Məhkəmə qərarları › İş №2(102)-111/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-111/2025

15.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-111/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:maneələrin aradan qaldırılması 15.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-176/2024 nömrəli, 6 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2025-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Azərbayca n prospekti, ev 17, mənzil 53 İddiaçı adına mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır. 2. 12 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 4ə-1469 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanı (ü/s-17 kv.m) X2 adına rəsmiləşdirilmiş və onun adı ilə bağlı xx.xx.2019-cu il tarixli elektron çıxarış tərtib edilmişdir. Dövlət reyestrində qeydiyyata alınmış eyni ünvan göstəricilərinə malik, xx.xx.1998-ci il tarixdə X adına ilkin qeydə alınmış, sahəsi 27,1 kv.m olan digər mənzildə (ünvan 1 ünvanı) X4 tərəfindən satın alınmışdır və 12 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 4ə1470 reyestr nömrəli alqı satqı müqaviləsi və xx.xx.2019-cu il tarixli elektron çıxarışa əsasən sözügedən mənzillər vahid əmlak olaraq Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 17, mənzil 54 (ü/s-66,5 kv.m) adı altında onun adına rəsmiləşdirilmiş və hazırda mülkiyyətindədir.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına 3301 inventar nömrə altında Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17 (Z.Əliyeva 17) daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, sonra isə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzildə apardığı qeyri-qanuni tikinti, yenidə qurma və yenidən planlaşdırma işlərinin qanuna uyğunluğunun Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişaf və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azəbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi ilə razılaşdırılması və razılaşdırılmanın nəticələrinin iddiaçıya açıqlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı təmir, tikinti işlərinin icra edilməsinin cavabdehə qadağan edilməsi, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzildə apardığı tikinti, təmir, yenidən qurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən qanunsuz icra edilmiş yenidən qurma, yenidən planlaşdırma, tikinti və təmir işləri və onların nəticələrinin sökülməsi, cavabdeh tərəfindən qanunsuz icra edilmiş tikinti və təmir işləri nəticəsində ümumi binanın və İddiaçı mənzilinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi, xüsusi qərardad qəbul edilərək Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən binaya və onun tərkib hissələrinə cavabdeh tərəfindən qəsdən vurulmuş ziyanla bağlı materialların araşdırılması üçün prokurorluğa göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, binanın konstruksiyasına uyğu n olmayan yenidən qurma işləri həyata keçirmişdir. Onun hərəkətləri nəticəsində bina və binanın daxilindəki mənzillər yararsız hala düşüb. İddiaçı bu barədə aidiyyəti dövlət təşkilatlarına dəfələrlə müraciət etmişdir. Onlar bu qeyri-qanuni tikintiyə öz etirazlarını bildirsələr də Zaur Adıyev hər hansı irad və tələblərə məhəl qoymamış, işini davam etdirmişdir. O, pandemiya dövründə xüsusi karantin rejimindən istifadə edərək layihəsi olmadan xəlvəti olaraq tikintini davam etdirmişdir. Hətta Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi rəsmən bildirmişdir ki, məhkəmə qətnaməsi olmadan həmin mənzildə heç bir təmir işləri aparıla bilməz. FHN və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi də rəsmən bu barədə etirazlarını bildirsələr də o, karantin dövründən istifadə edərək qədim tarixi abi dənin memarlıq üslübuna xələl gətirərək təmiri davam etdirmişdir. Ən əsası odur ki, heç bir qanuni icazə olmadan tikinti və təhlükəsizlik qaydalarına, texniki şərtlərə əməl etmədən cavabdeh yaşayış binasının daşıyıcı ana divarını zədələmişdir. Ağır dəmir metallarla divarları deşərək eyvanı genişləndirib. Bunun nəticəsində İddiaçı mənzilinin divarlarında çatlar əmələ gəlmişdir. Bu çatlar getdikcə genişlənməyə başlamış və nəticədə tavanın uçurulmasına gətirib çıxaracaqdır. Bundan başqa bütün binaya xidmət edən qədimi çuğundan olan ümumi kanalizasiya xəttini sındıraraq sanitariya-texniki və kommunikasiya qurğularını sıradan çıxarıb. Bakı şəhəri, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli məktubundan da görünür ki, cavabdeh tərəfindən əsaslı təmir işləri aparı larkən bir sıra nöqsanlar ayırd edilərək işin dayandırılması tələb edilmişdir. Bina XİX əsrdə inşa olunmuş yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Binanın altından metro xətti keçir. Bina da hər hansı işlərin aparılması xüsusi layihələr üzrə binanın xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır. Olabilsinmənziliyenialancavabdehmənzilitez-tələsik “təmir” edibsatmaqistəyir. Lakin, İddiaçı və yaxınları uzun illərdir ki, bu mənzildə yaşayır və gələcəkdə də burada yaşamağı planlaşdırırlar. O öz hərəkələri ilə sakinlərin normal yaşayışını mümkünsüz edir, İddiaçı mənzilinə bərpa olunmaz ziyan vurur, yaşayış sahəsini yararsız hala salmışdır.

6. Birinci instansiya məhkəməsində cavabdeh binanın konstruksiyasına uyğun olmayan yenidən qurma işləri həyata keçirir. Onun hərəkətlər i nəticəsində bina və binanın daxilindəki mənzillər yararsız hala düşüb. İddiaçı bu barədə aidiyyəti dövlət təşkilatlarına dəfələrlə müraciət etmişdir. Onlar bu qeyri-qanuni tikintiyə öz etirazlarını bildirsələr də Zaur Adıyev hər hansı irad və tələblərə məhəl qoymamış, işini davam etdirmişdir. O, pandemiya dövründə xüsusi karantin rejimindən istifadə edərək layihəsi olmadan xəlvəti olaraq tikintini davam etdirmişdir. Hətta Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi rəsmən bildirmişdir ki, məhkəmə qətnaməsi olmadan həmin mənzildə heç bir təmir işləri aparıla bilməz. FHN və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsidə rəsmən bu barədə etirazlarını bildirsələr də o, karantin dövründən istifadə edərək qədim tarixi abidənin memarlıq üslübuna xələl gətirərək təmiri davam etdirmişdir. Ə n əsası odur ki, heç bir qanuni icazə olmadan tikinti və təhlükəsizlik qaydalarına, texniki şərtlərə əməl etmədən cavabdeh yaşayış binasının daşıyıcı ana divarını zədələyib. Ağır dəmir metallarla divarları deşərək eyvanı genişləndirib. Bunun nəticəsində İddiaçı mənzilinin divarlarında çatlar əmələ gəlmişdir. Bu çatlar getdikcə genişlənməyə başlayır və nəticədə tavanın uçurulmasına gətirib çıxaracaqdır. Bundan başqa bütün binaya xidmət edən qədimi çuğundan olan ümumi kanalizasiya xəttini sındıraraq sanitariya-texniki və kommunikasiya qurğularını sıradan çıxarıb. Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli məktubundanda görünür ki, cavabdeh tərəfindən əsaslı təmir işləri aparılarkən bir sıra nöqsanlar ayırd edilərək işin dayandırılması tələb edilmişdir. Bina XİX əsrdə inşa olunmuş yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Binanın altından metro xətti keçir. Binada hər hansı işlərin aparılması xüsusi layihələr üzrə binanın xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır. Ola bilsin mənzili yeni alan cavabdeh mənzili tez-tələsik “təmir” edib satmaq istəyir. Lakin, İddiaçı və yaxınları uzun illərdir ki, bu mənzildə yaşayır və gələcəkdə də burada yaşamağı planlaşdırırlar. O öz hərəkələri ilə sakinlərin normal yaşayışını mümkünsüz edir, İddiaçı mənzilinə bərpa olunmaz ziyan vurmuş, yaşayış sahəsini yararsız hala salmışdır.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5920 nömrəli, 19 noyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 2 ünvanda yaşayan Cavabdeh tərəfindən mülkiyyətində o lan mənzildə yalnız əsaslı təmirişləri aparılmış və eyvan hissəsi sökülərək yenidən metal tirlər üzərində inşa edilmişdir. Eyvan hissəsinin sökülərək yenidən inşa edilməsi barəsində müvafiq qurumlarla razılaşdırılmış heç bir layihə sənədləri təqdim edilməmişdir. 54 saylı mənzildə aparılmış təmir və yenidənqurma işləri nəticəsində 53 saylı mənzilə ziyan dəyməmişdir. 53 saylı mənzilin artırma hissəsində yaranmış çatlara səbəb artırma hissəsinin əsas binaya əlaqə olmadan inşa edilməsidir. Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17 ünvanında yerləşən yaşayış binasının 5-ci mərtəbəsinin XX əsrin ortalarında paraped divarının üzərində sonradan inşa edilməsini, 53, 54 saylı mənzillərdə və binadakı digər mənzillərdə sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə ya şayış sahələrinin inşa edildiyini nəzərə alsaq paraped divarında (4-cü mərtəbəilə 5-ci mərtəbənin orta hissəsində ) müşahidə edilən xırda ölçülü çatların hansı səbəbdən yaranmasını müəyyən etmək mümkün olmadı. Yaşayış binasında inşa edilmiş əlavə bütün yaşayış sahələri (artırmalar) binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Yaşayış binasına dəymiş ziyanın dəyərinin hesablanması inşaat konstruktorunun səlahiyyətlərinə aid olmadığı üçün tərəfindən cavablandırılmayıb. Mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17 ünvanında yerləşən yaşayış binada və 53 saylı mənzildə yaranmış xırda ölçülü çatlar 54 saylı mənzildə aparılmış təmir və yenidən qurma işləri nəticəsində ziyan dəymədiyini nəzərə alaraq, ümumi binaya və onun daxili elementlərinə (53 saylı mənzildə daxil olmaqla) dəymiş ziyanın aradan qaldırılması üçün orta bazar qiymətlərinə əsasən zəruri xərclərin (xərclərin təyinatı ayrı-ayrı göstərilməklə) məbləğinin müəyyən olunmasına dair tədqiqat aparılmadı.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-157/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17, mənzil 54də apardığı tikinti və yenidən qurma işlərinin qanunsuz hesab edilməsi və cavabdeh tərəfindən sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakışəhəri, Səbailrayonu, Azərbaycan prospekti, ev 17 (Z.Əliyeva 17), mənzil 54-də tikinti və yenidən qurma işləri qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmalı olduğu halda müvafiq icazə alınmadan aparıldığı müəyyən edildiyindən, həmin tikinti və yenidən qurma işləri qanunsuz hesab edilərək cavabdeh tərəfindən sökülməlidir. 54 saylı mənzildə aparılmış təmir və yenidənqurma işləri nəticəsində 53 saylı mənzilə ziyan dəyməsi sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Şəhərsalmavə Tikinti Məcəlləsinin 74.1, 75.1, 78.1, 78.2-ci maddələrinə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 1, 11-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birin ci icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin “tikinti və yenidənqurma işlərinin qanunsuz hesab edilməsi və cavabdeh tərəfindən sökülməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci olan 400 manat məbləğinin 50 manatın İddiaçı, 50 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 150 manatın İddiaçı, 150 manatın Cavabdeh tutularaq “Azərbaycan dövlət sənaye layihə” Dövlət Layihə İnstitutunun hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti on unla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17, mənzil 54-də apardığı tikinti və yenidənqurma işlərinin qanunsuz hesab edilməsini və cavabdeh tərəfindən sökülməsini qərara alsa da, hansı normaya görə vətəndaşın öz mənzilində təmir işlərinin aparılması üçün icazə alınmasını əsaslandırmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçının “tikilinin qanunsuz hesab edilərək sökülməsi” tələbini təmin edərkən iddiaçının bu hüquqa sahib olub-olmamasını (subyektiv hüququnun olmasını) aydınlaşdırmamışdır. Hazırkı iddia ərizəsinin məzmunundan müəyyən olunmuşdur ki, iddiaçı yaşayış binasının mədəniyyət abidəsi olmasını, guya cavabdehin hərəkətlərinin (konkret olaraq öz mənzilində təmir işləri görməsi) həmin abidəyə xələl gətir əcəyi ehtimalını iddia edərək öz adından iddia irəli sürmüşdür ki, hesab edir ki, buna hüququ olmamışdır. Göründüyü kimi, iddia ərizəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırdığı hallarda iddia mümkün sayılır. Bu isə bir daha onu deməyə əsas verir ki, məhkəməyə yalnız hüququ pozulmuş şəxs öz adından müraciət edə və iddia edilən pozuntunun aradan qaldırılmasında məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Hazırkı mübahisədə isə bu hüquq əgər əsas varsa yerli icra hakimiyyəti orqanına (və ya hər hansı mərkəzi icra hakimiyyəti orqanına) aid olduğu halda, iddiaçı hüquqlarının pozulduğu iddia edərək öz adından iddia irəli sürmüşdür ki, onun belə bir hüququ yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən aidiyyat qaydaları ilə bağlı mülki mühakimə icraatını tənzimləyən prosessual hüquq normaları da pozulmuşdur. Belə ki, cavabdeh X4 ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşadığı halda, bu səbəbdən həmin işə Nizami Rayon Məhkəməsində baxılmalı olduğu halda, birinci instansiya məhkəməsi işə prosessual hüquq normalarını pozaraq icraata götürməklə baxmışdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/243 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, “Bakı şəhəri, Xətai rayonu, 4-cü Rezervuar küçəsində yerləşən 13 saylı ev və həyətyanı torpaq sahəsinə aid texniki pasportun məlumatlarına əsasən həyətyanı sahədə inşa edilmiş tikili 1 mərtəbəli olmaqla 3 yaşayış otağı və köməkçi tikililərdən ibarətdir. Baxış zamanı texniki pasportda olan həyətyanı torpaq sahəsinin boş hissəsində 2 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi müəyyən olunmuşdur. Eyni zamanda qeyd olunur ki, baxış zamanı müəyyən olunmuş məlumatlarla, tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, tədqiq olunan mənzilin texniki pasportda qeyd edilmiş 1, 2 və 5 saylı tikililərinin üzərində əlavə olaraq 2-ci mərtəbə inşa edildiyi və həmçinin, texniki pasportda göstərilən 1 və 5 saylı tikililərin başqa şəxsə satıldığı müəyyən edilmişdir. ünvan 5 ünvanda iddiaçıya məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş və inşası nəzərdə tutulan tikinti işlərinə dair hər hansı bir icazə sənədləri olmadığından, həmin tikinti işlərinin “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyiş ikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndələrinin tələblərinə uyğun inşa olunmadığı və həmin bəndlərin tələblərinin pozulduğu müəyyən edilmişdir”.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4159/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev sədrlik edən, məruzəçi, N.Cəfərov və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən– iddianın təmin edilmiş hissəsində ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qeyd edilən hissədə qismən təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 17 saylı evin, 54 saylı mənzilinin e yvanında metal tirlər üzərində inşa edilmiş eyvan hissəsinin sökülməsi və əvvəlki vəziyyətinin bərpa edilməsi, iddia tələbinin mübahisələndirilən qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 17 saylı evin 54 saylı mənzilinin eyvan hissəsi qanunsuz olaraq metal tirlər üzərində yenidən inşa edildiyindən sökülməli və əvvəlki vəziyyəti bərpa olunmalıdır. Belə ki, həmin metal tirlər iddiaçının məzilinin üst hissəsində binaya quraşdırıldığından qonşu mənzilin mülkiyyətçisi kimi onun qanunsuz inşa edilmiş mübahisəli eyvan hissəsinin sökülməsini tələb etmək hüququ olmuşdur. Məhkəmə kollegiyası iddiaçının buna subyektiv hüququnun olmaması barədə cavabdehin apellyasiya ş ikayətinin dəlillərini əsaslı saymamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspertiza rəyi ilə cavabdehin öz mənzilinin daxilində apardığı təmir və yenidən qurma işləri nəticəsində iddiaçının mənzilinə ziyan dəyməsi müəyyən edilmədiyindən və iddiaçı həmin işlərin aparılmasının onun öz mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirməsinə hər hansı maneə yaratmasını təsdiq edən sübutlar təqdim edə bilmədiyindən iddia tələbi mübahisələndirilən həmin hissədə təmin oluna bilməz. Həmçinin, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən qalan hissədə ləğv edilməsi üçün əsas təşkil etmir. Cavabdehin mülki mübahisəyə baxılan zaman aidiyyət qaydalarının pozulması barədə dəlili də əsaslı sayıla bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 6.2, 152.1-ci maddələrinə, habelə MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilərək, iddianın təmi n edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun onunla əsaslandırılmışdır ki, iddia tələbi tam əsassız olmuşdur. Hazırkı iddia tələbini qaldırmaq hüququ müvafiq hakimiyyət orqanları və idarələrə məxsus olmuşdur. Ekspertiza rəyi ilə iddiaçının mənzilinə ziyan dəyməsi müəyyən edilmədiyindən iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə prosesi 2 ildən artıq müddətə davam etdiyi üçün mənzilinə köçə bilməmiş, kirayələrdə qalmağa məcbur olmuş, nəticədə maddi ziyan dəymişdir. İddia tələbi təmin olunan hissələrdə MPM-in 4 və 5-ci maddəsinə zidd olduğundan təmin olunmamalıdır. Odur ki, qətnamə qanunsuz və əsassız olmuşdur.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kol legiyasının 2(102)-62/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev (məruzəçi), V.T.Həsənov və M.T.Əhmədova) kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. İddiaçıya görə cavabdeh tərəfindən aparılmış təmir və yenidən qurma işləri onun mülkiyyət hüququnu pozmaqla ona ziyan vurmuşdur.

22. İş üzrə toplanmış sübutlarla, o cümlədən məhkəmə tikinti-texniki ekspertizası ilə müəyyən edilmişdir ki, 54 saylı mənzilin mülkiyyətçisi Cavabdeh mənzildə əsaslı təmir işləri aparmış, eyni zamanda səlahiyyətli dövlət orqanından müvafiq razılıq və icazə almadan mənzilin eyvan hissəsini sökdürərək onun yerinə metal tirlər üzərində əvvəlki ölçülərdən fərqli ölçüdə yeni eyvan inşa etdirmişdir. Qeyd edilən ekspertiza ilə iddiaçının mülkiyyətində olan 53 saylı mənzilə zərər dəyməsi müəyyən edilməmişdi r. Göründüyü kimi Cavabdeh tərəfindən aparılmış təmir və yenidən qurma işləri nəticəsində iddiaçının mənzilinə zərər dəyməmişdir. Eyni zamanda iddiaçı verdiyi iddia ərizəsində hər hansı digər hüququnun pozulduğunu mübahisələndirməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddiaçının hazırkı iş üzrə verdiyi iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasına qiymət verməklə mübahisəyə münasibət bildirməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüquqa malik olması barədə nəticəyə gələrkən bunu təsdiq edə biləcək heç bir sübuta və işin halına istinad etməmiş və həmin nəticəsini əsaslandırmamışdır.

23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 77-ci, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 10, 11-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1-ci, Mülki Məcəllənin 180.1, 180.4-cü, MPM-in 14.2, 77.1, 88, 407.2, 416.1 və 416.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2024-cü il tarixli 3-16- 16/2-10/275 nömrəli məhkəmə tikinti-texniki ekspertiza rəyinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti,17 saylı binanın arxa fasad hissəsindəki əksər mənzillərdə, həmçinin 5-ci mərtəbədə yerləşən 54 saylı və 4-cü mərtəbədə yerləşən 53 saylı mənzillərdə sakinlər tərəfin dən müxtəlif inşaat materiallarından tikinti norma və qaydalarına əməl olunmadan əlavə yaşayış sahələrinin inşa edilməsi müəyyən edilmişdi. 54 saylı mənzildə əlavə sahənin ölçüsü 5.0x2.6 metr, 53 saylı mənzildə isə 7.0x3.65 metr təşkil edir. 53 saylı mənzilin əlavə sahəsinin ön hissəsi 3 ədəd aşırımı 3.0 metr, diametri 200 mm, hündürlüyü 11.2 metr olan metal borular üzərində inşa olunmuşdur. 54 saylı mənzildə təmir işləri zamanı mövcud olmuş eyvan sökülərək, yerində metal tirlər üzərində daha böyük ölçülü (5.0x2.6 metr) eyvan inşa edilmişdir. Hər iki sahə tikinti norma və qaydalarına əməl olunmadan inşa edilmişdir. Həmçinin binanın 4cü mərtəbəsində yerləşən 53 saylı mənzilə keçirilən baxış zamanı yük daşıyan divarlarda çat və zədələnmələr müşahidə edilmədir. 53 saylı mənzilə sonradan əlavə olunmuş sahənin binanın divarı ilə birləşməsində eni 2-3 mm olan şaquli çatlar müşahidə edildi. Binanın 4-cü mərtəbəsi ilə 5-ci mərtəbəsinin arasında yerləşən saxlanc otağının divarlarında (parapet divarı) kiçik ölçülü çatlar müşahidə edildi. ünvan 6 ünvanında yerləşən yaşayış binasının 54 saylı mənzilində aparılmış təmir işləri hal-hazırda insanların həyat və sağlamlığı üçün təhlükə yaratmır.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 sentyabr 2024-cü il tarixli, 2(103)-176/2024 saylı qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən, məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin təmin edilməəsi qət edilmişdir.

26. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə tam düzgün nəticəyə gəlməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iş üzrə toplanmış sübutlarla, o cümlədən, məhkəmə tikinti texniki ekspertizası ilə müəyyən edilmişdir ki, 54 saylı mənzilin mülkiyyətçisi Cavabdeh mənzilində əsaslı təmir işləri aparmış, eyni zamanda səlahiyyətli dövlət orqanlarından müvafiq razılıqlar və icazələr alınmadan, mənzilinin eyvan hissəsini sökdürərək onun yerinə metal tirlər üzərində əvvəlki ölçülərdən fərqli ölçüdə yeni eyvan inşa etdirmişdir. Lakin qeyd edilən ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan 53 saylı mənzi lə zərər dəyməsi müəyyən edilməmişdir. Eyni zamanda Cavabdeh tərəfindən aparılmış təmir və yenidən qurma işləri hal-hazırda insanların həyat və sağlamlığı üçün təhlükə yaratmaması müəyyən edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin əsası cavabdeh tərəfindən aparılmış təmir və yenidənqurma işləri binanın dayanıqlığına, yəni orda yaşamanın təhlükəli hala gətirilməsinə, o cümlədən onun mənzilinə zərər dəyməsinə söykənmişdir. Hazırda isə məhkəmə araşdırması zamanı sözügedən binadan hətta iddiaçının özünün eyvanının tikinti normaları çərçivəsndə olmadığı, həmin binadan digər sakinlərində bu kimi eyvanlarının olduğunu müəyyən edilməklə yanaşı cavabdehin apardığı təmir tikinti işlərinin, eyvan sahəsinin iddiaçıya hər hansı formada ziyan vurmaması, həmçinin aparılmış təmir işlərinin insanların həyat və sağlamlığı üçün təhlükə yaratmaması müəyyən edilmişdir. Belə olan halda isə məhz iddia tələbinin əsasını təşkil edən hallar təsdiqini tapmadığından iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən işin göstərilən halları dəqiq müəyyənləşdirilməməklə araşdırılmamış, qeyd edilən xüsusatlar digər hallarla birlikdə məcmu qaydada qiymət verilməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir.

30. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 180.1, 180.4-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1-ci, MPM-in 14.2, 77.1, 88, 103.1, 103.2, 119.1, 217.2, 217.4, 384.0.2 və 385-ci maddələr inə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 24, 25, 60, 77-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1-ci, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının 1, 2, 11-ci, Mülki Məcəllənin 180.4-cü, MPM-in 6, 8.1, 9, 14, 77.1, 88, 217.1, 217.3 və 217.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə kobud qanun pozuntusun a yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işi, hərtərəfli və obyektiv araşdırmadan düzgün olmayan qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutlara qərəzli yanaşmış, heç bir əsas olmadan, iş üzrə mötəbər sübutları və faktları nəzərə almamış, iddiaçının maraqlarını nəzərə almadan, açıq-aşkar hüquqlarını pozaraq ədalətsiz qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

34. Maddə

77. Tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

35. Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.

36. Maddə 75.1. Barəsində icazə tələb olunan ikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdir də, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələr də tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanıl ır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

38. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasın da sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaş ır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

51. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

52. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci insta nsiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktlarından və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutlarla, o cümlədən, məhkəmə tikinti texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 54 saylı mənzilin mülkiyyətçisi cavabdeh mənzilində əsaslı təmir işləri aparmış, eyni zamanda səlahiyyətli dövlət orqanlarından müvafiq razılıqlar və icazələr alınmadan, mənzilinin eyvan hissəsini sökdürərək onun yerinə metal tirlər üzərində əvvəlki ölçülərdən fərqli ölçüdə yeni eyvan inşa etdirmişdir. Lakin qeyd edilən ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan 53 saylı mənzilə zərər dəyməsi müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən aparılmış təmir və yenidən qurma işləri hal-hazırda insanların həyat və sağlamlığı üçün təhlük ə yaratmaması müəyyən edilmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin əsası cavabdeh tərəfindən aparılmış təmir və yenidənqurma işləri binanın dayanıqlığına, yəni orda yaşamanın təhlükəli hala gətirilməsinə, o cümlədən onun mənzilinə zərər dəyməsinə söykənmişdir. Hazırda isə məhkəmə araşdırması zamanı sözügedən binadan hətta iddiaçının özünün eyvanının tikinti normaları çərçivəsndə olmadığı, həmin binadan digər sakinlərində bu kimi eyvanlarının olduğunu müəyyən edilməklə yanaşı cavabdehin apardığı təmir tikinti işlərinin, eyvan sahəsinin iddiaçıya hər hansı formada ziyan vurmaması, həmçinin aparılmış təmir işlərinin insanların həyat və sağlamlığı üçün təhlükə yaratmaması müəyyən edilmişdir. Belə olan halda isə məhz iddia tələbinin əsasını təşkil edən ha llar təsdiqini tapmadığından iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən işin göstərilən halları dəqiq müəyyənləşdirilməməklə araşdırılmamış, qeyd edilən xüsusatlar digər hallarla birlikdə məcmu qaydada qiymət verilməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir.

55. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də kassasiya şika yəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 sentyabr 2024-cü il tarixli, 2(103)-176/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar