Məhkəmə qərarları › İş №2(102)-1114/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1114/2021

24.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1114/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından “Azneft” İB-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər T.S.Səmədov, İ.S.Şirinov, E.C.Kazımov iş 2(103)-735/2020) “Azneft” İB- nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, karantin rejiminin tətbiq edilməsi ilə bağlı işçilərin əksəriyyəti işə çəxmamış və zəruri s ənədləşdirmə işləri vaxtında həyata keçirilə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğ v edilməsinin əsasları müəyyən edilmişdir. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qətnaməsini xx.xx.2020-ci il tarixdə poçt rabitəsi vasitəsi ilə təhvil almış və həmin qətnamədən verdiyi kassasiya şikayəti və kassasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsi xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayət verilməsi üçün prosessual müddətin buraxılmasına səbəb olaraq ölkədə tətbiq olunan sərtləşdirilmiş karantin rejimi göstərilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ölkə ərazisində COVİD-19 virusunun yayılması ilə bağlı karantin rejimi tətbiq olunsa da, bu dövrdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X1 əsasən “Azneft” İB-nin fəaliyyəti məhdudlaşdırılmamışdır. Bu səbəbdən cavabdehin vəsatətində göstərilən dəlilər əsaslı hesab edilə bilməz. Ap ellyasiya məhkəməsi hesab etmişdir ki, ərizə əsassız olduğundan və ərizəyə prosessual müddətin həqiqətən üzrlü səbəbdən buraxılması barədə sübutlar əlavə edilmədiyindən ərizə təmin edilməməli və buraxılmış prosessual müddət bərpa edilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Cavabdehin apellyasiya instansiya məhkəməsinin qətnaməsini xx xxxxx 2020-ci il tarixdə alması və həmin qətnamədən şikayət verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin son gününün xx xxxx 2020-ci il olması işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya ş ikayəti verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Ölkədə yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə karantin elan edilməsi və nəticədə bəzi hüquq və azadlıqların məhdudlaşdırılması hamıya bəlli olan haldır və sübut edilməsinə ehtiyac yoxdur. Apellyasiya məhkəməsi qeyd edilən halın müddətin buraxılması üçün özü-özlüyündə üzürlü səbəb hesab edilməsinə düzgün hüquqi qiymət verməməklə, prosessual müddətin həqiqətən üzrlü səbəbdən bur axılması barədə sübutlar əlavə edilmədiyindən buraxılmış müddətin bərpasından imtina edilməsi barədə nəticəyə gəlməklə, prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar