Məhkəmə qərarları › İş №2(102)-1110/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1110/2021

24.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1110/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: X5, Cavabdeh İddia tələbi: maddi zərərin ödənilməsi Açar sözlər: delikt, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil3 və iddiaçının vəkili və nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx.xx.2012-ci il tarixli etibarnamə əsasında X4 məxsus X8 Prado” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçinin verdiyi etibarnamə əsasında Cavabdeh tərəfindən xx.xx.2062-ci il tarixədək İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. Həmin avtomobilə X3 borcunun təmin edilməsi üçün tutma yönəldilməklə, xx xxxxxx 2017-ci il tarixdə açıq hərracda satılmışdır. Bundan sonra, Hacıyev X1 Elşən Rafiq oğluna və qeyrilərinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və iddiaçının avtomobilin mülkiyyətçisi kimi tanınması tələbinə dair iddia qaldırmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı “X8 Prado” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 19.000 ABŞ dolları məbləğində pulu və əlavə olaraq “Mercedes Benz 240” markalı avtomobili Cavabdeh Elşən oğluna verdiyiniə istinad edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək vurulmuş zərərin əvəzi kimi Cavabdeh 33.000 manat məbləğində pulun onu xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-881/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia təmin edilmiş, Cavabdeh iddiaçının xeyrinə 33.000 manat məbləğində pulun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunl a əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında sözügedən avtomobilin alqısatqısı barədə razılaşmada iddiaçı mülki-hüquqi vicdanlılıq vəziyyətində olmuş, faktiki olaraq həmin avtomobilin mülkiyyətçisi olmuşdur. Lakin sözügedən avtomobil iddiaçıdan alınaraq özgəninkiləşdirilmişdir. Bununla da, cavabdeh üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borclu olduğu halda, mübahisələndirilən avtomobilin dəyərini iddiaçıya qaytarmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının “X8 Prado” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini ödəməsi işin materiallarında olan sənədlərlə, o cümlədən xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli etibarnamələrlə öz təsdiqini tapır. Məhkəmə qeyd edilən avtomobilin dəyərinin hazırda 33.000 manat təşkil etdiyini nəzərə alaraq h esab etmişdir ki, həmin məbləğ cavabdehdən maddi zərərin əvəzi kimi alınaraq iddiaçıya ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6728/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov, İ.Ə.Kərimli, E.C.Kazımov) apellyasiya şikayəti tə min edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, avtomobil üzərində sərəncam verilməsi barədə etibarnamə alqı-satqını əvəz etməsə də, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında faktiki olaraq alqı-satqı həyata keçirilmiş və mübahisəli avtomobilin dəyəri cavabdehə ödənilmişdir. Əslində, cavabdeh apelyasiya şikayətində bu halı təsdiq etmiş, lakin avtomobilin satışına görə aldığı məbləği özündə saxlamadığını, avtomobilin mülkiyyətçisi olan Elşən Vərəsliyə verdiyini göstərmişdir. Apellyasiya məhkəməsi həmin dəlilə münasibətdə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan və mübahisəli avtomobilin dəyərinin bir hissəsinin əvə zi müqabilində verilmiş “Mercedes Benz 240” markalı avtomobil cavabdeh tərəfindən Elşən Vərəsliyə verilməmiş, iddiaçının verdiyi etibarnamə əsasında başqa şəxsə satılmışdır. Cavabdeh mübahisəli avtomobilə görə iddiaçıdan aldığı məbləği Elşən Vərəsliyə verdiyini sübuta yetirdiyi halda həmin məbləği sonuncudan tələb etmək hüququnu özündə saxlayır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassas iya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 158-ci maddəsinin tələblərinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əld ə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidi r. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlə r (əldən çıxmış fayda) başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmi n olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar