Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1135/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: pul, mənəvi zərər tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) qarşı pul və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 20 22-ci il tarixli 2(103)-6021/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının qızı Maraqlı şəxs2 ilə Cavabdeh1 oğlu LLLBabayev 2012-ci ildə ailə qurmuşlar. Sonradan münasibətləri pozulduğu üçün ayrılmışlar. Təxminən 5 il müddət keçdikdən sonra yenidən barışmış, təkrar evlənmişlər. Birgə nikahlarından 30 aprel 2013-cü il təvəllüdlü YYY, 01 iyun 2020-ci il təvəllüdlü XXXadlı iki uşaqları olmuşdur.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(001)- 1009/2021 saylı qətnaməsinə əsasən Maraqlı şəxs1 ilə X3 arasında 26 dekabr 2019-cu il tarixdə bağlanmış rəsmi nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş mə hkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 icarəsində olan Bakı şəhəri, Müşfiqabad qəsəbəsinə bitişik ərazidə (ünvan 2i ərazisində) yerləşən 2 ha torpaq sahəsindən Cavabdeh1 faktiki olaraq verdiyi 0,003 ha hissəsində inşa etdiyi fərdi yaşayış evinin tikintisinə xərclədiyi 29000 manat vəsaitin, habelə mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul vəsaitinin ümumilikdə 30180 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, X6 şəhərində yaşamışlar, sonradan LLLBakı şəhərində işlədiyi üçün iddiaçının dəvəti ilə bir müddət Sulutəpə qə səbəsində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evində ayrıca tikilidə ailə üzvləri ilə birlikdə yaşamışlar. Sonradan isə Cavabdeh1 məxsus, Qobustan şəhərində yerləşən evə köçüb orada yaşamışlar. LLLV.V.Və məlumat vermədən Türkiyə Respublikasına getdiyi üçün aralarındakı münasibət pozulmuş, sonradan isə məhkəmə qaydasında nikahları pozulmuşdur. Maraqlı şəxs2 Maraqlı şəxs1 ilə barışdıqdan sonra Cavabdeh1 iddiaçıya Cavabdeh2 icarəsində olan Bakı şəhəri, Müşfiqabad qəsəbəsinə bitişik ərazidə ünvan 2i ərazisində yerləşən 2 hektar torpaq sahəsindən 0,006 ha hissəsini aldığını, lakin öz adına tam rəsmiləşdirmədiyini bildirmiş, bununla bağlı sənədləri iddiaçıya göstərmişdir. Həmin torpaq sahəsinin 0,003 ha hissəsini oğlu Maraqlı şəxs1, digər 0,003 ha hissəsini isə digər oğluna verəcəyini bildi rmişdir. Həmçinin, iddiaçıya təklif etmişdir ki, Məlikin yaşamağa evi olmadığından torpaq sahəsini o verir, həmin torpaq sahəsində evi isə iddiaçı tikdirsin. İddiaçı əvvəl etiraz etsə də, sonradan razılaşmış, evin inşası bitdikdən sonra sənədləşmə işləri aparılaraq evin Məlikin və ya V.V.Vin adına rəsmiləşdirilməsi ilə bağlı da razılığa gəlmişlər. İddiaçı ustalar dəvət etmiş, bütün materialları Sulutəpə qəsəbəsində yerləşən “Eurohome” tikinti materialları bazarından özü almış, usta xərci ilə birlikdə orta hesabla 29000 manat xərc çəkərək evi təmirsiz vəziyyətdə inşa etdirmişdir. X11 boşandıqları üçün iddiaçı çəkdiyi xərci Cavabdeh1 tələb etmiş, sonuncu isə pulu ödəməkdən imtina etmişdir. Torpaq sahəsi rəsmi olaraq Cavabdeh2 istifadəsində olduğundan evin hüquqi müqəddəratını o həll etməlidi r. İddiaçı sözügedən fərdi yaşayış evini borc-xərclə inşa etdirdiyindən və hazırda Cavabdeh1 ona pulu qaytarmadığından iddiaçı mənəvi-psixoloji sarsıntı, əsəb keçirmişdir. Buna görə də o, cavabdehlərdən mənəvi zərərin də tutulmasını tələb edir və məbləği 1000 manat müəyyən edir.
5. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərmişdir ki, sözügedən torpaq sahəsinin və orada inşa edilmiş evin ümumiyyətlə Cavabdeh1 aidiyyəti yoxdur. Belə olan halda, iddiaçının inşa etdirdiyi evə çəkdiyi xərcin əvəzinin Cavabdeh1 tutulmasına heç bir əsas yoxdur.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, sözügedən evin tikintisində usta kimi işləmişdir. Belə ki, İddiaçı qızı üçün ev tikdirirdi. O, Qabil və sonuncu nun qudası Abgül ilə birlikdə evi tikəcəkləri torpaq sahəsini nəzərdən keçirmiş, sahənin balaca olduğunu görmüşlər. Qabil Abgülə onun torpağının olduğunu, evi orada tikməyi təklif etsə də, Abgül razılaşmamış, evin burada tikilməli olduğunu demişdir. Evin tikintisi üçün pulu Qabil ona vermişdir və o, Qabil və digər ustalarla birlikdə gedib lazımi materialları almışdır. Qabil evin tikintisi üçün təxminən 29-30 min manat pul xərcləmişdir. Həmçinin, onlar evi inşa edərkən heç kim onlara maneçilik törətməmişdir. O, Cavabdeh2 tanımır, torpağın sənədinin olub-olmadığını bilmir.
7. Məhkəmə iclasında şahid qisminə dindirilmiş X2 ifadəsində göstərib ki, sözügedən evin daş işlərini və dam örtüyünün vurulmasında iştirak etmişdir. İddiaçı evi başqa yerdə tikdirmək istəyirdi, lakin qudası Abgül buna e tiraz edərək “torpaq sahəsi məndən, ev tikmək sizdən” demişdir. Evin tikintisi üçün bütün xərcləri Qabil ödəmişdir. Söhbət zamanı Abgül iki oğlu olduğunu, torpağın bir hissəsini digər oğluna verəcəyini bildirmişdir.
8. İş materiallarında olan torpaq sahəsinin plan və ölçüsündən, habelə çıxarışdan müəyyən edilmişdir ki, ünvan 2ində yerləşən 2 ha. torpaq sahəsi icarə hüququ əsasında Cavabdeh2 adına 18 noyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır.
9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 14 fevral 2022-ci il tarixli məktubda göstərilir ki, ünvan 2i ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2.0 ha. icarə torpaq sahəsi üzərində Cavabdeh2 adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə ****** ****54 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli torpaq sahəsinin icarə hüquqlarının alğı-satqısı müqaviləsinə əsasən 2 ha. icarə torpaq sahəsindən 0,48 ha. hissəsi X7 Saeed Alamerının adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 1,52 ha. icarə torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə məlumat aşkar edilməmişdir.
10. Məhkəmənin 16 fevral 2022-ci il tarixli qərardadına əsasən, evin tikintisi üçün sərf edilmiş pul vəsaitinin məbləğinin hesablanması məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 07 aprel 2022-ci il tarixli, QXM 417/M saylı rəyi ilə müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evinin mövcud vəziyyətə gətirilməsi üçün çəkilmiş xə rclərin bazar dəyəri 32000 manat təşkil edir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2(001)- 1026/2022 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 29000 manat məbləğində pul vəsaiti, habelə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 160 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissələrdə rədd olunması qət edilmişdir.
12. Məhkəmə mövqeyini iş materiallarına və məhkəmə icraatı zamanı keçirilmiş ekspertiza rəyinə istinadən əsaslandırmış və qeyd etmişdir ki, iddia tələbində göstərilən fərdi yaşayış evi Cavabdeh1 tələbi ilə Cavabdeh2 icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsində İddiaçı tərəfindən, sonuncunun hesabına inşa edilmiş, məqsəd isə Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 ailə kimi həmin evdə yaşama ları olmuşdur. Lakin Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 arasındakı nikah pozulduğundan Maraqlı şəxs2, yəni iddiaçının qızı həmin evdə yaşamamışdır. Hazırki halda İddiaçı tərəfindən 32000 manat pul vəsaiti xərclənməklə inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq Cavabdeh1 istifadəsində olan torpaq sahəsində yerləşdiyindən məhkəmə hesab edir ki, evin inşası üçün çəkilmiş xərc Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddia bu hissədə digər Cavabdeh2 münasibətdə rədd edilməlidir. Belə ki, Cavabdeh1 torpaq sahəsinin bir hissəsini oğlu Məlikə, qalan hissəsini isə digər oğluna verəcəyinə dair vədləri ilə torpaq sahəsinin özünə məxsus olmasına əsaslandığından iddiaçı ilə Cavabdeh1 ilə şifahi razılıq əsasında tikinti işlərini öz vəsaiti hesabına məhz İddiaçı aparmışdır. Bu hal iş üzrə dindirilmiş ş ahid ifadələri ilə öz təsdiqini tapmışdır. Digər cavabdeh və mübahisəli evin yerləşdiyi torpaq sahəsinin icarədarı Cavabdeh2 isə tikinti aparılmasından və bununla bağlı tərəflər arasında hər hansı razılığın olmasından məlumatlı olmasına dair iş üzrə heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı iddia tələbində cavabdehlərdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun tutulmasını xahiş etsə də, mənəvi zərərin nədə ifadə olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir.
13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının onun keçmiş qudası olması, lakin buna baxmayaraq iddia olunan torpaq sahəsinin, eyni zamanda onun üzərində yerləşən tikilinin ona heç bir aidiyyatının olmaması, iddiaçı tərəfindən təqdim edilmiş 18 noyabr 2014-cü il tarixli çıxarışda onun adının olmaması, başqasının mülkiyyətində olan torpaq sahəsində tikilmiş, mülkiyyətində hətta istifadəsində olmayan əmlaka görə cavabdehlik daşımaması, ünvan 2i ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2.0 ha icarə torpaq sahəsi üzərində Cavabdeh2 adına icarə hüququnun daşınmaz əm lakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə **********54 reyestr nömrəsi ilə qeydiyyata alınması, şahidlərin hansı müqavilə əsasında həmin tikilini tikməsi, həmin torpaq sahəsinin cavabdehə məxsus olması barədə dediklərinin həqiqətə uyğun olmaması, əsassız varlanmaması, iddianın tam rədd olunmalı olması və s. kimi dəlillərə istinadən əsaslandırmışdır.
16. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tərəflər arasında iddia olunan torpaq sahəsində tikilinin inşa edilməsi və onun nəticələri ilə bağlı hər hansı razılaşma olmamışdır. Yəni, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi olmamışdır. Eyni zamanda cavabdeh əsassız varlanmamışdır. Çünki nə iddia olunan torpaq sahəsi, nə də onun üzərində inşa olunmuş torpaq sahəsinin cavabdehə aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi nəyə görə cavabdehin iddiaçıya pul ödəməli olmasını əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 11 oktyabr 2022-ci il tarixli, 2(103)-6021/2022 nömrəli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, yəni “Cavabdeh1 29000 manat məbləğində pul vəsaiti, habelə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 160 manat tutularaq İddiaçı ödə nilməsi” hissədə) ləğv olunmuş, iddia həmin hissədə təmin olunmamışdır.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işin müəyyən olunmuş faktiki hallarından isə Cavabdeh1 iddiaçının hesabına əsassız varlanması halı müəyyən olunmur. Yəni, iddiaçıya məxsus əmlak hesabına (iddia olunan torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış sahəsi) Cavabdeh1 varlanması (həmin əmlakı əldə etməsi və s.) işdə olan sənədlərlə sübuta yetirilmir. İddiaçı bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini əsaslandıra bilməmişdir (iddiaçı əsasən ümumi mülahizələrdən çıxış etmişdir). Əksinə iddiaçının özünün bildirməsindən və təqdim etdiyi sənədlərdən (çıxarış və s.) görünür ki, iddia olunan torpaq sahəsi cavabdehın adına qeydə alınmamışdır. Bundan əla və, şahidlərin tikilinin Cavabdeh1 təklifi ilə iddia olunan torpaq sahəsində inşa olunması ilə bağlı bildirdikləri özüözlüyündə iddianın sonuncuya münasibətdə təmin olunması üçün yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, işdə olan sübutlardan tərəflər arasında iddia olunan tikilinin inşası və onun sonrakı nəticələri ilə bağlı da hər hansı razılaşmanın olması müəyyən edilmir. Hətta, “Cavabdeh1 iddia olunan torpaq sahəsində mübahisəli tikilinin inşasını iddiaçıya təklif etməsi” şərti olaraq qəbul edilsə belə, yenə də hazırki vəziyyətdə iddiaçının əsassız varlanma əsası kimi həmin cavabdehdən pul tələb etməsi əsaslı və qanuni sayıla bilməz. Yuxarıda da qeyd edildiyi kimi cavabdehin iddiaçının hesabına əsassız varlanması halı müəyyən edilmir. Yəni, ən azından tikilinin inşa olunduğu torpaq sahəsi Cavabdeh1 qanuni sahibliyində (əşya hüquqları üzrə) olmuş olsaydı, o zaman iddiaçının həmin cavabdehə qarşı müvafiq tələb hüququndan söhbət gedə bilərdi. İddiaçı məhkəməyə Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində maddi zərərə düşdüyünü (cavabdehin əsassız varlanmasını) təsdiqləyən mötəbər sübutlar təqdim etməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386.1, 1091.1, 1092, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55, 66.1, 67 və 68-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya ins tansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə şahidlərin ifadələrinə düzgün qiymət verməmişdir. Belə ki, işdə olan şahid ifadələrinə əsasən Cavabdeh1 tərəfindən torpaq sahəsi tikinti üçün təqdim edilmiş, tikinti üçün isə tələb olunan xərcləri iddiaçı çəkmişdir. Cavabdeh sadəcə məsuliyyətdən yayınmaq üçün məhkəməyə yanlış məlumat vermişdir. Bundan əlavə, məhkəmə tərəfindən qərar qəbul edilərkən sübutlara obyektiv yanaşmadan, hərtərəfli və tam tədqiq etmədən qiymət verilmişdir. Cavadeh Cavabdeh2 məxsus olmuş torpaq sahəsinə dair ekspertiza keçirməmiş, aidiyyatı orqanlardan sorğular vermədən, iddiaçının iştirakı olmadan bir məhkəmə iclasında işi yekunlaşdırmışdır. Həmçinin, məhkəməyə işin təxirə sa lınması barədə ərizə təqdim edilmiş, lakin məhkəmə ərizəni sübut təqdim edilməməsi səbəbindən nəzərə almamışdır. Belə ki, vəkillərin iştirak edəcəkləri məhkəmə iclasları barədə e-məhkəmə sistemində məlumatlar mövcuddur. Məhkəmə asanlıqla bunu müəyyən edə bilərdi. Nəticədə norma düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ nu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 1091.1. Əsas sız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
29. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
30. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlan madan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
31. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
32. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qər arı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
33. Maddə
67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
34. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88 Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsin in mövqeyi
43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
44. İddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, Cavabdeh1 ünvan 2i ərazisində yerləşən 2 hektar torpaq sahəsindən 0,006 ha hissəsini aldığını, lakin öz adına tam rəsmiləşdirmədiyini bildirmiş, bununla bağlı sənədləri iddiaçıya göstərmişdir. Həmin torpaq sahəsinin 0,003 ha hissəsini oğlu Maraqlı şəxs1, digər 0,003 ha hissəsini isə digər oğluna verəcəyini bildirmişdir. Cavabdeh1 ona təklif etmişdir ki, Məlikin yaşamağa evi olmadığından torpaq sahəsini o verir, həmin torpaq sahəsində evi isə iddiaçı tikdirsin. Razılığa görə evin inşası bitdikdən sonra sənədləşmə M əlikin və ya V.V.Vin adına aparılmalı idi. Bu razılıq əsasında evi inşa etmiş, X11 boşanmışlar. Cavabdeh1 evə çəkilən xərci tələb etsə də cavabdeh bundan imtina etmişdir.
45. İddiaçının göstərdiyi bu hallar təsdiq olunacağı halda, cavabdehin iddiaçı tərəfindən evin tikintisinə çəkilən xərcləri ödəmək vəzifəsi yarana bilər.
46. Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmiş, vəkili ilə təmsil olunmuş, vəkili isə iddiaçının dəlillərini rədd etmişdir.
47. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa ob yektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
48. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.1 və 76.2-ci maddələri).
49. Bu normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçı tərəfin birbaşa vəzifəsidir.
50. İddiaçı şərh etdiyi işin faktiki hallarını sübut etmək üçün şahidləri dəvət etmişdir. Həmin şahidlər evin inşasında iştirak etməklə, iddiaçı ilə Cavabdeh1 torpaq sahəsi və evin inşası ilə bağlı danışıqları barədə məlumatlı şəxslərdir.
51. X1 ifadəsində bildirib ki, iddiaçı və Cavabdeh1lə birlikdə evi tikəcəkləri torpaq sahəsini nəzərdən keçirmiş, sahənin balaca olduğunu görmüşlər. Qabil Abgülə onun tor pağının olduğunu, evi orada tikməyi təklif etsə də, Abgül razılaşmamış, evin burada tikilməli olduğunu demişdir.
52. Digər şahid X2 ifadəsində göstərib ki, iddiaçı evi başqa yerdə tikdirmək istəyirdi, Cavabdeh1 buna etiraz edərək “torpaq sahəsi məndən, ev tikmək sizdən” demişdir. Söhbət zamanı Cavabdeh1 iki oğlu olduğunu, torpağın bir hissəsini digər oğluna verəcəyini bildirmişdir.
53. Birinci instansiya məhkəməsi bu şahidlərin ifadələrini sübut kimi qəbul etmiş və iddianı qismən təmin etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi şahidlərin ifadələrini (tikilinin Cavabdeh1 təklifi ilə iddia olunan torpaq sahəsində inşa olunmasını bildirmələrini) özü-özlüyündə iddianın sonuncuya münasibətdə təmin olunması üçün yetərli və mötəbər sübut olmadığını bildirmişdir.
54. Nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Başqa sözlə şahidin verdiyi məlumat həqiqətə uyğun və inanıla bilən olduğu halda mötəbər sayıla bilər.
55. Yetərlilik isə işin hallarına əhatəli aydınlıq gətirməyə imkan verməni, gəlinən nəticəyə inamın dərəcəsini ehtiva edir.
56. Apelyasiya instansiyası məhkəməsi şahid ifadələrini yetərli və mötəbər sübut olmadığını bildirməsinə baxmayaraq, məhz nəyə görə mötəbər olmadığını və yetərsizliyini əsaslandırmamışdır.
57. Bundan başqa, torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olmaması faktı, özlüyündə iddianın rədd olunmasına əsas vermir. Doğrudur ki, iddiaçı tələbinin maddi-hüquqi əsası kimi əsassız varlanmaya istinad etmişdir və torpaq sahəsi üzərində Cavabdeh1 hüququnun olmaması bu iddianın rədd olunması üçün əsasdır.
58. Lakin nəzərə alınmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki t ərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı).
59. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir.
60. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun fakti ki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilir.
61. Xüsusilə qeyd olunmalıdır ki, MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
62. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellya siya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
63. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
64. Bu baxımdan, verilmiş iddia tələbinin əsassız varlanmanın dispozisiya şərtlərindən başqa hansı normanın əhatəsinə düşdüyü araşdırılmalı idi. Yəni, hətta torpaq sahəsi Cavabdeh1 sahiblik, istifadə və sərəncamında olmadığı halda belə, tikilinin iddiaçı tərəfindən orada məhz Cavabdeh1 dediklərinə inanıb tikməsi müəyyən olun duğu halda, iddia tələbi başqa maddi-hüquqi əsaslarla təhlil edilə bilər.
65. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı torpaq sahəsinin digər Cavabdeh2 məxsus olması barədə dəlil irəli sürmüşdü və bu barədə ilkin sübut kimi torpaq sahəsinin Cavabdeh2 məxsus olması barədə sübutu təqdim etmişdi. Lakin iddia üzrə cavabdehlərin müştərək cavabdehliyi müəyyən olunmasına baxmayaraq heç bir məhkəmə iclasında Cavabdeh2 iştirak etməmiş, iddia tələbinə qarşı onun münasibəti, tikilinin həqiqətən də həmin torpaq sahəsində yerləşib yerləşmədiyi müəyyən edilməmişdir.
66. Göründüyü kimi məhkəmələr işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılm aması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
67. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onl arın ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
68. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.
69. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).
70. Apelly asiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
71. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərar a aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(103)-6021/2022 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.