Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1127/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1127/2019 şəhəri 25 fevral 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.09.2018-ci il tarixli 2(107)2420/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu rayon Məhkəməsinin (hakim T.İsmayılov ) 29.03.2018-ci il tarixli 2(016)217/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Rəfiyev, G.Abbasov, E.Hüseynov) 28.09.2018-ciiltarixli 2(107)-2420/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Ağsu rayon Məhkəməsinin 29.03.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.09.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cava bdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə 04.01.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş Ağsu rayonunun **********kəndində yerləşən 0,20 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair **********, kod ********** saylı şəhadətnamənin etibarsız hesab edilməsi, Ağsu rayonunun **********kəndində yerləşən 0,20 ha torpaq sahəsinin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 08.08.2005-ci il tarixli, Ağsu rayon DNK bağlanmış “həyətyanı torpaq sahəsinin alqı-satqısına dair” müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan Ağsu rayonunun ********* *kəndində yerləşən 0,20 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, AR ƏMDK yanında Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Ağsu rayonunun ********* kəndində yerləşən 0,20 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi ona torpaq islahatı zamanı ayrılmışdır. Cavabdeh1 adına iddiaçıya məxsus həmin torpaq sahəsinə qanunsuz olaraq **********, kod ********** saylı torpaqğın mülkiyyətə verilməsinə dair şəhadətnamə ver ilmişdir. Şəhadətnaməyə əsasən guya ona məxsus olan torpaq sahəsi 13.07.1998-ci ildə ona verilmişdir. Halbuki, bu arxiv materialları ilə inkar olunur. Bu da onu göstərir ki, həmin sənəd saxtadır. Sonradan Cavabdeh1 həmin sənəd əsasında qeyd edilən iddiaçıya məxsus olan torpaq sahəsini 08.08.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh2 satmışdır. Qeyd edilən alqı-satqı müqaviləsi də qanunsuzdur. Məhkəmələr iddia tələbini rədd edərkən idia müddətini əsas götürmüşlər. Həmin yanaşıma qanunsuzdur. Çünki iddiaçının iddia tələbinə iddia müddəti şamil edilməməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, iddia müddətinin tətbiq edilməsindən azaddır. Məhkəmə həmçinin mülki prosessual qanunvericiliyin də normalarını işə düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı hazırda yeni əsasla, yəni birinci tələbinin təmin ediləcəyi halda o əsasla torpaq sahəsindən çıxarılmanı tələb etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.09.2018-ciiltarixli, 2(107)-2420/2018 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlə r. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 28.09.2018ciiltarixliqətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Ağsu rayon Məhkəməsinin 29.03.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən haqlı o lmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, torpağın mülkiyyətə verilməsinə dair **********, kod ********** olan şəhadətnamə ilə X3 mülkiyyətinə Ağsu Rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli, 07 saylı qərarı ilə 0.20 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini Cavabdeh1 08 avqust 2005-ci il tarixli, 4ə/01-144 sayla qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Ağsu rayonunun **********kənd sakini Cavabdeh2 satmış və hazırda həmin torpaq sahəsi Z1 istifadəsində və sahibliyindədir. X4 mülkiyətində olan, Ağsu rayonu, **********kəndində yerləşən 0.20 ha torpaq sahəsini Cavabdeh2 11.550.000 AZM ə satmış və həmin torpaq sahəsini onun mülkiyyətinə vermiş və razılaşdırılmış pul məbləğini almışdır. Alqı-satqı müqaviləsi ləğv edilməmiş, etibarsız hesab edilməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən olunmuşdur ki, X3 adına Ağsu rayonu **********kəndində yerləşən 0.20 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair **********, kod-********** saylı şəhadətnamə 07 fevral 2005-ci ildə verilmiş, həmin torpaq sahəsinə isə X4 və X2 arasında alqı-satqı müqaviləsi 08.08.2005-ci ildə bağlanmış və alqı-satqı müqaviləsi notariat orqanında təsdiq olunmuşdur. İddiaçı məhkəmə kollegiyasının iclasında həmin torpaq sahəsinin Cavabdeh1 istifadəsində olduğunu 2003-cü ildə bilmiş, qeyd olunan şəhadətnamənin 2005-ci ildə, alqı-satqı müqaviləsinin 2005-ci ildə aparılmasını bildiyi halda, şəhadətnmənin və alqı-satqının etibarsızlığına dair 04 yanvar 2018-ci ildə məhkəməyə müraciət etmişdir.O bunu onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəhid ailəsi olduğuna görə ona qarşı qanunla müəyyən edilmiş müddətlərdə iddia tələbi irəli sürməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları əsasında yoxlayaraq, apellyasiya şikayətinin həmin torpaq sahəsinin ona torpaq islahatı zamanı ayrılması, Cavabdeh1 adına ona məxsus həmin torpaq sahəsinə qanunsuz olaraq **********, kod ********** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsinə dair dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməs i barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi). Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı şəxsin əmlakdan istifadə etməsi həmin əmlak üzərində olan hüququ əsasında realizə edilə bilər. İddiaçının tələb etdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarış olsa da, həmin Çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsündən göründüyü kimi həmin plan-ölçü yerli polis şöbəsinin 26.07.2014-cü il tarixli arayışı əsasında verilmişdir. Apellyasiya şikayətində hər hansı aqrar islahat komissiyasının qərarı əsasında torpağın ona ayrılmasın ı mübahisələndirsə də o belə bir qərarın olmasını təsdiq edən sübut məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarından göründüyü kimi həmin mübahisəli torpaq sahəsi Ağsu rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli 07 saylı qərarına əsasən Cavabdeh1 Ağasən oğlunun mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı mərhəmətlik edərək qanunla nəzərdə tutulmuş qaydada və müddətlərdə iddia tələbi irəli sürməsə də, həmin hal müddətin üzürlü səbəbdən ötürülməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştira kcılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarında əks olunmuşdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarındagöstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə kollegiyası iddia tələbinin “cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan Ağsu rayonu, **********kəndində yerləşən 0.20 ha torpaq sahəsindən çıxarılmasına, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsinə” dair tələbi üzrə də gəldiyi nəticəni qanuni hesab edir və onu qeyd etmişdir ki, Ağsu Rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli, 2(016)-03/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı cavabdeh X3 onun mübahisələndirdiyi torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsi ətrafına çəkilmiş çəpərin öz vəsaiti hesabına sökdürülərək aparılmasına dair iddia tələbi rədd edilmişdir. Belə olduğu halda məhkəmə kollegiyası onu qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun C1 şikayətinə dair 13 fevral 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, «qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüququ xassələrə malikdir». Bu baxımdan da məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh X3 onun mübahisələndirdiyi torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsi ətrafına çəkilmiş çəpərin öz vəsaiti hesabına sökdürülərək aparılmasına dair işə baxılarkən mübahisənin əsasını təşkil edən faktların mövcud olub-olmaması qəti surətdə müəyyənləşdirilmişdir və bu səbəbdən də həmin qətnamə ilə müəyyən edilmiş faktlar hazırki iş üzrə müstəsnalıq və məcburilik kimi xassələrə malikdir. İddia tələbinin digər cavabdeh, X1 münasibətdə də rədd edilməsi qanuni və əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49 və 66-cı, Mülki Məcəllənin 152, 157 və 354-cü və Mülki Prosessual Məcəllənin 14, 76 və 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.09.2018-ciiltarixli 2(107)2420/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhk
Məhkəmə qərarları › İş №2(102)-1127/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1127/2019
25.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver