Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1115/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsasız varlanma nəticəsində pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlu hakimlərdən ibarət tərkibdə, İddiaçı Cavabdeh2 qarşı “avtomobilə görə ödənilmiş pulun və təmin xərcinin qaytarılması, gecikmə faizinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2024-cü il tarixli 2(103)-6457/2024 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 15 aprel 2 025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Hyundai İX-35” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X8r.
2. Etibarnamə üzrə səlahiyyətlər mülkiyyətçi X12 tərəfindən Cavabdeh1, ondan da İddiaçı ötürülmüşdür. Həmin etibarnamədə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoyma, sərəncam vermək və digər hərəkətlər etmək haqqında səlahiyyətlər verilmişdir.
3. Nizami RPİ-nin 25-ci PŞ-də verdiyi izahatında Cavabdeh2 bildirmişdir ki, X5 mülkiyyətində olan “Hyundai İX-35” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülki etibarnaməsi onun həyat yoldaşında olmuşdur. O, 13500 manat ödəməklə avtomobili baş etibarnamə ilə X3 adına almışdır. xx.xx.2022 -ci il tarixdə Nizami rayon ərazisində yerləşən notariusda 15500 manata eyni qaydada avtomobili baş etibarnamə ilə İddiaçı satmış və gələcəkdə problemlər yaranmasın deyə qısa müddət ərzində avtomobili öz adına keçirməsini məsləhət görmüşdür.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər X12, Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və sair tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra “cavabdeh”) müştərək qaydada əsas borc olan 15500 manat, təmir xərcinə görə 5400 manat, gecik mə faizlərinin hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərlə Bakıxanov qəsəbəsindəki çörək zavodunun arxasında, maşın təmiri ilə məşğul olan avtosalonda tanış olmuşdur. Vurulmuş, əzilmiş, 2013-cü il buraxılışı olan, qara rəngli, **-NY-*** nömrəli avtomobilin satışda olduğunu və həmin maşına dair etibarnamə ilə səlahiyyətin Cavabdeh1 verildiyini öyrənmiş, cavabdehlə danışaraq 15500 manata avtomobilin satışı ilə bağlı razılığa gəlmişlər. İddiaçı xx.xx.2022-ci il tarixdə 15.500 manat məbləğində pulu cavabdehlərə ödəmiş və Nizami rayonunda yerləşən 15 saylı X1 imzası ilə mülk sahibi X5 olduğu deyilən sözügedən avtomobilə dair Cavabdeh1 tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixədək etibarnamə verilmi şdir. İddiaçı da vurulmuş-əzilmiş maşını təmir etdirmək üçün Nərimanov rayonunda Şəki restoranı ilə üz-üzə İnter-Servisə qoymuşdur. Avtomobilin təmiri 4 ay çəkmiş, maşının təmirinə iddiaçı 5400 manat ödəmişdir. İddiaçı avtomobili təmirdən götürdüyü vaxt, həkim bildirmişdir ki, onun həyat yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də, iddiaçı aldığı maşını öz adına rəsmiləşdirmədən satmağa məcbur olmuşdur. xx.xx.2022-ci il tarixdə yol polisi iddiaçıya xəbərdarlıq etmişdir ki, ona verilən etibarnamə ləğv edilmişdir. İddiaçı bundan sonra maşını aldığı şəxslər – cavabdehlərə müraciət etmişdir. Cavabdehlər bildirmişlər ki, etibarnamə mülkiyyətçinin həyat yoldaşı tərəfindən ləğv edilmişdir. Daha sonra, cavabdehlər öyrənmişlər ki, xx.xx.2022-ci il tarixdə, saat 11:56-da mülk sahibi 9 saylı Notariusda iddiaçıya verilən etibarnaməni ləğv etdirmişdir. İddiaçı avtomobilin mülkiyyətçisi X5 etibarnamə üzrə nümayəndəsi X6 ilə əlaqə qurmuş, görmüşdür ki, yola gələn deyildir, hətta onu hədələyir, ona deyir ki, maşının pulunu ona versin, maşını gətirsin satsın, onun pulunu qaytarar. İddiaçı məcburiyyət qarşısında qalıb polis orqanına müraciət etmişdir. Cavabdehlər pulunu qaytaracağına söz versələr də, artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdehlər iddiaçının etibarından sui-istifadə edərək onun pulunu mənimsəmişlər.
7. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbini etiraf etməyərək bildirmişdir ki, Ülvi Əliyevdən 13.500 manata qohumu Cavabdeh1 adına avtomobil almışdır. Cavabdeh1 1 illik etibarnamə verilmişdir. Avtomobilin bir sıra problemləri olmuşdur. Av tomobili bir az düzəltdirdikdən sonra “turbo.az” saytına satlığa qoymuşlar. Daha sonra iddiaçının kürəkəni İmran Rəsulov onunla əlaqə saxlamış və avtomobili almaq istədiyini bildirmişdir. İmran Rəsulovla notariusa getmiş və Cavabdeh1 tərəfindən iddiaçıya 1 illik etibarnamə verilməklə avtomobili ona 15.500 manata satmışdır. Avtomobili mülkiyyətçidən etibarnamə əsasında aldıqdan 5 gün sonra iddiaçıya satmışdır. Daha sonra bu hadisələrdən 10 ay keçdikdən sonra İmran Rəsulov ona zəng edib bildirmişdir ki, etibarnamənin müddəti bitməsi səbəbindən polis avtomobili saxlamış və dayanacağa qoymuşdur. İddiaçıya etibarnamə uzun müddət verilməsinə baxmayaraq iddiaçı avtomobili öz adına keçirməmişdir. Bundan başqa, o, mülkiyyətçi X9 görməmişdir. Sonuncu yoldaşı Vüsalə Əliyevaya avtomobili idarə etmək üçün etibarnamə vermiş, o isə avtomobili Vüsalə Əliyevadan almışdır. Onun bildiyinə görə, Vüsalə Əliyevanın adına 500 manata yaxın cərimə gəlmiş, sonuncu cərimənin ödənilməsi üçün iddiaçıya müraciət etmişdir. İddiaçı cəriməni ödəməyə razı olmuşdur. Vüsalə Əliyeva ilk öncə etibarnamə verməyə razılaşmış, sonra fikrini dəyişmişdir.
8. Birinci instansiya məhkəməsində şahid X7 göstərmişdir ki, o, iddiaçının kürəkənidir. Cavabdehlərin hər ikisini tanıyır. Onlardan avtomobili almışdır.. Cavabdeh2 beh vermişdir. Səhəri günü Cavabdeh1 Neftçilərdə yerləşən notariat ofisində İddiaçı etibarnamə vermişdir. Notariusun yanında İddiaçı Cavabdeh2 pulu vermişdir. Aradan bir müddət keçdikdən sonra İddiaçı ona zəng edib demişdir ki, etibarnamə ləğv olunub. O, Cavabdeh2 bunu bildirmiş, sonuncu isə cavab olara q bildirmişdir ki, etibarnamənin verilməsi üçün mülkiyyətçiyə müraciət etsinlər. Mülkiyyətçi etibarnamə verməməklə bildirmişdir ki, etibarnaməni Cavabdeh2 alsınlar.
9. Birinci instansiya məhkəməsi X9 və X4 iş üzrə müstəqil tələb irəli sürməyən şəxs qismində işə cəlb etmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2103/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddianın Cavabdeh1 qarşı yönəlmiş hissəsində iş üzrə icraata xitam verilmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2103/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 15 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136.5 manatın alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Nail Abbaso v)
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında “Hyundai İX35” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair şifahi müqavilə bağlanmış, iddiaçıya həmin avtomobilə dair etibarnamə verilmişdir. Məhkəmə iclasında və Nizami RPİ-nin 25-ci PŞ-də verdiyi izahatında cavabdeh iddiaçıdan 15500 almasını etiraf etmişdir. Bununla da, cavabdehin nəqliyyat vasitəsini iddiaçının istifadəsinə verməklə əvəzində 15500 manat alması işin mübahisəsiz halıdır.
13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə münasibətlərin mahiyyətindən görünür ki, razılaşmalar əvəzli xarakter daşımış, cavabdeh tərəfindən ümumilikdə 15500 manat müqabilində nəqliyyat vasitəsinin idarə edilməsi və istifadəsi hüququ iddiaçıya verilmişdir. Bununla da, alqı-satqı münasibətlər inin əsasını təşkil edən əlamətlər, yəni satıcının əşyanı verməsi, alıcının isə əşyanı qəbul etməklə ödənişi etməsi öz əksini tapmışdır. Sonradan iddiaçıya verilən etibarnamə mülkiyyətçi tərəfindən ləğv edilmiş, iddiaçı avtomobili idarə etmək hüququndan məhrum edilmişdir. Hazırda iddiaçı pulu bilavasitə verdiyi şəxsdən tələb etməklə, eyni zamanda təmir xərcləri və gecikməyə görə faiz məbləğini tələb edir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, avtomobilin mülkiyyətçisi Ülvi Əliyev nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin təqdim edilməsinə razılığı müqabilində müəyyən məbləği alması istisna edilmir. Belə ki, bu rəftarın qarşılıqsız qalması inandırıcı deyildir. Məhkəmə iclasında və Nizami RPİ-nin 25-ci PŞ-də verdiyi izahatında cavabdeh avtomobil müqabilində mü lkiyyətçiyə 13500 manat verməsini qeyd etmişdir. Lakin, mülkiyyətçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, yaxud iddiaya dair öz münasibətini bildirməmişdir. Ülvi Əliyev bir müddət sonra etibarnaməni ləğv etdirmiş, pulu geri qaytarmamış, şifahi razılaşmanı pozmuş, mülkiyyətçi hüquqlarından sui-istifadə etməsini öz davranışı ilə bəlli etmişdir. Hazırda avtomobil iddiaçıda qalsa da, etibarnamənin ləğv edilməsi səbəbindən ondan istifadə və ona sərəncam verilməsi mümkünsüz olmuşdur.
15. Birinci instansiya məhkəməsi iddia tələbinin 5400 manat təmir pulu hissəsinə münasibətdə göstərmişdir ki, bu hissədə hər hansı sübutlar məhkəməyə təqdim edilmədiyindən təmin edilə bilməz.
16. Birinci instansiya məhkəməsi iddia tələb inin gecikmə faizi hissəsinə münasibətdə vurğulamışdır ki, tərəflər arasında borc münasibətləri olmamaqla, cavabdehin aldığı puldan faydalanması da öz əksini tapmamışdır. Odur ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 329.3, 365.2, 385.1, 385.2, 442, 449.1, 509.1, 560.3.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv, iddia tələbinin həmin hissədə də rədd edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsində iddiaya etdiyi etirazının dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2024-cü il tarixli, 2(103)-6457/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elçin Kazımov)
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı avtomobilə görə 15500 manat pulu cavabdehə ödəmişdir. İşin bu halı mübahisə doğurmamış, hər iki tərəf bunu təsdiq etmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, qanunvericiliyə əsasən, avtomobilin etibarnamə və ya şifahi formada alqı-satqısı mümkün olmadığından cavabdehin həmin pulu əldə etməsinin hüquqi əsası yoxdur. Odur ki, cavabdeh əsassız varlanmış şəxs say ılmışdır.
23. Buna görə də birinci instansiya məhkəməsi Cavabdeh2 15.500 manat pulun alınaraq iddiaçıya verilməsini qət etməklə düzgün nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1092.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti bununla əsaslandırılmışdır ki, mülkiyyət hüququ ilə X10 məxsus olan avtomobili cavabdeh mülkiyyətçi olan Ülvi Əliyevin arvadı və etibarnamə üzrə nümayəndəsi olan Vüsalə Əliyevadan 13.500 manata almış, alqı-satqını isə Vüsalə Əliyevanın adına verilmiş səlahiyyətlərin cavabdehin qohu mu olan Cavabdeh1 adına ötürülmüş etibarnamə formasında rəsmiləşdirmişlər. Cavabdeh avtomobilin bəzi qüsurlarını düzəldərək, “turbo.az” saytında satışa qoymuşdur. Bundan sonra, İmran Rəsulov adlı şəxslə avtomobilin 15500 manata ona satılmasına razılaşmışlar. Lakin sonra məlum olmuşdur ki, avtomobili iddiaçı alır. Sonuncu isə həmin vaxt notariat xərclərini ödəməmək üçün avtomobilin ona satış səlahiyyətlərinin ötürülməsinə dair etibarnamənin verilməsi formasında rəsmiləşdirilməsini istəmişdir. Cavabdeh avtomobilin mülkiyyətinin başqa şəxsdə olmasını nəzərə alaraq, gələcəkdə həmin şəxsə görə hər hansı problemlə üzləşməmək üçün avtomobili ən qısa müddətdə öz adlarına keçirmələri barədə onları, o cümlədən iddiaçını xəbərdar etmişdir. Bunu iddiaçı da təsdiq edir. Lakin iddiaçı avtomobili Ülvi Əl iyevin adında saxlamaqla istifadəyə davam etmişdir. İddiaçının deməsinə görə, sonrakı aylarda avtomobillə törətdiyi inzibati xətalara görə mülkiyyətçiyə cərimə məbləği yazıldığından, onun adına verilmiş etibarnamə mülkiyyətçi tərəfindən ləğv edilmiş və mülkiyyətçi də iddiaçının adına yeni etibarnamə verməkdən imtina etmişdir. Hazırda avtomobil iddiaçıdadır. Beləliklə, sözügedən avtomobilin alqı-satqısının etibarnamə formasında rəsmiləşdirilməsi iddiaçının istəyi ilə olmuşdur. Cavabdeh adına olan etibarnamədəki “sərəncam vermək” səlahiyyəti ilə həmin avtomobili iddiaçıya alqısatqı müqaviləsi ilə verə bilərdi, lakin, iddiaçı həmin vaxt notariat xərclərini ödəməmək üçün bundan imtina etmişdir. İddiaçının mübahisə predmeti olan avtomobilə dair onun adına verilmiş etibarnaməyə cavabdeh xitam verməmişdir. İddiaçı onun adına verilmiş etibarnamənin mülkiyyətçi Ülvi Əliyev tərəfindən xitam olunduğunu bildirmişdir. Mülki işin elektron icraat materiallarında olan və hazırda da qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilmişdir ki, iddiaçının adına verilmiş etibarnaməyə xx.xx.2022-ci il tarixdə mülkiyyətçinin nümayəndəsi Vüsalə Əliyeva tərəfindən xitam verilmişdir. İddiaçının mübahisə predmeti olan avtomobilə dair onun adına verilmiş etibarnaməyə xitam verilməsinin səbəbi də cavabdehlə əlaqəli deyildir. İddiaçı özü buna dair yeganə səbəb göstərərək bildirmişdir ki, avtomobillə törətdiyi inzibati xətalara görə mülkiyyətçiyə cərimə məbləği yazıldığından, onun adına verilmiş etibarnaməyə mülkiyyətçi tərəfindən xitam verilmişdir. Ümumi yyətlə, avtomobil iddiaçıya verildikdən və onun adına etibarnamə rəsmiləşdirildikdən sonra bu günədək cavabdeh tərəfindən avtomobillə, etibarnamə ilə bağlı hər hansı hərəkət edilməmişdir. Etibarnamənin xitamı isə həm də bu hərəkətsizlikdən irəli gəlməmişdir. Göstərilənlərdən aydın olur ki, cavabdeh əsassız varlanmış şəxs deyildir. Belə ki, iddiaçı ilə aralarında müqavilə (razılaşma) vardır (iddiaçı özü də bu münasibətləri alqı-satqı kimi qiymətləndirir və alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə iddia ilə məhkəməyə müraciət etmişdir), həmin müqaviləyə əsasən cavabdeh öhdəliyini yerinə yetirərək, avtomobili iddiaçıya təhvil vermiş və iddiaçıya hər hansı yalan, natamam məlumat verməmişdir. Tərəflər arasındakı müqavilənin (razılaşmanın) alqı-satqı kimi deyil, etibarnamə formas ında rəsmiləşdirilməsi iddiaçının öz istəyi ilə olmuşdur. İddiaçının seçdiyi formanın hazırda cavabdehin əleyhinə qiymətləndirilməsi ədalətli deyildir. Məhkəmənin iddiaçını məhrum olan, cavabdehi isə varlanmış şəxs hesab edərək, 15500 manat pulun qaytarılmasına haqq qazandırması Mülki Məcəllənin 1093-cü maddəsinə də ziddir. Mülki Məcəllənin 1093.1-ci maddəsi məhrum olanın varlanmış şəxsdən tələb hüququ ilə bağlı aşağıdakı şərtləri müəyyən edir: nə isə vermə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün olmalıdır. İşin mübahisəsiz halıdır ki, 15500 manat pul avtomobilin alınması məqsədilə verilmişdir və bunun müqabilində də avtomobil iddiaçıya təhvil verilmişdir. Tərəflər arasında müqavilədən (razılaşmadan) irəli gələn öhdəli k olmuşdur, pul da məhz bu öhdəliyə görə verilmişdir. Varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmamalıdır. Bu razılaşmada cavabdehdən gözlənilən hərəkətlər tərəflər arasındakı razılaşmanın rəsmiləşdirilməsi və avtomobilin təhvil verilməsidir. Cavabdeh də bunları tam icra etmiş, avtomobili iddiaçıya təhvil vermiş (bu gün də avtomobil iddiaçıdadır) və etibarnaməni iddiaçının adına rəsmiləşdirmişdir. Beləliklə, Mülki Məcəllənin 1093.1-ci maddəsi ilə müəyyən olunmuş şərtlər təmin olunmadığından, cavabdehin əsassız varlanmış şəxs sayılması və ondan 15500 manatın geri tələb olunması qanunsuzdur. İddiaçı etibarmənin xitam olunmasına kimi avtomobilin onda olduğu (xx.xx.2022-xx.xx.2022) 9 ay ərzində öz mənafeyini düşənməyərək, əmlakının mülkiyyətçinin sui-istifadə hərəkətlərindən qorumayara q (cavabdehin də onu barədə xəbərdar etməsinə baxmayaraq) özünü əziyyətə və kiçik rəsmiləşdirmə xərcinə salmaq istəməmişdir. Belə olan halda, iddiaçının və mülkiyyətçinin qarşılıqlı əlaqəli olan məsuliyyətsiz və vicdansız hərəkətlərinin ziyanını hazırda cavabdeh çəkməli deyildir. Hazırkı mülki işin elektron icraat materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində və həmin qətnaməni qüvvədə saxlamış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində müəyyən edilmiş iddiaçının nəqliyyat vaistəsinə dair etibarnamə əldə etdikdən sonra avtomobili öz adına rəsmiləşdirmək istiqamətində zəruri hərəkətlər etməməsi və əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsinin müəyyən olun maması faktları hazırkı icraatda nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Maddə
386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olm alıdır. Maddə
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir Maddə
646. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Maddə
647. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı cəkir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə e tsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardad ın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyas ı qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxşının predmeti iddianın yalnız təmin edilən hissəsi olub, apellyasiya məhkəməsinin qətnaməsi də həmin hissə üzrə çıxıb, bu baxımdan, qətnaməni tam yoxlanılması dedikdə apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
33. İddia tələbi avtomobilin alqı-satqısına dair mahiyyətcə etibarsız əqd üzrə verilmiş pulun əsassız varlanma nəticəsində cavabdehdən alınması barədədir.
34. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı cavabdehə avtomobilə görə 15500 manat pul vermişdir.
35. Avtomobilə görə iddiaçıdan 15500 manat pul almasını cavabdeh də etiraf etmişdir.
36. Hazırki işdə ortada etibarsız alqı-satqı müqaviləsi olduğu və həmin müqavilə üzrə pul verildiyi üçün cavab dehin iddiaçının hesabına əsassız varlanması faktı mövcuddur.
37. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən iddianın təmin edilməməli olması barədə kassasiya şikayətinin dəlilləri əsaslı deyil. Belə ki, həmin normaya görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
38. Göründüyü kimi, qeyd edilən hüquq normasının dispozitiv şərti hazırki işin müəyyən edilmiş hallarına, ümumuiyyətlə, uyğun gəlmir.
39. Kassasiya şikayətini digər dəlilləri isə iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhz bu dəlillər nəzərə alınmaqla işə mahiyyəti üzrə baxan məhkəmələr yuxarıda göstə rilən nəticəyə gəliblər.
40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın təmin edilən hissəsində cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır.
41. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6457/ 2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.