Məhkəmə qərarları › İş №2(102)-1141/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1141/2023

18.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1141/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:maddi və mənəvi ziyanın ödənilməsi 18.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(103)4136/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İşin hallarına görə, İddiaçı ilə Cav abdeh arasında sonuncuya məxsus ünvan 1 ünvanda yerləşən “Leyla” şadlıq evinin sahəsinin təmir edilib birlikdə işlədilməsi barədə şifahi razılaşma olmuşdir. İddiaçı həmin qeyri-yaşayış sahəsini hissəvi təmir etdirmiş, sonra tərəflər arasında mübahisə yaranmış və birgə fəaliyyətləri davam etməmişdir. 12 iyun 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 219,4 kv.metr olan qeyri-yaşayış binasını anası X1 bağışlamışdır. 10 sentyabr 2019-cu il tarixli Çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 219,4 kv.metr olan qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə X adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra- i ddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən “Leyla” şadlıq evinin sahəsi 150 kv.metr olan banket zalında təmir işləri aparmışdır. Cavabdeh iddiaçının oğlu ilə uzun müddət dost olduğuna görə şifahi qaydada razılaşmışlar ki, sözügedən banket zalını iddiaçı təmir edəcək və onu cavabdehlə birlikdə idarə edəcəklər, gələn gəliri də yarıbayarı böləcəklər. Bu təklifi hətta cavabdeh özü irəli sürmüşdür. Təmir işlərinə başlayandan sonra yay mövsümü ilə əlaqədar banket zalında təmir işlərini dayandırıb “X” şadlıq evinin çay bağçasını işə salmaq üçün 1000 manat məbləğində pul, 9 ədəd hündür dirəkli işıq lar, 3 ədəd orta dirəklı və 10 ədəd divara vurulan işıqlar istifadə etmişdir. Çay bağçası işə düşəndən sonra cavabdeh oğlu iddiaçının oğlu X yola getmədi, iddiaçının oğluna dedi ki, "sürdüyüm X markalı avtomobili verirəm sənə razılaşaq, çəkil obyektdən”. Cavabdeh dəfələrlə bu sözü iddiaçının oğluna deyərək onu kafedən uzaqlaşdırdı. İddiaçı da arada münaqişə yaranmasın deyə cavabdehin yanına gedib onun sözü ilə razılaşdığını bildirdi. İddiaçının razı olduğunu gördükdə cavabdeh fikrini dəyişdirdi, müxtəlif bəhanələr gətirdi. İddiaçı cavabdehə bildirdi ki, artıq onunla iş birliyini davam etditmək istəmir, icarəçi gəlsin banket zalının təmirini davam etdirsin, verilən icarə haqqınıdan da iddiaçı obyektin təmirinə xərclədiyi pulu götürsün. Cavabdeh buna razılaşdı, xeyli müddət keçdi, cavabdeh i carəçi gətirmədi, çay bağçasını da banket zalını da özü işlədib pulunu da özünə götürdü. İddiaçı da bu vəziyyəti gördükdən sonra cavabdehin yanına icarəçi gətirdi ki, müqavilə bağlayıb təmirin qalan hissəsindən davam etsin. İcarə müqaviləsi yazıldı, Cavabdeh Noariat kontorunda notariusa işarə edərək bildirdi ki, müqaviləni bağlamasın. Notarius onlara dedi ki, sabah gəlsinlər. İddiaçı növbəti gün yenidən gəldi, cavabdeh isə ona müqavilə bağlamayacağını bildirdi. Həmin vaxt iddiaçı başa düşdü ki, cavabdeh onu aldadıb. Ona görə də, o, 27 oktyabr 2018-ci il tarixdə fəhlələri gətirib mənə məxsus avadanlıqlardan bir hissəsini qazel markalı yük avtomaşınına yüklətdirərək obyekdən götürdü. Avadanlığı aparan zaman Cavabdeh ona maneçilik törətmiş, ictimaiyyət içində ona və gətirdiyi fəhlələrə qarş ı nəlayiq əxlaqsız söyüşlər söyərək təhqir etmiş, üzərinə hücum etmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh ona məxsus ünvan 1 ünvanda yerləşən “X” şadlıq evinin sahəsi 150 kv.metr olan banket zalında apardığı təmir işlərində xərclədiyi 17.370 manat miqdarında ona dəymiş maddi zərərin, həmin zərərin bərpası ilə əlaqədar ödənilmiş dövlət rüsumunun; təmir müddətində çəkdikləri əziyyət - mənəvi və fiziki zərərə görə 4.000 manat məbləğində pulun tutulmasını, cavabdehin yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115 və 117-cü maddələrini rəhbər tutaraq inzibati xəta törətməkdə təqsirli bilinməsini və məsuliyyətə cəlb olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisə predmetini təşkil edən ünvan 3 ünvanda yerləşən “X” şadlıq evinin arxasında olan banket zalı cavabdehə məxsusdur. İlkin iddia üzrə iddiaçı tərəfindən qeyd olunan xüsusatlar tamamilə yanlış və qərəzlidir. 17.370 manat təmirə pul xərclədiyi iddiada qeyd olunsa da, bunun cəfəngiyyat və heç bir sübuta əsaslanmayan ifadələr olduğunu bildirmək məcburiyyətindədir. Belə ki, 2015-ci ili yanvar ayında cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən o, qeyd olunan banket zalında təmir işlərini başlamalı və yaxın müddətdə bitirməli idi. Bu təmirə çəkiləcək xərclərin əvəzi olaraq həmin banket zalının işləməsi nəticəsində gələcəkdə əldə olunacaq gəlir aralarında bölünməli idi. Lakin 2015-ci ilin yanvar ayından bu günə kimi hə lə də həmin banket zalı tam təmir edilməmiş və işlədilməyə yararlı hala salınmamışdır. Aralarında olan şifahi öhdəlik razılaşması cavabdeh tərəfindən pozulmuşdur. İlk iddia üzrə iddiaçı iddia ərizəsində qeyd etdiyi, özünün gətirdiyi avadanlıqlar daha sonradan özü tərəfindən fəhlələr vasitəsilə daşınaraq aparılmışdır. Həmçinin cavabdeh qeyd olunan obyektə bu 4 ildə cəmi təxmini 5000 manat pul xərcləmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən daha sonra təmir işlərinə təxmini 10000 manat civarında pul xərclənmişdir. Obyekt hələ də təmirə ehtiyac olduğundan işləmir və qarşılıqlı iddia üzrə iddiaçı gəlir əldə etməkdən artıq 4 ildi məhrumdur. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təmirə xərclənən 5000 manat məbləğində pul vəsaiti 3 il ərzində hissə-hissə xərclənmişdir. Bakı şəhəri, Bin əqədi rayonu, Mir Cəlal 9A ünvanında yerləşən “X” şadlıq evinin bir hissəsi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən icarəyə verilmişdir. İcarə müqaviləsinə əsasən aylıq icarə haqqı 1500 manat təşkil edir. Qeyd olunan mübahisə predmeti olan banket zalını 2015-ci ilin əvvəlindən təmirdən çıxararaq icarəyə versəydi aylıq 1000 manatdan gəlir əldə etmiş olardı. Cavabdeh tərəfindən verilmiş iddia ərizəsində qeyd edilən bütün xüsusatlar məhkəməni yanıltmaq və bu yolla öz xeyrinə ədalətsiz və əsassız qətnamə qəbul edilməsinə nail olmaq məqsədi daşıyır. 2015-ci il tarixindən 4 il keçir. Bu 4 il ərzində obyekt təmirli vəziyyətdə çalışsaydı aya minimum 1000 manat qazanc əldə edəcəkdi. Bu minvalla 48.000 manat məbləğində gəlir əldə etmə imkanından iddiaçı məhrum olmuşdur. Qeyd olunan əldən çıxmış fay da hesab olunan məbləği ilkin iddia üzrə iddiaçı ilə bölüşəcəyindən ona düşəcək payın, yəni 24.000 manat məbləğində vəsaitin vurulmuş maddi zərər hesab olunaraq qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(001)-12/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 5.000 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 7.02 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı təmirə cəmi 5.000 manat xərcləyib, qalan bütün işləri cavabdeh özü öz hesabına edib. İddiaçı bunun əksini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə; Mülki Məcəllənin 1091, 1092-ci maddələrinə; Mülki Prosessual Məcəlləsinin 77.1,119.1, 216-220, 360-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının qeyd edilən ünvanda aparığı təmir işlərinin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekpertizas ı təyin etmiş və həmin qərardad dəfələrlə icraya yönəldilməsinə baxmayaraq, cavabdehin ekpertlərə həmin obyektə baxış keçirməsi üçün şərait yaratmamağına görə ekspert rəyi verilməsi mümkün olmamışdır. Bu səbəbdən də iddia tam təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)4136/2022 saylı qətnaməsi ilə (hakimlər İ.Şirinov sədrlik edən, məruzəçi, C.Yusifov və A.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehdən 12.370 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiya hesab etmişdir ki, cavabdeh tərəfin işin hərtərəfli araşdırılmasına hazırki işin həlli üçün mühüm sübuti əhəmiyyət kəsb edən ekspert rəyinin alınmasına (ekspertizanın keçirilməsinə) mane olması Mülki Prosessual Məcəllənin 97, 106.2-ci maddələrinin təsiri altına düşür, başqa sözlə, iddiaçı tərəfi təmirə çəkilmiş məbləği sübut etmə vəzifəsindən azad edir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə təmirə çəkilmiş xərclə bağlı maddi zərərlə bağlı tələbin təmin edilməsi mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 97, 106, 372, 384, 385.1, 386-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, o na qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin 12.370 manat və 45 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin təmiri və icarəsi ilə bağlı şifahi razılaşma əldə edilmişdir. Lakin, iddiaçı tərəf razılaşmanın şərtlərinə əməl etməmiş, təmir işlərini yekunlaşdırmaqdan imtina etmişdir. Cavabdeh iddiaçının həmin sahəyə sərf etdiyi xərci etiraf etmiş, onun həmin sahəyə təxminən 5.000 manat pul xərclədiyini göstərmişdir. Tərəflər arasında kı faktiki münasibətləri, işin hallarını nəzərə alaraq, hazırki mülki iş üzrə əsassız varlanma ilə bağlı maddi hüquq normalarının tətbiq edilməsini cavabdeh əsassız hesab edir. Qeyri-yaşayış binası cavabdehin ailəsinə məxsus bir obyekt olmuş və həmin obyektdən gələn gəlir ailə büdcəsinin pulları olmuşdur. Tərəflər arasında olmuş şifahi razılaşmaya əsasən, bu təmirə çəkiləcək xərcləin əvəzi olaraq həmin banket zalının işləməsi nəticəsində gələcəkdə əldə olunacaq gəlir tərəflər arasında bölünəcəkdi. Lakin, iddiaçı öz öhdəlikərini lazimi şəkildə yerinə yetirməmiş, zalın təmirinə başlansa da, bəzi xırda işlər görüldükdən sonra, pul vəsaitinin olmaması əsas gətirilərək, yarımçıq saxlanılmışdır. Təmir işləri yalnız işıq xəttinin çəkilməsi və digər xırda işlərdən ibarət olmuş, banket zalı tədbi rlər üçün yararsız halda saxlanılmışdır. Bunun nəticəsində cavabdeh və ailəsi əldə edəcəkləri gəlirdən məhrum olmuşlar. Tərəflərin verdikləri izahatlarla müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi sonradan əsaslı şəkildə təmir edilmiş, faktiki olaraq yas mərasimləri keçirilməsi üçün istifadə edilir. Belə olan halda həmin sahənin təmirinə sərf edilmiş vəsaitin məhz iddiaçı tərəfindən sərf edildiyi hər hansı bir ekspertiza ilə müəyyən edilməsi mümkünsüzdür. Cavabdeh məhkəmənin diqqətinə çatdırmaq zəruri hesab edir ki, iddiaçı tərəf razılaşmaya əsasən, qeyri-yaşayış sahəsini çay evi kimi işlətmək niyyətində olduğundan, obyektdən bəzək-quraşdırma işləri bu təyinata uyğun görməli idi. Hal-hazırda faktiki olaraq digər mülkiyyətçi Şamil Əliyev tərəfindən həmin qeyri-yaşayış sahəsi yas mər asimlərinin keçirilməsinə uyğun olaraq təmir edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-əmtəəşünaslıq ekpertizası təyin edilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini qərara almışdır. Bu ekspertiza növlərinin ciddi fərqləri mövcüddur. Apellyasiya instansiya məhkəməsi iddia edilən 17.370 manatdan 5.000 manat etiraf edilən hissəni çıxmaqla qalan 12.370 manat hissənin təmin edilməsini qət etmişdir. Halbuki, iş üzrə iddiaçı öz dəlillərinin sübutu kimi yazı dəftərində apardığı qeydlərin surətini məhkəməyə təqdim etmişdir. Həmin qeydlər isə qeyri-yaşayış sahəsinin təmiri üçün materialların alınmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməzdi. Belə ki, iş materialları ilə tam təsdiq edili r ki, qeyri-yaşayış binası cavabdehin mülkiyyətində deyil, belə olan halda ekspertizanın keçirilməsi üçün yerinə şərait yaradılması cavabdehin imkanı xaricindədir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olar aq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissə də yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın mübahisələndirilən hissədə rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən “X” şadlıq evinin sahəsinin təmir edilib birlikdə işlədilməsi barədə şifahi razılaşma olmuşdir. İddiaçı həmin qeyri-yaşayış sahəsini hissəvi təmir etdirmiş, sonra tərəflər arasında mübahisə yaranmış və birgə fəaliyyətləri davam etməmişdir. Bundan sonra, 12 iyun 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 219,4 kv.metr olan qeyri-yaşayış binasını anası X bağışlamışdır. 10 sentyabr 2019-cu il tarixli Çıxarışa əsasən, həmin qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə X adın a qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz dəlillərinin sübutu kimi yazı dəftərində şəxsən apardığı qeydlərin surətini və qaimələri təqdim etmişdir. Hal- hazırda iddiaçı təmirə 17.370 manat, cavabdeh isə iddiaçının 5000 manat xərclədiyini (öz qarşılıqlı iddia tələbində iş vərəq 28) bildirir. Birinci instansiya məhkəməsi iddia tələbini məhz cavabdehin etiraf etdiyi hissədətəmir üçün çəkilən 5.000 manat məbləğində təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə rahzılaşmayıb qeyd etmişdir ki, ilk növbədə iddia tələbinin qanuni əsası tapılmalıdır. Hazır ki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin Maddənin mənasına görə, əsassız varlanma əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1092.1-ci maddəsi). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (Mülki Məcəllənin 1091.1-ci maddəsi). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb o lunur: birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqaviləəsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; ikincisi, iddiaçı əmlakdan məhrum olur; üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təmirə çəkilmiş xərcin müəyyən edilməsi üçün bir neçə dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, hətta sonuncu 03 avqust 2021-ci il tarixli qərardadda məhkəmə tərəfindən "... tədiqat obyektinə baxış keçiril məsi mümkün olmadığı təqdirdə yuxarıda qeyd olunan sualların iş materiallarında olan sənədlər, fotoşəkillər və videoyazılar əsasında cavablandırılması imkanları dəyərləndirilsin” kimi qeyd də edilmiş, lakin mülki iş hər dəfə icrasız geri qaytarılmışdır. Sonuncu dəfə ekspert tərəfindən akt tərtib edilmiş və həmin aktda “... tədqiq edilən tikilinin qapısı bağlı olduğundan və iş üzrə Cavabdeh ünvana və məhkəmə binasına gəlmədiyindən, həmin obyektə baxış keçirilməsi mümkün olmadı” göstərilmişdir. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında ünvan 1 ünvanda yerləşən “X” şadlıq evinin sahəsi 150 kv.metr olan banket zalında iddiaçı tərəfindən aparılmış təmir işlərin in dəyərinin müəyyən edilməsi sualı qoyulmuşdur, ekspertizanın keçirilməsi "xxxx" MMC-nə həvalə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məlumatından məlum olur ki, obyektə baxış keçirmək üçün, xx.xx.2022-ci il tarixdə saat 10:00-da həmin ünvana getmişlər, lakin obyektin qarşısında qarşı tərəf idiaçıya baxış keçirməsinə şərait yaratmaqdan imtina etməklə qəti şəkildə rədd etmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfin işin hərtərəfli araşdırılmasına hazırki işin həlli üçün mühüm süb uti əhəmiyyət kəsb edən ekspert rəyinin alınmasına (ekspertizanın keçirilməsinə) mane olması MPM-in 97 və 106.2-ci maddələrinin təsiri altına düşür, başqa sözlə, iddiaçı tərəfi təmirə çəkilmiş məbləği sübut etmə vəzifəsindən azad edir. Hazırkı iş üzrə iddiaçı təmirə çəkdiyi 17.370 manat pulu cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh 5.000 manat hissədə iddia tələbini qəbul etmişdir. Ona görə də iddia tələbi- təmir üçün çəkilmiş qalan 12370 manat hissədə də əsaslı sayılmalı və təmin edilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərinə apellyasiya instansiyası məhkəm əsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)-4136/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar