Məhkəmə qərarları › İş №2(102)-1108/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1108/2020

20.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1108/2020 20.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi – hakim) Vəliyeva Elşanə Rafiq qızı, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)*****/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş birgə kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) xx.xx.2019-cu il tarixli, 2(060)-****/2019 nömrəli q ətnaməsi ilə iddiaçılar İddiaçı və Cavabdeh1 cavabdehlər Cavabdeh2, Sumqayıt Bələdiyyəsinə, AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə və AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın nəticələrinə dair protokolun, şəhadətnamənin, icarə müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair təmin edilərək, Cavabdeh2 Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan Sumqayıt şəhəri, ************ ərazisində, 36 kv.metr torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə keçirilmiş torpaq müsabiqəsinin qalibi hesab edilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt ərazi torpaq müsabiqə və hərrac komissiyasının *** saylı, xx.xx.2018-ci il tarixli iclasını n protokolunun və həmin protokol əsasında Cavabdeh2 verilmiş xx.xx.2018-ci il tarixli, AM seriyalı, ********* nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh2 arasında 10 il müddətinə bağlanmış *** nömrəli, xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinin və onun həmin torpaq sahəsi üzərində icarə hüquqlarının qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Məmmədov, Ş.Abasov, A.Abbasov) xx.xx.2019-cu il tarixli, 2(105)-*******/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Sumqayıt Bələdiyyəsi və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-*******/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçılar İddiaçı və Cavabdeh1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən birgə kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı və Cavabdeh1 cavabdehlər Cavabdeh2, Sumqayıt Bələdiyyəsinə, AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə və AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın nəticələrinə dair protokolun, şəhadətnamənin, torpaq icarə mü qaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək,Cavabdeh2 Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan Sumqayıt şəhəri, ************** ərazisində, 36 kv.metr torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə keçirilmiş torpaq müsabiqəsinin qalibi hesab edilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt ərazi torpaq müsabiqə və hərrac komissiyasının ***** saylı, xx.xx.2018-ci il tarixli iclasının protokolunun və həmin protokol əsasında Cavabdeh2 verilmiş xx.xx.2018-ci il tarixli, AM seriyalı, ******* nömrəli şəhadətnamənin, Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh2 arasında 10 il müddətinə bağlanmış **** nömrəli, x x.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinin və onun həmin torpaq sahəsi üzərində icarə hüquqlarının qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı, Cavabdeh1 və onların vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyası qəbul etdiyi qətnaməni iddiaçıların cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinə qarşı etirazlar ının əsaslarına münasibət bildirmədən, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmadan qəbul etmiş və belə hesab etmişdir ki, torpaq sahəsinin icarəyə verilməsi barədə hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmadığından, müsabiqənin nəticəsinə dair protokolun, həmin protokol əsasında Cavabdeh2 verilmiş şəhadətnamənin, onunla bağlanmış icarə müqaviləsinin və adına verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan əsaslar olmamışdır. Məhkəmə kollegiyası həqiqətə nail olmaq üçün işin həqiqi hallarını müəyyən etməmişdir. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı Cavabdeh1, onun və digər İddiaçı vəkili Vəkil1, cavabdehlər Cavabdeh2, Sumqayıt Bələdiyyəsinin, AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin və AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında v əkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın rədd edilməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində, Koroğlu prospektində 36 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx xxxxxx 2018-ci il tarixdə müsabiqə keçirilərkən qanunvericil iyin tələbləri pozulmadığından, müsabiqənin nəticələrinə dair protokolun, həmin protokol əsasında Cavabdeh2 verilmiş şəhadətnamənin, Cavabdeh2 ilə bağlanmış icarə müqaviləsinin və onun adına verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi üçün də qanunda nəzərdə tutulan əsaslar olmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt bələdiyyəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan Sumqayıt şəhəri,*********** prospektində 36 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə 10 il müddətinə icarəyə verilməsi üçün müsabiqə keçirilməsi barədə xx xxxxxx 2017-ci il tarixli, ****** saylı qərar qəbul etmiş, həmin qərar əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt ərazi Tor paq müsabiqə və hərrac komissiyası (Təşkilatçısı) xx.xx.2018-ci il tarixdə torpaq müsabiqəsi keçirmiş, müsabiqənin qalibi Cavabdeh2 olmuş, bu barədə protokol tərtib edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Cavabdeh2 AM seriyalı, ******* saylı şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında da Sumqayıt bələdiyyəsi ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli, ****** saylı torpaq icarəsi müqaviləsi bağlanılaraq xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmişdir. Cavabdeh2 icarə hüququ xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh1 və İddiaçı iddia ərizəsində göstərdikləri hallar iddianın təmin edilməsi üçün əsas ola bilməz. Apellyasiya kollegiyası onu da qeyd etmişdir ki, Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixdə keçirilən müsabiqədə etibarnamə əsasında Cavabdeh1 adından deyil, fiziki şəxs kimi öz adından iştirak etmiş və hərracın qalibi olmuşdur. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətində iddiaçıların istinad etdikləri hallar iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. Belə ki, kassasiya şikayətinin dəlilləri əsasında yoxlama aparılarkən apellyasiya kollegiyasının müəyyən etdiyi kimi hərracın keçirilməsi qaydalarının pozuntusunun olması, həmçinin qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini formal dəlil kimi müəyyən edir və hesab edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 51-ci maddə sinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “Torpaq icarəsi haqqında” qanunun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiy i orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyə verən ilə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6-cı maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Torpaq sahəsinin hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Həmin Qanunun 11-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “Torpaq bazarı haqqında” qanunun 8-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın 14-cü bəndinə əsasən torpaq sahələri icarəyə müsabiqə yolu ilə verildikdə icarə obyektinə dair müsabiqə komissiyasının şərtlərinin yerinə yetirilməsini öhdə sinə götürməklə ən yüksək icarə haqqı təklif edən şəxs müsabiqənin qalibi hesab edilir. Həmin Qaydaların 18-ci bəndinə görə dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqla müsabiqə və hərrac vasitəsi ilə icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında təşkilatçı ilə hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxs arasında 20 gündən gec olmayaraq mülki və torpaq icarəsi haqqında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanılır. Azərbaycan Respublikası MM-nin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.2-ci maddəsinə gör ə hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Həmin Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 414.4cü maddəsinə görə hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Hə min Məcəllənin 414.5-cü maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş birgə kassasi ya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar