Məhkəmə qərarları › İş №2(102)-116/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-116/2021

08.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-116/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı “əmlakın həbsdən azad olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: cinayət icraatı qaydasında üzərinə həbs qoyulmuş və məhkəmənin hökmü ilə müsadirə olunmuş əmlakın həbsdən azad olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3777/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 saylı qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X4 iddiaçının atasıdır. Bakı Hərbi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 1(093)-7/2018 nömrəli hökmü ilə X4 Azərbaycan Respublikası CM-in 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 29, 302.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 320.1, 320.2, 341.2.1, 341.2.3-cü m addələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Həmin hökmlə təqsirləndirilən şəxs X2 və yaxın qohumlarının adına olan bir sıra əmlakların, o cümlədən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edər ək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına onun xüsusi mülkiyyət hüququnun təsdiq edilərək, həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İstintaq hərəkətinin məcburi aparılmasına dair xx xxxxxx 2015-ci il tarixli, 5(006)-1131/2015 nömrəli qərarı ilə onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının üzərinə həbs qoyulmuşdur. Həmin qərardan iddiaçının xəbəri olmamışdır. Bakı Hərbi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikasının CM-in 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.4, 313, 320.1, 320.2, 341.2.1, 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsi rli bilinmiş və ona məxsus olan əmlakın, o cümlədən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmün ona məxsus əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsindən o, apelyasiya şikayəti vermişdir. Lakin Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixində ilkin baxışı zamanı hökmdən maraqlı şəxs qismində ərizəçilər tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməmiş və izah olunmuşdur ki, ondan kasasiya şikayəti və ya protesti verilə bilməz. xx xxxxxx 2019-cu il tarixə iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış bina sının açıq hərraca çıxarılması təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)5441/2019 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) İddiaçı iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbsdən azad edilməsini mülki qaydada tələb edə bilməz. Artıq qanuni qüvvəyə minmiş Bakı Hərbi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 1(093)-7/2018 saylı hökmü ilə təqsirləndirilən şəxs X2 və yaxın qohumlarının adına olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası və s. əmlakı xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. b) Apelyasiya instansiyası məhkəməs ində birinci icraat İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-5441/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3777/2020 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər R.M.Həsənovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)5441/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, apelyasiya şikayətinin dəlillə ri formal mülahizələr olmaqla, qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3777/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutlar əsasında tələbə və apelyasiya şikayətində göstərilən hallara hüquqi qiymət verməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın d əlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kasator apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kasasiya baxışının predmetini kasasiya şikayətinin dəlillərinə uyğun olaraq apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusi yasının: 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri həmin maddədə göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. 353.4.11-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində xüsusi müsadirə edilən əm lakın siyahısı göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və e tirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217. 4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qət namə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 129cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesa b edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmış əmlakın təqsirləndirilən şəxs X3 aid olmasına və xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün mövcudluğu işin mübahisəsiz halıdır. Belə olduqda isə, işin faktiki hallarını araşdıran məhkəmələrin ya lnız həmin hökmün mövcudluğuna istinad etməklə iddianın rədd olunmasına dair qənaətləri Azərbaycan Respublikası Konstitusiyasını 129-cu, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci və Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələblərinə tam uyğun olmuşdur. Hökmlə müsadirə olmuş əmlakın kim tərəfindən, nə vaxt və hansı əsaslarla faktiki əldə olunmasına dair iddiaçının dəlillərinin araşdırılması hüquqi müəyyənlik prinsipi nöqtəyi nəzərdən əhəmiyyətsizdir və apelyasiya məhkəməsi tərəfindən həmin məsələlərlə bağlı araşdırmanın aparılmamasına dair iddiaçının kasasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv olunması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Bakı Hərbi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmündən İddiaçı apelyasiya şikayətinin ic raata qəbul edilməməsi, ona əmlakın müsadirəsi hissəsində həmin hökmü mülki icraat qaydasında mübahisələndirmək hüququnu vermir. Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəməyə müraciət etmək hüququ Konstitusiyada bəyan edilmiş hüquq və azadlıqların təminatlarına əsaslanır. Belə ki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Bu isə hüquqi dövlətə xas olan məhkəmədən başqa heç kəsin məhkəmə qərarının ədalətliliyini və hüquqa uyğunluğunu şübhə altına ala bilməməsi prinsipindən irəli gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilm əsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3777/2020 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar