX-in 8 saylı Ərazi İdarəsi və X5, üçüncü şəxs Masallı rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19.10.2016-cı il tarixli ********** qeydiyyat nömrəli, seriya RX № ******* saylı çıxarışın etibarsız hesab edilməsi, 808700 manat məbləğində pulun X2 alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh X7 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlak kompleksinin boşaldılması və təhvil verilməsi“ barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19.1 0.2016-cı il tarixli ********** qeydiyyat nömrəli, seriya RX № ******* saylı çıxarışa əsasən X5 məxsus Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən əmlak kompleksinin inzibati binasının, digər tikililər və ərazinin boşaldılmasının, İddiaçı əşyaları ilə birlikdə əmlak kompleksindən məcburi qaydada çıxarılması, İddiaçı əmlak kompleksinə qanunsuz müdaxilələrin qadağan edilməsi, əmlak kompleksinin yerləşdiyi ərazinin X5 təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması və həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili N.İslamov məhkəmə kollegiyasının 05.02.2019-cu il tarixli iclasında iştirak etmiş və kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Mübahisənin sülh yolu ilə həll olunması məqsədilə işə baxılması 19.02.2019-cu il tarixə təxirə alınmış, lakin təyin olunan vaxtda nə İddiaçı və nə də onun vəkili N.İslamov gəlməmiş və məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. CavabdehX1 vəkili Z.Musayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. O, eyni zamanda tərəflər arasında barışığın baş tutmadığını bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərb aycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkillərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi ləğv olunmalı və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kol legiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsi məhkəmə qətnaməsinin qanuni və əsaslı olmasını tələb edir. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İşdən göründüyü kimi, hazırkı iş üzrə mübahisə predmeti Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən əmlak kompleksidir. Həmin əmlak kompleksi 5.10 ha torpaq sahəsində yerləşməklə 3590.5 kvm ümumi sahəyə malikdir. Əmlak kompleksinin ilkin mülkiyyətçisi İddiaçı olmuşdur. 2012ci ildə Hakimə Əzizova notariat qaydasında təsdiq olunmuş müqavilə əsasında hazırkı işdə cavabdeh olan X1313 000 manat borc almışdır. Həmin vaxt o, borcun təminatı kimi mülkiyyətində olan əmlak kompleksinin hüquqmüəyyənedici sənədlərini X1vermişdir. Qüvvədə olan məhkəmə qətnaməsi ilə İddiaçı 344 000 manat pul vəsaitinin tutulub X1verilməsi və X1əmlak kompleksinin hüquqmüəyyənedici s ənədlərinin (çıxarışın, texniki pasportun) alınıb İddiaçı verilməsi qət edilmiş, qətnamə könüllü icra olunmadığından Masallı Rayon Məhkəməsinin 10.10.2014-cü il tarixli qərardadı ilə borcun ödənilməsi borclunun mülkiyyətində olan əmlak kompleksinə yönəldilmiş və onun üzərinə həbs qoyulmuşdur. X4 əmlak kompleksinin hüquqmüəyyənedici sənədlərinin (çıxarışın, texniki pasportun) alınıb İddiaçı verilməsi hissəsi ilə bağlı icra tədbirləri görülməmişdir. Əmlak kompleksi "xxxx" MMC tərəfindən müəyyən olunmuş 3 200 000 manatla hərraca çıxarılmış, lakin hazırkı iş üzrə cavabdeh olan X1 bu qiymətləndirməni məhkəmə qaydasında mübahisələndirmiş, Nərimanov Rayon Məhkəməsinin 31.07.2015-ci il tarixli qətnaməsi ilə həmin qiymətləndirmə etibarsız hesab olunaraq əmlak kompleksinin ilkin satış qiyməti 1 15 3 000 manat qiymətləndirilmiş və icra məmuru tərəfindən əmlak kompleksi bu qiymətlə hərraca çıxarılmışdır. Lakin hərrac baş tutmadığından sənədlər icra məmuruna qaytarılmış və icra məmuru 20.09.2016-cı il tarixdə “hərracda satılmamış əmlakın tələbkara təklif olunması haqqında” qərar çıxararaq əmlak kompleksini tələbkar X1təklif etmişdir. Sonuncu əmlakı qəbul etməyə razılığını bildirdikdən sonra icra məmuru 06.10.2016-cı il tarixdə akt tərtib edərək əmlak kompleksini tələbkar X1təhvil vermişdir. Bundan sonra icra şöbəsi elə həmin gün təhvil aktı rəhbər tutulmaqla əmlak kompleksinin X1un mülkiyyətinə verilməsi üçün sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə göndərmiş və 19.10.2016-cı il tarixdə X1un əmlak kompleksi üzərində mülkiyyət hüququ qeydə alınmaql a ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İşdən həmçinin görünür ki, İddiaçı icra məmurunun “hərracda satılmamış əmlakın tələbkara təklif olunması haqqında” 20.09.2016-cı il tarixli qərarını və 06.10.2016-cı il tarixli təhvil aktını inzibati məhkəmə icraatında mübahisələndirmiş, lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 04.10.2017-ci il tarixli qərarı ilə bu iddia mümkün sayılmamışdır. Ali Məhkəmənin mövqeyinə görə bu iddia sırf xüsusi hüquq münasibətlərindən qaynaqlandığından inzibati mübahisəyə aidiyyəti yoxdur. İddiaçı hazırkı iş üzrə tələbi iki hissədən ibarətdir: -19.10.2016-cı il tarixdə X1un adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi; -əmlak kompleksinin satış qiyməti olan 1 153 000 manatla 344 0 00 manat borc məbləği arasında olan fərqin – 808 700 manatın X1tutulub ona verilməsi. X1 isə ilkin iddiaya qarşı “əmlak kompleksinin boşaldılması və təhvil verilməsi“ barədə qarşılıqlı iddia vermişdir. Birinci instansiya məhkəməsi İddiaçı iddiasını əsassız,X1 qarşılıqlı iddiasını isə əsaslı sayaraq əmlak kompleksinin inzibati binasının, digər tikililərin və ərazinin boşaldılması, İddiaçı əşyaları ilə birlikdə əmlak kompleksindən məcburi qaydada çıxarılması, İddiaçı əmlak kompleksinə qanunsuz müdaxilələrin qadağan edilməsi, əmlak kompleksinin yerləşdiyi ərazinin X1təhvil verilməsi barədə qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi nin qənaətinə görə icra məmurunun “hərracda satılmamış əmlakın tələbkara təklif edilməsi” haqqında xx xx 2016-cı il tarixli qərarı hazırda qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən qüvvədə saxlanıldığından, eləcə də həmin qərar ləğv və ya etibarsız hesab olunmadan İddiaçı iddiası təmin oluna bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaətini əsassız sayır və qeyd edir ki, əvvəla iş materiallarında icra məmurunun “hərracda satılmamış əmlakın tələbkara təklif edilməsi” haqqında xx xx 2016-cı il tarixli qərarının qüvvədə saxlanılması haqqında hər hansı məhkəmə qərarı yoxdur. İş materiallarından görünür ki, İddiaçı “hərracda satılmamış əmlakın tələbkara təklif edilməsi haqqında xx xx 2016-cı il tarixli qərarının ləğv edilməsi və bununla bağlı xx xx 2016-cı il tarixli aktın qanunsuz hesab edilməsi” barədə iddiası Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xx 2016-cı il tarixli qərarı ilə təmin edilməmiş, həmin qərar apellyasiya instansiyası məhkəməsinin xx xx 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılsa da, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin olunaraq apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və İddiaçı iddiası mümkün sayılmamışdır. İddianın mümkün sayılmamasının səbəbi isə bu iddianın sırf xüsusi hüquq münasibətlərindən qaynaqlanması (iddiaçının qənaətinə görə o, mübahisələndirilən aktların nəticəsində 808 700 manat pul vəsaitindən məhrum olmuşdur) və inzibati mübahisəyə aidiyyəti olmaması olmuşdur. İddiaçı hazırkı iş üzrə iddiasını n bir hissəsi də məhz həmin 808 700 manat pul vəsaitinin X1alınıb ona verilməsi barədədir və icra məmurunun “hərracda satılmamış əmlakın tələbkara təklif edilməsi haqqında” xx xx 2016-cı il tarixli qərarının hazırkı işdə mübahisələndirilməməsi onun bu tələbinə (pul tələbinə) baxılmasına mane olmur. Həm də nəzərə alınmalıdır ki, hərracda satılmamış əmlakın tələbkara təklif edilməsi “İcra haqqında” Qanunun 53.3-cü maddəsindən irəli gələn tələbdir və hazırda söhbət həmin təklifdən yox, bu təklifdən sonra əmlakın borc məbləğini aşan hissəsinin əvəzi ödənilmədən tələbkarın mülkiyyətinə verilməsindən, bununla bağlı həyata keçirilən tədbirlərin qanuni olub-olmamasından gedir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən ilk növbədə mübahisəli əmlak kompleks inin daşınmaz əmlakın dövlət reyestrində cavabdeh X1un adına qeydə alınmasının qanuniliyini və əsaslılığını yoxlamalı olduğu halda buna əməl etməmiş, icra məmurunun “hərracda satılmamış əmlakın tələbkara təklif edilməsi haqqında” xx xx 2016-cı il tarixli qərarının və xx xx 2016-cı il tarixli təhvil aktının qüvvədə olan qanunvericilikdə, o cümlədən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunda mülkiyyət hüququnun qeydiyyatı üçün əsas kimi nəzərdə tutulub-tutulmadığını, eləcə də icra məmurunun əmlak kompleksinin X1un adına mülkiyyət hüququ üzrə qeydə alınması üçün müraciət etməyə səlahiyyəti olub-olmadığını aydınlaşdırmamış və qiymət verməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsasların sırasında icra məmurunun qəra rları deyil, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol (8.0.2) və məhkəmənin qanunu qüvvəyə minmiş qərarları (8.0.4) nəzərdə tutulmuşdur. Adı çəkilən Qanunun 10-cu maddəsində isə hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi qaydası nəzərdə tutulmuş və bu məqsədlə müraciət etməyə səlahiyyəti olan şəxslərin dairəsi müəyyən edilmişdir. Maddənin məzmunundan göründüyü kimi, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır (10.1) və ərizəyə mütləq qaydada hüquqların dövlət qeydiyyatı üçün həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Göründüyü kimi, 10-cu maddə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına icra məmurunun deyil, hüquq əldə edənin müraciət etməsini tələb edir. Digər tərəfdən, işdən göründüyü kimi mübahisəli daşınmaz əmlakın hüquqmüəyyənedici sənədləri qüvvədə olan məhkəmə qətnaməsi ilə X1 alınıb İddiaçı qaytarılmalı olduğu halda, icra məmuru həmin qətnaməni icra etmədən və mülkiyyətçi kimi İddiaçı xəbəri və iştirakı olmadan “əmlakın tələbkara təklif edilməsi haqqında” qərar qəbul etməklə yanaşı 06.10.2016-cı il tarixdə əmlakın tələbkara təhvil verilməsi haqqında akt tərtib etmişdir. Həmin aktda təhil verən kimi icra məmuru, təhvil alan kimi isə X1un nümayəndəsi qeyd olunmuşdur. Həm də, maraqlıdır ki, icra məmuru xx xx 2016-cı il tarixdə mübahisəli əmlakın tələbkara təhvil verilməsi barədə akt tərtib etmiş olsa da, F.Məmmədov öz qarşılıqlı iddiasında yenidən əmlakın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu isə icra məmurunun dövlət qeydiyyatı üçün əsas kimi götürülmüş xx xx 2016-cı il tarixli aktının formal xarakter daşıdığını və mübahisəli əmlakın mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmasına şərait yaratmaq məqsədi güddüyünü göstərir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxan məhkəmə əmlakın tələbkara təklif edilməsi haqqında xx xx 2016-cı il tarixli qərarın və bununla bağlı xx xx 2016-cı il tarixli aktın mülkiyyət hüququnun qeydi yyatına əsas verib-vermədiyini qanunla müəyyən olunmuş qaydada müəyyən etdikdən sonra həmin sənədlərin hazırkı iş üçün həlledici əhəmiyyət daşıyıb-daşımamasına, ümumiyyətlə əhəmiyyətli olubolmamasına qiymət verməlidir. Məhkəmə kollegiyası işə yenidən baxan məhkəmənin diqqətinə onu da çatdırır ki, hazırkı işdə mübahisəli əmlakın tələbkara təhvil verilməsi barədə icra məmurunun tərtib etdiyi xx xx 2016-cı il tarixli akt “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib olunan akta bərabər tutula bilməz. Həmin maddəyə görə əşyaların tələbkara verilməsi icra sənədində birbaşa göstərilmişdirsə, icra məmuru həmin əşyaları borcludan götürüb tələbkara verir və bu barədə akt tərtib edir. Tələbkar göstərilən əşyalardan imtina etdikdə, həmin əşyalar bo rcluya, icra sənədi isə müvafiq məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi, adı çəkilən maddədə əşyanın tələbkara verilməsi üçün onun mütləq qaydada icra sənədində birbaşa göstərilməsi tələb olunur. Hazırkı işdə isə mübahisəli əmlak kompleksinin borcludan alınıb tələbkara verilməsi barədə hər hansı icra qeydi yoxdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin işə baxarkən icra məmurunun tələbkara təklif etdiyi əmlakın dəyərinin tələbkarın (X1un) tələb etdiyi məbləğdən – 344 300 manatdan bir neçə dəfə çox olmasına da əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı X1344 300 manat borclu olması dəyəri 1 153 000 manat təşkil edən əmlakın icra məmuru tərəfindən heç bir qiymət fərqi ödənilmədən tələbkara təhvil verilməsi və onun mülkiyyətinə keçməsi üçün əsas ola bilməz. “İcra haqqında” Qanunun 53cü maddəsinin mənasına görə üzərinə həbs qoyulmuş əmlak hələ hərrac keçirilməmişdən əvvəl ilkin satış qiyməti ilə tələbkara təklif olunmalı, tələbkar imtina etdikdə hərraca çıxarılmalı, hərracda satış baş tutmadıqda yenidən tələbkara təklif olunmalıdır. Lakin bu təklif dəyəri, tutulmalı olan borcun məbləğindən bir neçə dəfə artıq olan əmlakın heç bir fərq ödənilmədən tələbkara əvəzsiz verilməsi demək deyildir. Tələbkar əmlakın müəyyənləşdirilmiş və razılaşdırılmış satış qiymətindən borcun məbləği çıxılmaqla qalan məbləği mülkiyyətçiyə ödədiyi halda əmlakın mülkiyyətçisi ola bilər və bu prosedur hər bir halda yenə də mülkiyyətçinin xəbəri, razılığı və iştirakı ilə müvafiq qaydalara əməl olunmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, dəyəri borcun dəyərini bir neçə dəfə aşan əmlak kompleksinin tələbkar X1təhvil verilməsi nəticəsində sonuncu əsassız varlanmış, borclu İddiaçı isə borcunu aşan hissədə mülkiyyətindən əsassız yerə məhrum olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən hərrac protokolları da nəzərdən keçiri lməli, neçə dəfə hərrac keçirilməsi, hərracın baş tutmamasının səbəbləri, əmlakın hərraca hansı qiymətlə çıxarılması da müəyyən edilməlidir. İşdən göründüyü kimi, mübahisəli əmlak kompleksi qüvvədə olan məhkəmə qətnaməsi ilə 1 153 000 manat qiymətləndirilmişdir. Lakin hərrac protokolları işdə olmadığından məhkəmə kollegiyası neçə dəfə hərrac keçirildiyini, daşınmaz əmlakın sonuncu satış qiymətinin nə qədər təşkil etdiyini müəyyən edə bilmədi. Cavabdeh tərəf mübahisəli əmlakın satışı ilə bağlı təkrar hərrac keçirildiyini, lakin əmlakın təkrar hərracda da satılmadığını qeyd etsə də, bu dəlil iş materialları ilə təkzib olunur. Belə ki, icra məmurunun 06.10.2016-cı il tarixli aktından (i.v.39) və Şirvan Apellyasiya Məhkəməsi İnzibati-iqtisadi Kollegiyasının 30.05.2017-ci il tarixli qərarından (i.v.84) görünür ki, icra məmuru tərəfindən hərracla bağlı 14.07.2016-cı il tarixdə sifariş verilmiş, hərrac 29.08.2016-cı il tarixə təyin edilmiş və 01.09.2016-cı ildə hərrac təşkilatçısı hərrac baş tutmadığına görə sənədləri geri qaytarmışdır. Həmin sənədlərdə təkrar hərracın keçirilməsi barədə heç bir qeyd yoxdur və bu, hərracın Mülki Məcəllənin 415.2-ci və “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələrinə uyğun keçirilməsi halında praktiki cəhətdən mümkün də deyildi. Belə ki, həmin maddələrə görə hərrac sifariş alındıqdan bir ay sonraya təyin olunur və ilkin hərrac baş tutmadıqda xx gün ərzində təkrar hərrac keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, hərrac protokolları işdə olmadığından bu məsələyə daha düzgün qiymət işə yenidən baxan məhkəmə tərəfindən həmin protokollar nəzərdən ke çirildikdən və öyrənildikdən sonra verilə bilər. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh X1344 300 manat borclu olması işin mübahisəsiz halıdır. Bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan İddiaçı bu borcu hər bir halda X1 ödəməlidir və bu qaçılmazdır. İddiaçı göstərdiyi heç bir dəlil onun bu günədək borcunu qaytarmadığına haqq qazandırmır. İddiaçı mülkiyyətində borcun yönəldilə biləcəyi əmlak kompleksi var və bu əmlakın hərracda satışına dair icra məmuru tərəfindən qüvvədə olan məhkəmə qərarı əsas götürülməklə sifariş verilmişdir. İddiaçı borcunu başqa yolla qaytara bilməyəcəyi təqdirdə hər hir halda borcun ödənilməsi yenə də istər hərrac vasitəsilə, istərsə də təkrar hərracdan sonra əmlak kompleksinin hesabına həyata keçiriləcəkdir. Borcun əvəzi kimi əmlak kompleksinin bütünlüklə, yaxud onun bir hissəsinin tələbkarın mülkiyyətinə verilməsi isə mülkiyyətçinin iradəsindən asılıdır və tərəflər bunu barışıq yolu ilə həll edə bilərlər. Məhkəmə kollegiyası bu imkanın hələ də mövcud olduğunu, itirilmədiyini bir daha qeyd edir. İş materiallarından, o cümlədən birinci və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclas protokollarından göründüyü kimi, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı tərəflərə barışıq sazişi ilə bağlı belə bir təklif edilməmiş, eləcə də bununla bağlı hüquqları onlara izah olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinin tələbinə görə məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutul an hallar istisna olmaqla, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinin tələbinə görə isə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işə mahiyyəti üzrə baxan məhkəmə kimi geniş səlahiyyətlərə malik olduğunu nəzərə alaraq hesab edir ki, işə yenidən baxılarkən tərəflərin prosessual hüquqlarının həyata keçirilməsinə qanunla nəzərdə tutulmuş qaydada köməklik göstərilməsi təmin olunmalı, mübahisənin sülh yolu ilə həlli, tərəflər arasında barşığın mümkün olması imkanları müzakirə edilməl i, tərəflərə mübahisəni sülh yolu ilə bitirmək, barışıqla həll etmək hüquqları olduğu izah olunmalıdır. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən (qətnamənin ləğv olunması hissəsində) təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yeni apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublika sı MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli, 2(106)xx/18 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qa ydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar