Məhkəmə qərarları › İş №2(102)-1127/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1127/2024

05.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1127/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “borcun ödənilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin üçüncü şəxs tərəfindən icrası, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)4621/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən iki otaqlı evin açıq hərracdan satılması, satışdan əldə olunan məbləğin cavabdeh X1 iddiaçı Cavabdeh olan 40000 manat borcunun ödənilməsinə yönəldilməsi və həmin evin satışından əldə olunan artıq məbləğin X2 qaytarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

2. İddiaçı X1 qardaşıdır.

3. İddiaçı tərəfindən Cavabdeh 24 sentyabr 2012-ci il tarixdə 7000 manat məbləğində pul ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabd eh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs X1 Cavabdeh olan 15000 manat borcunun iddiaçı tərəfindən ödənilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 06 mart 2008-ci ildə Cavabdeh ilə bağladığı şifahi müqavilə əsasında sonuncudan 15000 manat borc almış, bacısı X1 razılığı ilə sonuncunun ünvan 2 ünvanında yerləşən evini Cavabdeh ipoteka ilə yüklü etmişdir. Müqavilə ilə tanış olduqda borcun 40000 manat yazılmasını müəyyən etmiş, cavabdehdən soruşduqda cavabdeh ona həmişə müştəriyə pul verəndə özünü sığortalamaq məqsədi ilə borc verdiyi pulun üç mislini müqavilədə göstərməsini demişdir. İddiaçı bir il ərzində hər ay götürdüyü 150 00 manat əsas borcdan 750 manat faiz ödəmiş, lakin işsiz olduğundan faizləri və əsas borcun qalığını ödəyə bilməmişdir. Cavabdeh ödənilən faizdən əlavə 7700 manat ödəməli olmasını, lakin faizləri dayandırıb ona 12000 manat ödədiyi halda evini qaytaracağını bildirmiş, iddiaçı bu təkliflə razılaşmışdır. İddiaçı cavabdehdən borc aldığı 15000 manatı X4 və X5 vasitəsilə hissə-hissə, sonuncu dəfə isə poçt vasitəsilə Cavabdeh 24 sentyabr 2012-ci ildə 7000 manatı göndərməklə, cavabdehə cəmi 14700 manat ödəmişdir. Lakin, Cavabdeh iddiaçının və bacısı X1 məlumatı olmadan, onlardan xəbərsiz Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə onların iştirakı olmadan işə baxaraq girov qoyulan evi hərraca çıxarmış, X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2009-cu il tarixli qətnaməs indən 9 il 9 ay ötdükdən sonra şikayət versə də, cəzaçəkmə müəssisəsində olan İddiaçı məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Cavabdeh İddiaçı qəbul etdiyini etiraf etdiyi 15000 manat borcun onların öz aralarında olan borcun olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı üçüncü şəxs X1 öhdəliyini icra etmiş, onun borcunun 15000 manatını Cavabdeh ödəmişdir. Ona görə də, üçüncü şəxsin cavabdehə olan borcunun 15000 manatının iddiaçı tərəfindən cavabdeh ödənilmiş hesab olunmalıdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(001)381/2023 nömrəli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia rədd edilmişdir.

7. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı borclu olan bacısının əvəzinə üçüncü şəxs qismində icranı həyata keçirməsi ni iddia etsə də, kreditor olan cavabdeh borcun həmin borc olmasını qəbul etmədiyindən, iddiaçı isə bunun əksini sübuta yetirə bilmədiyindən, qanuni qüvvəsini alan məhkəmə aktları ilə X1 Cavabdeh olan 40000 manat borcunu ödəmədiyi üçün ipoteka saxlayanın tələbi ilə ipoteka predmetinə tutma yönəldilməsi qət edildiyindən və bu barədə məhkəmə aktı icra mərhələsində olduğundan iddia tələbi əsassızdır.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 129-cu, Mülki Məcəllənin 385.1, 431.1, 431.2, 431.2, 739.1, 739.2, 740.1, 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tə min olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)-4621/2023 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər V.N.Sadıqovdan və M.Ə.Rüstəmlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(001)-381/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı qaytarılması etiraf olunan 15000 manatın qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə X.Ə.Quliyevanın Cavabdeh olan borcu olaraq müəyyən edilmiş 40000 manat borcun bir hissəsi olmasını təsdiq edən sübutları məhkəməyə təqdi m etməmişdir.

12. Məhkəmə iclasında cavabdeh iddiaçıya 2006-cı ildə 15000 manat, 2008-ci ildə iddiaçının bacısı olan Xuraman Quliyevaya 40000 manat borc verməsini, Xuraman Quliyeva isə cavabdehdən borc almadığını bildirmişdir.

13. Bundan əlavə, X6 qanuni qüvvəsini almış məhkəmə aktları ilə Cavabdeh olan 40000 manat borcunu ödəmədiyi üçün ipoteka saxlayanın tələbi ilə ipoteka predmetinə tutma yönəldilməsi qət edilmiş və qətnamə hazırda icra mərhələsindədir.

14. Bu o deməkdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Xuraman Quliyevanın cavabdehə 40000 manat borcunun olduğu müəyyən edilmiş və həmin qətnamə ilə müəyyən edilmiş faktlar hazırkı işdə preyudisiallıq keyfiyyəti daşımaqla yenidən araşdırıla bilməz. Xuraman Quliyevanın cavabdehə borcu olub-olmaması, həmin borcun məbləği, kim tərəfi ndən, nə qədər ödənilməsi və s. bu kimi məsələlərə yalnız həmin icraatda araşdırılmaqla qiymət verilə bilərdi və verilmişdir.

15. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçı hazırkı iş üzrə tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

16. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)-4621/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 1, 425.2, 431-ci, Mülki Prosessual Məcəllənin 14, 76, 77, 217ci maddələrinin tələbləri pozulmuşdur.

18. Belə ki, apellyasiya in stansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etməmişdir. X6 ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsi faktiki olaraq İddiaçı aid olduğu üçün və həmin bu borcun Xuraman Quliyevaya heç bir aidiyyəti olmadığı üçün iddiaçı tərəfindən tələbkara ödənilmişdir. Xuraman Quliyeva uzun müddət bu məsələdən xəbərdar olmamış və yalnız evin satılması ilə əlaqədar rəsmi məktub gəldikdən sonra belə bir mübahisənin olduğundan məlumat almışdır. Müqavilə yalnız rəsmiyyət xətrinə X1 adına bağlanmış, faktiki olaraq həmin müqavilənin tərəfi İddiaçı olmuşdur.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mü lki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. Kassator apellya siya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidl ərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verilməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

27. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

28. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı onun cavabdehlə borc münasibətlərinə girməsini, müqavilənin formal olaraq bacısı ilə bağlanmasını və borcunu ödəməsini iddia edir. Lakin, iddiaçının bacısı Xuraman Quliyeva tərəfindən cavabdehdə n borc alması və öhdəliyi icra etməyərək, 40000 manat borcunun qalması qanuni qüvvədə olan qətnamə ilə müəyyən olunur. X1 öhdəliyinin tam və ya bir hissəsinin borclunun özü və ya üçüncü şəxs tərəfindən icra olunması borcun tutulması barədə həmin icraatda həll olunmalıdır.

30. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsini n məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiy a şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)-4621/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar