Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1145/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı9, İddiaçı10, İddiaçı8, İddiaçı12, İddiaçı11, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 18 saylı notariat kontoru və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, əqdin etibarsızlığı, mirasın faktiki qəbulu məsələsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar T əvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı9, İddiaçı10, İddiaçı8, İddiaçı12, İddiaçı11, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 18 saylı notariat kontoruna və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ““vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, mirasın faktiki qəbul olunması faktının müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)6264/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 11 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X7 ilə Əliyeva (Feyzullayeva) Aida Baba qızı xx.xx.1978-ci il tarixdə; X12 ilə Əliyeva (Feyzullayeva) Ofeliya Cavabdeh2 qızı xx.xx.1973-cü il tarixdə; X3 ilə İddiaçı11 xx.xx.2003-cü il tarixdə; İddiaçı5 Şahbala oğlu ilə Həbibə Qurbanqulu qızı (Feyzullayeva) xx.xx.1939-cu il tarixdə; X16 ilə Məmmədova (Feyzullayeva) Kifayət Hidayət qızı xx.xx.1967-ci il tarixdə; Şahpələng Feyzulla oğlu ilə X42 xx.xx.1956-cı il tarixdə nikaha daxil olmuşlar.
2. Feyzullayev Bahadur ilə İddiaçı4 birgə nikahından 3 uşaq, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı1, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1985-ci il təvəllüdlü Feyzullayeva (Cavabdeh2ova) Rəna anadan olmuşdur. 3. xx.xx.1973-cü il təvəllüdlü İddiaçı5 atası X17, anası X2r. 4. xx.xx.1974-cü il təvəllüdlü İddiaçı6 atası X12, anası Feyzullayeva Ofeliya Cavabdeh2 qızıdır. 5. xx.xx.1984-cü il təvəllüdlü Feyzullayeva (Həsənzadə) Günel Baladadaş qızının atası X3, anası İddiaçı11dır. 6. xx.xx.1968-ci il təvəllüdlü Feyzullayeva (Qarayeva) Təranə Arif qızının və xx.xx.1975-ci il təvəllüdlü X11 atası X16, anası İddiaçı9dır.
7. Şahpələng Feyzulla oğlu xx.xx.1967-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə 481 nömrə ilə qeydiyyat aparılmışdır.
8. X7 xx.xx.2018-ci il tarixdə, X12 xx.xx.1995-ci il tarixdə, Feyzullayeva Ofelya Cavabdeh2 qızı xx.xx.2016-cı il tarixdə, X17 xx.xx.2010-cu il tarixdə, X3 xx.xx.2017-ci il tarixdə, X5 xx.xx.1975-ci il tarixdə, İddiaçı5 Şahpələng oğlu xx.xx.1972-ci il tarixdə, Aminə Nəcəfqulu qı zı xx.xx.1984-cü il tarixdə, X16 xx.xx.2000-ci il tarixdə, X18 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir.
9. Daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2019-cu il tarixdə verdiyi ********** nömrəli çıxarışına əsasən, ünvan 1 (0.25 ha) Cavabdeh2 mülkiyyətində olmuşdur.
10. Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.25 ha olan torpaq sahəsini xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən tam mülkiyyət üzrə qızı Cavabdeh1 bağışlamışdır (hədiyyə olaraq).
11. Daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2020-ci il tarixdə verdiyi ********** nömrəli çıxarışına əsasən, ünvan 1 (0.25 ha) Cavabdeh1 tam mülkiyyətindədir.
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Ximdətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, B akı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 223 saylı bağ sahəsi xx.xx.2019-cu il tarixdə Əminə Nəcəfqulu qızının adına qeydiyyatdan keçmiş, 18 saylı DNK-nın xx.xx.2019-cu il tarixli 2V172 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4513/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 adına qeydiyyata alınmış, 18 saylı DNK-nın xx.xx.2019-cu il tarixli 4Ə/411 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.
13. Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində 2500 kv.metrdən ibarət olan 222a saylı (faktiki 223 (keçmiş 299b)) bağ X8 adınadır. X8 vəfatından sonra bu torpağın baxılması, abadlıq işlərinin aparılması və vergilərin ödənilməsi onun ailəsi və övladları tərəfindən həyata keçirilmişdir.
14. Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində 2500 kv.metrdən ibarət olan 223 saylı bağ sahəsi Cavabdeh1 məxsusdur və onun xx.xx.2021-ci il tarixinədək Binəqədi rayon Bələdiyyəsinin büdcəsinə torpaq vergisi borcu yoxdur.
15. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnaməyə əsasən, Cavabdeh2 xx.xx.1984-cü il tarixdə ölmüş Əminə Nəcəfqulu qızının miras əmlakından pay almalıdır. Verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-ın Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Əminə Nəcəfqulu qızına verilmiş reye str nömrəli, 02/77 qeydiyyat nömrəli qabaqcadan qeydiyyat haqqında arayışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən ibarətdir.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən İddiaçı5 Şahpələng oğlunun adına olan 222 saylı bağa dair ilkin icarə müqaviləsinin və icarə müddətinin uzadılması barədə digər icarə müqavilələrinin təsdiq edilmiş surətinin X1, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən İddiaçı5 Şahpələng oğlunun adına olan 223 saylı bağa dair ilkin icarə müqaviləsinin və icarə müddətinin uzadılması barədə digər icarə müqavilələrinin təsdiq edilmiş surətinin Cavabdeh2-Ağa Şahpalıq oğluna verilməsinin DƏDRX-ın Bakı şəhəri Əra zi İdarəsinə tapşırılması qət edilmişdir.
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə, Cavabdeh2-Ağa Şahpalıq oğlunun adının “Cavabdeh2”, ata adının “Şahpələng”, doğum tarixinin “xx.xx.1936-cı il” olması faktının müəyyən edilməsi qət edilmişdir.
18. ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 Ağa Şahpalıq oğluna verilmiş 2015-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, bağ sahələrinə dair icarə müqaviləsinin müddətinin artırılması və ya yeni müqavilə bağlanması İdarənin səlahiyyətlərinə daxil edilmədiyindən Novxanı qəsəbəsi, 223 saylı bağ sahəsinin Cavabdeh2 Ağa Şahpalıq oğlunun adına keçirilməsinə dair müqavilə bağlanmamışdır.
19. Bağ və binaların uzunmüddətli icarəyə verilməsinə dair xx.xx.1969-cu il tarixli 7310 nömrəli müqaviləyə əsasən, Novxanı qəbəsəsində yerləşən 299b saylı 0.25 ha torpaq sahəsi Əminə Nəcəfqulu qızına 10 il müddətinə, yəni xx.xx.1979-cu il tarixədək icarəyə verilmişdir. 20. 08.01.1952-ci il tarixli 1055 nömrəli müqaviləyə əsasən, İddiaçı5 1948-ci ildən hesablanmaqla, 10 il müddətinə (1958-ci ilədək) 0.53 ha (0.51 ha) torpaq sahəsi icarəyə verilmişdir. 21. 05.03.1963-cu il tarixdə Şahpələng Feyzullayev və İddiaçı5 ərizə verərək, ayrıayrı yaşadıqlarından mövcud bağ sahəsinin aralarında bölünməsini (1/2 hissədə) xahiş etmişlər. 22. xx.xx.1963-cü il tarixli 7310 nömrəli müqaviləyə əsasən, Novxanı qəsəbəsində yerləşən bağ sahəsinin 0.25 ha hissəsi xx.xx.1963-cü il tarixdən xx.xx.1969-cü il tarixdək Şahpələng Feyzulla oğluna verilmişdir. 23. xx.xx.1969-cu il tarixli 1055 nömrəli müqaviləyə əsasən, Novxanı qəsəbəsində yerləşən bağ sahəsinin 0.25 ha hissəsi (299b (222), bir otaq) xx.xx.1969-cu il tarixdən xx.xx.1979-cu il tarixdək İddiaçı5 Şahpələng oğluna verilmişdir. 24. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə, Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin X32 xx.xx.1969-cu il tarixli 7310 saylı müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən, ümumi sahəsi 0.25 ha olan 299 "b” saylı bağ torpaq sahəsinə dair mərhumə Əminə Nəcəfqulu qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət resyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin ƏMDK yanında DƏDRX-ın Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.
25. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il t arixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən, ümumi sahəsi 0.25 ha olan 299 "b” saylı bağ torpaq sahəsinə hüququ olmuş iddiaçının anası Əminə Nəcəfqulu qızının adına dair müvafiq arayışın verilməsi vəzifəsinin ƏMDK yanında DƏDRX-ın Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
26. X34, X21 və X37 notarial qaydada verilmiş ərizələrdə bildirmişlər ki, onlar tərəflərin hamısını tanıyırlar. Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən bağ massivi daimi yaşayış yeri deyil. Ora bağ kimi istifadə edilmiş və orada heç kim daimi yaşamamışdır.
27. Enerjitəchiatı məssisəsi ilə məişət abonenti (əhali) arasında “Elektrik enerjisinin alqı- satqısı”nın birtipli 019489 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "xxxx" ASC və İddiaçı10 arasında Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair müqavilə bağlanmışdır.
28. Enerjitəchiatı məssisəsi ilə məişət abonenti (əhali) arasında “Elektrik enerjisinin alqı- satqısı”nın birtipli 019490 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "xxxx" ASC və Qarayeva (Feyzullayeva) Təranə Arif qızı arasında Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair müqavilə bağlanmışdır.
29. Enerjitəchiatı məssisəsi ilə məişət abonenti (əhali) arasında “Elektrik enerjisinin alqı- satqısı”nın birtipli 019491 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "xxxx" ASC və X27 arasında Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair müqavilə bağlanmışdır.
30. Enerjitəchiatı məssisəsi ilə mə işət abonenti (əhali) arasında “Elektrik enerjisinin alqı- satqısı”nın birtipli 019492 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "xxxx" ASC və İddiaçı5 arasında Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair müqavilə bağlanmışdır. 31. “Su təchizatı və tullantı sularının axıdlması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanmış müqavilə”yə əsasən, "xxxx" ASC ilə İddiaçı10 arasında xx.xx.2011-ci il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair 32374476 nömrəli müqavilə bağlanmışdır. 32.. “Su təchizatı və tullantı sularının axıdlması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanmış müqavilə”yə əsasən, "xxxx" ASC ilə X28 arasında xx.xx.2011-ci il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair 32357262 nömrəl i müqavilə bağlanmışdır. 33. “Su təchizatı və tullantı sularının axıdlması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanmış müqavilə”yə əsasən, "xxxx" ASC ilə İddiaçı5 arasında xx.xx.2011-ci il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair 32125539 nömrəli müqavilə bağlanmışdır. 34. “Su təchizatı və tullantı sularının axıdlması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanmış müqavilə”yə əsasən, "xxxx" ASC ilə Qarayeva (Feyzullayeva) Təranə Arif qızı arasında xx.xx.2012-ci il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair 32335777 nömrəli müqavilə bağlanmışdır. 35. “Qaz paylacısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən, "xxxx" ASC ilə İddiaçı12 arasında xx.xx.2016-cı il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair 27453 nömrəli müqavilə bağlanmışdır. 36. “Qaz paylacısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən, "xxxx" ASC ilə Baladadaş Feyzullayev arasında xx.xx.2013-cü il tarixdə Novxanı bağlar massivində yerləşən bağ sahəsinə dair müqavilə bağlanmışdır.
37. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, Cavabdeh2 İddiaçı12, Qarayeva (Feyzullayeva) Təranə Arif qızına və X4 qarşı “bağ sahəsinin boşaldılması və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
38. ƏMDK yanında DƏDRX-ın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli məktubda, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 299 saylı bağ sahəsinin ( iki bağ sahəsi) bir hasar daxilində yerləşdiyi və ara mərz nişanlarının olmadığı göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
39. İddiaçı9, İddiaçı10, İddiaçı8, İddiaçı12, İddiaçı11, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 18 saylı notariat kontoruna və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı notariat konrotu tərəfindən Cavabdeh2 verilmiş 25 may 2019-cu il tarixli, reyestrdə 2V-172 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 04 dekabr 2019-cu il tarixli, reyestrdə 4Ə-411 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş 14 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və Cavabdeh1 adına verilmiş 08 fevral 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması; mərhum Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (küçmiş 299b) bağ sahəsinin və üzərindəki fərdi yaşayış evlərinin tam olaraq İddiaçı9, İddiaçı10, İddiaçı8, İddiaçı12, X9, İddiaçı11, İddiaçı7, X22, İddiaçı6, X6, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarıl masını xahiş etmişlər.
40. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 08/279 saylı xx.xx.1948-ci il tarixli əmri əsasında İddiaçı5 Şahpələng oğluna Novxanı bağlar massivindən 0,53 ha bağ sahəsi ayrılmış, həmin torpağın 10 il müddətində istifadə edilməsi barədə sonuncu ilə Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin X39 arasında 01 oktyabr 1948-ci il tarixli 1055 saylı müqaviləsi bağlanmışdır. Sonradan Bakı şəhər Sovetinin icraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 33/2218 saylı əmrinə əsasən, hər bir şəxsə ayrılmış bağ sahəsinin 0,25 hektardan artıq sahə olmaması müəyyən edilmiş, bu səbəblə icarədar İddiaçı5 Şahpələng oğlu ona ayrılmış həmin 0,53 ha torpaq sahəsini itirməmək məqsədilə onun 0,25 hektarlıq hissəsinin atası Şahpələng Feyzullayevə ver ilməsindən ötrü 05 mart 1963-cü il tarixdə Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinə müraciət etmiş, nəticədə 0,53 ha torpaq sahəsinin 0,25 ha-lıq hissəsi İddiaçı5 atası Şahpələng Feyzullayevə verilmişdir. Beləliklə, İddiaçı5 icarəsində olan 0.53 ha torpaq sahəsi bölünmüş, onun 0,25 ha-lıq hissəsinə 299-a nömrəsi müəyyən edilməklə İddiaçı5, qalan 0,25 ha sahəyə isə 299-b nömrəsi müəyyən edilərək Şahpələng Feyzullayevə verilmişdir. Şahpələng Feyzullayev vəfat etdikdən sonra ona məxsus olan həmin 0,25 ha torpaq sahəsi arvadı Əminə Nəcəfqulu qızının istifadəsinə verilmiş və bu barədə sonuncu ilə Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin X38 arasında 14 mart 1969cu il tarixli 7310 saylı müqavilə bağlanmışdır. 1984-cü il tarixdə Əminə Nəcəfqulu qızı vəfat etmişdir. Qeyd edilən bağ sahəsi sənəd ü zrə iki hissəyə bölünsə də, həmişə ilkin müqavilədə göstərildiyi kimi 0,53 ha olmaqla bir sahə daxilində yerləşmiş və faktiki olaraq İddiaçı5 istifadəsində olmuşdur. Sadəcə olaraq, o zamankı qanunun tələbinə əsasən İddiaçı5 faktiki olaraq, ona məxsus olmuş bağ sahəsini itirməmək üçün formal olaraq bağ sahəsinin 0.25 ha sahəsini atası mərhum Şahpələng Feyzullayevin adına keçirmiş, həm öz adına olan bağ sahəsi, həmçinin atası Şahpələng Feyzullayevin adına olan bağ sahəsi əvvəldən öz sahiblik və istifadəsində olmuş, vəfatından sonra isə bu günədək həmin bağ sahəsində onun ailəsi, övladları yaşayıb istifadə etmişlər. Cavabdehlərdən Cavabdeh2 mərhum İddiaçı5 qardaşı, Cavabdeh1 isə Cavabdeh2 qızıdır. 2020-ci il tarixdə Cavabdeh1 İddiaçı12, Qarayeva (Feyzullayeva) Təranə Arif qızına, X4 və X10 qa rşı “bağ sahəsindən çıxarılma” tələbi ilə məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur ki, Cavabdeh2 14 iyun 2019-cu il tarixdə ünvan 1nə dair adına çıxarış almış, daha sonra 04 dekabr 2019cu il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda həmin torpaq sahəsini qızı Cavabdeh1 bağışlamış və Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. 24 avqust 2020-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat kontoruna vəkil sorğusuna verilmiş cavab məktubu və qoşması olan 2V-172 nömrəli vərəsəlik işinin notarial təsdiqli surətindən məlum olmuşdur ki, Cavabdeh2-Ağa Şahpalıq oğlu (hazırda adı Cavabdeh2, ata adı Şahpələngdir) 2015-ci il tarixdə 18 saylı notariat kontoruna ərizə ilə müraciət edərək anası Əminə Nəcəfqulu qızından miras əmlak olan torpaq sahəsi qaldığını göstərmiş, əri zənin “Məndən başqa aşağıdakı vərəsələr var” bölməsini boş saxlayaraq, ümumiyyətlə heç kimin adını qeyd etməmişdir. Qeyd edildiyi kimi, 23 iyun 1948-ci il tarixdən ölənə qədər faktiki olaraq, Novxanı kəndində yerləşən 0,53 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evləri (baxmayaraq ki, 1962-ci il tarixdə 0,25 ha torpaq sahəsini formal olaraq atasının adına keçirmişdir) İddiaçı5 Şahpələng oğlunun istifadə və sahibliyində olmuş, onun ölümündən sonra isə bu günədək övladlarının və nəvələrinin istifadə və sahibliyindədir, yəni faktiki olaraq onlara qalmış, həmin evdən və torpaq sahəsindən onlar istifadə etmişlər. Sözügedən 223 saylı (keçmiş 299-b) bağ sahəsinin həqiqətdə nə Cavabdeh2, nə də Cavabdeh1 heç bir aidiyyatı yoxdur. Onlar heç vaxt həmin bağda yaşamayıblar. Belə olan təqdirdə qanu nsuz olaraq Cavabdeh2 özünü tək vərəsə qeyd edib heç kimin xəbəri olmadan qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etməklə müvafiq çıxarış əldə etmiş və həmin əmlakı daha sonra qızına bağışlamışdır. 223 saylı (keçmiş 299-b) bağ sahəsinə dair sonuncu icarə müqaviləsi mərhum Əminə Nəcəfqulu qızının adına bağlansa da, həmin bağ sahəsi və üzərindəki daşınmaz əmlaklar istər Əminə Nəcəfqulu qızının sağlığında, istərsə də 1984-cü il tarixdə Əminə Nəcəfqulu qızının vəfatından sonra faktiki olaraq İddiaçı5 övladları və nəsli tərəfindən qəbul edilərək, bu günə qədər tərəflərindən istifadə və idarə olunur. Maraqlı budur ki, Cavabdeh2 heç kimə xəbər vermədən, gizli şəkildə notariat kontoruna ərizə ilə müraciət etmiş, qəsdən özünü tək vərəsə kimi qeyd edərək, digər vərəsələri belə gizlətmişdir. Hazırki məsələdə söhbət mirasın faktiki qəbulundan getsə də, Cavabdeh2 yalan məlumat verərək, hətta qanun üzrə vərəsəliyə dair tələbləri də qəsdən pozmuşdur. Bakı şəhəri 18 saylı notariat kontoru da, mərhum Əminə Nəcəfqulu qızının vərəsələrinin dairəsini müəyyən etməmiş, kortəbii şəkildə, qanunun tələblərinə zidd vərəsəlik işi açaraq, daha sonra qanunsuz vərəsəlik haqqında şəhadətnaməni vermiş, onlarla şəxsin hüquqlarını kobud şəkildə pozmuş, illər öncə faktiki olaraq qəbul edilmiş miras əmlaka dair qanunsuz qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Notarius həmçinin əvvəldən qanunun tələbini pozmuş, Cavabdeh2 müddəti ötürdüyünə görə müvafiq imtinanı verməmişdir.
41. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, atası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsas ən DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə gedərək mübahisəli bağ sahəsini adına keçirmişdir. xx.xx.2014-cü il tarixdə atası həmin idarəyə sorğu göndərmiş, sorğuya əsasən ona mübahisəli ərazidə yeləşən bağ sahəsinə dair müqaviləninin surəti verilmişdir. Həmin müqavilədən də görünür ki, bağ sahəsi yalnız atasının mülkiyyətində olmuşdur. Lakin qarşı tərəfin verdiyi sənəddən məlum olur ki, onlar özlərindən adlar əlavə etmişlər. 1984-cü il tarixdə Əminə Nəcəfqulu qızı vəfat etmişdir, o, uşaqlıqdan orada yaşamışdır. 2008-ci ilin sonu, 2009-cu ilin əvvəli atası sənədləşdirmə işlərinə başlamaq üçün həmin bağ sahəsinə getdikdə ağacların kəsildiyini görmüşdür. Daha sonra yenidən getdiyi zaman özbaşına tikilinin tikildiyini görmüşdür. Atası sonradan qərara gəlmişdir ki, torpaq sahəsini öz adına sənədl əşdirsin. Məhkəmə davam etdiyi vaxtda cavabdehlər tərəfindən orada 4 yaşayış evi tikilmişdir. 222 saylı bağ sahəsindən Xuraman istifadə edirdi, hal-hazırda isə onun qızları Səmayə və Səmayənin qızı Lətafət istifadə edir. 2008-ci il tarixə qədər Xuramanla bir yerdə qalmışlar, daha sonra qərara gəlmişlər ki, atasının yaşlılığından istifadə edərək ərazisini zəbt etsinlər. 2014-cü ildə verilən sorğuya cavabdan da görünür ki, məhkəmə qərarına əsasən ilk çıxarış onun atasının adına olub. Həmin torpaq sahəsi nənəsinə çoxuşaqlı ana olduğuna görə verilib, ondan da övladlarına qalıb.
42. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6787 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 222 və 223 saylı bağ sahələri bir-birinə bitişik olmaqla qonşu sahələrdə yerləşirlər. Həmin bağ sahəsi ümumilikdə faktiki olaraq 0.57 ha (222 saylı bağ sahəsi faktiki 0.285 ha, 223 saylı bağ sahəsi faktiki 0.285 ha) təşkil edir. Bağ sahələri faktiki vəziyyətdə mişar daşından inşa edilmiş hasar vasitəsi ilə bir-birindən ayrılmış sərhədlər daxilində yerləşir. Torpaq sahəsinin koordinatları “Google Earth” xəritə proqramı vasitəsilə ilə illər üzrə yoxlandıqda faktiki vəziyyətdə mövcud olan sərhəd hasarının 2018- ci ildən sonrakı dövr ərzində inşa edildiyi müəyyən olunmuşdur. Həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 222 saylı və 223 saylı bağ sahələrində ümumilikdə 8 (səkkiz) yaşayış evinin mövcud olduğu, 223 saylı bağ sahəsinin hüdudları daxilində yerləşən 3 (üç) ədəd yaşayış evinin 2008-ci ildə, 1 (bir) ədəd yaşayış evinin isə 2011-ci ildən sonrakı dövrlərdə mövcud olduğu müəyyən edilmişdir. 222 saylı bağ sahəsində yerləşən 4 (dörd) yaşayış evinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müəyyən etmək mümkün olmasa da, tikililərin köhnə tikili olması nəzərə alınaraq həmin tikililərin 2008-ci il tarixdən daha əvvəlki dövrdə inşa edildiyi istisna edilmir.
43. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2299/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı12, Qarayeva (Feyzullayeva) Təranə Arif qızına və X4 qarşı “bağ sahəsinin boşaldılması və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.
44. ƏMDK yanında DƏDRX-ın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli məktubundan Bakı şəh əri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 299 saylı bağ sahəsinin (iki bağ sahəsi) bir hasar daxilində yerləşdiyi və ara mərz nişanlarının olmadığı qeyd edilmişdir.
45. Binəqədi Rayon Məhkəməsinin 2(001)-287/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia təmin edilmişdir.
46. Məhkəmə müəyyən etmişdir ki, iddiaçılar mübahisəli torpaq sahəsində və torpaq sahəsi üzərindəki tikililərdə yaşamışlar. Əminə Nəcəfqulu qızının ölümündən sonra iddiaçılar miras qalmış əmlakın saxlanılması və orada yaşayıb təsərrüfat aparması üçün mübahisəli evə faktiki sahib durmaqla miras əmlaka faktiki sahiblik etmiş və həmin əmlakı faktiki idarə etmişlər. İddiaçılar evi təmir etdirmiş, əlavə otaqlar tikdirmişlər. İddiaçılar halhazıradək həmin evdə yaşamaqla evin bütün x ərclərini ödəmişlər. İddiaçılar mübahisəli torpağa və onun üzərində inşa edilmiş evə sahiblik etməklə və əmlakı idarə etməklə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş və bununla da, miras əmlakı tam olaraq qəbul etmişlər.
47. Məhkəmə Əminə Nəcəfqulu qızının xx.xx.1984-cü il tarixdə öldüyünü və mirasın həmin vaxt açılmasını nəzərə alaraq qeyd etmişdir ki, 2000-ci ilə qədər mövcud olan Mülki Məcəllənin vərəsəlik haqqında müddəalarında birbaşa göstərilmişdir ki, “vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik və ya onu idarə etməyə başlaya bilər (maddə 555). Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir(maddə 552).” Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda miras dedikdə həmin əmlak hüquqları nəzərədə tutulmalıdır. Göründüyü kimi Əminə Nəcəfqulu qızı vəfat edəndə həmin hüquqlardan ibarət miras mövcud idi və onun vərəsələri həmin əmlakı qanunla nəzərdə tutulmuş şəkidə qəbul etməli idilər. Lakin işdə olan sənədlərdən, habelə tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçılardan fərqli olaraq cavabdehlər tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş vaxt ərzində miras faktiki olaraq qəbul edilməmişdir.
48. Məhkəmə hesab etmişdir ki, iddiaçılar mübahisəli bağ sahəsinə sahiblik etmək və əmlakı idarə etməklə mirası qəbul e tdiklərini şəksiz nümayiş etdirmiş və bununla da, miras əmlakını tam olaraq qəbul etmişlər. Həmçinin iş materiallarına və tərəflərin verdikləri izahatlarla da müəyyən edilmişdir ki mübahisəli bağ sahəsinə faktiki sahiblik və idarə etdiklərindən sonra orada tikililər tikmişlər. Bu isə həmin bağ sahəsinə iddiaçıların faktiki sahiblik etdiklərinin şəksiz sübutudur.
49. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Konrotu tərəfindən Cavabdeh2 verilmiş 25 may 2019-cu il tarixli, reyestrdə 2V-172 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 14 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh2 adına verilmiş çıxarış, 04 dekabr 2019-cu il tarixli reyestrdə 4Ə-411 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi, 08 fevral 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Cavabdeh1 adına verilmiş çıxarış etibarsız hesab edilməlidir. Həmçinin mərhum Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsi (üzərindəki tikililər) - miras əmlakı iddiaçılar İddiaçı9, İddiaçı10, İddiaçı8, İddiaçı12, X9, İddiaçı11, İddiaçı7, X22, İddiaçı6, X6, İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı2, X13 və İddiaçı3 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməlidir.
50. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 1134.1, 1134.2, 1151.1, - 1243.1, 1243.2, 1243.3, 1246-ci,Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
51. Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədini, əlavə olaraq bildirilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması, işin bütün faktiki və həqiqi hallarının araşdırılmaması ilə çıxarıldığından əsassız və ədalətsizdir.
52. Mübahisəli bağ sahəsinə yerində baxış keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 222 və 223 saylı bağ sahələri bir-birinə bitişik olmaqla qonşu sahələrdə yerləşir v ə mişar daşından inşa edilmiş hasar vasitəsi ilə bir-birindən ayrılmış sərhədlər daxilindədirlər. Bağ sahələrində ümumilikdə 8 (səkkiz) yaşayış evi mövcuddur, sahənin 4 giriş darvazası var. 223 saylı baga girişi təmin edən soldan 1-ci darvazadan girişdədəki evdə İddiaçı12 yaşayır. 2-ci darvazadan həyətə daxil olanda yerləşən birinci evdə İddiaçı9, həmin darvaza ilə üzbəüz evdə İddiaçı8, Təranənin evinin arxasındakı evdə Bahadurun qızları İddiaçı3, İddiaçı2 və İddiaçı1 yaşayırlar. 3-cü və 4-cü darvazalar eyni həyətin müxtəlif istiqamətlərinə açılır, 3-cü darvazadan girişdə soldan birinci evdə İddiaçı6 yaşayır. Bu ev ikinci həyətin daxilindədir. Həyətdəki bənövşəyi rənglə boyanmış evdə İddiaçı11, qırmızı rənglə boyanmış evdə Feyzullanın qızı olan mərhum Səmayənin qızları Lətafət və Sədaqət y aşayırlar. 222 saylı bağ sahəsində yerləşən 4 (dörd) yaşayış evi köhnə tikililərdir.
53. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6264/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Həsənov Elnur(sədrlik edən və məruzəçi), Mərdanova Xumar və Sadıqov Vahid) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrdən ibarətdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
55. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə, iddia tələbinin tə min edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
56. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
57. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
58. Maddə
29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
59. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamın a yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
60. Maddə 337.1 və
339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər.
61. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
62. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
63. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
64. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
65. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır..
66. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
67. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar.
68. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
69. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
70. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
71. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
72. Maddə 1246. Vərəsə vərəsəliyə çağ ırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
73. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
74. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
75. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964-cü il redaksiyalı)
76. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənın valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar.
77. Maddə
552. Vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab edilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
78. Maddə
57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə ve rir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
83. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
84. Maddə 40 7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
85. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
86. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
87. Maddə 418.3. P rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
88. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
89. Hazırkı kassasiya şikayətin də apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
90. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
91. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
92. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktik i halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
93. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
94. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
95. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
96. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uy ğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6264/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.