Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1158/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X1”Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərə görə ödənc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh “X1”ASC-yə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1814/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Resp ublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inizbati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X1 bazasında işdə olduğu vaxt bədbəxt hadisə nəticəsində xəsarət almış, əmək qabiliyyətinin 80%-ni itirmiş, xəsarətlə bağlı 1992-ci ildə 2-cı qrup əlil kimi ona pensiya təyin edilmişdir. İşlədiyi müəssisə tərəfindən ona aylıq ödənişlər edilmiş, sonra “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydalarına uy ğun olaraq DSMF tərəfindən müavinat verilmişdir.
2. Müəssisənin özəlləşdirilməsi prosesı başa çatdığı üçün DSMF tərəfindən verilən müavinat xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır.
3. DSMF-nin məlumatına görə, iddiaçının işlədiyi müəssisənin özəlləşməsi xx.xx.2014-cü ildə başa çatdığından iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 6738,00 manat artıq müavinat ödənişi həyata keçirilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 dekabr 2022-ci il tarixli məktundan görünür ki, keçmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin 16 noyabr 2001-ci il tarixli, 212 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətin in “Quruda Neft və Qazçıxarma” X2 X5 Bazasının əsasında “Əli X5” ASC yaradılmış və mövcud qanunvericiliyə uyğun olaraq 25 noyabr 2014-cü il tarixində “Əli X5” ASC-nin səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Həmin tarixdən səhmdar cəmiyyəti tam özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərir. 5. “X1”ASC Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Quruda Neft və Qazçıxarma” X3 X5 bazasının çevrilməsi nəticəsində yaradılmış və onun hüquqi varisidir.
6. İddiaçının işlədiyi müəssisənin özəlləşdirilməsi 25 noyabr 2014-cü ildə başa çatmışdır. Bununla yanaşı, DSMF tərəfindən müavinat ın verilməsi “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydalarına uyğun olaraq xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir.
7. Şirvan İnzibati Məhkəməsinin 15(120)-16/2022 saylı, 10 noyabr 2022-ci il tarixli Qərardadına əsasən ərizəçi İddiaçı “müvəqqəti xarakterli müdafiə tədbiri barədə”ərizəsi təmin edilmişdir. Ərizəçi İddiaçı tərəfindən qaldırılmış iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək, Ağayev Zöhrab oğlunun pensiya məbləğindən hər hansı məbləğin tutulması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına və digər şəxslərə qadağan edilmişdir.
8. Şirvan İnzibati Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərarı ilə İddiaçı iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 108950 nömrəli qərarı “xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya ödənilmiş 6738,00 manat məbləğində artıq ödəmənin onun yaşa görə əmək pensiyasından tutulması” hissəsində ləğv edilmişdir. İnzibati məhkəmənin qərarı hazırda qüvvədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh “X1”ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 6738 (altı min yeddi yüz otuz səkkiz) manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək 1600 (bir min altı yüz) manat və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1104 (bir min bir yüz dörd) manat (minimum aylıq əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi məbləği) istehsalat qəzası nəticəsində sağlamlığına vurulmuş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin bundan sonrakı dövr üçün sağlamlığına dəymiş ziyanın ödənilməsi vəzifəsinin həmin müəssisəsinin üzərinə qoyulması və mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırı lmışdır ki, o, xx.xx.1990-ci il tarixində X1 bazasında işdə olduğu vaxt bədbəxt hadisə nəticəsində xəsarət almış, əmək qabiliyyətinin 80% itirmişdir. Xəsarətlərlə bağlı 1992-ci ildə TSEK-in qərarı ilə 2-cı qrup əlil kimi ona pensiya təyin edilmişdir. İşlədiyi müəssisə tərəfindən ona aylıq ödəniş edilmiş, sonra DSMF tərəfindən “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçısinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydalarına uyğun olaraq ona 80%-lə 1 noyabr 2008-ci il tarixdən 60 manat, 1 fevral 2016-cı il tarixdən 66 manat, 1 yanvar 2022-cı il tarixdən 240 manat müavinət ödənilmişdir. Həmin müavinətin ve rilməsi Azərbaycan Respublikası Əmək və Əhalınin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində olan Dövlət Sosial Mudafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının ona ünvanladığı xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktuba əsasən xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Dayadırmanının səbəbi kımi xx.xx.2014-cü il tarixdən "Quruda Neft və Qazçıxarma” İB-nin Əli X5 bazasının özələşdirılməsi başa çatması göstərilmişdir. Bundan başqa məktubda xx.xx.2014-cü il tarixindən xx.xx.2022-cı il tarixinədək 6738 (altı min yeddi yuz otuz səkkiz manat) manat məbləğində artıq (ödəmə müəyyən edildiyi, həmin artıq ödəmənin onun pensiyasından tutulması haqqında Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli 108950 nömrəli qərar qəbul edildiyi göstəri lmişdir. DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********6 saylı məktubunda isə göstərilir ki, 16 06.2022-ci ıl tarixli 108950 nömrəli qərara əsasən müavinət işi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixinədək müəyyən edilmiş 6738 (altı min yeddi yuz otuz səkkiz manat) manat məbləğində artıq ödənmiş vəsait əlilliyə gorə əmək pensiyasından aylıq 53 manat 47 qəpik olmaqla 2022-ci ilin iyul ayından etibarən tutulma aparılır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən üzrinə düşən vəzifələri yerinə yetirib vaxtında müəssisənin özəlləşdirilməsi başa çatdığı barədə ona məlumat verilsəydi, o da aylıq ödənci cavabdeh müəssisədən tələb edə bilərdi. Cavabdeh tərəfindən ona xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək minimum aylıq ə mək haqqının 80 faizi olan 13689 manat 60 qəpik məbləğində pul ödəməli idi. 2006-2018-ci illər ərzində Azərbaycanda minimum əmək haqqının dəyişmə dinamikası: 2006-cı ilin oktyabrından - 30 AZN, 2007-ci ilin fevralından - 50 AZN, 2008-ci ilin yanvarından - 60 AZN, 2008-ci ilin avqustundan - 75 AZN, 2010-cu ilin sentyabrından - 85 AZN, 2011-ci ilin dekabrından - 93,50 AZN, 2013-cü ilin sentyabrından - 105 AZN, 2017-ci ilin yanvarından - 116 AZN, 2018-ci ilin yanvarından - 130 AZN, 2019-cu ilin martından - 180 AZN, 2019-cu ilin sentyabrından - 250 AZN, 2022-ci il yanvarın 1-dən - 300 AZN. Özəlləşdirmə prosesində dövlət müəssisəsinin çevrilməsi nəticəsində yaradılmış "Əli X5" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının 29 noyabr 1996-cı fl tarixli, 208-İQ saylı Qanunu ilə təsdiq edilmi ş “Dovlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə əsasən çevrilən müəssisə Əli X5 bazasının hüquqi varisi sayılır. İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dovlət reyestrinə daxıl edilmiş məlumatdan gorünur ki, “X9 Alətləri" Açıq Səhmdar Cəmiyyəti 25 dekabr 2001-cı il tarixdən vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Fəaliyyətinin dayındırılması barədə heç bir məlumat qeyd edilməmişdir. Cavabdehə istehsalat qəzası nəticəsində sağlamlığına vurulmuş 6738 (altı min yeddi yüz otuz səkkiz manat) manat zıyanın ödənilməsi, həmçinin bundan sonrakı dövr üçun sağlamlığına dəymiş ziyanın ödənilməsi barədə müraciət olunsa da nəticəsi olmamışdır.
11. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs A zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi izahatında bildirmişdir ki, istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş, işciyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinin 3-cü abzasına əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar mü əssisə, idarə və teşkilatlar (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2014-cü il tarixdən Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin Əli X5 bazasının özəlləşdirilməsi başa çatmışdır. Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin Əli X5 bazasının xx.xx.2014-cü il tarixdən özəlləşdirilməsinə baxmayaraq İddiaçı xx.xx.2010- cu il tarixdən təyin edilmiş aylıq öd ənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-cl İl tarixədək davam etdirilmişdir. Beləliklə, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 6738 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. İddiaçı pensiyasından xx.xx.2022-ci il tarixdən 53,4761 manat məbləğində pənsiya ödənişinin xx.xx.2032-ci il tarixədək tutulması qərara alınmışdır. Qeyd olunanları nəzərə alaraq bildirir ki, Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB nin Əli X5 bazasının özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi dayandırılmışdır. Məlumat üçün qeyd edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “artıq ödənilmə ilə bağlı qərarın ləğvi” tələbin ə dair 21(120)-2936/2022 nömrəli inzibati iş vardır. İddiaçı cavabdehin xx.xx.2022-ci il tarixil 108950 nömrəli qərarının qanunsuz olduğunu iddia edərək, iddia ərizəsində cavabdehin xx.xx.2022-ci il tarixli 108950 nömrəli artıq ödənilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin əmək pensiyasından tutulması haqqında qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2936/2022 nömrəli qərarı ilə ilə iddia tələbi qismən təmin edilmişdir. Müəssisənin özəlləşdirilməsi başa çatdıqdan sonra həmin ödənclərin verilməsi qanunvericiliklə Dövlət Sosial Müdafiə Fondunun deyil, işəgötürənlərin (müəssisənin) vəzifəsi kimi müəyyən olunmuşdur. İşin hallarından isə aydın olur ki, Dövlət Sosial Müdafiə Fo ndu həmin ödənişi xx.xx.2010-cu il tarixdən müəssisənin özəlləşdirilməsinin başa çatdığı tarixədək yəni, 2014-cü il tarixədək ödəməli olduğu halda, 2022-ci il tarixədək ödəmişdir. Lakin həmin ödəniş 2014-cü il tarixdən Əli X5 bazasının hüquqi varisi olan Əli X5 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli idi. Müəssisənin fəaliyyətinin dayandırılması onun ləğv olunması kimi qiymətləndirilə bilməz. 12. "xxxx" MMC-nin 15 may 2023-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı nəzərə alınmaqla minimum əmək haqqının 80 faiz şərti ilə xx.xx.1964-cü il tarixdə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Salyan rayonu Kərimbəyli kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2014-cü il tarixindən xx.xx.2023-cü il tarixədək olan aylıq ödən c məbləğin mütəxxəsis tərəfindən hesablanaraq rəy verilməsi barədə müraciətinizə cavab olaraq bildirmək istəyirik ki, 2006-2023-ci illər ərzində Azərbaycanda minimum əmək haqqının dəyişmə dinamikasını nəzərə alaraq xx.xx.2014-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək minimum aylıq əmək haqqının 80 faizi olan cəmi 15117,60 (on beş min bir yüz on yeddi manat 60 qəpik) manat məbləğində aylıq ödənc təşkil edir. Bundan xx.xx.2014-ci ildən xx.xx.2016-cı ildək olan aylıq ödənc 2100 (iki min bir yüz) manat (minimum əmək haqqı 105”8096-84 manat), xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək olan aylıq ödənc 1113.60 (bir min bir yüz on üç manat 60 qəpik) manat (minimum əmək haqqı 116“807692.80 manat), xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan aylıq ödənc 1456 (bir min dörd yüz əlli altı) manat ( minimum əmək haqqı 130“8096--104 manat), xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək olan aylıq ödənc 864 (səkkiz yüz altmış dörd) manat (minimum əmək haqqı 180”8096-144 manat), xx.xx.2019- cu ildən xx.xx.2021-ci ilədək olan aylıq ödənc 5600 (beş min altı yüz) manat (minimum əmək haqqı 250”8096-200 manat), xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan aylıq ödənc 2880 (iki min səkkiz yüz səksən) manat (minimum əmək haqqı 300”8076-240 manat) və xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan aylıq ödənc 1104 (bir min bir yüz dörd) manat (minimum əmək haqqı 345“8096-276 manat) təşkil edir
13. Şirvan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(032)-164/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh “ Əli X5”ASC-dən 31 may 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1600 (bir min altı yüz) manat, 01 yanvar 2023-cü il tarixədən 31 aprel 2023-cü il tarixədək 1104 (bir min yüz dörd) manat, cəmi 2704 (iki min yeddi yüz dörd) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq İddiaçı verilməsi qət edilmişdir.
14. Məhkəmə sübutlara qiymət verərək qeyd etmişdir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1990-ci il tarixində ƏliX5 bazasında işdə olduğu vaxt bədbəxt hadisə nəticəsində xəsarət almış, əmək qabiliyyətinin 80 %-ni itirmişdir. Xəsarətlərlə bağlı 1992-ci ildə TSEK-in qərarı ilə 2-cı qrup əlil kimi ona pensiya təyin edilmişdir. Əvvəl, işlədiyi müəssisə tərəfindən, 2008-ci il tarixdən xx.xx.2022- ci il tarixədək isə DSMF tərəfindən iddiaçıya müavinət ödənilmiş və bundan sonra “Quruda Neft və Qazçıxarma” İB-nin Əli X5 bazasının özələşdirılməsinin xx.xx.2014-cü il tarixdə başa çatması əsası ilə müavinətin verilməsi dayandırılmışdır. Bununla yanaşı iddiaçıya xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək zərərin əvəzi üzrə 6738 manat ödəniş edilmişdir. Ödəncin məbləği xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 1600 manat, xx.xx.2023-cü il tarixədən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə isə 1104 manat olmaqla, cəmi 2704 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu xx.xx.2014cü il tarixdən xx.xx.2022-ci il tarixədək müavinət üzrə ödənilmiş 6738,00 manat vəsaitin qa ytarılması qaydasında iddiaçının əlilliyə görə əmək pensiyasından aylıq 53,47 manatın 2022-ci ilin iyul ayından etibarən tutulması barədə qərar qəbul etsə də, Şirvan İnzibati Məhkəməsi 15(120)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə iddiaçının pensiya məbləğindən hər hansı məbləğin tutulmasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına və digər şəxslərə qadağan etmişdir.
15. Məhkəmə hesab etmişdir ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən işçiyə dəymiş zərərin əvəzini bütövlükdə ödəməli olduğundan, hüquqi şəxs yenidən təşkil edildiyi halda isə müvafiq ödənişləri icra etmək vəzifəsini on un hüquq varisi daşıdığından, cavabdeh ləğv olunmadığından, sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını dayandırması onu işçiyə dəymiş zərərin əvəzini ödəmək öhdəliyindən azad etmədiyindən, cavabdeh “Əli X5” ASC-dən 31 may 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1600 (bir min altı yüz) manat, 01 yanvar 2023-cü il tarixədən 31 aprel 2023-cü il tarixədək 1104 (bir min yüz dörd) manat, cəmi 2704 (iki min yeddi yüz dörd) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün sosial ödənişlər, mediasiyaya çəkilən 50 manat xərc alınaraq İddiaçı verilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.
16. Məhkəmə həmçinin hesab etmişdir ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək müavinət üzrə 6738,00 manat Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaç ıya ödənildiyindən və həmin vəsaitin qaytarılması qaydasında iddiaçının əlilliyə görə əmək pensiyasından aylıq tutmaların edilməsi məhkəmə tərəfindən qadağan edildiyindən, iddia tələbi eyni vəsaitin təkrar olaraq cavabdehdən də tutulması hissəsində təmin edilə bilməz.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1119.1, 1119.2, 1119.3, 1119.5, 1126.1, 1126.2-ci, maddələinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olunmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarının 1.1, 2.3 və 3.10-cu bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində, yəni 2010-cu ildən 2022ci ilədək müddət üzrə ödənişlərin verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qə zası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkd iyi xərclər ödənilir. Adıçəkilən Qaydaların 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bu səbəblə iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Təqsirkar müəssisənin ləğv edildiyi halda isə işçinin sağlamlığına dəyən zərərin ödənilməsi qaydaları Mülki Məcəllə ilə tənzimlənir. Həmin Qaydalar, şərtlər və məbləğin 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində dəymiş zərərə görə aylıq ödəncin məbləği zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin azalma faizi miqdarınd a müəyyən edilir. İşin hallarından isə aydın olur ki, Dövlət Sosial Müdafiə Fondu həmin ödənişi xx.xx.2010-cu il tarixdən müəssisənin özəlləşdirilməsinin başa çatdığı tarixədək yəni, 2014-cü il tarixədək ödəməli olduğu halda, 2022-ci il tarixədək ödəmişdir. Lakin həmin ödəniş 2014-cü il tarixdən Əli X5 bazasının hüquqi varisi olan “Əli X5” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli idi.
20. Məhkəmə kollegiyasının iclasında iştirakı iddiaçılar və müstəqil tələblər irəli sürən üçüncü şəxslər tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, evi xalası oğlu ilə birlikdə 1 il 8 aya inşa etmişdir. Həmin sifarişi onun babası götürmüş, onları da yanında aparmışdır. Onlar həmin yerə gedəndə tikilinin bünövrəsi qoyulmuşdur, birinci dəfə hörgü və inşa işləri ilə məş ğul olurdular. İkinci dəfə isə həmin tikilinin damını söküb yenidən izolyasiya quraşdırıb düzəltmişdilər. Eyni zamanda, verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, evin tikintisi ilə bağlı sifariş qeyri-adi sifariş idi. Belə ki, tikilinin kaskadını daşları yonaraq hazırlamışdılar. Daşı 6 məmmədə yonur və üzərinə naxışları 6 məmmədə vururdular. Tikilinin inşasını da kvadratı 20 dollara etmişdilər, ümumilikdə 37.000 ABŞ dolları xidmət haqqı almışdılar. Xidmət haqqını onlara Namiq və Aydın vermişdir. Evin damının düzəldilməsi üçün onları dəvət edən, habelə həmin vaxt onlara xidmət haqqı ödəyən şəxsi xatırlamır.
21. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1814/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hak imlər – İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmə düzgün olaraq mübahisələndirilən hissədə iddianı təmin etməmişdir. Çünki artıq, sözügedən müddət üzrə iddiaçıya müvafiq qaydada hesablanmış müavinat ödənilmişdir. Həmin müddət üzrə ona əlavə olaraq ödənclərin verilməsinin təmin edilməsi əsassız varlanmaya səbəb olardı.
23. Digər tərəfdən, DSMF öz şikayətində artıq ödənilmiş müavinətin geri tutulmasına istinad etsə də işin hallarından müəyyən edilir ki, DSMF-nin sözügedən qərarı İddiaçı tərəfindən inzibati məhkəmədə mübahisələndirilmişdir.
24. Müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli, 108950 nömrəli qərarın ləğv edilməsi, müavinət məbləğindən tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması və tutulmanın icra olunmasının “Əli X5” ASC-yə həvalə edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş,
25. Şirvan İn zibati Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərarı ilə İddiaçı iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 108950 nömrəli qərarı “xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya ödənilmiş 6738,00 manat məbləğində artıq ödəmənin onun yaşa görə əmək pensiyasından tutulması” hissəsində ləğv edilmişdir. İnzibati məhkəmənin qərarı hazırda qüvvədədir.
26. Kollegiya hesab etmişdir ki, iddiaçıya xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilədək olan müddət üzrə istehsalat qəzası nəticəsində aldığı xəsarətə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarına uyğun olaraq müvafiq qaydada hesablanmış müavinat ödənildiyindən, ona həm də müəssisə tərəfindən ödənclərin verilməsi barədə onun tələbi təmin edilməməlidir. Bu hissədə iddianı təmin etməyən məhkəmə doğru qənaətə gəlmişdir.
27. İddianın təmin edilməyən hissəsində iddiaçı da qətnaməni mübahisələndirməmişdir.
28. Beləliklə, kollegiya müstəqil tələb irəli sürməyən şəxsin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1119.1, 1119.2, 1119.3, 119.4, 1119.5, 1126.1-ci, maddələinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olunmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarının 1.1, 2.3 və 3.10-cu bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şi kayətinin dəlilləri
30. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Vəkil2) kassasiya şikayəti verərək, ŞirvanApellyasiya Məhkəməsinin2 8 noyabr 2023-cü il tarixli 2(103)-1814/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından aydın olur ki, Dövlət Sosial Müdafiə Fondu həmin ödənişi xx.xx.2010-cu il tarixdən müəssisənin özəlləşdirilməsinin başa çatdığı tarixədək yəni, 2014-cü il tarixədək ödəməli olduğu halda, 2022-ci il tarixədək ödəmişdir. Lakin həmin ödəniş 2014-cü il tarixdən Əli X5 bazası nın hüquqi varisi olan “Əli X5” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli idi.
32. Müəssisənin fəaliyyətinin dayandırılması onun ləğv olunması kimi qiymətləndirilə bilməzdi. Həmçinin qeyd edilən müavinət müəssisə tərəfindən verildiyi təqdirdə minumum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində deyildə, orta aylıq əməkhaqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin azalma faizi miqdarında müəyyən edilməli idi.
33. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçıya 2014-2022-ci il tarixlər arasındaki dövrdə müvafiq müavinət ödənildiyindən birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Halbuki işin faktiki hallarından da göründüyü kimi, həmin məbləğ üçüncü şəxs tərəfindən deyil cavab deh müəssisə tərəfindən ödənilməli idi.
34. Aydın olur ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin və müəssisənin öz üzərinə düşən vəzifələri yerinə yetirməməsi səbəbindən Dövlət Sosial Müdafiə Fondu tərəfindən əsassız olaraq 2022-ci il tarixədək İddiaçı 6738 manat məbləğində vəsait ödənilmişdir.
35. Hazırki işdə məhkəmə işin faktiki hallarının iddiaçının tələbi və 3-cü şəxsin mülahizəsi ilə üst-üstə düşməsini nəzərə almamışdır.
36. Kassasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzasıvə yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və M ə b lə ğ i ”nbin 1.1, 2.1. 3.10-cu bəndələrinə, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özə llə ş d i ri lə nvə idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın İİ bolməsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci və 104.3-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
38. Maddə 239.1. İstehsalatda baş vermiş bədbə xt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
39. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
40. Maddə 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır.
41. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.
42. Maddə 1119.5. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əm lak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır.
43. Maddə 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Azə rbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olunmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”
44. Bənd 1.1. Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəz ası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir.
45. Bənd 2.3. Zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir).
46. Bənd 3.10. Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hü quqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakti ki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. M əhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlin miş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 noyabr 2023-cü il tarixli 2(106)-1814/2023 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.