Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1115/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: paylı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 2(104)-2132/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda 0.0295 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.5 kv.m olan fərdi yaşayış evi 1/4 hissədə Cavabdeh, 3/4 hissədə X3 mülkiyyətində olmuşdur.
2. X1 Mehman Asif oğluna qarşı iddia ilə məhkəməyə müraciət edərək, evdən ona düşən payın naturada ayrılması, kompensasiya ödənilməsi və ya əmlakın açıq hərracdan satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-52/2022 saylı qətnaməsi ilə X3 iddia tələbi evdən düşən payın naturada ayrılması, kompensasiya ödənilməsi tələb i rədd edilmişdir. Eyni tarixli qərardadla X3 iddia tələbi əmlakın açıq hərracdan satılması və pulun mülkiyyətçilər arasında bölünməsinə aid hissədə baxılmamış saxlanılmışdır.
3. X2 şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi, 3-cü dalan, ev 14 ünvanda 0.0295 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.5 kv.m olan fərdi yaşayış evindəki ¾ hissə payını İddiaçı bağışlamış, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. İddiaçı Cavabdeh bildiriş göndərərək Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 ünvanında yerləşən fərdi yaşayış evinin onların payının naturada ayrılaraq təhvil verilməsi mümkün olmadığından payının cavabdeh tərəfindən alınmasını təklif etmişdir. İddiaçı mülkiyyətçi kimi öz paylarının naturada ayrılmasını tələb etsə də, payın natura da ayrılması, həmçinin mülkiyyətçilər arasında paylara müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı razılaşma mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya kompensasiya verməklə ünvan 2 ünvanda yerləşən mülkün iddiaçıya məxsus hissəsinə dair mülkiyyət hüququna xitam verilməsini və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ev paylı mülkiyyət hüququ üzrə 3/4 hissəsi iddiaçının, 1/4 hissədə Cavabdeh mülkiyyətindədir. Hazırda cavabdeh i ddiaçının öz mülkündə rahat yaşamasına imkan vermir və artıq bir ildən çoxdur ki, kirayələrdə yaşamalı olmuşdur. Odur ki, məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının anası X4 tərəfindən Göygöl Rayon Məhkəməsində mübahisəli evin naturada ayrılması tələbinə dair iddia qaldırılmış, Göygöl Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə bölgü mümkün olmadığı üçün təmin edilməmişdir. Odur ki, hazırda cavabdeh tərəfindən iddiaçıya kompensasiya verməklə onun mülkiyyət hüququna xitam verilməsini və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsini istəyir. İddiaçının anası X4 tərəfindən xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 6 saylı notariat ofisinin 4Ə-50 saylı reye str müqaviləsi əsasında mülk iddiaçıya bağışlanmışdır. Odur ki, Cavabdeh tərəfindən iddiaçıya kompensasiya verməklə ünvan 2 ünvanda yerləşən mülkün iddiaçıya məxsus hissəsinə dair mülkiyyət hüququna xitam verilməsini və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Gəncə Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(125)-1350/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddia təmin edilərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında xx.xx.2022-ci il tarixdə **********440-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə 1/4 hissədə Cavabdeh, 3/4 hissədə İddiaçı paylı mülkiyyət hüqu qu ilə qeydə alınmış ünvan 1 ünvanda 0.0295 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.5 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilən pulun paylı mülkiyyətçilər olan Cavabdeh və İddiaçı arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi belə olmuşdur ki, ümumi əmlakın bölünməsi, ondan payın ayrılması, həmçinin mülkiyyətçilər arasında paylara müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı razılaşma mümkün olmadığından mübahisə predmeti olan, 1/4 hissədə Cavabdeh, 3/4 hissədə İddiaçı paylı mülkiyyətində olan fərdi yaşayış evi açıq hərracdan satılmalı və satış pulu mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülm əlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220, 221, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(125)-1350/2023 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi kobud maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Gəncə Şəhər Məhkəməsi iş üzrə məhkəmə texniki-tikinti və məhkəmə əmtəəşünaslıq və ya qiymətləndirilmə üzrə ekspertiza təyin etmədən heç bir sübut və sənədlərə hüquqi qiymət vermədən qanunsuz qətnamə çıxartmaq la, maddi hüquq normalarını düzgün tövsif və tətbiq etməməklə kobud maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Digər tərəfdən, məhkəmə işin təxirə salınması barədə ərizə olmasına baxmayaraq, işə onların iştirakı olmadan baxmaqla və həmçinin işi hazırlıq iclasından baxışa təyin etmədən qətnamə qəbul etməklə, həm də kobud prosessual hüquq normalarının pozuntusuna da yol vermişdir. Yəni işin hazırlıq mərhələsi bitmədən və məhkəmə baxışı keçirilmədən qətnamə çıxarılması və tərəflərin iştirakı olmadan işə baxılması, qətnamənin yuxarı instansiyası məhkəməsi tərəfındən ləğv edilməsi üçün əsasdır. Ancaq birinci instansiya məhkəməsi bu cür mötəbər sübutları nəzərə almamışdır.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2132/2023 nömrəli iş üzrə 11 oktyabr 2023-cü il tari xli qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Hüseynzadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir: İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)52/2022 saylı qətnaməsinin surətindən görünür ki, X3 Cavabdeh qarşı ünvan 3 ünvanda yerləşən mülkə dair payın naturada bölünməsi, kompensasiya ödənilməsi və ya əmlakın hərracda satılması iddiası üzrə payın naturada bölünməsi və iddiaçıya kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi hissəsində iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin evin paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Göründüyü kimi birgə mülkiyyətdə olan evin paylara uyğun bölgüsünün mümkün olmaması tərəfin müraciəti əsasında qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiqini tapmışdır. Bundan başqa iddiaçı əmlakdakı payının əvəzinə ona pul kompensasiyasının ödənilməsini xahiş etmiş, lakin xahiş təmin olunmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ümumi əmlakın paylara uyğun bölünməsi, həmçinin mülkiyyətçilər arasında paylara müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı razılaşma mümkün olmadığından mübahisə predmeti olan fərdi yaşayış evi açıq hərracdan satılması və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ilə bağlı birin ci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
14. Məhkəmə kollegiyası iş üzrə tikinti-texniki ekspertizasının keçirilməməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edib ki, evin naturada bölünməsinin mümkünsüzlüyünə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcudur. Ona görə də, həmin hissədə ekspertizasının keçirilməsinə zərurət yoxdur.
15. Məhkəmə kollegiyası iş üzrə əmtəəşünaslıq ekspertizasının keçirilməməsi ilə bağlı qeyd edib ki, evin qiymətləndirilməsi icra hərəkətləri zamanı aparılacağından hazırki halda məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə də zərurət yoxdur.
16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71-ci, Mülki Məcəlləsinin 6.1.3, 148.2, 152.1, 213.1, 213.2, 213.6, 220 -ci, MPM-nin 14.2, 77.1-ci maddələrinə, “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlüklə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə
213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 23. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 24. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
25. Maddə
215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 26. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 27. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
28. Maddə
220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 29. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 30. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 31. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 32. 220.4. Bu maddəyə əsasə n paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 33. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 34. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənlə şdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarı
35. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əm lakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.
36. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə
77. Sübut etmə vəzifəsi 38. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
80. Sübutların aid edilməsi
40. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəy yən edən faktlarla və hallarla əlaqədardır.
41. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 42. 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 43. 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
44. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
45. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müst əsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. İddia tələbinin maddi-hü quqi əsasını Mülki Məcəllənin 220.6-cı maddəsi təşkil edir. Həmin normanın tələbinə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə ba xıla bilər. Baxılan işin halları həmin dispozisiya şərtlərinə uyğundur.
50. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinin münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən ümumi əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edərkən əmlakın qiymətinin mütləq məhkəmənin qətnaməsi ilə müəyyən olunmasını tələb edən hüquq norması yoxdur.
51. Bu halda əmlakın qiyməti məhkəmə qərarının icrası mərhələsində (icra icraatında) müəyyən edilir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə t ənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
52. Buna görə də evin qiymətinin müəyyən olunmamasına istinadən irəli sürülən dəlil qətnamənin ləğvi üçün əsas deyildir.
53. Bundan başqa, kassatorun «məhkəmə işin təxirə salınması barədə ərizə olmasına baxmayaraq, işə onların iştirakı olmadan baxmaqla və həmçini n işi hazırlıq iclasından baxışa təyin etmədən qətnamə qəbul etməklə kobud prosessual hüquq normasının pozuntusuna yol verdiyi, yəni işin hazırlıq mərhələsi bitmədən və məhkəmə baxışı keçirilmədən qətnamə çıxarılması, tərəflərin iştirakı olmadan işə baxması» barədə dəlili açıq-aşkar əsassızdır. Çünki birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə cavabdehin vəkili və nümayəndəsinin iştirakı ilə keçirilən məhkəmə hazırlıq iclasında mülki iş üzrə icraatın dayandırılması barədə cavabdehun vəsatətini müzakirə edərək rədd etmiş, bu barədə əsaslandırılmış qərardad çıxarmış və işin məhkəmə baxışına kifayət qədər hazırlanması qənaətinə gələrək işin məhkəmə iclasında baxılmasını xx.xx.2023-cü il tarixə təyin etmiş, tərəflərə bu barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məh kəmə iclasında cavabdeh iştirak etmiş, cavavdehin (vəkilinin iştirakını təmin etmək barədə) vəsatəti əsasında məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış, lakin sonuncu məhkəmə iclasında cavabdeh tərəf heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir.
54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2132/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.