Məhkəmə qərarları › İş №2(102)-1111/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1111/2022

07.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1111/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh QSC-yə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)4660/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, e-2(004)449/2020 nömrəli qətnaməsi ilə (hakim V.M.Hacıyev) İddiaçı Cavabdeh QSC-yə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)-4660/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, e-2(004)-449/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxla nılmışdır. İddiaçı 26 noyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)-4660/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)-4660/2021 nömrəli qərardadı ilə (hakim Z.A.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talışinskidən və R.Ə.Eyvazovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)-4660/2021 nömrəli qərarda dının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçıya təqdim olunmamışdır. Qətnamənin iddiaçının vəkilinə çatdırıldığı tarixdən tərəfin kassasiya şikayəti vermə müddətinin başlanması qanuna ziddir. Bundan əlavə kassasiya şikayəti “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə müəyyən olunmuş formaya uyğun verilmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələ ri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırıl ması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və komm ersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Avropa Məhkəməsi “Ryabıx Rus iyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, i ddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır. İş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli qətnaməsi iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə keçirilmiş məhkəmə iclasında elan olunmuş, qətnamənin əsaslandırılmış surəti 08 iyun 2021-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya sistemində sonuncuya məxsus elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda qətnamənin surəti poçt vasitəsi ilə vəkilin ünvanına göndərilərək, 22 iyun 2021-ci il tarixdə rəsmi qaydada təqdim olunmuşdur. İş materiallarından həmçinin müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)-4660/2021 nömrəli qətnaməsindən iddiaçının və həmin vəkilin kassasiya şikayəti 26 noyabr 2021-ci il tar ixdə apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qətnamənin iddiaçının nümayəndəsinə 22 iyul 2021-ci il tarixdə rəsmi qaydada təqdim olunmasını əsas gətirərək, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi qənaətinə gəlmişdir. İlk olaraq iş materiallarından müəyyən olunur ki, Vəkil eyni zamanda iddiaçının etibarnamə əsasında nümayəndəsidir və ona MPM-in 74.2-ci maddəsinə əsasən məhkəmə aktından şikayətlərin verilməsi (imzalanması) səlahiyyəti verilmişdir. Digər tərəfdən iddia ərizəsindən və iddiaçının məhkəmələrə etdiyi digər müraciətlərindən (o cümlədən hazırki kassasiya şikayətindən) müəyyən olunur ki, o, Qubadlı rayonu, Xəndək kəndində qeydiyyatdadır. Qubadlı rayonu işğaldan azad olunsa da, əhalinin ora hələ köçürülməməsi ümumi bəlli olan haldır. İddiaçı isə faktiki yaşadığı ünvanı barədə məhkəməyə məlumat verməmiş və bütün yazışmalar vəkili ilə həyata keçirilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin iddiaçının nümayəndəsi olan vəkilə rəsmi təqdim edildiyi tarixdən prosessual müddətin hesablanmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İddiaçı kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddəti ötürdüyündən və həmin müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etmədiyindən, məhkəmə kollegiyası kassasiya şikayətinin qanunla müəyyən olunmuş formaya uyğun verilib-verilməməsinə dair kassatorun dəlillərinə əlavə hüquqi qiymət verilməsini zəruri bilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(103)-4660/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar