Məhkəmə qərarları › İş №2(102)-1127/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1127/2021

23.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1127/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1127/21 (Açar sözlər: aliment üzrə dəbbə pulunun tutulması ) 23.02.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment üzrə dəbbə pulunun ödənilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2075/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasın da açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı qızı Cavabdeh oğlu ilə xx xxxxxx 1989-cu il tarixdə nikaha daxil olmuş, nikahlarını Abşeron rayonu Novxanı kənd sovetliyində qeydə aldırmışdır. Birgə nikahlarından xx xxxx 1992-ci il təvəllüdlü X2, xx xxxx 1995-ci il təvəllüdlü X3 və xx xxxxxx 2000-ci il təvəlüdlü X4 adlı uşaqları anadan olmuşdur. Sonradan İddiaçı qızının Cavabdeh oğlu ilə xx xxxxxx 1989-cu il tarixdə bağlanmış nikahı pozulmuş və nikahın pozulması barədə xx.xx.2014-cü il tarixli 58 № ilə qeydə olunmuş AZ-İ №217003 saylı şəhadətnamə verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-745/2012 saylı xx xxxx 2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh oğlundan xx xxxx 1995-ci il təvəllüdlü X3 və xx xxxxxx 2000-ci il təvəlüdlü X1 saxlanması üçün hər ay hər uşağa görə 87 manat, cəmi 174 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-6189/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı qızının aliment məbləğinin artırılması barədə ərizəsi qismən təmin edilmiş, xx xxxxxx 2000-ci il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanaması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-745/2012 saylı xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılması və Cavabdeh oğlundan xx xxxxxx 2000-ci il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanaması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-745/2012 saylı xx xxxx 2012-ci il tarixli qətnaməsi icra ed ilməmiş, nəticədə yığılmış pul vəsaiti tutularaq tələbkara ödənilməmişdir. Həmçinin Abşeron Rayon Məhkəməsinin 2(012)-6189/2015 saylı xx xxxxxx 2015- ci il tarixli qətnaməsi ilə təyin edilən 108 manat aliment Cavabdeh oğlu tərəfindən icra edilməmişdir. Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən İddiaçı qızına verilən cavab məktubunda Cavabdeh oğlunun Abşeron Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli və xx xxxxxx 2015-ci il tarixli icra sənədləri üzrə 8458 manat məbləğində borclu olması göstərilmişdir. Ona görə cavabdehdən Ailə Məcəlləsinin 108.2. maddəsinə əsasən cərimə tutulmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı qızı Cavabdeh oğluna qarşı aliment üzrə dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək mübahisə predmeti olan aliment üzrə 8458 manat pul vəsaitinin icra olunmayan hər gününə (xx xxxx 2012-ci il tarixdən 174 manat), xx xxxxxxx 2015-ci il tarixdən 108 manat) xx xxxxxx 2019-cu il tarixinədək hesablanmış ümumi cəmi 4200 manat dəbbə pulunun Cavabdeh oğlundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-552/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh qarşı aliment üzrə dəbbə pulunun ödənilməsi tələbinə dair iddia təmin olunmamışdır.. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 108.2-ci maddəsinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Quliyev (sərlik edən və məruzəçi) F.Tağızadə və L.Məmmədova) Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-552/2020 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmə mişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili və nümayəndəsi Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Ailə Məcəlləsinin 108.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənməmiş alimentin məbləğinin faizi miqdarında ötürü lmüş hər gün üçün dəbbə pulu ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, a şağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflər arasında nikahın məhkəmə qaydasında pozulması, uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulması, həmin icra sənədi üzrə cavabdehin ödənilməmiş aliment borcunun qalması işin mübahisəsiz hallarıdır. Eyni zamanda xeyrlərinə aliment tutulan uşaqların artıq yetkinlik yaşına çatmaları halı da mübahisəsizdir. İddiaçı yığılıb qalmış alimentə Ailə Məcəlləsinin 108.2-ci maddəsinə əsasən cərimə hesablanmasını tələb edir. İddianı rədd edən məhkəmələr ona istinad etmişlər ki, icra sənədi Abş eron rayon İcra və probasiya şöbəsinin icraatında olan vaxt cavabdeh öz adında olan torpaq sahəsini iddiaçının adına keçirilməsi ilə razılaşdıqlarından cavabdeh aliment borcunu icra etməmiş, nəticədə aliment borcu yığılmışdır. Nəticə etibarı ilə aliment borcunun yaranmasına tələbkar olaraq iddiaçı özü də şərait yaratmışdır. İddiaçının tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 108.2-ci maddəsi təşkil edir. Həmin normaya görə məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. Göründüyü kimi normanın tətbiqi üçün təkcə aliment borcunun yığılıb qalması şərtinin mövcudluğu kifayət deyil. Eyni zamanda aliment ödəməli olan şəxsin təqsirli olması zəruri şərtdir. İşə baxan məhkəmələr borcun yığılmasında cavabdehin təqsirli olmadığı qənaətinə gəlmişlər və bunu işin faktiki halları ilə əsaslandırmışlar. Kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Ona görə cavabdehin borcun yığılmasında təqsirli olması ilə bağlı sübutlar işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim edilməli idi. İddiaçı isə bununla bağlı sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi maddə və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin o lunmamalıdır. Qeyd olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Əlliağa qızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2075/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar