Məhkəmə qərarları › İş №2(102)-1120/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1120/2024

04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1120/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə giriş qapısının açılma istiqamətinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə giriş qapısının açılma istiqamətinin dəyişdirilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1162/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazıl ı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.30 kv.m olan 15 saylı mənzil İddiaçı, həmin mənzillə eyni mərtəbədə olan 16 saylı mənzil isə Cavabdeh mülkiyyətindədir.

2. Zaqatala Rayon Mənzil İstismar İdarəsinin 44 nömrəli xx.xx.2022-ci il tarixli Cavabdeh ünvanlanmış məktubuna əsasən, onun mənzilinə açılan giriş qapısının içəri açılan formada quraşdırılması xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə qonşu olan Cavabdeh 16 saylı mənzilinə qanunsuz olaraq qoyduğu giriş qapısının açılma vəziyyətinin dəyişdirilməsi, qapının mənzilin içinə doğru açılma vəziyyətində qoyulma sı, məhkəmə xərclərinin cavabdehdən alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qonşuluğunda yaşayan cavabdeh qanunsuz olaraq onun öz mənzilinə giriş-çıxışını məhdudlaşdıran və pilləkənlərə çıxışına maneə törədən giriş qapısı qoymuşdur. Belə ki, cavabdeh həmin qapını açanda onun mənzilinə giriş-çıxış məhdudlaşır, pilləkənin qarşısı bağlanır və o öz evinə girib-çıxa bilmir. Bununla da onun mülkiyyət hüququ pozulur. Onun qoyduğu qapı çölə açıldığına görə bu maneələr yaranır. Həmin mənzilin əvvəlki qapısı mənzilin içərisinə doğru açılırdı. Cavabdeh yeni qapı qoyaraq, eyni zamanda qapının açılma vəziyyətini dəyişmişdir. O cavabdehə dəfələrlə giriş qapısının vəziyyətinin dəyişdirilməsi, yəni içəri açılan qapı qoyması bar ədə xəbərdarlıq etsə də heç bir müsbət nəticəsi olmamışdır. Aidiyyatı orqanlara, yəni Zaqatala rayon İcra Hakimiyyətinə və Zaqatala şəhər Mənzil İstismar İdarəsinə bu barədə müraciət etmiş, Mənzil İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli 44 saylı məktubu ilə cavabdehdən tələb olunmuşdur ki, mənzilin qapısının içəri açılan formada quraşdırılmasını təmin etsin. Lakin cavabdeh onun və təşkilatların xəbərdarlıqlarına əhəmiyyət verməmişdir. Həmin mənzil dövlət tərəfindən vətəndaşların istifadəsinə verilən zaman mənzilə qoyulmuş giriş qapısının açılma vəziyyəti necə olmuşdursa, hal-hazırda da həmin vəziyyətdə açılan qapı qoyulmalıdır. Mənzildə hər hansı bir konstruktiv dəyişiklik edilməsi üçün müvafiq İcra Hakimiyyətinin razılığı alınmalıdır.

5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmi şdir ki, iddia tələbi əsassızdır. Mənzilin giriş qapısının çölə açılması iddiaçının hər hansı bir mülkiyyət hüququnun pozulmasına səbəb olmur, mənzilinə qoyulmuş giriş qapısı standart qapıdır. Qapı heç cürə iddiaçıya maneə yaratmır və onun qapını dəyişmək niyyəti yoxdur. 6. 11 oktyabr 2022-ci il tarixdə ünvan 2 ünvanlarına giriş qapılarının yerləşdiyi və mənzillərə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan sahəyə baxış zamanı müəyyən edimişdir ki, iddiaçının mülkiyyətində olan 15 nömrəli mənzilə giriş qapısının və cavabdehin mülkiyyətində olan 16 nömrəli mənzilə giriş qapılarının bir birinə münasibətdə perpendikulyar yerləşməklə aralarında 90 dərəcəli bucaq yaratmışdır. Cavabdehin mülkiyyətində olan 16 nömrəli mənzilə giriş üçün nəzərdə tutulmuş qara rəngdə olan və metal materialda n hazırlanmış giriş qapısının mənzildən çıxış istiqamətində bina sakinlərinin ümumi istifadəsində olan sahəyə açılır və iddiaçıya məxsus 15 nömrəli mənzilə giriş üçün nəzərdə tutulmuş qəhvəyi rəngli taxta marerialdan istifadə edilməklə hazırlanmış qapının mənzilə giriş istiqamətində açılır.

7. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Mənzilin giriş qapısı texniki pasporta uyğun olaraq hazırki vəziyyətdə tikinti norma və qaydalarına uyğundurmu?

2. Mənzilin giriş qapısının mənzilə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan sahəyə açılıb-açılmaması müəyyən edilsin.

3. Mənzilin giriş qapısının ümumi istifadədə olan sahəyə açılması digər mənzil sahiblərinin mənzillərdən istifadəsinə hər hansı maneə yaradırmı?

8. Azərbaycan Re spublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 10/8045 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.30 kv.m olan 16 saylı mənzilinin giriş qapısının iş üzrə cavabdehə məxsus mənzilin mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki pasport sənədində qeyd olunan hissədə yerləşir. Lakin, mənzillərin qapılarının hansı istiqamətdə açılması İnşaat Norma və Qaydalarında tənzimlənmədiyindən qərardadın 1-ci sualının 2-ci hissəsinin cavablandırılması mümkün olmamışdır. Mübahisə predmeti olan giriş qapısı mənzillərə giriş üçün nəzərdə tutulmuş ümumi istifa dədə olan sahəyə açılır, mənzillərə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan sahəyə açılması digər mənzil sahiblərinin mənzillərdən istifadəsinə hər hansı maneə yaradıb-yaradmamasının müəyyən edilməsi tikinti ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir.

9. Zaqatala Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(033)-60/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən 16 saylı mənzil Cavabdeh Məhəmməd oğlunun mülkiyyətindədir və həmin mənzilə giriş qapısı mənzilin texniki sənədlərində nəzərdə tutulan hissədə yerləşir. Cavabdeh tərəfindən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 16 nömrəli mənzilə həmin mənzilin texniki sənədlərinə uyğ un olmayan müdaxilə edilməsi halı aşkar edilməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərə giriş qapılarının açılma istiqamətinin müəyyən edilməsi qanunvericilikdə nəzərdə tutulmadığı halda və cavabdehə məxsus mənzilin giriş qapısının hazırki vəziyyətdə açılma istiqaməti hər hansı normanın tələbini pozmadığı halda Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilin giriş qapısının açılma istiqamətinin dəyişdirilərək qapının mənzilə giriş istiqamətində açılmasına dair hazırki tələbin təmin edilməsi cavabdehin konstitusiya ilə təminat verilmiş insan və vətəndaş hüquqlarının pozulması, xüsusi ilə də Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsində nəzərdə tutulmuş müddəanın pozulması ilə nəticələnə bil ər.

12. Məhkəmə iddiaçının mülkiyyətində olan mənzildən özünün istədiyi kimi istifadə edə bilməməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən mülkiyyətində olan mənzildən istifadəsində yaranmış məhdudiyyətin nədən ibarət olması iddia ərizəsində qeyd edilməmiş və ümumiyyətlə belə məhdudiyyətin olmasına dair sübut təqdim edilməmişdir.

13. Mülki işin məhkəmə baxışında o da müəyyən edilmişdir ki, hazırki halda Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 16 nömrəli mənzilin giriş qapısının çıxış istiqamətinə doğru açılması İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 15 nömrəli mənzildən istifadə etməsinə maneçilik yaratmır və onun hüququ əhəmiyyətsiz dərəcədə pozulur.

14. Məhkəmə hesab etmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin giriş qapısının çıxış istiqamətində açılması iddiaçının öz mənzilindən istifadə etməsinə əhəmiyyətli dərəcədə maneçilik yaratmadığından və onun hüququnu əhəmiyyətsiz dərəcədə pozduğundan, o, oxşar amillərin öz mənzilinə təsirini cavabdehə qadağan edə bilməz və bu cür təsirlərə dözməyə borcludur.

15. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin qonşu təsirinə dözmək vəzifəsindən bəhs edən 171-ci maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti verərək qətnamənin tam ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddia ərizəsində qeyd olunan tələbləri, tələbi əsaslandırdığı halları araşdırmamış, tamam başqa istiqamətdə araşdırma aparmışdır. Məhkəmə ekspert qarşısında sual qoyarkən sualları cavabdehin xeyrinə doğru olan istiqamətə yönəltmişdir. Ekspert qarşısında qoyulan 1-ci sual düzgün qoyulmayıb. Bu sualın yerinə məhkəmə ekspert qarşısında sual qoymalıydı ki, evin ilkin dövlət tərəfindən inşası başa çatdırılarkən mənzilin giriş qapısının açılma vəziyyəti ilə hazırki açılma vəziyyəti arasında fərq varmı? Hazırki işdə mübahisə predmeti olan mənzil qapısının hansı istiqamətə açıldığını müəyyən etmək üçün ekspertiza təyin etməyə ehtiyac yoxdur, bu halı mübahisəli yerə məhkəmə tərəfindən baxış keçirməklə müəyyən etmək mümkündür. Üçüncü sualdan görünür ki, artıq məhkəmə özü ikinci suala cavab vermişdir. Yəni, məhkəmə üçüncü sualda mənzilin qapısının ümumi istifadədə olan sahəyə açılmasını etiraf edir. Üçüncü sual da məhkəmə tərəfindən düzgün qoyulmamışdır və yönəldici sualdır. Üçüncü sual əvəzinə məhkəmə ekspert qarşısında aşağıdakı qaydada sual qoymalı idi: Cavabdehin mənzilinə giriş-çıxış üçün qoyulmuş qapı açılan vəziyyətdə iddiaçının öz mənzilinə giriş-çıxış üçün nəzərdə tutulmuş sahə və pilləkənlərdən istifadə məhdudlaşırmı? Nəticə etibarı ilə qəbul olunan qətnamə işin hallarına uyğun deyildir.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1162/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Mehdiyev) аpellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən sаxlаnılmışdır.

19. Məhkəmə kollegiyas ı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

20. Kolelgiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki mübahisə predmeti olan məsələ qanunvericiliklə birbaşa tənzimlənmədiyindən şikayətdə göstərilən suallara ekspertiza keçirilməsi yolu ilə cavab verilməsi mümkün deyildir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 10/8045 nömrəli ekspert rəyi də bu halı təsdiq edir.

21. Kollegiya bildirmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 62.1-ci maddəsinə görə pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, rampalar və li ftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. Ona görə də, mübahisəli məsələnin yerində aydınlaşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən yerində baxış keçirilsə də, zərurət olduğundan məhkəmə kollegiyası tərəfindən mübahisəli qapıların yerləşdiyi pilləkən meydançasına yenidən baxış keçirilmişdir.

22. Məhkəmə kollegiyası mübahisəli yerə baxış keçirərək müəyyən etmişdir ki, mübahisəli qapıların yerləşdiyi mənzillər binanın 2-ci mərtəbəsində yerləşir. Pilləkənlərlə ikinci mərtəbəyə qalxarkən pilləkənlə üzbəüz mənzil iddiaçıya mə xsusdur. Həmin mənzilin qapısı mənzilin içərisinə doğru açılır. Pilləkənlərlə qalxarkən sağda yerləşən mənzil cavabdehə məxsusdur. Həmin mənzilin qapısı iddiaçının mənzilinin qapısı ilə kəsişmə nöqtəsindən pilləkənə doğru olmaqla çölə - pilləkən meydançasına açılır. Hər iki mənzilin qapısı açılarkən bir-birinə toxunmur və hər hansı maneə yaratmır. O cümlədən, aşkar edilmişdir ki, həmin binada digər mərtəbədə də mənzillər eyni quruluşda yerləşir və mənzillərin qapıları bənzər şəkildə açılır.

23. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 170.1, 170.2-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 62.1-ci, MPM-in 14, 77, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri a) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri

24. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassator qeyd etmişdir ki, cavabdehin öz mənzilinə giriş-çıxış üçün qoyduğu qapının açılma vəziyyətinin dəyişməsi nəticəsində, yəni cavabdeh mənzilinin qapısını açdığı halda və həmin qapı açıq olduğu halda iddiaçı öz mənzilinə girib-çıxa bilmir, pilləkənin qarşısı bağlanır. Apelyasiya məhkəməsi iddiaçının şikayətində olan dəlillərə müfəssəl qiymət verməmişdir, yəni hər iki mənzilin qapılarının açılıb-örtülən zaman birbirinə dəyməməsi başqa mübahisədir, cavabdehin mənzilinin qapısının açıq vəziyyətdə olması zamanı pilləkənin qarşısının örtülməsi və iddiaçının öz mənzilinə giriş-çıxışın məhdudlaşması başqa mübahisədir. Apelyasiya məhkəməsi sadəcə olaraq mübahisəli mənzillərə baxış keçirərək qətnaməsində xüsusi bilik nümayiş etdirmişdir. Apelyasiya məhkəməsi qətnaməsində Şəhərsalma və Tikinti Məcəlləsinin 62.1-ci maddəsini qeyd etsə də, mübahisəni həmin maddəyə düzgün tövsif etməmişdir. Həmin maddədə qeyd olunur ki, pilləkənlər, pilləkən qəfəsləri qapı giriş və çıxışları, dəhlizlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır. Həmin elementlər ehtimal olunan hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. Hazırki mübahisə üzrə isə təxliyyə tədbirləri həyata keçirilərkən cavabdehə məxsus mənzilin qapısı açılan zaman iddiaçı öz mənzilindən rahatlıqla çölə çıxa bilmir (təxliyə oluna bilmir), eyni zamanda pilləkənə d oğru hərəkət edə bilmir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, hazırki mübahisə predmeti qanunvericiliklə tənzimlənmədiyindən şikayətdə göstərilən suallara ekspertiza keçirilməsi yolu ilə cavab verilməsi mümkün deyildir. Məhkəmə bu fikri ilə MPM-nin 14.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, iddiaçı birinci instansiya məhkəməsi ekspertiza təyin edərkən ekspert qarşısında qoyulan sualla razılaşmamış, sualın cavabdehin xeyrinə olan istiqamətə yönəldilmiş sual olduğunu hesab edərək yenidən ekspertiza keçirilməsini apelyasiya məhkəməsindən xahiş etmiş, lakin apelyasiya məhkəməsi əsassız olaraq ekspertiza keçirilməsindən imtina etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib ol maq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

29. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya di gər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

30. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

31. Maddə 171.2. Təs irin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

32. Maddə 62.1. Pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, rampalar və liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, a raşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırki kassasiya şikayətində iddiaçı məhkəmə aktını bütövlükdə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiri lməsi üçün əsas yoxdur.

42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

43. Kassasiya şikayətinin dəlilləri iddiaçının birinci instansiya məhkəməsində izahatında və apelyasiya şikayətində irəli sürdüyü dəlillərlə eyni məzmundadır. Məhkəmələr həmin dəlilləri araşdıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.

44. Belə ki, qonşuluq təsiri ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin 171.1-ci maddəsinə görə daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa mənfi amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. İşə baxmış məhkəmələr də işin hallarının məhz bu normanın dispozisiya şərtinə uyğun olduğunu, yəni törədilən təsirin əhəmiyyətsiz dərəcədə olduğunu müəyyən etmişdir.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Kassasiya şikay ətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1162/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar