Məhkəmə qərarları › İş №2(102)-1119/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1119/2024

09.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1119/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın həbsdən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)-5427/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 09 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 20.04.2013-cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən, **-AA-*** qeydiyyat nişanlı, “Toyota Camry minik” markalı avtomobil daşınar əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. 2. 02.12.2014-cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən, **-AZ-*** qeydiyyat nişanlı, “Lexus GX 460 minik” markalı avtomaşın daşınar əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır.

3. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə X7 AR Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3. 1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı "xxxx" MMC-yə məxsus “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı və “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınların xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3019/2020 saylı qərarına əsasən, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4401/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin X2 və digərlərinə qarşı daşınmaz əmlakın üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3019/2020 saylı qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2021-ci il tarixli, 1-1-(102) -2/2021 nömrəli qərarına əsasən, məhkum X7nun kassasiya şikayəti qismən təmin edilərək, onun və qohumlarının adına olan daşınmaz əmlakların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsi Hərbi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən xaric edilmiş, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs ləğv olunmuş, qalan hissədə kassasiya şikayətləri təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X7 və Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb olunmaqla cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Ba kı şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri, Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus GX 460” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşınların həbsdən azad olunması və həmin avtomaşınların dövlət nəfinə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-ti xx.xx.2006-cı ildə dövlət qeydiyyatına alınmış və həmin dövrdən uğurlu kommersiya fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsdir. 19 dekabr 2022-ci ildə poçt vasitəsilə X6 çatdırılmış Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli məkt ubunda Bakı Hərbi məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən 40.000 manat dəyərində “X17” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı; “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşınların xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı olduğu göstərilməklə, qeyd olunan nəqliyyat vasitələrinin Nəsimi rayon İcra Şöbəsinə təhvil verilməsi tələb edilmişdir. Məktubda adı çəkilən “X18” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomaşının kimə məxsus olması Cəmiyyətə məlum deyil və həmin nəqliyyat vasitəsinin hansı əsasla onlardan tələb edilməsi anlaşılan deyil. “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtom aşın AB № 848502 saylı qeydiyyat şəhadətnaməsinə, “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın isə AC № 335832 saylı qeydiyyat şəhadətnaməsinə əsasən Cəmiyyətin mülkiyyətindədir. Məktubda istinad edilən Bakı Hərbi məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin verilməsi üçün əsas olan məhkəmə hökmünün Cəmiyyətlə və ya onun əmlakı ilə heç bir əlaqəsi və ya bağlılığı yoxdur. Belə ki, Bakı Hərbi məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Cəmiyyətin direktoru X3 qardaşı X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilin miş, habelə həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı Cəmiyyətə məxsus adı çəkilən nəqliyyat vasitələrinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmdən Cəmiyyətə məxsus əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(103)-40 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti icraata qəbul edilməmiş və həmin qərardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 383-cü maddəsində məhkəmənin hökmündən apellyas iya şikayəti vermək səlahiyyətinə malik olan şəxslərin dairəsi konkret göstərilmiş və həmin normaya əsasən məhkəmə hökmündən maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququna malik olması öz əksini tapmamışdır. Bakı Hərbi məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmündən məhkum X7 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Hərbi kollegiyasının 1-1(103)-01 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Cəmiyyətin mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1-1(103)-01 saylı qərarından Ali Məhkəmənin Hərbi Kollegiyasına təqdimat verilməsi xahiş edilmişdir. Qeyd olunan ərizəyə Azərbaycan Respublik ası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3h-30/2019 saylı cavab məktubunda bildirilmişdir ki, təqsirləndirilən şəxs X7 tərəfindən Ali Məhkəmənin Hərbi kollegiyasına kassasiya şikayəti verilmişdir və həmin kassasiya şikayətinə baxılarkən ərizəçiyə məxsus olan əmlaklarla bağlı dəlillər qiymətləndirilib nəticəsi barədə məlumat veriləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1-1(103)-01 saylı qərarından X7 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Cinayət kollegiyasının 11(102)-2/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası (Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131.2 k v.m torpaq sahəsində yerləşən 111.3 kv.m faydalı sahəsi olan mağaza), Daşkəsən rayonu, Xoşbulaq. kəndində yerləşən daşınmaz əmlak, Daşkəsən rayonu, Xoşbulaq kəndində 0,06 ha torpaq sahəsi, Göy-Göl rayonu, Qızılca kəndində yerləşən 0,32 ha 2 torpaq sahəsi, Qusar rayonu, Düztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri, ünvan 1 ünvanında yerləşən ev, ünvan 2 ünvanında yerləşən ev, ünvan 3a yerləşən qeyri-yaşayış sahəsi, ünvan 4anındakı evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəaları Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən xaric edilmiş və həmin əmlaklar üzərinə qoyulmuş həbs ləğv olunmuş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Beləliklə, Cəmiyyətin mülkiyyətində olan əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alındığı halda onun səlahiyyətli nümayəndəsi həmin icraat çərçivəsində aparılan proseslərə cəlb edilməmiş və mülkiyyət hüquqlarını müdafiə etmək imkanından məhrum edilmişdir. Həmçinin apellyasiya instansiyası tərəfindən əmlakın müsadirəsini qət etmiş hökmdən şikayət etmək hüququnun olmaması da müəyyən edilmişdir ki, bununla da, sözügedən instansiyanın qərarından kassasiya şikayəti vermək hüququ da əsassız məhdudlaşdırılmışdır. Mülkiyyət hüququnun mülki məhkəmə icraatında müdafiəsi cəhdləri də uğurlu olmamış, məhkəmələr Bakı Hərbi Məhkəməsinin xx.xx.2018- ci il tarixli hökmünə preyudisial xarakterli sənəd kimi yanaşmış və həmi n hökmün mövcud olması səbəbindən iddia tələbi rədd edilmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında cinayət işləri üzrə icraata cəlb edilməyən və yekun məhkəmə qərarı ilə əmlakları məcburi olaraq və əvəzsiz qaydada dövlət nəfinə müsadirə olunan şəxslərin məhkəmə əlçatanlılığı və ədalətli məhkəmə araşdırması hüququnu tanıyan, belə şəxslərin məhkəmə icraatına cəlb edilmədən onlara məxsus əmlakların müsadirə e dilməsinin, məhkəmə qərarlarından şikayət hüququnun realizəsinə imkan yaradılmaması hallarının qanunsuz hesab edilməsinə dair mühüm hüquqi mövqe ifadə olunmuşdur. Hesab edir ki, ifadə olunan hüquqi mövqe hazırki iş üzrə xüsusi əhəmiyyət kəsb etməklə, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsinin təminatı rolunda çıxış edir və iddia tələbinin qiymətləndirilməsi zamanı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi mütləq şəkildə nəzərə alınmalıdır. Həmin qərarda müəyyən olunmuşdur ki, bəzən Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində müəyyən edilmiş əmlakı digər şəxslərin qanuni mülkiyyətində olan əmlakdan ayırd etmək mümkün olmur. Bununla əlaqədar digər şəxslərin mülkiyyətində olan əmlakın cinayət yolu ilə əldə edilmiş əmlak olaraq üzərinə həbs qoyulması məsələsi Azərbaycan Respublikasının beynəl xalq-hüquqi öhdəlikləri nəzərə alınmaqla həyata keçirilməlidir. Əmlakın üzərinə həbs qoyulması məsələsinin həlli zamanı məhkəmə qərarında aşağıdakıları göstərməlidir: bu qərarı qəbul etməsinə səbəb olan konkret faktiki hallar, həmçinin həbs qoyulan əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar qoyulan məhdudiyyətlər, o cümlədən cinayət işi üzrə müəyyən olunmuş ibtidai istintaq müddəti və cinayət işinin məhkəməyə verilməsi üçün lazım olan müddəti nəzərə almaqla əmlaka qoyulan həbsin müddəti; müsadirə olunmalı əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya bu əmlakdan əldə olunmuş gəlir olmasına, yaxud cinayətin törədilməsi üçün silah, alət və ya sair vasitə kimi, yaxud terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya ci nayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün istifadə olunmasına dair məhkəmənin qənaətini əsaslandıran sübutlar. Burada xüsusilə qeyd olunmalıdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət- hüquqi tə dbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etmişdir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirərək bildirmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir. Lakin, hazırda Cəmiyyə tin mülkiyyət hüququna edilən qanunsuz müdaxilə heç də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən hüquqi mövqeyinə uyğun deyildir. Cəmiyyətin əmlaklarının xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına onun səlahiyyətli nümayəndəsi cəlb edilməmiş, heç bir izahat alınmamış, ümumiyyətlə həmin əmlakların, o cümlədən hazırki mübahisəli əmlakın nə vaxt, kim tərəfindən və necə əldə olunması məhkəmə araşdırmasının predmeti olmamışdır. Nəzərə alınmalıdır ki, Cəmiyyətin səlahiyyətli nümayəndəsi və ya onun mənafeyi naminə hərəkət edən hər hansı şəxs tərəfindən cinayət törədilməmiş, nəqliyyat vasitələri cinayət yolu ilə əldə edilməmiş və bu halların mövcudluğu heç bir məhkəmə prosesində sübuta yetirilməmişdir. Uzun illər ərzində fəaliyyət göstərən Cəmiyyətin uğurlu kommersiya fəaliyyətindən əldə olunan gəlirlə iki nəqliyyat vasitəsinin əldə edilməsi hansı əsasla cinayət hesab edilə bilər?! Göründüyü kimi, Cəmiyyətin əmlaklarını əsassız və qanunsuz müsadirə edilməsi mülkiyyət hüququnun təminatı və müdafiəsi prinsipləri ilə uzlaşmır. Hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe əsas götürülməklə Cəmiyyətə məxsus nəqliyyat vasitələrinin müsadirə edilməsi cavabdehlərə qadağan edilməli və həmin əmlaklara münasibətdə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019cu il tarixli tarixli icra sənədi üzrə icra icraatına xitam verilməlidir.

9. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR Baş Prokurorluğunun nümayəndəsi Nümay əndə2 iddianı qəbul etməyərək, tələbin əsassız olduğundan rədd olunmasını xahiş etmiş və izah etmişdir ki, mülki iş materiallarından göründüyü kimi həbsdən azad edilməsi tələb olunan "xxxx" MMC-nin adına sənədləşdirilmiş daşınar əmlaklar X8 tərəfindən cinayət əməlinin törədilməsindən sonra, yəni 2013-cü ilin istehsalı olan “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşın 2013-cü ildə və 2014-cü ilin istehsalı olan “Lexus GX 460” markalı **AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın isə 2014-cü ildə əldə olunmuşdur. Digər tərəfdən, iddiaçı qeyd etmişdir ki, Cəmiyyətin əmlaklarının xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına onun səlahiyyətli nümayəndəsi cəlb edilməmiş, heç bir izahatı alınmamışdır. Məhkəməyə təqdim olunmuş ********* nömrəli işdən götürülmüş xx.xx.2 016-cı il tarixli şahidin dindirmə protokolundan görünür ki, "xxxx" MMC-nin təsisçisi və direktoru olan X9 ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş və mübahisəli daşınar əmlaklarla bağlı onun izahatı alınmışdır. Həmin izahatında X9 göstərmişdir ki, "xxxx" MMC 2006-2007-ci illərdə onun tərəfindən təsis edildiyinə baxmayaraq, həmin MMC-nin fəaliyyəti olmamışdır. MMC-nin fəaliyyəti olmadığı üçün hər hansı ofisi və işçiləri də olmamışdır. “Toyota Camry” markalı avtomaşın onun tərəfindən 2013-cü ildə və “Lexus GX 460” markalı avtomaşın isə 2014-cü ildə əldə olunmuşdur. Dövlət avtomaşınları üçün verilən qeydiyyat nişanını almaq üçün həmin avtomaşınları MMC-nin adına sənədləşdirmişdir. Eləcə də, X9 izahatında göstərmişdir ki, o, 20122016cı illərdə "xxxx" ASC-nin “Biznes” fi lialının rəhbəri vəzifəsində işləmiş və onun aylıq əmək haqqı 700 manat məbləğində olmuş, həmin əmək haqqından başqa onun hər hansı leqal qazanc mənbəyi olmamışdır. Buradan da göründüyü kimi, X9 yuxarıda qeyd olunan avtomaşınları almaq üçün lazımi gəlirə malik olmamışdır və belə gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır.

10. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(009)757/2023 saylı qətnaməsi ilə (hakim Bağırova Mədinə) iddia rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi mübahisələndirilən nəqliyyat vasitələrinin uzun illər ərzində fəaliyyət göstərən Cəmiyyətin uğurlu kommersiya fəaliyyətindən əldə olunan gəlirlə alındığını, Cəmiyy ətin əmlaklarının xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına onun səlahiyyətli nümayəndəsinin cəlb edilmədiyini, heç bir izahatının alınmadığını, həmin əmlakların nə vaxt, kim tərəfindən və necə əldə olunmasının araşdırılmadığını göstərmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, mübahisə predmeti olan nəqliyyat vasitələri X8 tərəfindən cinayət əməlinin törədilməsindən sonra, yəni 2013-cü ilin istehsalı olan “Toyota Camry” markalı 90-AA576 dövlət qeydiyyat nişanlı avtomaşın 2013-cü ildə və 2014-cü ilin istehsalı olan “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın isə 2014-cü ildə əldə olunmuş və hər iki avtomaşın "xxxx" MMC-nin adına sənədləşdirilmişdir. Eləcə də müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin təsisçi si və direktoru olan X9 ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş və mübahisəli daşınar əmlaklarla bağlı onun izahatı alınmışdır. Həmin izahatında X9 göstərmişdir ki, "xxxx" MMC 2006-2007-ci illərdə onun tərəfindən təsis edildiyinə baxmayaraq, həmin MMC-nin fəaliyyəti olmamışdır. MMC-nin fəaliyyəti olmadığı üçün hər hansı ofisi və işçiləri də olmamışdır. “Toyota Camry” markalı avtomaşın onun tərəfindən 2013-cü ildə və “Lexus GX 460” markalı avtomaşın isə 2014cü ildə əldə olunmuşdur. Dövlət avtomaşınları üçün verilən qeydiyyat nişanını almaq üçün həmin avtomaşınları MMC-nin adına sənədləşdirmişdir. X9 izahatında göstərmişdir ki, o, 2012-2016-cı illərdə "xxxx" ASC-nin “Biznes” filialının rəhbəri vəzifəsində işləmiş və onun aylıq əmək haqqı 700 manat məbləğində olmuş, həmi n əmək haqqından başqa onun hər hansı leqal qazanc mənbəyi olmamışdır.

13. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə nəticəyə gəlmişdir ki, X4 təsisçisi və direktoru olduğu "xxxx" MMC yuxarıda qeyd olunan avtomaşınları almaq üçün lazımi gəlirə malik olmamışdır. "xxxx" MMC-nin həmin illər üzrə gəlirlərinə dair hər hansı sübut işə baxılarkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

14. Məhkəmə hesab etmişdir ki, yuxarıda göstərilənlərə əsasən iddia tələbi əsassızdır və ona görə də, təmin edilməməlidir.

15. Məhkəmə öz hüquqi mövqeyini “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsi, Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən avtomaşınların qanuni sahibi iddiaçıdır. İddiaçı, xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış və həmin dövrdən uğurlu kommersiya fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsdir. 19 dekabr 2022-ci ildə poçt vasitəsilə X6 çatdırılmış Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.20 22-ci il tarixli məktubunda Bakı Hərbi məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 40.000 manat dəyərində “X17” markalı **RE-*** dövlət qeydiyyat nişanlı avtomaşının, “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının və “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşının xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı olduğu göstərilməklə, qeyd olunan nəqliyyat vasitələrinin Nəsimi rayon icra şöbəsinə təhvil verilməsi tələb edilmişdir. Məktubda adı çəkilən “X18” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomaşının kimə məxsus olması Cəmiyyətə məlum deyil və həmin nəqliyyat vasitəsinin hansı əsasla onlardan tələb edilməsi anlaşılan deyil. “Toyota Camry” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşın AB № 848502 saylı qeydiyyat Şəhadətnaməsinə, “Lexus GX 460” markalı, **AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın isə AC № 335832 saylı qeydiyyat Şəhadətnaməsinə əsasən Cəmiyyətin mülkiyyətindədir. Məktubda istinad edilən Bakı Hərbi məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin verilməsi üçün əsas olan məhkəmə hökmünün Cəmiyyətlə və ya onun əmlakı ilə heç bir əlaqəsi və ya bağlılığı yoxdur. Belə ki, Bakı Hərbi məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Cəmiyyətin direktoru X3 qardaşı X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cin ayət əməllərini törətməkdə təqsirli bilinmiş, habelə həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı Cəmiyyətə məxsus adı çəkilən nəqliyyat vasitələrinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmdən Cəmiyyətə məxsus əmlakın xüsusi müsadirə cinayəthüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 11(103)-40 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti icraata qəbul edilməmiş və həmin qərardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini n 383-cü maddəsində məhkəmənin hökmündən apellyasiya şikayəti vermək səlahiyyətinə malik olan şəxslərin dairəsi konkret göstərilmiş və həmin normaya əsasən məhkəmə hökmündən maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququna malik olması öz əksini tapmamışdır. Bakı Hərbi məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmündən məhkum X7 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 1-1(103)-01 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Cəmiyyətin mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1-1(103)-01 saylı qərarından Ali Məhkəmənin Hərbi kollegiyasına təqdimat verilməsi xahiş edilmişdir. Qeyd olunan ərizəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, təqsirləndirilən şəxs X7 tərəfindən Ali Məhkəmənin Hərbi kollegiyasına kassasiya şikayəti verilmişdir və həmin kassasiya şikayətinə baxılarkən ərizəçiyə məxsus olan əmlaklarla bağlı dəlillər qiymətləndirilib nəticəsi barədə məlumat veriləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1-1(103)-01 saylı qərarından X7 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Cinayət kollegiyasının 11(102)-2/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası (Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəs inin kəsişməsindəki 131.2 kv.m torpaq sahəsində yerləşən 111.3 kv.m faydalı sahəsi olan mağaza), Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak, Daşkəsən rayonu, Xoşbulaq kəndində 0,06 ha torpaq sahəsi, Göy-Göl rayonu, Qızılca kəndində yerləşən 0,32 ha 2 torpaq sahəsi, Qusar rayonu, Düztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri, ünvan 1 ünvanında yerləşən ev, ünvan 2 ünvanında yerləşən ev, ünvan 3a yerləşən qeyri-yaşayış sahəsi, ünvan 4anındakı evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəları Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmündən xaric edilmiş və həmin əmlaklar üzərinə qoyulmuş həbs ləğv olunmuş, k assasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Beləliklə, Cəmiyyətin mülkiyyətində olan əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alındığı halda onun səlahiyyətli nümayəndəsi həmin icraat çərçivəsində aparılan proseslərə cəlb edilməmiş və mülkiyyət hüquqlarını müdafiə etmək imkanından məhrum edilmişdir. Həmçinin apellyasiya instansiyası tərəfindən əmlakın müsadirəsini qət etmiş hökmdən şikayət etmək hüququnun olmaması da müəyyən edilmişdir ki, bununla da, sözügedən instansiyanın qərarından kassasiya şikayəti vermək hüququ da əsassız məhdudlaşdırılmışdır. Mülkiyyət hüququnun mülki məhkəmə icraatında müdafiəsi cəhdləri də uğurlu olmamış, məhkəmələr Bakı Hərbi məhkəməsinin xx.xx.2018- ci il tarixli hökmünə preyudisial xarakterli sən əd kimi yanaşmış və həmin hökmün mövcud olması səbəbindən iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe əsas götürülməklə Cəmiyyətə məxsus nəqliyyat vasitələrinin müsadirə edilməsi cavabdehlərə qadağan edilməli və həmin əmlaklara münasibətdə Bakı Hərbi məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli tarixli icra sənədi üzrə icra icraatına xitam verilməlidir. Məhkəmə konstitusion mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnən, onun qanuni mənafeyini heçə sayaraq, sanki mübahisəli əmlakların sahibi maraqlı şəxsdir görüntüsü yaratmaqla qərəzli, əsassız və qanunsuz qərar qəbul etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tar ixli, 2(103)-5427/2023 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, F.V.Abdıyev və F.H. Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(009)-757/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin faktiki əsasını təşkil edən hallar barədə hər hansı mötəbər sübut təqdim edilmədiyindən, həmçinin qeyd olunan hallar mülki iş materiallarının araşdırılması zamanı öz təsdiqini tapmadığından, məhkəmə iddia tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.

20. Belə ki, mülki iş materialları ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan n əqliyyat vasitələri X8 tərəfindən cinayət əməlinin törədilməsindən sonra, yəni 2013cü ilin istehsalı olan “Toyota Camry” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşın 2013-cü ildə və 2014-cü ilin istehsalı olan “Lexus GX 460” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın isə 2014-cü ildə əldə olunmuş və hər iki avtomaşın "xxxx" MMC-nin adına sənədləşdirilmişdir. Eləcə də müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin təsisçisi və direktoru olan X9 ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş və mübahisəli daşınar əmlaklarla bağlı onun izahatı alınmışdır. Həmin izahatında X9 qeyd etmişdir ki, "xxxx" MMC 2006-2007-ci illərdə onun tərəfindən təsis edildiyinə baxmayaraq, həmin MMC-nin fəaliyyəti olmamışdır. MMC-nin fəaliyyəti olmadığı üçün hər hansı ofisi və işçiləri də o lmamışdır. “Toyota Camry” markalı avtomaşın onun tərəfindən 2013-cü ildə və “Lexus GX 460” markalı avtomaşın isə 2014-cü ildə əldə olunmuşdur. X9 izahatında göstərmişdir ki, o, 2012-2016-cı illərdə "xxxx" ASC-nin “Biznes” filialının rəhbəri vəzifəsində işləmiş və onun aylıq əmək haqqı 700 manat məbləğində olmuş, həmin əmək haqqından başqa onun hər hansı leqal qazanc mənbəyi olmamışdır.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 60-cı maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 6.1.4, 152.1-ci maddələrinə, MPM-nin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə və “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddə ləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Cəmiyyətin mülkiyyətində olan əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alındığ ı halda onun səlahiyyətli nümayəndəsi həmin icraat çərçivəsində aparılan proseslərə cəlb edilməmiş və mülkiyyət hüquqlarını müdafiə etmək imkanından məhrum edilmişdir. Həmçinin apellyasiya instansiyası tərəfindən əmlakın müsadirəsini qət etmiş hökmdən şikayət etmək hüququnun olmaması da müəyyən edilmişdir ki, bununla da, sözügedən qərardan kassasiya şikayəti vermək hüququ da əsassız məhdudlaşdırılmışdır. Mülkiyyət hüququnun mülki məhkəmə icraatında müdafiəsi cəhdləri də uğurlu olmamış, işə baxan məhkəmələr Bakı Hərbi məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə preyudisial xarakterli sənəd kimi yanaşmış və həmin hökmün mövcud olması səbəbindən iddia tələbi rədd edilmişdir.

24. Kassator öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Mülki Məcəllənin 152.1, 157 -ci maddələri, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun səlahiyyətli nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə

13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə

60. İ hissə. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 6.1.4. Mülkiyyətin toxunu lmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarı...cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət- hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, cinayət törətməyən və ya ci nayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instan siyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

38. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir.

39. Belə ki, işin mübahisə olunmayan hallarına görə, 20 aprel 2013-cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən, **-AA-*** qeydiyyat nişanlı, “Toyota Camry minik” markalı avtomobil; habelə 02 dekabr 2014-cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən, **-AZ-*** qeydiyyat nişanlı, “Lexus GX 460 minik” markalı avtomobil daşı nar əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Bakı Hərbi məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 1(093)7/2018 saylı hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı sözügedən avtomobillər də xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunub.

40. İşin mübahisə olunmayan digər hallarına görə isə iddiaçı, həmin hökmün avtomobillərin xüsusi müsadirə cinayət-hüquqi tədbiri ki mi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunması hissəsindən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi Hərbi kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 1-1(103)-40 saylı qərarı ilə apellyasiya şikayəti icraata qəbul edilməyib və qərar onunla əsaslandırılıb ki, CPM-in 383-cü maddəsində hökmdən apellyasiya şikayəti vermək səlahiyyətinə malik olan şəxslərin dairəsi dəqiq müəyyən edilib göstərilib və həmin normada maraqlı şəxsin hökmdən apellyasiya şikayəti vermək hüququ nəzərdə tutulmayıb.

41. Bundan sonra, Bakı Hərbi məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 1(093)7/2018 saylı hökmündən məhkum X7 apellyasiya şikayəti verib və Bakı Apellyasiya Məhkəməsi Hərbi kollegiyasının 08 fevral 2019-cu il tarixli, 1-1(103)-01 saylı qərarı ilə apellyasiya şikayəti t əmin edilməyib.

42. Daha sonra, iddiaçı mülkiyyət hüququnun müdafiəsi ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edib və Bakı Apellyasiya Məhkəməsi Hərbi kollegiyasının 08 fevral 2019-cu il tarixli, 1-1(103)-01 saylı qərarından Ali Məhkəmənin Hərbi kollegiyasına təqdimat verilməsini xahiş edib və həmin ərizəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2019-cu il tarixli cavab məktubu ilə bildirilib ki, təqsirləndirilən şəxs X7 tərəfindən Ali Məhkəmənin Hərbi kollegiyasına kassasiya şikayəti verilib və həmin kassasiya şikayətinə baxılarkən ona məxsus avtomobillərlə bağlı dəlillərə də qiymət veriləcəkdir. Sonradan Ali Məhkəmənin Cinayət kollegiyasının 08 iyun 2021-ci il tarixli, 11(102)-2/2021 saylı qərarı ilə təqsirləndirilən şəxs X7nun kassasiya şik ayəti qismən təmin edilərək, bir sıra əmlakların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsi Hərbi kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilərək, həmin əmlaklar üzərinə qoyulmuş həbs götürülsə də, avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsindən imtina edilib.

43. İşdən həmçinin görünür ki, iddiaçının qanuni təmsilçisi X1 cinayət işi üzrə şahid qismində dindirilib və hazırda iddiaçının mübahisələndirliyi avtomobillər xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunduğu halda, onun səlahiyyətli nümayəndəsi cinayət icraatı çərçivəsində aparılan proseslərə cəlb edilməyib və nəticədə id diaçı avtomobillərə münasibətdə mülkiyyət hüquqlarını müdafiə etmək imkanından məhrum olub.

44. Apellyasiya instansiyası məhkəməsi, avtomobillərin X8nun cinayət əməlini törətməsindən sonra iddiaçının adına sənədləşdirildiyini, iddiaçının təsisçisi və direktoru olan X4 ********* saylı cinayət işi üzrə şahid qismində dindirildiyini, həmin avtomobillərlə bağlı ondan müvafiq izahat alındığını və o, izahatında iddiaçının 2006-2007-ci illərdə onun tərəfindən təsis edilməsinə baxmayaraq, fəaliyyət göstəmədiyini, dövlət avtomobilləri üçün verilən qeydiyyat nişanını almaq üçün həmin avtomobillərin iddiaçının adına sənədləşdirildiyini, əmək haqqından başqa onun hər hansı leqal qazanc mənbəyinin olmadığını və beləliklə də iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır və iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

45. Əvvəla, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

46. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

47. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

48. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur.

49. Məhkəmə müdafiəsi hüququ geniş hüquqi məzmuna malik olmaqla bir sıra elementləri əhatə edir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradıl mış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

50. Beləliklə, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir.

51. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi h üququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il 25 fevral tarixli Qərarları).

52. O da xüsusilə qeyd edilməlidir ki, qanunla müəyyən olunmuş qaydada cinayət prosesi iştirakçısının hüquql arına və qanuni maraqlarına toxunulan hərəkətlərdən və qərarlardan məhkəməyə şikayət vermək hüququnun tanınmasında məhkəmələr müvafiq şəxsin formal hüquqi vəziyyətindən başqa, həmçinin onun faktiki vəziyyətini və belə vəziyyətdə onun hansı hüquqlara malik olması məsələsini də nəzərə almalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 5 avqust tarixli Qərarı).

53. Məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqınd a” 2010-cu il 13 dekabr tarixli Qərarı).

54. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 5 avqust tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, şikayət hər bir şəxs, o cümlədən cinayət prosesinin iştirakçısı üçün qanunla təminat altına alınmış, bir tərəfdən hüquqların pozulmasına dövlətin müvafiq orqanlarının diqqətini cəlb etmək, digər tərəfdən isə bu hüquqları müdafiə və bərpa etmək imkanıdır. Məhz buna görə də digər müraciət növlərindən fərqli olaraq şikayətin əsasında pozulmuş hüququn bərpası barədə müraciət dayanır.

55. O da nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qərarına (hökmünə) apellyasiya qaydasında yenidən baxılması məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi çıxış edir.

56. Bu növ icraatda məhkəməyədək və ya birinci instansiya məhkəməsində icraat zamanı işin hallarının hərtərəfli və tam araşdırılmasına, törədilmiş cinayət əməlinə lazımi cinayət-hüquqi qiymət verilməsinə və cinayət prosesinin iştirakçılarının hüquqlarının təmin edilməsinə təsir etmiş və ya təsir edə biləcək qanun pozuntusu aşkarlanaraq aradan qaldırılır. Bu isə yuxarı məhkəməyə imkan yaradır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanunsuz və ya əsassız hökmü vaxtında ləğv edərək yeni hökm qəbul etsin. Bununla da maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində buraxılmış məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarı).

57. Kassasiya şikayətinin dəlillərindən və mülki iş materiallarından görünür ki, birinci və apellyasiya instansiyaları məhkəmələri iddiaçının şikayətini rədd edərkən, onun qanuni təmsilçisinin cinayət işi üzrə icraat zamanı şahid qismində iştirak etməsinə və şahidin isə birinci instansiya məhkəməsinin hökmündən şikayət vermək hüququnun olmamasına istinad etmişlər.

58. Bununla bağlı kassasiya instansiyası məhkəməsi, ilk növbədə qeyd etməyi vacib hesab edir ki, iddiaçının şikayətini rədd edən birinci və apellyasiya instansiyası məhkəmələri onun qanuni təmsilçisi Elşən Əliyevin iş üzrə şahid qismində həyata keçirmiş olduğu prosessual funksiyanın icrası ilə bağlı şikayət etmədiyini, birinci instansiya məhkəməsinin hökmünün sözügedən avtomobillərin xüsusi müsadirə hissəsinin iddiaçının hüquq və qanuni maraqlarına toxunulduğunun iddia edildiyini nəzərə almamışlar.

59. Cinayət prosesində iştirak edən digər şəxs olaraq şahidin hüquqi vəziyyəti isə Cinayət-Prosessual Məcəlləsinin 95-ci maddəsində nəzərdə tutulub. Həmin maddə Məcəllənin “Cinayət prosesində iştirak edən digər şəxslər” adlanan X fəslinə daxil edilib. Qeyd edilən maddədə şahidin cinayət prosesini həyata keçirən vəzifəli şəxslərin qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ birbaşa göstərilməsə də, Məcəllənin 95.6.12-ci maddəsində onun bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək hüququ müəyyən edilib göstərilib.

60. Nəzərə alınmalıdır ki, cinayə t prosesində iştirak edən digər şəxslər kateqoriyasına şahidlə yanaşı, hal şahidi, mütəxəssis, ekspert, məhkəmə iclas katibi və tərcüməçi aiddir (Cinayət-Prosessual Məcəlləsinin 7.0.29-cu maddəsi). Bu şəxslər Cinayət-Prosessual Məcəlləsinin 7.0.18-ci maddəsi ilə dairəsi müəyyən edilən cinayət prosesinin iştirakçıları hesab edilmirlər. Cinayət prosesinin iştirakçıları dedikdə, məhz ittiham və müdafiə tərəflərini təmsil edən təhqiqatçı, müstəntiq, prokuror, habelə zərərçəkmiş şəxs, şübhəli və ya təqsirləndirilən şəxs və digərləri nəzərdə tutulur.

61. Məlum olduğu kimi, apellyasiya icraatı qaydasında məhkəmə qərarlarına yenidən baxılması yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin olduğu halda mümkündür və belə şikayətlə müraciət etmək hüququ olan şəxslərin dairəsi Cinayət-Pr osessual Məcəlləsinin 383-cü maddəsində nəzərdə tutulub. Qanunverici apellyasiya şikayəti vermək hüququ olan şəxsləri yalnız cinayət prosesinin tərəfləri, yəni cinayət prosesinin iştirakçıları ilə məhdudlaşdırmışdır ki, bu da birinci instansiya məhkəməsinin hökmü ilə hüquq və qanuni maraqlarına toxunulmuş cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) pozulmuş hüquqlarının müdafiəsi imkanından kənar qalması ilə nəticələnir.

62. Konstitusiya Məhkəməsi Plenumunun “S.Xəlilov və Ə.İbrahimovun şikayəti üzrə” 13 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, konstitusiya hüquqlarının həyata keçirilməsinin təmin edilməsi üçün cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ziyan vurulmuş prosessual statusa malik şəxslərin, o cümlədən zərər çəkmiş şəxsin yalnız formal proses sual vəziyyəti deyil, həm də onun faktiki vəziyyəti nəzərə alınmalıdır. Belə yanaşma, məhkəmələrdən işin tam və hərtərəfli həll edilməsi üçün bütün halların araşdırılmasını, o cümlədən hər hansı proses iştirakçısının baxılan cinayət işi üzrə statusu ilə bağlı irəli sürdüyü dəlillərinə dair əsaslandırılmış qərar qəbul edilməsini tələb edir.

63. Cinayət prosesinin iştirakçısı (tərəfi) olmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunulan şəxsin statusunun səciyyəvi əlamətləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, belə şəxslər məhkəmədə baxılan iş üzrə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarı ilə onların hüquq və qanuni maraqlarına toxunulması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində maddi və prosessual mar ağının olması ilə xarakterizə olunurlar (K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar).

64. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, cinayət prosesinin iştirakçısı (tərəfi) olmayan və məhkəmə qərarı ilə hüquq və azadlıqları pozulan yaxud üzərinə əlavə öhdəliklər qoyulan şəxs pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidirlər (“Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli Qərar).

65. X11 Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə istinadən də hesab etm işdir ki, məhkəmə hökmü ilə maraqlarına toxunulan şəxsin apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi, həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir.

66. Qeyd edilən maddəyə əsasən, cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.

67. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi bir daha qeyd edir ki, məhkəmənin qəbul etdiyi məhkəmə aktı cinayət prosesində iştirak edən digər şəxs olaraq şahidin hüquq və qanuni maraqlarına toxunduğu halda, həmin aktdan şikayət vermək hüququnun normativ qaydada müəyyən edilməməsi səbəbindən, belə şikayətə yol verilməməsi məhkəmə baxı şının ədalətli hesab edilməsini istisna edir. Belə ki, həmin şəxslər bu zaman pozulmuş hüquqlarının bərpası üçün təsirli vasitələrə təmin edilməmiş olurlar.

68. Beləliklə, məhkəmə aktlarına yenidən baxılmasının mümkünlüyünü tənzimləyən Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsi hazırkı redaksiyada mübahisələndirilən məhkəmə aktı cinayət prosesində iştirak edən digər şəxslərin, o cümlədən şahidlərin hüquq və qanuni maraqlarına toxunduğu halda, ədalət prinsipi əsasında təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsini təmin etmir.

69. Eyni hüquqi mövqe “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 oktyabr 2023-cü il tarixli Qərarında da ifadə olunub.

70. X5 Məhkəməsinin Plenu mu qeyd etmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun nəzərdə tutulmaması Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə uyğun olmayan hesab edilməlidir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayə ti vermək hüququ təmin edilməlidir.

71. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər.

72. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməli və iddiaçıya sözügedən hökmün onun hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozan hissəsindən apellyasiya şikayəti vermək hüququ izah edilməlidir.

73. Nəzərə alınmalıdır ki, iddiaçının həbsdən azad olunmasını iddia etdiyi nəqliyyat vasitələri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə dövlət nəfinə xüsusi müsadirə olunub və həmin hökmün nəqliyyat vasitələrinin xüsusi müsadirə olunması hissəsinin əsaslılığı isə iddiaçının deyil, məhkum edilmiş şəxs X8nun kassasiya şikayətinə əsasən kassasiya qaydasında yoxlanılıb.

74. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

75. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələb lərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)-5427/2023 nömrəli qətnaməsi ləğv edilsin, yeni qərar qəbul olunsun. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə və digərlərinə qarşı “əmlakın həbsdən azad olunması və məhkəmə aktı üzrə verilmiş icra sənədinin icra edilməməsi” iddiasına dair mülki iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilsin. Qərar qəbul olunduğu andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar