Məhkəmə qərarları › İş №2(102)-1120/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1120/2020

02.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1120/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X5 ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili X oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 14 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili X oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(034)-52/2019 saylı qətnaməsi ilə (hakim G.K.İmanova) İddiaçı cavabdehlər Cavabdeh, X6 və X12 qarşı maddi və m ənəvi zərərin ödənilməsi tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2(105)-2825/2019 saylı qətnaməsi ilə (hakimlər T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və E.G.Rəhimov) iddiaçı İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X.S.Q tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Zəngilan Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(034)-52/2019 saylı qətnaməsinin iddiaçı İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X.S.Qa münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan VAZ21723 markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona qaytarılması, 3.000 ma nat maddi ziyan (əldən çıxmış fayda), 10.000 manat mənəvi ziyanın cavabdehdən tutulub, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun qanuni mülkiyyətində olmuş VAZ-21723 markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanunsuz olaraq X3 və onun adından isə X7 adlarına keçirilməsi barədə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, avtomobilin alınaraq ona qaytarılması, 3.000 manat maddi ziyanın (əldən çıxmış fayda), 10.000 manat mənəvi ziyanın Cavabdeh tutulub, ona ödənilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili X oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinmiş nəticə birinci instansiya məhkəməsində qeyd olunmuş hallardır və apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan maddi və prosessual hüquq normalarını pozmaqla həmin halları təkrarlamış və nəticədə qanunsuz nəticəyə gəlmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2825/2019 saylı 14 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2825/2019 saylı 14 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şik ayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, cavabdeh X7 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2825/2 019 saylı 14 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınma sı və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 152.1, 157.2, 181.1, 181.4, 324.1, 331.1, 567, 359.1, 362.1, 337.1, 1096.1, 1097.1-ci maddələrinə istiadən gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, mübahisə predmeti olan VAZ-21723 markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil 2013-cü ildən kredit və ipoteka müqavilələri əsasında İddiaçı mülkiyyətində olmuşdur. Avtomobil kredit müqaviləsi əsasında satın alındıqdan sonra İddiaçı adına rəsmiləşdirilməsinə baxmayaraq ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərin istifadəsində olmuşdur. Avtomobilin sonuncu istifadəçisi iş üzrə üçüncü şəxs X8 olmuşdur. 2018-ci ilin avqust ayında “xxxx” ASC-yə olan borc tam ödənildikdən sonra avtomobil 08.08.2018-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. 06.08.2018-ci il tarixdə İddiaçı Cavabdeh bütün daşınar əmlakının idarə edilməsi, sərəncam verilməsi və ona dair əqdlər bağlaması və sair barədə 06.08.2018-ci il tarixli, AR-İ 646512 nömrəli etibarnamə vermiş, avtomobil ipotekadan 10.08.2018-ci il tarixdə azad olunduqdan sonra və avtomobilin üzərində hər hansı bir həbs olmadığından Cavabdeh etibarnamə əsasında h əmin avtomobili alqi-satqı müqaviləsi ilə 10.08.2018-ci il tarixdə cavabdeh X1. Mübahisəli avtomobilin AR DİN BDYPİ-nin 07.11.2018-ci il tarixli 118208-1218 saylı arayışına əsasən mülkiyyətçisi 10 avqust 2018-ci il tarixdə VAZ-21723 markalı nəqliyyat vasitəsi ** RA *** qeydiyyat nişanlı AD313312 nömrəli şəhadətnamə ilə alqı-satqı müqaviləsinə əsasən X9 olmuşdur. 13.08.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli avtomobil X9 tərəfindən X2 və 13.08.2018-ci il tarixdə qeydiyyatdan çıxmış və hal-hazırda X7 mülkiyyətindədir. İddiaçı Cavabdeh bütün daşınar əmlakının idarə edilməsi, sərəncam verilməsi və ona dair əqdlər bağlaması və sair barədə 06.08.2018-ci il tarixli AR-İ 646512 nömrəli etibarnaməni 16.08.2018-ci il tarixdə, yəni alqı-satqı müqaviləri həyata keçirildikdən son ra ləğv etdirmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materiallları üzrə gəldiyi nəticəyə əsasən iddiaçı tələbinin əsaslarını təsdiq edən mötəbər, inandıncı və təkzibolunmaz subutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, VAZ-21723 markalı **-VH-*** qeydiyyat nişanlı avtomobil 2013-cü ildən kredit və ipoteka müqavilələri əsasında iddiaçının mülkiyyətində olmuşdur. Həmin avtomobil "xxxx" Bankda girovda olmaqla yanaşı sonuncu dəfə 2018-ci ilin fevral ayından X4 faktiki sahibliyində olub. İd dia tələblərinə əsasən razılıq əsasında X.Q etibarnamə əsasında idarə etdiyi həmin avtomobili satın almaq istəmişdir. «xxxx" Bankın Badamdar qəsəbəsi ərazisində yerləşən maşın bazarının içərisində fəaliyyət göstərən 6 saylı filialının əməkdaşı Xadlı şəxsin təşəbbüsü ilə köməkçisi Cavabdeh bu işlə məşğul olacağını bildirmiş, 06 avqust 2018-ci il tarixdə iddiaçı V etibarnamə verdikdən sonra avtomobilin X adına sənədləşdirəcəyinə arxayın olsa da, bir müddət sonra sonuncu ona zəng edərək həmin avtomobilin onun adına rəsmiləşdirilməməsini bildirmişdir. Belə olduğu halda o, Xla birlikdə 16 avqust 2018-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat kontoruna gedərək 06 avqust 2018ci il tarixdə Cavabdeh adlı şəxsə verdiyi etibarnaməni ləğv etdirib, maşını ondan tələb etmişdir. Bir sözlə, iddiaçı Cavab dehn onun ona etibarından sui-istifadə edib maşını Xın adına rəsmiləşdirməyərək, başqa bir şəxsə sataraq pulunu mənimsədiyi üçün VAZ-21723 markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ondan alınaraq özünə qaytarılmalı olmasını, bununla bağlı maddi və mənəvi ziyan çəkdiyini iddia etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək qeyd edilən avtomobilin pulunu ödəyərək C adlı şəxsdən almasını, avtomobil alınan zaman onun satılmasına dair etibarnaməni Cun özünun ona verməsini və etibarnamə verildiyi zaman C maşını X adlı şəxsə verilməsini ona deməmişdir. Banka həmin avtomobilin ödənişi ilə əlaqədar borc qalmamasını, həmin borcu onun, ödəməsini, maşını şəriki olan Rın adına qeydiyyata salaraq sonra isə satmasını göstərmişdir. Digər cavabdeh X3 isə iddiaya olan etirazından görünür ki, mübahisə predmeti olan maşını C adlı şəxsdən pulunu ödəyərək almış və maşının banka qalan borcunu isə iki gün ərzində ödəmişlər. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X.S.Q verdiyi izahatında maşını etibarnamə ilə alan 5-ci şəxs olmasını, maşını S adlı şəxsdən almasını və maşının pulunu ödəməsini, onu avtomobili idarə edərkən yolda Vüqar adlı şəxsin saxlayaraq maşının banka borcu olmasını, maşını yol polisi vasitəsilə cərimə meydançasına aparmalarını və maşını özünə qaytarmaq üçün əvvəlcə 3910, daha sonra isə 2600 manat istəmələrini göstərmiş, apellyasiya şikayətində isə yanvar ayında 8000 manat ödəniş edərək avtomobili aldığını və 8 ay həmin avtomobilə faktiki sahiblik etdiyini qeyd etmişdir.Həmin müddətdə banka əlavə olaraq 800 manat ödənişlər etməsinə dair izahatanın nə birinci instansiya məhkəməsinin qətnaməsində, nə də protokolunda qeyd edilməməsini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsindən görünür ki, mübahisə predmeti olan avtomobilin şirkətin dayanacağında saxlanılmasına səbəb ödənişlərdə olan gecikmələr olmuşdur. Avtomobili götürmək üçün X adlı şəxs gəlmiş, lakin maşın ona verilməmiş və Cun gəlməsi tələb edilmişdir. Bundan sonra C gəlib ödənişləri etmiş və həmin vaxt akt tərtib edilməklə avtomobil ona verilmişdir. Etibarnamənin V verilməsini Cdan heç kim tələb etməmiş və onun özü etibarnaməni V vermişdir Beləliklə də, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, 06.08.2018-ci il tarixdə İddiaçı Cavabdeh bütün daşınar əmlakının idarə edilməsi, sərəncam verilməsi və ona dair əqdlə r bağlaması və sair barədə 06.08.2018-ci il tarixli, AR-İ 646512 nömrəli etibarnamə vermiş, avtomobil ipotekadan 10.08.2018-ci il tarixdə azad olunduqdan sonra və avtomobilin üzərində hər hansı bir həbs olmadığından Cavabdeh etibarnamə əsasında həmin avtomobili alqi-satqı müqaviləsi ilə 10.08.2018-ci il tarixdə cavabdeh X1. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində 2018-ci ilin avqust ayında “xxxx” ASC-yə olan borc tam ödənildikdən sonra avtomobilin 08.08.2018-ci il tarixdə iddiaçıya aktla təhvil verilməsi, avtomobilin ipotekadan 10.08.2018-ci il tarixdə azad olunması göstərilsə də, bu hallar baş verməmişdən əvvəl, yəni avtomaşının 06.08.2018-ci il tarixdə İddiaçı Cavabdeh bütün daşınar əmlakının idarə edilməsi, sərəncam verilməsi və ona dair əqdlər bağlaması və sair barədə 06.08.2018-ci il tarixli, AR-İ 646512 nömrəli etibarnamə verməsinin, həmin etibarnamənin 16.08.2018-ci il tarixdə, yəni alqı-satqı müqaviləri həyata keçirildikdən sonra ləğv etdirməsinin əsil səbəbləri araşdırılmamış, avtomobilin kredit borcuna görə kimin tərəfindən Banka ödəniş edilməklə borcun tam bağlanması müəyyən edilməmişdir. İşin materiallarından görünür ki, həm müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X.S.Q, həm cavabdehlər Cavabdeh və X9 banka olan borcun tam ödənilməsini göstərirlər. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Cavabdeh avtomobilin pulunu ödəyərək C adlı şəxsdən almasına dair izahat verməsinə baxmayaraq onların aralarında olan bu əmlakla bağlı satış pulunun məbləğini də müəyyən etməmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətində belə bir halın olmamasını qeyd etmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən təqdim edilmiş VAZ-21723 markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışına istinad edərək həmin avtomobil alqı-satqı müqavilələrinə əsasən 10.08.2018-ci il tarixdə İddiaçı adından, 13.08.2018-ci il tarixdə isə X3 adından qeydiyyatdan çıxmış, 13.08.2018-ci il tarixdən isə X7 adına qeydiyyatda olmasına istinad etsə də, bu barədə apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmamışdır. Belə ki, iddiaçı şikayətində həmin tarixlərdə avtomaşının üzərində həbsin götürülməməsinə hüquqi qiymət verilməməsini göstərmişdir. Kassasiya şik ayətinə əlavə edilmiş məlumat xarakterli olan Xəzər rayon məhkəməsinin 01.10.2019-cu il tarixli məktubundan görünür ki, 2(003)-5840/17 saylı iş üzrə 10 avqust 2018-ci il tarixində iddiaçı «xxxx Bank»ın avtomobil üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsi əsasında həmin tarixli qərardadla iddianın təmin tədbiri ləğv edilmiş və avtomobil üzərinə qoyulmuş həbs götürülmüşdür. Qərar icra olunması üçün 27 avqust 2018-ci il tarixində Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Kassasiya şikayətinə əlavə edilmiş məlumat xarakterli Xəzər rayon İcra və Probasiya şöbəsinin 29.08.2019-cu il tarixli məktubundan isə görünür ki, Xəzər rayon məhkəməsinin 2(003)-5840/17 saylı iş üzrə 27.10.2017-ci il tarixli qərardadı 13 mart 2018-ci il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikasının DİN-n in BDYP İdarəsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, “İnsan Hüquqlarının və X11 Haqqında” Konvensiyanın müddəalarına istinad etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin tam və obyetik apaşdırılması baxımından İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X.S.Qun verdiyi apelyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verməyərək yalnız iş materiallarında olan sənədlərə istinad edilməklə kifayətlənmiş, bununla da şikayət müəlliflərinin prosess iştirakçıları kimi ədalətli məhkəmə çəkişməsi hüquqları pozulmuşdur. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müə yyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. Kollegiya qeyd edir ki, beynəlxalq hüquqda (İnsan hüqüqları haqqında Ümumi Bəyənnamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi q əbul edilir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya həmçinin qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 157.2-ci maddəsinin təşkil etməsinə baxmayaraq həmin normanın dispozitiv şərtlərinin tələb edilən birgə mövcudluğunun hazırki iş üzrə olub-olmamasına tam və hərtərəfli qiymət verməyərək, bu şərtlərin mövcud olmadığı təqdirdə iddiaçının subyektiv şüququnun olubolmamasına da hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçi si olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə o rqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə kollegiyası hesab edir ki, yeni araşdırma zamanı kassasiya şikayətinə əlavə edilmiş sənədlər nəzərə alınmaqla avtomobil satılarkən onun faktiki olaraq kimin sahibliyində olması və üzərində həbs in olub-olmaması, onun üzərindən həbsin götürülməsinə dair məhkəmə qərardadının nə vaxt icra edilməsi üçün göndərilməsi və icra edilməsi, mübahisəli avtomobilin iddiaçı tərəfindən faktiki olaraq cavabdehlərə satılması faktının olub-olmaması, iddiaçının 3-cü şəxslə avtomobilə münasibətdə hansı münasibətlərdə olması, sonuncunun avtomobilə dair hansı hüquqlarının olması, avtomaşına dair banka olan borcun kim tərəfindən nə vaxt ödənilərək borcun tam bağlanması kimi mühüm və diqqətəlayiq hallar araşdırılmalı, avtomaşının hazırki mülkiyyətçisi X7 vicdanlı əldə edən olub-olmamasına, avtomaşının qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlandığı mötəbər və tutarlı sübutlarla təsdiq olunduğu halda iddiaçının hazırki iddia ilə müraciət etməsi üçün subyektiv hüquqa malik olub- olmamasına hüquqi qiymət verilməli, işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kollegiya hesab edir ki, işə yenidə n baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2825/2019 saylı 14 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üç ün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar