Məhkəmə qərarları › İş №2(102)-1159/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1159/2024

04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1159/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarsız müqavilə əsasında verilmiş borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6510/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh, İddiaçı qızı Arifə Mustafayeva (Zərbəliyeva) ilə evlənmişdir. Cavabdehlə Arifə Zərbəliyevanın arasında xx.xx.2023-cü ildə ailə münasibətləri zəminində yaranmış münaqişə əsnasında Cavabdeh Arifə Zərbəliyevaya xəsarət yetirməsi ilə bağlı Binəqədi RPİ-nin təhqiqatçısı R.Məmmədov tərəfindən cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq təhqiqat aparılmış, təhqiqatçının xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh barəsində cinayət təqibinə xitam verilmiş, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair xx.xx.2023-cü il tarixli yekun protokol tərtib olunmuşdur. Təhqiqat zamanı Cavabdeh verdiyi yazılı izahatında bildirmişdir ki, 2022-ci ilin mart ayında onun i şi ilə əlaqədar olaraq həyat yoldaşı Arifə Zərbəliyeva ona atasından 17000 manat pul borc alaraq vermişdir. Borcun qaytarılması ilə bağlı arvadı ilə mübahisələri yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra –cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 16000 manat, dövlət rüsumuna görə 140 manat, göstərilən hüquqi xidmət üçün vəkilə ödənilmiş 120 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh ondan 17000 manat məbləğində borc pul almış, bu günə qədər həmin puldan ümumilikdə 1000 manat qaytarmışdır. Ca vabdeh hazırda borcun geri qalanını ödəməkdən imtina edir. Cavabdehin Binəqədi RPİ-də verdiyi izahatı və Binəqədi RPİ tərəfindən çıxarılmış yekun protokol da onun iddiaçıdan 17000 manat məbləğində borc pulu almasını təsdiq edir.

4. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş və iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(001)-3676/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh borca görə 16000 manat, məhkəmə xərclərinə görə 258 manat olmaqla, cəmi 16258 manat pulun İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi Cavabde h Binəqədi RPİ-nə verdiyi izahatına və məhkəmə araşdırması zamanı tədqiq olunmuş digər sübutlarla əsasən qeyd etmişdir ki, cavabdeh iddiaçıdan 2022-ci ilin mart ayında aldığı 17000 manat borcdan 1000 manat qaytardıqdan sonra qalan 16000 manat borcu qaytarmadığından, iddiaçının cavabdehə qarşı 16000 manat borc tələbini əsaslı olduğundan təmin edilməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 442, 739.1, 739.2, 740.1, 740.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işin faktiki hallarını, işdə olan dəlilləri düzgün araşdırmamış və nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair xx.xx.2023-cü il tarixli yekun protokol üzrə cavabdeh tərəfindən verilmiş izahatı təhrif etmişdir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraatın aparılması zamanı cavabdeh aldığı borcu öz şəxsi mənafeləri üçün xərclədiyini bildirməmişdir. Alınan borc məbləği ailənin ümumi maraqlarına xərclənmiş, ailədə daxili maddi problemlərin həllinə yönəlmişdir ki, bu da birgə nikah dövründə əldə olunmuş əmlaklarla bağlı xərcləri əhatə edir. Yaranmış bu borc, ər-arvadın birgə təsərrüfat apardığı zaman ailə mənafeyi üçün xərclənmiş birgə borcu olsa da, məhkəmə həmin borcun yalnız cavabdehdə n tutulmasını təmin etmişdir. Məhkəmə onun məhkəmə iclasında iştirakını təmin etmək üçün bütün mümkün tədbirləri həyata keçirməmiş, bununla da ona mümkün sübutları təqdim etməyə şərait yaratmamışdır.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6510/23 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh 16000 manat, məhkəmə xərclərinə görə 258 manat olmaqla, cəmi 16258 manat məbləğdə pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

11. Apellyasiya instansiya məhk əməsi qeyd etmişdir ki, iddiaçı verdiyi pulu tələb etməkdə haqlıdır. İddiaçının cavabdehə 17000 manat məbləğində pul verməsi cavabdehin polisə verdiyi izahatı ilə təsdiqini tapmışdır. Həmçinin cavabdeh iddiaçının 16000 manat pul tələbinə etiraz etmir, sadəcə pulun yalnız ondan tutulmasına etiraz edir.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, işə baxan məhkəmə iddiaçı tərəfindən cavabdehə pulun verilməsi ilə bağlı yazılı müqavilə bağlanmadığı halda borc müqaviləsinə dair maddi hüquq normasına istinad etmişdir. Tərəflər arasında borc pul verilməsi ilə bağlı yazılı müqavilə bağlanmasına dair qanunvericiliyin tələbinə əməl edilməmişdir. Lakin bununla da belə iddiaçı tərəfind ən pulun verilməsi öz təsdiqini tapmışdır. Hazırkı halda cavabdeh iddiaçı tərəfindən ona verilmiş pul vəsaitini iddiaçıya geri qaytarmayaraq əsassız varlanmışdır.

13. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh izahatında işi ilə əlaqədar həyat yoldaşı X1 atasından 17000 manat borc alaraq ona verdiyini, həmin borcu atasına qaytaracağını həyat yoldaşına bildirdiyini göstərmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdi r.

16. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb et diyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

25. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

26. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

27. Maddə 3 37.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kim i əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir.

30. Maddə 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərində n asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, verilmiş iddia tələbi borcun qaytarılması barədədir. Borc münasibətləri əqdə əsasən yaranır və iddia nın həlli üçün məhkəmə ilk növbədə həmin əqdlərin etibarlığı şərtlərini yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi də bu mövqedən çıxış etmiş, müəyyən etmişdir ki, cavabdehə 17000 manat məbləğində borc verilməsi barədə müqavilə qanunla müəyyən edilmiş formada bağlanmamışdır.

42. Apelyasiya instansiyası məhkəməsi müqavilələrin qanunla müəyyən edilmiş formaya uyğun olmadığına görə, əqdin etibarsız olduğunu müəyyən etmiş, həmçinin etibarsız əqdlərdən irəli gələn nəticələri tətbiq etmişdir.

43. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 20 21-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mü lki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.... Mülki Məcəllənin 337.5-ci maddəsi... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nətic ədə əsassız varlanma baş verə bilər....Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Həmçinin kassatorun məhkəmə iclasında iştirakının təmin olunması üçün bütün vasitələrdən istifadə olunmaması barədə dəlili açıq-aşkar əsassızdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və vəkilinə elektron vasitələrlə məlumat verilmişdir.

48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6510/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar