Məhkəmə qərarları › İş №2(102)-112/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-112/2020

08.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-112/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı X5 oğlunun, vəkili X1, cavabdeh “xxxxnın direktoru X2 və vəkili Vəkil iştirakları ilə, İddiaçı X5 oğlunun cavabdeh “xxxx MMC qarşı torpaq sahəsindən cavabdehə məxsus köşklərin çıxarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-255/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxxnın direktoru X5 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 oğlunun cavabdeh “xxxx” MMC qarşı torpaq sahəsindən cavabdehə məxsus köşklərin çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nə və üçüncü şəxs X5 qarşı “torpaq sahəsindən cavabdehə məxsus köşklərin çıxarılmasına dair” iddia qaldıraraq, X5 kəndində yerləşən ona məxsus 1300 kv.metr torpaq sahəsindən cavabdehə məxsus 3 ədəd köşklərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 kəndində ona məxsus 1300 kv.metr torpaq sahəsi vardır. Həmin sahə ona X5 Bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli 10 saylı, xx xxxx 2007-ci il tarixli 08 saylı və xx xxxx 2006-cı il tarixli 08 saylı qərarları i lə satılmış və A 529751, A 529734 və 529752 saylı torpaq sahəsinin planı və ölçüsü sənədini almışdır. Torpaq sahəsinin bir hissəsi tikinti məqsədi üçün nəzərdə tutulmuşdur. Həmin sahədən istifadə etməsinə faktiki olaraq cavabdeh tərəf maneçilik törədir, həmin sahədə onlara məxsus plastik köşklər yerləşdirilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəf həmin köşkləri oradan götürmürlər. Bundan əlavə cavabdeh tərəf bildirir ki, həmin sahəni Milli Parkdan almışdır. Bütün bu səbəblərdən torpaq sahəsindən istifadə edə bilmir. Şamaxı rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddianın qismən təmin edilməsi, X5 kəndində yerləşən İddiaçı X5 oğluna məxsus torpaq sahəsindən cavabdeh “xxxx” istirahət mərkəzinə məxsus 2 ədəd köşkün çıxarılması qət edi lmiş, iddianın qalan hissəsi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Abasov - sədrlik edən və məruzəçi, A.Abbasov və T.Məmmədov) xx xxxxxx 2018-ci il tarixli 2(105)-564/2018 saylı qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsnin (hakimlər Q.Allahverdiyev - sədrlik edən və məruzəçi, İ.Xələfov və Ənvər Şadiyev) xx.xx.2018-ci il tarixli 2(102)-3531/2018 saylı qərarı ilə cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər S.Qafa ri - sədrlik edən və məruzəçi, L.Məmmədova və F.Məmmədov) 2(105)-255/2019 saylı, 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi xərclərin tutulması hissəsində dəyişdirilmiş, cavabdeh “xxxx” MMC-dən ekspert tədqiqatının dəyəri 150 (yüz əlli) manat Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin, mütəxəssis tədqiqatının dəyəri 258 (iki yüz əlli səkkiz) manat, 98 (doxsan səkkiz) qəpik Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsi, apelyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxx” MMC-nin özünə aid edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh “xxxxnın direktoru X5 və vəkili Vəkil ka ssasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası MPM-nin 386, 418-ci maddələrində təsbit edilmiş bir çox meyarları, yəni onun ləğvi üçün əsasları özündə əks etdirdiyindən: ilk növbədə maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməlidir. Belə ki, Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına öz qətnaməsində istinad etsə də, hüququn tətbiq edilməsində səhv buraxmış, qanunu səhv təfsir etmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən göründüyü k imi, həm maddi, həm prosessual hüquq normaları pozulmaqla, məhz bu məhkəmə instansiyasında müəyyən olunmuş hallara və işdə olan yazılı sübutlara lazımi düzgün obyektiv hüquqi qiymət verilməmişdir. İş üzrə Ali Məhkəmənin xx.xx.2019cu il tarixli qərarda qeyd edildiyi kimi: “...apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə isin həqiqi hallarına uyğun olmamaqla. Qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, “...işə baxan apellyasiya məhkəməsi nəzərə almamışdır ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Departamentinin 17/1528-01 saylı, xx.xx.2016-cı il tarixli məktubuna görə, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi birmənalı olaraq “xxxx” MMCnin istifadəsində və sahibliyindədir...” Adı gedən qərarda qeyd olunduğu və işin materiall arından göründüyü kimi 22/7/2015-ci il tarixli müqaviləyə əsasən X5 tərəfindən cavabdehə 10 (on) il müddətində “Dədəgünəş” meşəbəyliyinin ərazisindən 5 ha torpaq sahəsi istifadəyə verilmişdir. Bu müqavilənin tərkib hissəsi olan əlavədə torpaq sahəsinin ərazisi müəyyənləşdirilmişdir, X5 AR Prezidentinin xx xxxxxx 2006-cı tarixli 1814 saylı sərəncamı ilə yaradılmış, iddiaçıya isə torpaq sahəsi X5 Bələdiyyəsi tərəfindən 2007-ci ilin 2-ci yarım milliyində ayrılmışdır. Bundan başqa, işdə olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2005-ci il tarixli müqavilə və 2007-ci il tarixli əməkdaşlıq sazişindən görünür ki, Departament “Dədəgünəş” meşəbəyliyinin ərazisindən 5 ha torpaq sahəsini istirahət - re kreasiya məqsədilə “xxxx” Firmasının istifadə sahibliyinə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan kassasiya instansiya məhkəməsinin qərarında şərh etdiyi hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslığı məsələsinə hüquqi qiymət verilməli idi. Apellyasiya instansiyası bunu etməmişdir. Apellyasiya instansiyası Məhkəməsi tərəfindən işə baxıldıqda, Qətnamə çıxarıldıqda açıq-aşkar göründüyü kimi, ədalət mühakiməsinin çəkişmə və digər prinsipləri pozulmuş, o cümlədən İşə xx.xx.2019-cu il tarixində baxıldıqda qətnamə elan edilərkən işdə iştirak etməli şəxslər: 3-cü şəxs və iddiaçı O.E.İbrahimov bu məhkəmədə iştirak etməmiş, belə ki, məhkəmə hesab etmişdir ki, cavabdeh və onun nümayəndəsi, vəkili və 3-cü şəxs “əvvəlki iclasda” dindirilmişlər. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2005-ci il tarixli müqavilə və 2007-ci il tarixli əməkdaşlıq sazişinə əsasən Departament “Dədəgünəş” meşəbəyliyinin ərazisindən 5 ha torpaq sahəsini istirahət - rekreasiya məqsədilə “xxxxnın” istifadə-sahibliyinə vermişdir. Sonradan, xx xxxxxx 2015-ci il tarixli, 001 saylı müqavilə ilə X5nın Şamaxı bölməsi Dədəgünəş meşəbəyliyi 5 hektar torpaq sahəsini “xxxx” MMC-nin ödənişli əsasla rla müddətli istifadəsinə verməyi öhdəsinə götürür. Cavabdeh həmin obyektin istifadəsinə görə bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və qaydada istifadəyə verənə istifadəyə görə haqq ödəməyi, habelə müqaviləyə xitam verildikdə obyekti qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilə tərəflər arasında 10 il müddətinə bağlanmışdır. Bununla əlaqədar, məhkəmə kollegiyası gəlinən nəticənin tam, hərtərəfli araşdırılması və obyektiv nəticəyə gəlinməsi üçün komission məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X6 LTİ-nin mütəxəssislərinin verdiyi xx xxxxxx 2018-ci il tarixli A/12-003 8 saylı rəydən görünür ki, İddiaçı X5 oğluna məxsus torpağın planı və ölçüsü sənədlərində göstərilə n koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən bundan sonra xx xxxxxx 2018-ci il tarixli 27042 saylı ekspertiza rəyi verilmişdir. Həmin rəydən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X6 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş rəyə əlavə edilmiş cizgi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı X5 oğluna verilmiş xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 7000 kv.m torpaq sahəsi naturada İddiaçı istifadəsində olan torpaq sahəsinin faktiki sərhədləri ilə üst-üstə düşmür. Əmlak Məsələləri Dövlət Komitəs inin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə - X6 LTİ-nin mütəxəssislərinin rəyinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qorunması və Xüsusi Mühafizəsi olunan təbiət ərazilərinin inkişaf departamentinin xx.xx.2016-ci il tarixli 06/624 saylı məktubuna əsasən Şamaxı rayonu, X5 kəndində mübahisələndirilən 0.70 ha torpaq sahəsi Şamaxı rayonu, X5 Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin sərhədlərindən kənarda, DMF-nun (X5 ayrılmış) torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı X5 oğluna ayrılmış 3.70 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin “Bulaq” kafe kompleksinin ərazisindən kə narda yerləşdiyi müəyyən edildi. Məhkəmə kollegiyası əlavə komisyon məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası rəyin etmiş və qərardad icra edilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X6 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş 05/0047 saylı xx xxx 2019-cu il tarixli rəyə əsasən İddiaçı X5 oğluna məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşmür. Apellyasiya instansiyası Məh kəməsinə İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2019-cu il tarixli 8202 saylı ekspertiza rəyi də verilmişdir. Həmin rəydən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X6 LTİnin mütəxəssisləri tərəfindən verilmiş rəyə əsasən İddiaçı X5 oğluna məxsus “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşmədiyi, lakin İddiaçı X5 oğluna məxsus “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bununla belə, qeyd olunanları nəzərə alaraq, mübahisəli torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi ilə əlaqədar yaranmış ziddiyyət məhkəmə tərəfindən həll oluna biləsi təqdirdə apellyasiya instansiyası məhkəməsi bunu həll etməmişdir, nədənsə əsassız olaraq iddiaçının mövqeyinə üstünlük vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxnın direktoru X4 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı X5 oğlu və vəkili X3 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə istinad etdiyi sənədlərdən görünür ki: - Şamaxı rayon X5 Bələdiyyə başçısının xx xxxx 2007-ci il tarixli, 08 saylı qərarına əsasən Şamaxı rayon Nağaraxana kənd sakini İddiaçı X5 oğluna 7000 kv.metr- 0,20 ha tikinti və 0,50 ha kənd təsərrüfatı məqsədi ilə torpaq sahəsinin satılması qərara alınmış, həmin torpağın dəyəri olaraq 450 manat ödənilmiş, xx xxxx 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktına əsasən X5 bələdiyyəsi bələdiyyə ərazisindən 0,70 ha torpaq sahəsini İddiaçı satmış, həmin akt DTXK-nın Şamaxı rayon şöbəsində qeydə alınmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx xxxxxx 2014-cü il tarixli, A № 529734 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən Şamaxı rayon X5 bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı X5 oğluna Şamaxı rayonu, X5 kəndi ərazisindən 7000 kv.metr- 0,20 ha tikinti və 0,50 ha kənd təsərrüfatı məqsədi ilə torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə “xxx x” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2005-ci il tarixli müqavilə və 2007-ci il tarixli əməkdaşlıq sazişindən görünür ki, Departament “Dədəgünəş” meşəbəyliyinin ərazisindən 5 ha torpaq sahəsini istirahət-rekreasiya məqsədilə “xxxx” Firmasının istifadə-sahibliyinə vermişdir. - Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə xx xxxxxx 2015-ci il tarixli, 001 saylı müqaviləyə əsasən X5nın Şamaxı bölməsi Dədəgünəş meşəbəyliyi 5 hektar torpaq sahəsini 10 il müddətinə “xxxx” firması MMC-nin ödənişli əsaslarla müddətli istifadəsinə vermişdir. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49, 55, 68, “Bələdiyyə torpa qlarının idarə edilməsi” haqqında AR Qanununun 6.2-ci, Mülki Məcəlləsinin 157.8 və Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, bələdiyyənin ehtiyat fondundan kənd təsərrüfatı məqsədi ilə 0,50 ha və tikinti məqsədilə 0,20 ha, ümumilikdə 0,70 ha torpaq sahəsi xx.xx.2007-ci ildə alqı-satqı aktı əsasında İddiaçı X5 oğluna satılmış, alıcı tərəfindən torpağın dəyəri ödənilmiş və alqı-satqı aktı müvafiq qaydada DTXK-nın Şamaxı rayon şöbəsində qeydə alınmış, cavabdeh tərəf isə xx xxxxxx 2015-ci il tarixli müqaviləni qeydiyyatdan keçirməmiş, mübahisəli torpaqların bələdiyyəyə deyil, meşə fonduna aid olmasını mübahisələndirsə də, mübahisəli torpaq sahəsinə dair bələdiyyə tərəfindən verilmiş torpağın alqı-satqısına dair aktı və torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında bələdiyyə qərarını mübahisələndirməmiş və hazırda da qüvvədədir. İddiaçıya satılmış həmin torpaq sahəsini əhatə edən ərazidə cavabdeh istirahət üçün köşklər quraşdırmış, iddiaçı quraşdırılmış 3 ədəd köşkün onun torpaq sahəsinə düşdüyünü iddia edərək onların götürülməsini xahiş etmişdir. Əvvəlki kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi nəticəni ləğv edərək, yenidən apellyasiya instansiya məhkəməsində baxışa qaytararkən Ekologiya və Təbi Sərvətlər Nazirliyinin 4160 saylı xx.xx.2016-cı il tarixli komisyon Aktına əsasən torpaq sahəsinin “xxxx” MMC-nin istifadəsində olduğunu nəzərə alınmadığını, işin yeni apellyasiya baxışı zamanı əlavə kompleks komisyon ekspertiza təy in etməklə ekspertizanın aparılması torpaq sahəsində ekspert mütəxəssislərə həvalə edilməsi, ekspert qarşısında mübahisəli torpaq sahəsinin Şamaxı rayon X5 Bələdiyyəsinin, yoxsa X5nın ayrılmış torpaq sahəsinə, həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi aydınlaşdırılması barədə suallar qoyulmalı, işdə olan ziddiyyətlər aradan qaldırılmaqla iş üzrə qanuni qərar qəbul edilməsi göstərilmişdir. Yeni baxış zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən komisyon məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X6 LTİ-nin mütəxəssislərinin verdiyi xx xxxxxx 2018-ci il tarixli A/12-0038 saylı rəydən görünür ki, İddiaçı X5 oğluna verilmiş xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 7000 kv.m torpaq sahəsi naturada üst-üstə düşür. 7000 kv.m hissədə üst-üstə düşür (torpaq sahəsinin plan və ölçüsü sənədi və tərtib edilmiş akta əlavə edilmiş). Şamaxı rayonu Nağaraxana kənd sakini İddiaçı X5 oğluna məxsus torpağın plan və ölçüsü sənədinə (əlavə edilmiş aktda) göstərilən koordinatlara əsasən mübahisələndirilən 7000 kv.m torpaq sahəsi X5 bələdiyyəsinin sərhədindən kənarda, Dövlət meşə fondunun hüdudları daxilində yerləşir. İddiaçı X5 oğluna məxsus torpağın planı və ölçüsü sənədlərində (əlavə edilmiş aktda) göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşür. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən x xxxxxx 2018-ci il tarixl i 27042 saylı ekspertiza rəyindən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X6 LTİnin mütəxəssisləri tərəfindən verilmiş rəyə əlavə edilmiş cizgi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı X5 oğluna verilmiş xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 7000 kv.m torpaq sahəsi naturada İddiaçı istifadəsində olan torpaq sahəsinin faktiki sərhədləri ilə üst-üstə düşmür. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X6 LTİ-nin mütəxəssislərinin rəyinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qorunması və Xüsusi Mühafizəsi olunan təbiət ərazilərinin inkişaf departamentinin xx.xx.2016-cı i l tarixli 06/624 saylı məktubuna əsasən Şamaxı rayonu, X5 kəndində mübahisələndirilən 0,70 ha torpaq sahəsi Şamaxı rayonu, X5 Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin sərhədlərindən kənarda, DMF-nun (X5 ayrılmış) torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı X5 oğluna ayrılmış 0,70 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsi, “Bulaq” kafe kompleksinin ərazisindən kənarda yerlədiyi müəyyən edildi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə komisyon məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmiş və qərardadı icra edən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə -X6 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş 05/0047 saylı xx xxx 2019-cu il tarixli rəyə əsasən İddiaçı X5 oğluna məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşmür. Lakin İddiaçı X5 oğluna məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktda göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşür. “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktda göstərilən koordinatlar daxilində olan mübahisələndirilən torpaq sahəsində olan üç ədəd köşkün iki ədədi İddiaçı X5 oğluna məxsus torpaq sahəsinin hüdudları daxilində yerl əşir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2019-cu il tarixli 8202 saylı ekspertiza rəyi verilmişdir. Həmin rəyindən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X6 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş rəyə əsasən, İddiaçı X5 oğluna məxsus “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşmədiyi, lakin İddiaçı X5 oğluna məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşdüyü müə yyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, mübahisəli torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi ilə əlaqədar yaranmış ziddiyyət məhkəmə tərəfindən həll oluna bilər. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X6 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş rəyə əsasən, “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan mübahisələndirilən torpaq sahəsindəki üç ədəd köşkün iki ədədinin İddiaçı X5 oğluna məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya baxışı zamanı keçirilmiş ekspertizalarla (mütəxəssis və ekspert) rəyləri ilə “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan mübahisələndirilən torpaq sahəsindəki üç ədəd köşkün iki ədədinin İddiaçı X5 oğluna məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Buna görə də, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddianı qismən təmin edərək, Şamaxı rayon X5 kəndində yerləşən İddiaçı X5 oğluna məxsus torpaq sahəsindən cavabdeh “xxxx” istirahət mərkəzinə məxsus üç ədəd köşkdən ikisinin çıxarılması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticələr ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələb lərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İşin materiallarından görünür ki, 22/7/2015-ci il tarixli müqaviləyə əsasən X5 tərəfindən cavabdehə 10 (on) il müddətinə “Dədəgünəş” meşəbəyliyinin ərazisindən 5 ha torpaq sahəsi istifadəyə verilmişdir. Bu müqavilənin tərkib hissəsi olan əlavədə torpaq sahəsinin ərazisi müəyyənləşdirilmişdir. Həmçinin, işin materiallarından məlum olur ki, X5 AR Prezidentinin xx xxxxxx 2006-ci il tarixli 1814 saylı sərəncamı ilə yaradılmış, iddiaçıya isə torpaq sahəsi X5 Bələdiyyəsi tərəfindən 2007-ci ilin 2-ci yarımilliyində ayrılmışdır. Kollegiya qeyd edir ki, hazırki mübahisənin predmeti ilk növbədə tərəflərin mübahisələndirdikləri torpaq sahəsi, onun hüdudlarıdır. Əvvəlki kassasiya instansiyası məhkəməsinin qey d etdiyi kimi, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Departamentinin 17/1528-01 saylı, xx.xx.2016-cı il tarixli məktubuna görə, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi birmənalı olaraq “xxxx” MMC-nin istifadəsində sahibliyindədir. Nə 1-ci instansiya Məhkəməsi, nə apellyasiya instansiya o halı da nəzərə almamışdır ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumu tərəfindən həmin mübahisəli torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi üzrə olan 4160-saylı, xx.xx.2016-ci il tarixli, tərəflərin imzaları ilə təsdiqlənmiş komisyon Aktdan göründüyü kimi, adı gedən torpaq sahəsi məhz “xxxx” MMC-nin istifadəsindədir. Apellyasiya instansiyası məhkəməsi işin bu halına diqqət yetirməmişdir ki, iş üzrə alınmış hər 3 mütəxəssis rəyi və ona əsasən verilmiş ekspertiza rəyində İddi açı X5 oğluna məxsus torpağın plan və ölçüsü sənədinə (həmçinin koordinatların dəyişdirilməsi barədə əlavə edilmiş aktda) göstərilən koordinatlara əsasən mübahisələndirilən – 0,7 ha torpaq sahəsi X5 bələdiyyəsinin sərhədindən kənarda, Dövlət meşə fondunun hüdudları daxilində yerləşir. Göründüyü kimi bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verə bilər. Hazırki işdə iddiaçıya satılmış torpağın X5 bələdiyyəsinin ərazisindən kənarda yerləşdiyi və bələdiyyə torpağı olmadığı, dövlət meşə fondu torpağı olduğu müəyyən edilmişdir. Digər tərəfdən, həmin ekspert rəyləri ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı X5 oğluna verilmiş xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0,7 ha torpaq sahəsinin naturada İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Yəni iddiaçı rəsmi sənəddə göstərilən koordinatlar daxilində ona ayrılmış torpaq sahəsindən deyil, başqa yerdə yerləşən torpaq sahəsindən istifadə edir və mütəxəssis və ekspert rəyinə əsasən cavabdehin iki ədəd köşkü məhz İddiaçı X5 oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yeni ekspertizalar keçirilərkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı X5 oğluna verilmiş xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarına dəyişdirilməsi barədə aktların (cild İ i.v 145, cild İİ i.v 60) qanuniliyinə hüquqi qiymət verməmişdir. Yəni, yerli icra qurumlarının qeyd edilən torpağın koordinatlarını dəyişməyə səlahiyyəti olub-olmaları, həmçinin də aktlarda olan dəyişikliklərin dövlət reyestrində qeydə alınıb-alınmaması araşdırılmamış, qeydə alınmayan koordinatlar daxilində torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi olması barədə gəlinən qənaət də səhv olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -8-ci maddəsinə əsasən bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrin in mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. - 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfin xx xxxxxx 2015-ci il tarixli müqavilə ni qeydiyyatdan keçirməməsi, mübahisəli torpaqların bələdiyyəyə deyil, meşə fonduna aid olmasını mübahisələndirsə də, mübahisəli torpaq sahəsinə dair bələdiyyə tərəfindən verilmiş torpağın alqı-satqısına dair aktı və torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında bələdiyyə qərarını mübahisələndirməməsinə dair qənaəti də yuxarıda sadalanan işin halları baxımından qanuni və əsaslı sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mü lkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin mül kiyyətçisi və ya qanuni sahibi olduğunu sübut etməlidir. Çünki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Lakin işdən görünür ki, mübahisəli torpaq sahəsi bələdiyyə torpaqları olmadığı halda onların verdiyi sənədlər üzrə qaldırılmış iddianın əsaslılığına, bələdiyyənin meşə torpaq fondu torpaqları üzərinə sərəncam verməyinin qanuniliyinə, qeyd edilən torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi olmadığına, sonradan rəsmi sənəddə göstərilən koordinatların yerli icra qurumları tərəfindən dəyişilməsinin qanuni olubolmamasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmiş, bununla bağlı Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinin tələblərinə tam əməl etməyər ək, kassasiya məhkəməsinin qərarında şərh edilmiş göstərişlər üzrə ətraflı araşdırma aparmamış, ekspertin rəylərini digər sübutlarla birgə qiymətləndirməmişdir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi, Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətlən dirir. Kollegiya qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqın da” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ə dalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəm ə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, h ərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilmə si üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şər h olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)255/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar