Məhkəmə qərarları › İş №2(102)-1107/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1107/2020

18.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1107/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar Qobustan kənd təssərrüfatı məhsullarının istehsalı, emalı və satışı özəl müəssisəsi, X11 və X6 cavabdehlər Abşeron Rayon İcra və Provasiya Şöbəsi, “xxxx” MMC, Bank “xxxx” ASC-nin ləğvedici Əmanətlərin İdarə edilməsi Fondu və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-ə qarşı əmlakın yenidən qiymətləndirilməsi, hərracın nəticələrinin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Abşeron rayon məhkəməsinin 21 fevral 2019-cu il tarix li qətnaməsi ilə (sədrlik edən C.Səfiyeva, iş 2(012)339/2019) iddia tələbi təmin edilmiş, İddiaçı3 məxsus olan Abşeron rayonu, Masazır kəndi, Qaçay Nəbi Küçəsində yerləşən ümumi sahəsi 332,8 kv.m yaşayış sahəsi 197,05 kv.m yardımçı sahəsi 135,75 kv.m olan 7 otaqlı, 2 mərtəbəli, 104 saylı fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair “xxxx”MMC-nin hərracın nəticələri haqqında 19 iyun 2017-ci il tarixli protokol və həmin tarixli Abşeron rayonu, Masazır kəndi, Qaçay Nəbi Küçəsində yerləşən ümumi sahəsi 332,8 kv.m yaşayış sahəsi 197,05 kv.m yardımçı sahəsi 135,75 kv.m olan 7 otaqlı, 2 mərtəbəli, 104 saylı fərdi yaşayış evinə dair “xxxx” MMC ilə Ləğv prosesində olan Cavabdeh2ASC arasında bağlanan alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2ASC-nin adına verilən Çıxarı şın ləğv edilməsi, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 17/75-6985 saylı sifariş məktubuna əsasən cavabdeh “xxxx” MMC tərəfindən tərtib olunmuş 06 fevral 2017-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatın ləğv edilməsi, İddiaçı3 məxsus olan Abşeron rayonu, Masazır kəndi, Qaçay Nəbi Küçəsində yerləşən ümumi sahəsi 332,8 kv.m, yaşayış sahəsi 197,05 kv.m, yardımçı sahəsi 135,75 kv.m olan 7 otaqlı, 2 mərtəbəli, 104 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 260000 manat müəyyən edilməsi, 10 manat məbləğində dövlət rüsumuna görə pulun cavabdehlər “xxxx” MMC və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-dən tutularaq X4 verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Abba sov (sədrlik edən və məruzəçi), T.Məmmədov və Z.Məmmədov, iş № 2(105)-3319/2019) cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Cavabdehlər X7 və X13 kassasiya şikayətinə qar şı etirazda göstərmişdilər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki,birinci instansiya məhkəməsi də qeyd olunan iş materiallarına əsasən Abşeron Rayon İcra və Probasiya Şöbəsi nin 17/75-6985 saylı sifariş məktubuna əsasən cavabdeh “xxxx” MMC tərəfindən tərtib olunmuş 06 fevral 2017-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın işdə olan digər qiymətləndiricilərin rəyi ilə ziddiyət təşkil etməsini, qeyd edilən rəydə evə baxış keçirildiyi qeyd edilsə də, evə dair foto şəkillərin rəyə 5 əlavə olunmadığı üçün faktın təkzib olunmasını, “xxxx” MMC-nin rəyində evin qiymətinin 260000 (iki yüz altmış min ) manat dəyərləndirilməsini, mübahisəli evin ipoteka qoyulandan sonra əsaslı şəkildə təmir olunmasını, bunun da evin qiymətinə təsir edən hal olmasını, Abşeron rayon İcra şöbəsinin Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə, ipotekaqoyana və ipotekasaxlayana ünvanladığı 14 fevral 2017-ci il tarixli bildirişdə X2 ünvanın düzgün olmayaraq Ceyranb atan qəsəbəsi, N.ünvan 1əsini, digər tərəflərə isə məlumat verilməməsini, hərracın keçirilməsi icra icraatının tərkib hissəsi olduğu üçün hazırkı iddia ərizəsi üzrə məhkəmə mübahisəsindən məlumatlı olduğu bir halda, icra məmurunun “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinin tələblərinə əməl etməyərək, hərracın keçirilməsinin dayandırılması üçün müvafiq tədbirlər görməməsini müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də “İcra haqqında” Qanunun 17.1.4, 51.1, “İpoteka Haqqında” Qanunun 39.3.3, 41, Mülki Məcəlləsinin 416.1 və 416.2-ci maddələri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericilik normalarına uyğundur. Apelyasiya instansiyası məhkəməsi həmçinin müəy yən etmişdir ki,hərracın keçirilməsi barədə bildiriş ipotekaqoyan İddiaçı3 onun yaşadığı ünvan üzrə göndərilməmiş, hərracın keçirilməsindən sonuncunun xəbəri olmamışdır. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, hərrac hazırki işin məhkəmədə baxıldığı zaman keçirilmişdir. Bu da iddiaçı (ipotekaqoyan) İddiaçı3 hərracın keçirilməsindən həqiqətən də xəbərisiz olduğunu göstərir. Əks halda, İddiaçı3 qiymətini mübahisələndirdiyi evin hərracda satılmasından xəbərdar olması ağlabatan sayıla bilməz. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 567, 152.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 42.3-cü maddələrini tətbiq etmişdir. Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Siğorta lanması Fondu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğuna istinad etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edi r ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar