Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1140/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi 16.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1073/2024 nömrəli iş üzrə 03 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı şəhəri, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169,3 kv.metr qeyri-yaşayış sahəsini Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş X1 qızı ilə bağladığı 24 yanvar 2004-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir.
2. Qeyri-yaşayış sahəsinə dair İddiaçı adına xx.xx.2004-cü tarixli 002030 saylı mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir.
3. Səbail rayon İcra hakmiyyəti Başçısının 14 mart 2002-ci il, 06 iyun 2004-cü il və 16 iyul 2004-cü il və tarixli sərəncamları ilə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin də olduğu binanın yerləşdiyi ərazidən 0,2604 ha torpaq sahəsi cavabdeh "xxxx" MTK-nın tikinti məqsədləri üçün istifadəsinə verilmiş, MTK tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi sökülmüş və orada 6 mərtəbəli bina inşa olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m. qeyri-yaşayış sahəsinin əvəzinə eyni ölçüdə və eyni keyfiyyətdə başqa qeyri-yaşayış sahəsinin verilməsi və ya dəymiş real zərərin əvəzi olaraq 1.269.750 (bir milyon, iki yüz altmış doqquz min, yeddi yüz əlli) manat, əldən çıxmış faydaya görə 384.000 (üç yüz səksən dörd min) manat, mənəvi zərərin əvəzi ola raq 10.000 (on min) manat, ümumilikdə 1.663.750 (bir milyon altı yüz altmış üç min yeddi yüz əlli) manat pulun cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m. qeyri-yaşayış sahəsini Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş X1 qızı ilə onun arasında bağlanılmış 24 yanvar 2004-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Alğısatqı müqaviləsi əsasında əldə etdiyi yarımzirzəmiyə görə alğı-satqı müqaviləsindən də göründüyü kimi X1 qızına 247.000.000 manat pulu bütünlüklə ödəmişdir. Qeyd olunan alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtə bəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinə dair İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 002030 saylı, xx.xx.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. O, ailəsi ilə birlikdə Naxçıvan MR-da yaşayır. Bu əmlakı ailəsinin maddi təminatını təmin etmək ücün almışdır. Əmlakı əldə edən vaxtdan onu icarəyə vermişdir. 2004-ci ilin ortalarında cavabdeh "xxxx" MMC (indi "xxxx" Mənzil Tikinti Kooperativi) ona məxsus olan qeyri-yaşayış sahəsinin yarımzirzəmisinin yerləşmiş olduğu 2 mərtəbəli binanın sökülərək onun yerində çoxmərtəbəli yaşayış binası tikiləcəyini bildirdi. Həmin vaxt "xxxx" MMC-nin icracı direktoru X3 çağırışı ilə Bakıya gəlmişdir. X9 ona mə xsus olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 2 mətrtəbəli binanın sökülməsi və yeni tikiləcək çoxmərtəbəli yaşayış binasının aşağı mərtəbələrindən ona sökülən qeyri-yaşayış sahəsinin əvəzi olaraq daha geniş ölçüdə qeyri-yaşayış sahəsi verilməsi barədə onunla müqavilə bağladı (həmin müqavilənin surətini ona vermədi). Bildirdi ki, köhnə bina 2005-ci ildə sökülərək yeni tikiləcək, bina 2007-2008-ci illərdə təhvil veriləcəkdir. O da inanaraq yeni əmlakının ona təhvil verilməsini gözləmişdir. Bakı şəhəri, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsi aşağıda göstərilən sərəncamlar əsasında "xxxx" MMC tərəfindən sökülərək yerində hündürmərtəbəli yaşayış və ofis binası tikilmişdir. Cavabdeh "xxxx" MTK Bakı şəhər İcra Hakimiyyəti Başçıs ının 122 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamının müddəalarını yerinə yetirməyərək ərazidə yerləşən ona məxsus qeyriyaşayış tikilisinin sökülməsi və bununla bağlı olaraq yeni sahə verilməsi və ya kompensasiya verilməsini təmin etməmişdir. Cavabdeh "xxxx" MTK vəkil sorğusuna öz cavab məktubunda bildirmişdir ki, "xxxx" MTK ilə İddiaçı arasında heç bir müqavilə və ya razılaşma olmamışdır. Göründüyü kimi, ona məxsus olan qeyri-yaşayış sahəsi cavabdeh "xxxx" MMC, indiki "xxxx" MTK tərəfindən sökülmüş, məhv edilmiş və buna görə də iddiaçının, yəni onun cavabdeh "xxxx" MTK-dan qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı kompensasiya tələb etmək hüququ yaranmışdır. Real zərərlə bağlı bildirir ki, qeyd olunan ərazidə istər yeni, istərsə də köhnə yarımzirzəmilərin-qeyri-yaşayış sahələrinin bir k v.metrinin qiyməti 7500 manatdan az deyil. Tikilinin sahəsi 169.3 kv.m olduğunu nəzərə alaraq, belə halda cavabdeh ona (169,3 x 7500=1.269.750 manat) 1.269.750 manat real zərərin əvəzini ödəməlidr. Bundan əlavə cavabdeh əmlakını 2005-ci ildə məhv etməklə həm də, onu adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də (əldən çıxmış fayda) məhrum etmişdir. Belə ki, o, ailəsi ilə birlikdə Naxçıvan MR-da yaşayır. Bu əmlakı da ailəsinin dolanışığı üçün almışdır. Əmlakı əldə edən kimi onu icarəyə vermişdir. Bu keçən 16 il ərzində də icarəyə verərək faydalana bilərdi. Nəzərə alaraq ki, Bakı şəhəri, Səbail rayonu Ə.Cavad küçəsində yerləşən, hər bir şəraiti olan qeyri-yaşayış sahəsini 2000 manata icarəyə versə idi, 192 ay (16 il xl2 ay=192 ay) x 2000 manat=384000 manat edərdi ki, cavabdehin h üquqa zidd və qanunsuz hərəkətləri nəticəsində o, bu faydadan da məhrum olmuşdur. Ona görə də cavabdeh 384.000 manat əldən çıxmış faydanı da ona ödəməlidir. Cavabdeh "xxxx" MTK-nın bu 16 il ərzində qeyd olunan qanunsuz hərəkət və hərəkətsizliyi onun və ailəsinin şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, o və ailəsi bu illər ərzində mənəvi sartsıntılar keçirmişlər ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 (on min) manat mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Beləliklə, Cavabdeh ona vurmuş olduğu real zərərə görə qeyri-yaşayış sahəsinin məhv edilməsinə görə hər kv.m 7500 manat olmaqla 1.269.750 manat, əldən çıxmış faydaya görə hər ayı 2000 manat olmaqla, 192 aya (16 il x12 ay=192 ay) 384000 manat, mənəvi zərərə görə 10000 manat kompensasiya ödəməlidir.
6. Cavabdeh "xx xx" Mənzil Tikinti Kooperativi iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və buna görə də məhkəmə tərəfindən iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 179 saylı sərəncamına əsasən ünvan 1 ünvanda altımərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Başcısının xx.xx.2002-ci il tarixli, 179 saylı sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli, 179 saylı sərəncamı ilə ünvan 1 ünvanında X15 yaşayış binasının tikintisi üçün təhkim olunmuş 280 kv.m torpaq sahəsinin təsisçisinin varisi olan "xxxx" MMC-yə alğı-satqı q aydasında əldə edilmiş əlavə mənzillərin tutduğu torpaq sahəsi nəzərə alınmaqla 0,1666 ha torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 147 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamında “0,1666 ha” ifadəsi “0.2604 ha” kimi oxunması qərara alınmışdır. "xxxx" MMC-yə ayrılan tikinti sahəsində yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərlə həmin vaxt sahələrin alınmasına dair müqavilə yalnız mübahisə olduğu zaman bağlanmışdır. İddiaçının qardaşı X4 iddiaçının adından təqdim etdiyi etibarnamə əsasında mübahisələndirilən qeyri-yaşayış s ahəsinin dəyəri 50.000 ABŞ dolları ona ödənilmişdir. İddiaçı cavabdeh qismində "xxxx" MTK-ya, X10, X7 və X16 qarşı müqavilələrin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia tələbi üzrə məhkəmə iclasında X13 tərəfindən təsdiq edilmişdir. Eyni zamanda həmin məhkəmə zamanı İddiaçı qardaşı Abazər Mahmudova etibarnamə verdiyini təsdiq etmişdir. Qeyd edilənlər Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-584/2021 saylı iş üzrə və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8176/2021 saylı qətnamələri ilə təsdiq edilir. Həmin qətnamə ilə İddiaçı iddiası təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə isə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlər onu d eməyə tam əsas verir ki, İddiaçı iddia tələbi tamamilə əsassızdır. Belə ki, qeyri-yaşayış sahəsinin dəyəri onun verdiyi etibarnamə əsasında qardaşı Abazər Mahmudova ödənilmişdir. "xxxx" MTK tərəfindən ona heç bir maddi və mənəvi zərər vurulmamışdır. Həmçinin iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsini 2004-cü ildə 247.000.000 manata (hazırki ekvivalentlə 49400 manat) aldığını göstərsə də, əsassız olaraq 1 kv.m 7500 manat olmaqla ******* manat pul tələb etmişdir.
7. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X13 bildirmişdir ki, bu işin üstündən 15 ildir vaxt keçmişdir. Qardaşı İsgəndər ona ümumi etibarnamə vermişdir. Həmin sahəni sökəndə İsgəndərə zəng edib soruşmuşdur ki, həmin sahəni sökürlər və 50.000 dollar pul verirlər. O da razı oldu. Həmin pula özünə maşın aldı, özünü ə məliyyat etdirdi. 50.000 dollar pulu əl ilə almışdır. Bacıları da hamısı bilir. "xxxx" MTK–ya həmin sahəni verən zaman çox pul istəsələr də, onlar 50.000 ABŞ dolları vermişlər. Həmin obyekt İsgəndərin adında olub, alan zaman pulunu da özü vermişdir. Nə qədər pul verməyi yadında qalmamışdır. Mehrac alan yer isə başqa sahədir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 2(009)-16/2023 nömrəli 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, qeyriyaşayış sahəsinin sökülməsi nəticəsində mülkiyyətçiyə dəymiş real zərərin əvəzi olaraq 50.000 ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və mənəvi zərərin əvəzi olaraq 5.000 manatın "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin, araşdırma zamanı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edildiyindən, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməməlidir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(001)-584/2021 saylı qətnaməsində İddiaçı izahatında qeyri-yaşayış sahəsinin sökülməsi əvəzində 50000 ABŞ dollarının ona verilmədiyi qeyd edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən 50000 ABŞ d ollarının X7 hansı əsaslarla ödənilməsini və həmin məbləğin ödənildiyini təsdiq edən heç bir sübut təqdim edilməmişdir.
10. Məhkəmə, həmçinin bildirmişdir ki, əldən çıxmış faydaya görə hər ayı 2000 manat olmaqla, 384000 manat manat məbləğində ziyan dəyməsi qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən bu hissədə təmin edilməmişdir. Ona məxsus olan qeyri-yaşayış sahəsinin heç bir kompensasiya verilmədən sökülməsinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya, yəni mənəvi sarsıntı keçirməsinə səbəb olması normal insan psixologiyası çərçivəsində əyani sübuta ehtiyacı olmayan həqiqətdir. Mənəvi zərərin əvəzi kimi 10000 manat pulun cavabdeh "xxxx" MTK-dan iddiaçının xeyrinə tutulması barədə tələb kifayət qədər əsaslandırılmamışdır və mənəvi zərərin əvəzinin ödə nilməsindən çox iddiaçının cavabdehin hesabına varlanmasına xidmət edir.
11. Həmçinin iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakteri və dərəcəsini, eləcə də pozuntunun baş verməsində cavabdehin təqsirini və əmlak vəziyyətini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, mənəvi zərərin əvəzi kimi 5000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması vurulmuş mənəvi zərərin ədalətli və ağlabatan əvəzi kimi qiymətləndirilə bilər.
12. Məhkəmə öz mövqeyini “Mülki və siyasi hüquqlar haqqında” Bəynəlxalq Paktın 14cü: “İnsan Hüquqlarının və X11 haqqında” Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci: “İnsan hüquqları haqqında” BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi və 29-cu maddəsi: Azərbaycan Respublikası Mülki Məcəll əsinin 148.2, 152.1, 1096.1, 1096.2, 1097.1: “Mənəvi zərərin ödənilməs barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 101.3, 103.1 82, 119.1, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində mülkiyyətçiyə dəymiş real zərərin əvəzi olaraq 50.000 ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və mənəvi zərərin əvəzi olaraq 5.000 manat "xxxx" MTK-dan tutular aq İddiaçı ödənilməsi hissəsində qismən ləğv edilərək, qətnamənin “iddia tələbi qalan hissədə təmin edilməsin” hissəsində tamamilə ləğv edilərək, Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə eyni ölçüdə və eyni keyfiyyətdə başqa qeyri-yaşayış sahəsinin verilməsi və ya dəymiş real zərərin əvəzi olaraq 1.269.750 (bir milyon, iki yüz altmış doqquz min, yeddi yüz əlli) manat, əldən çıxmış faydaya görə 384.000 (üç yüz səksən dörd min) manat, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat, ümumilikdə 1.663.750 (bir milyon altı yüz altmış üç min yeddi yüz əlli) manat pulun cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməsi barədə iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməs ini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin tam təmin edilməsi üçün əsaslar, işdə mötəbər sübutlar, ekspert rəyləri, məhkəmə qərarları və sair mövcud olsa da, məhkəmə bunu etməmişdir. Məhkəmə qətnamədə əsaslandırmanı belə aparmışdır ki, “Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İşdə olan və məhkəmə tərəfindən təyin edilən ekspertizanın nəticəsi olan "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A 46- 297/22 saylı ekspert rəyində göstərilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) hazırki dövrə olan o rta bazar qiyməti 849.000 manat təşkil edir. Mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) 2005-ci il tarixə olan orta bazar qiyməti 254000 manat təşkil edir. Mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin 2005-cı ildən 2022-ci ilin aprel ayınadək mövcud olmuş ümumi icarə haqqı 300000 manat təşkil edir. Cavabdeh məhkəmənin hazırlıq iclasına “X18” MMC-nin 08 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli məktubunu təqdim etmişdir. Həmin məktuba görə mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) hazırki dövrə olan orta bazar qiyməti 280500 manat təşkil edir. Mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) 2005-ci il tarixə olan orta bazar qiyməti 85000 manat təşkil edir. Məhkəmənin iş № 2(009)-115/2022, xx.xx.2022-ci il tarixli qərardadda deyilir: Məhkəmə hesab edir ki, iş materiallarında olan rəylər arasında ziddiyyət olduğundan mübahisənin tam və ədalətli həlli, habelə hazırkı işə baxılarkən mülkiyyətçiyə məxsus olmuş mübahisəli qeyri-yaşayış sahəsi sahəsinin qiymətinin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. Lakin cavabdeh tərəfin məhkəməyə təqdim edilən və məhkəmənin ekspert rəyi adlandırdığı “X18” MMC-nin 08 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli məktubu ekspert rəyi deyil, qiymətləndirmə hesabatıdır. Ona görə də məhkəmənin ikinci dəfə ekspertiza təyin edilməsi üçün heç bir əsas olmamışdır. Buna baxmayaraq məhkəmə yenidən ekspertiza təyin edərək Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyini almışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/4434-9/4821 nömrəli ekspert rəyində göstərilmişdir ki, iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış sahəsinin söküldüyü dövrə olan bazar qiymətini müəyyən etmək mümkün olmadı. Mübahisəli qeyri-yaşayış sahəsinin hazırki orta baza qiymətlərinə uyğun ümumi dəyəri təqribən 604570,3 manat (3571x169,3) məbləğində müəyyən olunur. Məhkəmə iddiaçıya dəymiş real zərərin əvəzinin cavabdehdən necə və hansı məbləğdə tutulması məsələsində prosessual pozuntuya yol vermişdir. Məhkəmə hesab etmişdir ki, (qətnamədə deyilir) cavabdehdən tutulacaq məbləğ iddiaçının özünün izahatında qeyd etdiyi 50000 ABŞ dolları məbləğində müəyyən edilməlidir.” Cavabdehdən tutulacaq məbləğin iddiaçının özünün izahatında qeyd etdiyi 5 0000 ABŞ dolları məbləğində müəyyən edilməlidir deyərkən bunu məhkəmə hansı əsasla etmişdir? Binəqədi Rayon Məhkəməsində baxılmış həmin işdə mübahisəli qeyri-yaşayış sahəsinin dəyəri və ya qiymətləndirilməsi barədə hər hansı mütəxəssis və ya hər hansı ekspert rəyi olmamışdır. Məhkəmə açıq şəkildə göstərə bilməsə də dolayısı ilə cavabdeh tərəfindən ortaya atılmış məbləğ həcmində bir növ cavabdehin mənafeyinə uyğun olan məbləğdə iddia tələbinin real zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin edir. Bunun da adını məhkəmə belə qoyur ki, “iddiaçının özünün izahatında qeyd etdiyi 50000 ABŞ dolları məbləğində müəyyən edilməlidir” Həmin qeyri-yaşayış sahəsinin alınması ilə əlaqədar Mehrac onunla (Abazər Mahmudovla) birlikdə X2 qızı ilə görüşərək ona ********* manat, hal-hazırkı ekvivalent lə 49400 manat ödəmişdir. Həmin vaxtdan bu günədək həmin ofis binası onun və qardaşı Mehracın istifadəsində olmuşdur. Qardaşı İsgəndərin isə heç bir zaman əmlak almaq imkanı olmamış o, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Muğancıq kəndində yaşamışdır”. X24 qeyd edilən məhkəmə iclasında həmin qeyri-yaşayış sahəsini qardaşı Mehracın almasını və pulunu da Mehrac verdiyini və həmin vaxtdan bu günədək həmin ofis binası onun və qardaşı Mehracın istifadəsində olduğunu deyir. Onda sual olunur-şahid Mahmudov Abazər deyir ki, qeyriyaşayış sahəsi qardaşı Mahmudov Mehracın olub, alanda da pulunu Mehrac ödəyib-belə olan halda niyə həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən söküləndə İddiaçı 50000 ABŞ dolları pul verir? Həmin mülki işdə təkcə Abazər deyil, digər şahidlər-bacı və qardaşları də deyirdilər ki, obyekt Mehracındır, pulunu da Mehrac vermişdir. Sual olunur obyekt söküləndə İsgəndərə 50000 ABŞ dolları verilmişdirsə bəs o zaman həmin şahidlər, o cümlədən Abazər niyə deməmişdir ki, həmin obyekt İsgəndərindir və alanda pulunu da İsgəndər vermişdir? Söküləndə də ona 50000 ABŞ dolları verilmişdir? (Abazər deyir ki, 50000 abş dollarını guya bacı-qardaşlarının yanında İsgəndərə vermişdir). Yəni hazırkı iş üzrə məhkəmə iclasında iştirak edən həmin şahid X13 indi gəlib deyir ki,...Həmin obyekt İsgəndərin adında olub, alan zaman pulunu da özü vermişdir. Qardaşı İsgəndər ona ümumi etibarnamə vermişdir. Həmin sahəni sökəndə İsgəndərə zəng edib soruşmuşdur ki, həmin sahəni sökürlər və 50000 dollar pul verirlər. O da razı oldu. Göründüyü kimi şahid X13 iddiaçıya məxsus olan mübahis əli qeyri-yaşayış sahəsinə dair məhkəmədə baxılan ayrı-ayrı mülki işlərdə bir-birinə tamamilə zidd olan ifadələr vermişdir. Nümayəndə sual verdi ki, Səbail Rayon Məhkəməsində 2018-ci ildə Mehrac Mahmudov İddiaçı qarşı İddiaçı həmin bu mülkiyyətində olan obyektlə bağlı iddia qaldırmışdır. Həmin mülki işlə bağlı məhkəmə iclasında deyirdiniz ki, həmin bu sahəni Mehrac alıb pulunu Mehrac verib. Belə olan halda həmin sahəyə görə İsgəndərə niyə pul verirdiniz ki? (yəni indi deyirsiniz ki, İsgəndərə guya 50000 ABŞ dolları vermisiniz) O bu suala cavab verə bilmədi, axırda yalan uyduraraq dedi ki, “ora başqa yerdi”. Eyni zamanda, onu da qeyd edir ki, cavabdeh tərəf nə qədər desə də ki, guya İsgəndərə 50000 ABŞ dolları pul verilmişdir, həmin məbləğin İsgəndərə verilmədiyinə və bunu təsdiq edə biləcə k hər hansı bir sübutları olmadığına görə özləri tərəfindən əldə edilmiş “X18” MMC-nin 08 iyun 2022-ci il tarixli məktubu qiymətləndirmə hesabatı məhkəməyə təqdim etmişlər. Bu da onu göstərir ki, cavabdehi daha cox tələb edilən əmlakın dəyəriqiymətləndirilməsi maraqlandırır və məhkəmə tərəfindən təyin edilən ekspertizaların rəyi ilə razı deyildir”. Bundan başqa, Qətnamədə deyilir: Məhkəmə hesab edir ki, əldən çıxmış faydaya görə hər ayı 2000 manat olmaqla, 384000 manat manat məbləğində ziyan dəyməsi qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən tələb bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı ümimiyyətlə heç bir əsaslndırma aparmamışdır. Halbuki, işdən və işdə olan sübutlardan göründüyü kimi o, ailəsi ilə birlikdə Naxçıvan MR-da yaşayır. Bu əmlakı əldə etməkdə iqtisadi marağı olmuş və ailəsinin dolanışığı üçün almışdır. Əmlakı əldə edən kimi onu icarəyə vermişdir. Əgər obyekti sökülməsəydi keçən bu illər ərzində də icarəyə verərək faydalanacaqdır. Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)455/2016 saylı qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən və mülkiyyətində olan 169,3 kv metr qeyriyaşayış sahəsindən cavabdeh X5 məcburi qaydada çıxarılmasına dair iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən M.Mahmudov apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-676/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə qüvvəsində saxlanılmışdır. Həmin qətnamədən Mahm udov Mehrac kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 2(102)7794/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Apellyasiya Məhkəməsinin 2(103)-676/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd etdiyi məhkəmə qərarları ilə təsdiq edilir ki, mübahisəli qeyri-yaşayış sahəsini X8 icarəyə vermişdir və həmin sahədən istifadə etmişdir. Bu qətnamələrlə təsdiq edilir ki, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsini Mahmudov Mehrac icarəyə götürərək istifadə etmişdir. Obyekti icarəyə verməmişdən əvvəl müəyyən avadanlıqlar və otaqlar üçün ləvazimatlar almışdır. Qeyri-yaşayış sahəsinin istifadə olunması həm də onu göstərir ki, obyekt tam yararlı vəziyyətdə olmuş və Mehrac Mahmudov orda reklam işləri ilə məşğul olumuşdur. Məh kəmə "xxxx" MMCnin 21 aprel 2022-ci il tarixli, ƏEM/A46-297/22 saylı ekspert rəyini qətnamədə əks etdirərkən ümumiyyətlə rəyin “mübahisəli qeyri-yaşayış sahəsi olan yarımzirzəminin 2005-ci ildən 2022-ci ilin aprel ayınadək mövcud olmuş ümumi icarə haqqı 300000 manat təşkil edir” hissəsini göstərməmişdir. Bu da onu göstərir ki, məhkəmə işin həmin faktiki halına uyğun olmayan və işin həmin faktiki halları ilə bağlı olan sübutlara qiymət vermədən həmin hissədə də əsassız qətnamə qəbul etmişdir. İddia tələbinin mənəvi zərərə dair tələb hissəsində də iddia tam təmin edilməlidir. Məhkəmə həmin hissədə qeyd edir ki, mənəvi zərərin əvəzi kimi 10000 manat pulun cavabdeh "xxxx" MTK-dan iddiaçının xeyrinə tutulması barədə tələb kifayət qədər əsaslandırılmamışdır və mənəvi zərərin əvəzinin ödənilməsin dən çox İddiaçı cavabdeh MTK-nın hesabına varlanmasına xidmət edir. Lakin məhkəmə nəzərə almamışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan əmlakı söküb məhv etməklə uzun illərdir ki, ona ağır iztirablar vermişdir. Həmin sahəni icarəyə verə bilmədiyi üçün ailəsinin dolanışığında yaranmış ağır vəziyyət onu olmazın sıxıntılara düçar etmişdir. Bu illərdə o, ürək xəstəliyinə tutularaq ürək əməliyyatı keçirmişdir. Həmin vaxtdan səhhətində yaranmış xəstəlikdən əziyyət çəkir. İllərdir buna görə müalicə alır. (işdə bu barədə sənədlər vardır) Cavabdeh "xxxx" MTK-nın bu 16 il ərzində qeyd olunan qanunsuz hərəkət və hərəkətsizliyi onun və ailəsinin şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və o və ailəsi bu illər ərzində mənəvi sartsıntılar keçrimişdir ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdeh dən 10000 (on min) manat tələb edir.
15. Həmçinin cavabdeh "xxxx" MTK da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X4 iddiaçının adından təqdim etdiyi etibarnamə əsasında mübahisələndirilən qeyri-yaşayış sahəsinin dəyəri 50000 ABŞ dolları ona ödənilmişdir. İddiaçının cavabdeh qismində "xxxx" MTK-ya, X10, X7 və X16 qarşı müqavilələrin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia tələbi üzrə məhkəmə iclasında X13 tərəfindən təsdiq edilmişdir. Eyni zamanda həmin məhkəmə zamanı iddiaçı qardaşı Abazər Mahmudova etibarnamə verdiyini təsdiq etmişdir. Qeyd edilənlər Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.20 21-ci il tarixli, 2(001)-584/2021 saylı iş üzrə və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8176/2021 saylı qətnamələri ilə təsdiq edilir. Həmin qətnamə ilə iddiaçının iddiası təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə isə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının iddia tələbi tamamilə əsassızdır. Belə ki, qeyri-yaşayış sahəsinin dəyəri onun verdiyi etibarnamə əsasında qardaşı Abazər Mahmudova ödənilmişdir. Cavabdeh tərəfindən ona heç bir maddi və mənəvi zərər vurulmamışdır. Həmçinin iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsini 2004-cü ildə 247.000.000 manata (hazırki ekvivalentlə 49400 manat) aldığını göstərsə də, əsassız olaraq 1 kv metr 7500 manat olmaqla ******* manat pu l tələb etmişdir. Məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə sübutlara hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində iştirak edən İddiaçı qardaşı X13 bildirmişdir ki, bu işin üstündən 15 ildir vaxt keçmişdir. Qardaşı İsgəndər ona ümumi etibarnamə vermişdir. Həmin sahəni sökəndə İsgəndərə zəng edib soruşmuşdur ki, həmin sahəni sökürlər və 50000 dollar pul verirlər. O da razı oldu. Həmin pula özünə maşın aldı, özünü əməliyyat etdirdi. 50000 dollar pulu əl ilə almışdır. Bacıları da hamısı bilir. Qeyd edək ki, iddiaçının qardaşı X4 iddiaçının verdiyi etibarnamə əsasında 50.000 dollar pulu alması Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə də təsdiq edilmişdir. İddiaçı özü təsdiq etmişdir ki, həqiqətən 2004-cü ildə etibarna mə vermiş, 2008-ci ildə həmin sahənin satılmasına razılıq vermişdir. Binəqədi Rayon Məhkəməsində də İddiaçı qardaşı X13 izahat vermiş və bildirmişdir ki, qardaşı ona etibarnamə vermiş və 50000 dollara oranı MTK-ya satmışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Abdıyev və F.Qasımov) 2(103)-2284/2023 nömrəli iş üzrə 1 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2023-ci il tarixli qətnaməsi qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində mülkiyyətçiyə dəymiş real zərərin əvəzi olaraq 50.000 ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyut a məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehdən tutulması hissəsində dəyişdirilərək real zərərin əvəzi 604.570,3 (altı yüz dörd min beş yüz yetmiş manat 30 qəpik) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Kollegiya qeyd etmişdir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. İşin mübahisəsiz halıdır ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən heç bir müqavilə və ya razılaşma olmadan sökülmüşdür. Əlavə olaraq məhkəmə onu da qeyd etmişdir ki, 2004-cü ildə idd iaçı tərəfindən qardaşı X7 etibarnamənin verilməsi ilə bağlı notariat orqanlarına sorğular verilmiş, etibarnamənin verilməsi müəyyən olunmamışdır.
19. Məhkəmə hesab etmişdir ki, cavabdeh MTK-nın törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və eksper tiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilir.
20. Məhkəmə dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya dəymiş ziyanın həqiqi həcminin 604570,3 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə müəyyən olunmuşdur. Mənəvi zərərlə bağlı iddia tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, mülki hüquq pozuntusunun, habelə iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakteri və dərəcəsi, eləcə də pozuntunun baş verməsində cavabdehin t əqsiri və əmlak vəziyyəti nəzərə alınmaqla mənəvi zərərin əvəzi kimi 5000 manat pulun cavabdehdən tutulması əsaslı hesab edilmişdir. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat
21. Həmin qətnamədən cavabdeh və iddiaçı kassasiya şikayəti vermişdirlər.
22. Azərbaycan Rspublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Nurməmmədov (məruzəçi), Z.Babayev və A.Hüseynov) 2(102)-3746/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2284/2023 nömrəli iş üzrə 01 iyun 2023-cü il tarixli qətnaməsinin İddiaçı dəymiş maddi zərərin əvəzinin 604.570,3 (altı yüz dörd min beş yüz yetmiş manat 30 qəpik) manat olmasının müəyyən edilməsi hissəsi ndə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayətinə əsasən qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmıası və İddiaçı kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
23. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin olunmayan hissəsi ilə bağlı mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarını müəyyən etməmişdir.
24. Mübahis əli qeyri-yaşayış sahəsinə görə əldən çıxmış fayda kimi 384000 manat pulun cavabdehdən tutulmasının rədd olunması ilə bağlı apellyasiya instansiyası məhkəməsi razılaşaraq qeyd etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin əvəzli olaraq 3cü şəxslərin icarəsinə verməsi və bundan gəlir götürməsi barədə sübutlar təqdim edə, iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
25. Məhkəmə kollegiyası cavabeh "xxxx" MTK-nın kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin dəlillər qismən əsaslıdır, apellyasiya məhkəməsi iddiaçıya vurulmuş real zərərin müəyyən olunması hissədə düzgün nəticəyə gəlməmişdir. Mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləğinin 604570,3 manat müəyyən edilməsi barədə apel yasiya məhkəməsinin qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/4434-9/4821 nömrəli rəyini sübut qəbul etdiyi halda, iş üzrə "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A 46-297/22 saylı və “X18” MMC-nin 08 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli mütəxəssis rəyini sübut kimi qəbul etməməsini əsaslandırmamış, bir iş üzrə eyni qeyri-yaşayış sahəsinə dair bir-birindən kəskin fərqlənən üç rəyin olmasını nəzərə almamış, bu fərqin aradan qaldırılması üçün təkrar ekspertiza təyin olunmasını tərəflərin iştirakı ilə müzakirə etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, göstərilən məsələnin həlli ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(103)-1073/2024 nömrəli qətnaməsi ilə (hakimlər C.Musayeva (sədrlik edən və məruzəçi) F.Babayev və G.Axundov) İddiaçı apellyasiya şikayətinin iddiaçıya vurulmuş real zərərin məbləğinə dair hissəsi qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-16/2023 saylı 10 yanvar 2023-cü il tarixli qətnaməsi “iddiaçıya vurulmuş real zərərin məbləği” hissəsində dəyişdirilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşmiş ümumi sahəsi 169,3 kv.metr olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində iddiaçıya dəymiş real zərərin əvəz i olaraq 604.570,30 (altı yüz dörd min beş yüz yetmiş manat otuz qəpik) manat məbləğində pulun cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
28. İş materiallarından göründüyü kimi əmlakın qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A 46297/22 saylı və “X18” MMC-nin 8 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli mütəxəssis rəyləri və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/4434-9/4821 nömrəli rəyini almış, həmin Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarı mzirzəmisində yerləşmiş ümumi sahəsi 169,3 kv.metr olan qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) müvafiq dövrə olan orta bazar qiyməti 849.000 manat, 280.500 manat və 604.570,3 manat məbləğində qiymətləndirilmişdir.
29. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərə uyğun olaraq kollegiya tərəfindən təkrar ekspertiza təyin olunmuşdur. İş üzrə əldə olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2024-cü il tarixli, 10/1725-9/1752 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşmiş ümumi sahəsi 169,3 kv metr olan qeyri-yaşayış sahəsinin (hazırda sökülmüş) hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 728.000,0 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşmiş ümumi sahəsi 169,3 kv metr olan qeyri-yaşayış sahəsinin (hazırda sökülmüş) 2022-ci il tarixə, yəni 16 noyabr 2022-ci il tarixli, 10/4434-9/4821 nömrəli ekspert rəyinin tərtib edildiyi tarixə mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 605.000,0 manat məbləğində müəyyən olunmuşdur.
30. Məhkəmə kollegiyasının “mübahisəli qeyri-yaşayış sahəsinə dair iş üzrə tərtib edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/4434-9/4821 nömrəli (ekspert), "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A 46297/22 saylı (mütəxəssis), “X18” MMC-nin 08 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli (mütəxəssis) rəylərində müəyyən edi lən qiymətlərin bir-birindən kəskin fərqlənməsinin səbəbinin nədən ibarət olduğu” sualına Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən cavab verilməmişdir.
31. Bununla belə rəydə, 2-ci sual üzrə Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşmiş ümumi sahəsi 169,3 kv metr olan qeyri-yaşayış sahəsinin xx.xx.2022-ci il tarixə olan orta bazar qiymətinin 16 noyabr 2022ci il tarixli, 10/4434-9/4821 nömrəli rəydə öz əksini tapdığı, ilkin ekspertiza ilə təkrar ekspertizanın nəticələri arasında yaranmış fərqin, keçən müddət ərzində respublikadaxili orta bazar qiymətlərində baş verən artımla əlaqəli olduğu qeyd edilmişdir.
32. Cavabdeh tərəf Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2024-cü il tarixli, 10/1725-9/1752 nömrəli ekspert rə yini mübahisələndirsə də, onun düzgün olmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Tədqiqatın cavabdehin iştirakı olmadan aparıldığı ilə əlaqədar isə qeyd edilməlidir ki, istinad edilən bu hal sözügedən rəyin mötəbərliyini şübhə altına almaq üçün əsas deyildir. Belə ki, tədqiq olunan tikilinin yerləşdiyi əraziyə ekspert tərəfindən baxış keçirilmiş, faktiki vəziyyəti öyrənilmiş və zəruri məlumatlar əldə edilmişdir. Tədqiqat aparılan zaman həmçinin müqayisə metodundan istifadə olunmuş, yaxın ərazilərdə yerləşən analoji qeyri-yaşayış sahələrinin 1 kv.m-nin hazırda mövcud olan orta bazar qiymətlərindən istifadə edilmişdir.
33. Bundan başqa Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən üçüncü dəfə məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, Ekspertiza Mərkəzi qəra rdadda sözügedən qeyri-yaşayış sahəsinin hal-hazırda mövcud olmadığından orta bazar qiymətini müəyyən etmək, o cümlədən müvafiq tədqiqatlar aparılmadan (obyektin inşasında və təmirində istifadə edilmiş tikinti materiallarının növü, aparılmış təmir işlərinin səviyyəsi və sair müəyyənləşdirilən), tikililərin qiymətinin formalaşmasına təsir edəcək amillər müəyyən edilmədən, analoji tikililərə müvafiq olaraq tədqiqat aparılmaqla ekspertiza təyini haqqında qərardadda qeyd edilən tikililər üzrə qiymətləndirmə aparılaraq obyektiv nəticəni müəyyən etmək mümkün olmadığını qeyd etmişdir.
34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan Məhkəmə Ekspertizas ı Mərkəzinin ekspertlərinin iş üzrə tərtib olunmuş rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, 30 aprel 2024cü il tarixli, 10/1725-9/1752 nömrəli rəyin məzmunu əvvəlki rəyin məzmununa uyğundur, nəticələr arasında yaranmış fərq isə, keçən müddət ərzində respublikadaxili orta bazar qiymətlərində baş verən artımla əlaqəlidir. Həmçinin bu dövlət qurumu tərəfindən tərtib edilmiş rəylər əsasında qiymətləndirmə şirkətləri tərəfindən tərtib olunmuş mütəxəssis rəylərinin əsaslı olmadığı qənaətinə gəlmək mümkündür.
35. Mübahisənin məzmununa dair isə kollegiya qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Öhdəliyin əmələ gəlməsinə əsas cavabdeh tərəfindən iddiaçının əmlak hüquqlarına zərər vurulması təşkil edir. Yuxarıda sadalanan maddələrdən müəyyən edildiyi kimi zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir.
36. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 148.2, 152.1, 386.1, 1096, 1097.1, 1115, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlil ləri a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh "xxxx" MTK kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iclasında şahid qismində iştirak edən İddiaçı qardaşı X13 bildirmişdir ki, bu işin üstündən 15 ildir vaxt keçmişdir. Qardaşı İsgəndər ona ümumi etibarnamə vermişdir. Həmin sahəni sökəndə İsgəndərə zəng edib soruşmuşdur ki, həmin sahəni sökürlər və 50.000 dollar pul verirlər. O da razı oldu. Həmin pula özünə maşın aldı, özünü əməliyyat etdirdi. 50.000 dollar pulu əl ilə almışdır. Bacıları da hamısı bilir. İddiaçının qardaşı X4 iddiaçının verdiyi etibarnamə əsasında 50.000 dollar pulu alması Binəqədi Rayon Məhkəməs inin qətnaməsi ilə də təsdiq edilmişdir. Belə olduğu halda iddaçının subyektiv hüququ "xxxx" MTK-ya qarşı deyil, qardaşı X7 qarşı yaranır.
39. Göründüyü kimi ekspertiza mərkəzi tərəfindən rəy tərtib olunarkən faktiki vəziyyətə obyektiv yanaşılmamış, qərəzli münasibət göstərilərək rəyin mötəbərliliyini şübhə altına almışdır. Belə ki, tədqiqat aparılan zaman müqayisə metodundan düzgün istifadə edilməmiş, yaxın ərazilərdə yerləşən analoji qeyri-yaşayış sahələrinin 1 kv.m-nin hazırda mövcud olan orta bazar qiymətləri əsas götürülməmişdir. Bununla yanaşı, ekspert tərəfindən tədqiqat aparılan zaman cavabdeh tərəfin iştirakı təmin edilməmişdir və bu da rəyin obyektivliyini sorğulamaq üçün yetərli bir əsasdır. Apellyasiya instansiya məhkəməsinin gedişində, cavabdeh tərəfindən təkrar ekspertiza k eçirilməsi ilə bağlı vəsatət təqdim edilmiş, lakin məhkəmə tərəfindən vəsatət təmin edilməyərək ekspertizanın aparılmasından imtina edilmişdir. Bununla bağlı Məhkəmə Ekspertiza Mərkəzi mövqeyini belə əsaslandırmışdır ki, sözügedən qeyri-yaşayış sahəsi hal-hazırda mövcud olmadığından orta bazar qiymətini müəyyən etmək, o cümlədən müvafiq tədqiqatlar aparılmadan, tikililərin qiymətinin formalaşmasına təsir edəcək amillər müəyyən edilmədən, analoji tikililərə müvafiq olaraq tədqiqat aparılmaqla ekspertiza təyini haqqında qərardadda qeyd edilən tikililər üzrə qiymətləndirmə aparılaraq obyektiv nəticəni müəyyən etmək mümkün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin rədd edilmə si və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Birinci kassasiya icraatı zamanı apellyasiya instansiya məhkəməsinin qətnaməsi “İddiaçı dəymiş maddi zərərin əvəzinin 60 4.570,3 (altı yüz dörd min beş yüz yetmiş manat 30 qəpik) manat olmasının müəyyən edilməsi hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş”, ikinci apellysiya icraatı yalnız həmin hissə üzrə başlanmışdır və həmin hissə üzrə yekun məhkəmə aktı qəbul olunmuşdur. İddia tələbinin digər hissələri üzrə məhkəmə aktı qüvvəyə minmişqdir. Hazırki kasassiya baxışının predmetini ikinci apelyasiya icraatı zamanı mübahisə premeti olan hissə üzrə irəli sürülmüş dəlillərin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq vəazadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada m əhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
44. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
45. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
46. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müd afiə edilməlidir.
47. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
48. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
49. Maddə 1096.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
50. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
51. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəməz ərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı
52. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutla ra, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
56. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2 Apellyasiya i nstansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun araşd ırma aparmış və iş üzrə yenidən ekspertiza təyin olunmuş və alınmış rəydə birinci apellyasiya icraatında müəyyən edilən həcmdən daha az həcmdə zərərin vurulması müəyyən edilməmişdir. Bu baxımdan haqlı olaraq eyni məbləğ dəymiş zərərin həcmi olaraq müəyyən olunmuşdur. Bu nəticəni təkzib edən hər hansı mötəbər sübut isə olmamışdır.
62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırı lma ilə razılaşır.
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
64. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 dekabr 2024-cü il tarixli, 2(103)- 1073/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi