Məhkəmə qərarları › İş №2(102)-1133/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1133/2021

11.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1133/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” Aqro Şirkətinə qarşı, “xxxx” Aqro Şirkətinin İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin qeyri-müəyyən şərtinin əhəmiyyətsizliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdeh “xxxx” Aqro Şirkətinin nümayəndəsi X2, vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-638/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” Aqro Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları AC 278426 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Brilliance H230” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Aqro Şirkətinin (bundan sonra – cavabdeh və ya Şirkət) mülkiyyətindədir. Cavabdeh – “xxxx”, İddiaçı (bundan sonra – iddiaçı) – “alıcı” olmaqla bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 10 saylı alğı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 17500 manat təşkil edən “Brilliance H230” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – mübahisəli avtomobil) dəyəri hər ay 350 manat olmaqla hissə-hissə ödənilmək şərti ilə “alıcı”ya satılmışdır və həmin müqavilənin müddəti xx xxxxxx 2019-cu ilədək müəyyən edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər razılaşmışlar ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının ABŞ dollarının manata olan məzənnəsi bu müqavilə imzalanan günlə müqayisədə 2 faizdən çox dəyişildikdə “xxxx” bu müqavilənin ümumi məbləğini müvafiq dəyişmə həddində artıra və azalda bilər. Müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilənin müddəti Tərəflərin üzərinə düşən öhdəliyi müqavilə şərtlərinə müvafiq qaydada tam şəkildə yerinə yetirildiyi gün bitir. Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə üzrə avtomaşının qiyməti 17500 müəyyən olunur. “Alıcı”ya bu müqavilənin ayrılmaz və tərkib hissəsi olan ödəniş cədvəli verilir və ödəniş həmin cədvələ uyğun aparılır. Həmin müqavilənin 5.1 -2-ci bəndinə əsasən, “Alıcı”dan alğı-satqı müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunun vaxtında ödənilməsini tələb etmək – “xxxx”nın hüququ kimi müəyyən edilmişdir. Həmin müqavilənin 5.2.4-cü bəndinə əsasən, avtomaşının dəyəri bu müqavilənin qüvvədə olduğu vaxtda “Alıcı” tərəfindən tam ödənildiyi halda, qeyd-şərtsiz olaraq həmin avtomobili “Alıcı”-nın mülkiyyətinə vermək – “xxxx”nın vəzifəsi kimi müəyyən edilmişdir. Müqaviləyə əsasən “alıcı” “xxxx” şirkətə xx xxxxxx 2014-cü il tarixli 10 saylı alğı-satqı müqaviləsinə əsasən alınan avtomobilə görə aylıq ödənişlərinin müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Ödəniş cədvəlinə əsasən hər ay 350 manat olmaqla ödənişin ilk tarixi xx xxxxxx 2015-ci il, son tarixi isə xx xxxxxx 2019-cu il müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Pretenziyaya cavab” məktubunda göstərilmişdir ki, Şirkət ilə bağlanmış xx xxxxxxx 2014-cü il tarixli alğı-satqı müqaviləsi üzrə avtomobil satılmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən əgər müqavilənin imzalandığı gündən sonra ABŞ dollarının məzənnəsi 2 faizdən çox dəyişərsə avtomaşının ümumi dəyəri buna uyğun artırıla və ya azaldıla bilər. Ona görə də, müqavilə bağlandıqdan sonra 2 dəfə ABŞ dollarının məzənnəsi dəyişmişdir və nəticədə həmin müqavilə üzrə ödənilməli məbləğ 34019,48 manat təşkil etmişdir. Amma həmin müqavilə üzrə 17500 manat ödəniş edilmiş və Şirkətə 16519,48 manat məbləğində borc qalmaqdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia çı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli avtomobilin cavabdeh tərəfindən onun mülkiyyətinə verilməsi və bununla bağlı zəruri hərəkətlərin icra edilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirərək avtomobilin dəyəri olan 17500 manat pulu tamamilə şirkətə ödəmiş olsa da, cavabdeh şirkət tərəfindən müqavilənin şərtləri icra edilməmişdir. Belə ki, müqavilənin 5.2.4-cü bəndinin tələblərinə görə, Şirkət dəyəri tam ödənildikdən sonra, avtomobili qeyd-şərtsiz olaraq onun mülkiyyətinə verməli olduğu halda, bundan imtina etmiş, imtinanı müqavilənin 1.2-ci bəndinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Müqavilənin həmin bəndinə görə ölkədə m anat iki dəfə devalvasiya uğradığından, manatın dolara hazırkı məzənnəsi üzrə avtomobilə görə əlavə olaraq 16519,48 manat da ödəməlidir. Hazırda cavabdeh avtomobilin idarə edilməsi üçün adına etibarnamə vermir, bu səbəbdən faktiki sahibliyində olan avtomobili idarə edə bilmir. Cavabdeh şirkətin avtomobili onun adına sənədləşdirilməsindən imtinası qanunsuz və əsassızdır, avtomobilin qeyd-şərtsiz olaraq onun mülkiyyətinə verilməsi təmin edilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilin geri qaytarılması və iddiaçıdan Şirkətin xeyrinə cəmi 13602,96 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə bağlandıqdan sonra manatın ABŞ dollarına məzənnəsi 2 dəfə dəyişmiş, nəticədə “alıcı”nın ödəməli olduğu məbləğ 31102,96 manat təşkil etmişdir. Amma, “alıcı” İddiaçı tərəfindən cəmi 17500 manat ödəniş edilmişdir. Hazırda iddiaçı “xxxx” şirkətə 13602,96 manat məbləğində borcu qalmaqdadır. Lakin, müqavilə müddətinin bitməsinə baxmayaraq “alıcı” avtomobilin ödənişini tam ödəməmişdir. Həmçinin, Şirkət tərəfindən bir ay müddətinə avtomobili idarə etmək şərti ilə verilmiş etibarnamənin müddəti xx xxxx 2019-cu ildə bitmişdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-2147/2019 saylı qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) ilk iddia qismən təmin edilərək, xx xxxxxx 2014-cü il tarixli, 10 saylı alğı-satqı müqaviləsinin predmeti olan avtomobilin iddiaçının mülkiyyətinə verilməsi üçün zəruri sənədləri n təqdim edilməsi vəzifəsinin cavabdeh şirkətin üzərinə qoyulması qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427, 441.1, 441.4, 442, 575.2, 569.1, 600.3-cü maddəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx xxxxxx 2014-cü il tarixli, 10 saylı alğı-satqı müqaviləsi üzrə tərəflər qarşılıqlı olaraq öz üzərlərinə öhdəlik götürmüşlər. Yəni, iddiaçı avtomaşının dəyəri kimi 5 il müddətinə hər ay 350 manat olmaqla pul vəsaitini cavabdehə ödəməli, avtomaşının dəyəri tam ödənildiyi halda isə cavabdeh qeyd-şərtsiz olaraq həmin avtomobili iddiaçının mülkiyyətinə verməlidir. İddiaçı öz öhdəliyni tam olaraq yerinə yetirmiş, belə olan halda cavabdehin öhdəliyini tam yerinə yetirmək vəzifəsi yaranmışdır. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Zaur Məmmədov, Fuad Məmmədov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ABŞ dollarının məzənnəsi 2015-ci ilin fevral ayından etibarən dəyişməyə başlasa da, “xx xx” şirkət bu dəyişikliklərlə əlaqədar tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 10 saylı alğı-satqı müqaviləsinin 1.2-ci bəndinə uyğun olaraq hər hansı bir əlavənin və yaxud əlavə razılaşmanın imzalanması üçün “alıcı” İddiaçı müraciət etməmiş, əksinə sonuncu tərəfindən verilən (Müqavilədə nəzərdə tutulan) aylıq pul ödənişləri qeyd-şərtsiz qəbul edilərək avtomobillə əlaqədar aylıq etibarnamələri mütəmadi olaraq “alıcı”ya vermişdir. Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan şərt qəti şərt kimi deyil, “xxxx” bu müqavilənin ümumi məbləğini müvafiq dəyişmə həddində artıra və azalda bilər” kimi ifadə edildiyindən, yəni həmin şərtin icra olunması bilavasitə iddiaçının iradəsindən və tərəflərin qarşılıqlı razılığından asılı olduğundan belə bir dəyişiklik müvafiq qaydada tərəflər arasında əlavə olaraq yazılı qaydad razılaşdırılmalı və imzalanmalı idi. İşin hallarından göründüyü kimi, xx xxxxxx 2014-cü il tarixli, 10 saylı alğı-satqı müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə əlavə müqavilə mövcud deyildir. Yəni, ABŞ dollarının məzənnəsi 2015-ci ildən etibarən dəyişməyə başlasa da, “xxxx” Şirkəti “alıcı” tərəfindən xx xxxxxx 2014-cü il tarixli, 10 saylı alğı-satqı müqaviləsi ilə nəzərdə tutulan şərtlərin icra edilməsini görmüş və bu icranı qəbul etmiş, bu icranın məbləğinin dəyişdirilməsini tələb etməmiş, həmin icranın qarşılığında hər ay zəruri sənədləri (etibarnamələri) “alıcı”ya təqdim etmiş, “alıcı” da müqavilə qüvvədə olduğu dövrdə öz öhdəliyini heç bir qeyd-şərt olmadan icra etmiş və nəticədə “alıcı”nın “xxxx”dan öz öhdəliyinin tam icra etməsini tələb etmək hüququ yaranmışdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən məlum olur ki, avtomobilin alıcıya satılması üçün xxxx tərəfindən avtomobilin gətirilməsi ilə əlaqəli sərf edilən vəsait olan dolların manata məzənnəsi gələcəkdə dəyişərsə müqavilə üzrə nəzərdə tutulan ümumi məbləğ də dəyişdirilə bilər. Məhz bu səbəbdən də xxxx alıcı ilə öz aralarındakı şifahi razılaşmanı əsas tutaraq müqavilə üzrə devalivasiya ilə əlaqədar yaranmış zərurəti nəzərə alıb qalıq 16519 manat pulu əvvəlki qaydada aylıq 350 manat olmaqla ödəməyə şərait yaradıb və qalıq məbləğ tam ödənildikdən sönra müqavilənin bitəcəyi ikitərəfli razılaşdırılıb. Bu səbəbdən də alıcı tərəf öz öhdəliklərini devaliva siyadan sonra əvvəlki qaydada yerinə yetirməyə başlayıb. Həmçinin, digər alıcılar da eyni qayda ilə devalivasiya nəzərə alınmaqla nəzərdə tutulan vəsaitləri ödəyiblər. Bu zaman tərəflər Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan tələbləri əsas tutublar. İşə baxan məhkəmələr işin bu hallarına əhəmiyyət verməyərək maddi hüquq normasının tələblərini pozmuş və nəticədə düzgün olmayan nəticəyə gəlmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə - onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtı nda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 575.2. xxxx fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı xxxxya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.3. xxxx əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Maddə 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tə rəf öz öhdəliyini icra etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənziml əyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Devalvasiyadan sonra avtomobilin yeni qiymətinin ödənilməsi ilə bağlı tərəflər arasında şifahi razılığın olması barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Çünki cavabdeh şirkət tərəfindən bu barədə nə birinci instansiya məhkəməsinə, nədəki apellyasiya instansiyası məhkəməsində işə baxılarkən hər hansı bir sübut təqdim edilməmiş, etirazın əsası kimi istinad etdiyi hallar əsaslandırılmamışdır. MM-nin 423.1-ci maddəsinə görə isə müqavilən in dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İşin məhkəmələr tərəfindən müəyyən edil miş hallarında da göründüyü kimi, devalvasiya baş verəndən sonra da xxxx şirkət tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müəyyənləşdirilmiş aylıq ödənişləri alıcıdan qəbul etmişdir. Eyni zamanda avtomibilin qiymətinin dəyişdirilməsi, müvafiq olaraq aylıq ödənişlərin həcminin artılırması, yaxud eyin vəsaitin ödənilməsi üzrə müddətin uzadılması ilə barədə də da iddiaçıya müraciət edilməsi, bu barədə tərəflər arasında müqaviləyə dəyişiklik və ya əlavənin edilməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” Aqro Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-638/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar