Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1161/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1503/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X kəndi yaxınlığında yerləşən cavabdehə məxsus torpaq sahələrində əkilmiş fındıq ağaclarının çıxarılması və ya onların dəyəri və torpaq sahəsinə çəkilmiş xərclərlə birlikdə cəmi (9000 manat 60 ağacın qiyməti+2040 çəkilmiş xərc) 11040 manat pulun cavabdehdən alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh mülkiyyətinə Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında verilmiş 1,3678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəllər İddiaçı istifadəsində olmuş, sonuncu tərəfindən həmin torpaq sahəsinə fındıq kolları əkilərək hal-hazıradək xidmət göstərilmişdir. S onradan islahat zamanı həmin ərazi içərisində iddiaçıya məxsus əmlakın (60 ədəd fındıq kollarının) olmasına baxmayaraq X1 ailə üzvlərinin mülkiyyətinə verilmiş, sonuncu isə həmin torpaq sahəsini hazırkı iş üzrə cavabdehə 05 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satmışdır.
3. İddiaçı bildirir ki, X kəndində yaşayır. Torpaq İslahatı zamanı X kəndi ərazisi olan. X kəndinin yaxınlığında ona və ailə üzvülərinin mülkiyyətinə Zaqatala rayon Aqrar İslahat komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarı ilə 11290.09 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində o, fındıq ağacları əkmişdir. Həmin torpaq sahəsinin yaxınlığında kol-kos basan, istifadəsiz torpaq sahəsi var idi. Bələdiyyə yarandıqdan sonra, 2002-ci ildə X sədri işləmiş X onun torpaq sahəsinin qonş uluğunda olan, kol kos basan torpaq sahəsinin kimə məxsus olmasını soruşmuş, o isə bələdiyyə torpağı olmasını bildirmişdir. Həmin torpağı istifadə etmək üçün Bələdiyyə sədrindən icazə almış, onun icazəsi ilə həmin torpağı təmizləyərək orada 60 topa fındıq ağacları əkmişdir. Bələdiyyə sədri həmin torpağın sənədlərini hazırlanması və ona icarəyə verilməsinə köməklik göstərilməsinə söz vermişdir. Lakin Bələdiyyə sədrinin vaxtsız ölümü onların işini dayandırmışdır. Hazırki Bələdiyyədə heç bir etirazı olmadığından o, əkdiyim fındıq ağaclarından istifadə edir. Lakin 2020-ci ilin yay aylarında Cavabdeh ona bildirmişdir ki, həmin torpağı o almışdır. Belə olan halda o. cavabdehə təklif etmişdir ki, həmin torpağa əkdiyi ağacların artıq 17 yaşı vardır, hər il hər ağac 7-8 kq fındıq məhsulu verir, böy ük ağaclar olduğundan çıxarılıb köçürülməsi çətin və xərc aparan işdir, ona görə də həmin ağacların pulunu ona ödəsin və ağaclar ona qalsın. Lakin cavabdeh onun təklifi ilə razılaşmadı və dəyərindən aşağı qiymət təklif etdi. Belə olan halda o, əkdiyi ağacları çıxartmaq qərarına gəlmiş, ağacları çıxartmağa başlayan zaman cavabdeh polisin "102" xidmətinə zəng edib şikayət etmişdir. Buna görə də o məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
4. Cavabdeh bildirir ki, iddia əsassızdır. Belə ki, qeyd olunan torpaq sahəsini üzərində olan fındıq kolları ilə birlikdə X2 və ailə üzvlərindən dəyərini ödəməklə almışdır. Əgər ki, İddiaçı kimi isə əsassız varlanmada ittiham etmək istəyirsə, onda o, onu yox, torpaq sahəsini ona satmış X2 və ailə üzvlərini ittiham etməlidir. Çünki, o, vicdanlı əldə edən dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia təmin olunmuş, X kəndi yaxınlığında yerləşən Cavabdeh məxsus torpaq sahələrində İddiaçı tərəfindən əkilmiş fındıq ağaclarının iddiaçının hesabına çıxarılması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
7. Belə ki, məhkəmə iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin tərəflərin izahatları və iş materialları əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh mülkiyyətinə Seriya RX ******* saylı daşınmaz əmlakın dövl ət reyestrindən Çıxarış əsasında verilmiş 1,3678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəllər İddiaçı istifadəsində olmuş, sonuncu tərəfindən həmin torpaq sahəsinə fındıq kolları əkilərək hal-hazıradək xidmət göstərilmişdir. Sonradan islahat zamanı həmin ərazi içərisində iddiaçıya məxsus əmlakın (fındıq kollarının) olmasına baxmayaraq X1 ailə üzvlərinin mülkiyyətinə işlənilmiş, sonuncu isə həmin torpaq sahəsini hazırkı iş üzrə cavabdehə 05 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satmışdır. Sözügedən torpaq sahəsində iddiaçı tərəfindən 60 ədəd fındıq topunun əkilərək hazırkı vəziyyətə gətirilməsini məhkəmə iclasında tərəflər mübahisələndirməmişlər. Yaranmış vəziyyətdə torpaq sahəsi iş üzrə cavabdehin mülkiyyətində, torpaq sahəsində yerləşən 60 topa fındıq kolu isə i ddiaçının mülkiyyətindədir. Yəni sözügedən fındıq topalarına münasibətdə iddiaçının əmlak hüquqları mövcuddur.
8. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, fındıq ağaclarının çıxarılması iddiaçının hesabına olmalıdır. Əks təqdirdə qətnamənin gələcəkdə icrası mümkünsüz olardı.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 158.1.2, 158.2, 158.3, 158.4,, Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apelyasiya şikayəti vermişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) 2(107)-1503/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)446/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı X kəndi yaxınlığında yerləşən cavabdeh olan sonuncuya məxsus torpaq sahəsində əkilmiş fındıq ağaclarının çıxarılması və ya onların dəyəri və torpaq sahəsinə çəkilmiş xərclərlə birlikdə cəmi (9000 manat 60 ağacın qiyməti+2040 çəkilmiş xərc) 11040 manat pulun cavabdehdən alınıb verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, X kəndi yaxınlığında Zaqatala rayon Aqrar İslahat komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarı ilə İddiaçı verilmiş 11290.09 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən hal-hazır da Cavabdeh məxsus olan 1,3678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı tərəfindən əkilmiş 60 top fındıq ağaclarının İddiaçı hesabına çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)446/2021 nömrəli qətnaməsinin nəticə hissəsində X kəndi yaxınlığında yerləşən Cavabdeh məxsus torpaq sahələrində İddiaçı tərəfindən əkilmiş fındıq ağaclarının iddiaçının hesabına çıxarılması göstərilmiş, lakin məhz hansı torpaq sahəsindən söhbət getdiyi, həmçinin hansı və nə qədər fındıq ağacının çıxarılması qət edildiyi aydın göstərilməmişdir.
13. Məhkəmə kollegiyası iddiaçının həmin ağacların dəyəri və torpaq sahəsinə çəkilmi ş xərclər olaraq tələb etdiyi 11040 manat pula (9000 manat 60 ağacın qiyməti+2040 çəkilmiş xərc) münbasibət bildirərək qeyd etmişdir ki, yaxşılaşdırmalar olaraq əkilmiş fındıq ağaclarının çıxarılaraq köçürülməsi mümkün olduğundan, həmin yaxşılaşdırmaların dəyərinin ödənilməsinin tələb edilməsi hüququ aradan qalxır.
14. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində torpağı üzərində fındıq ağacları ilə birgə alması və hazırki iddia üzrə cavabdeh olmamalı olması barədə göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, həmin torpaq sahəsini cavabdehə satmış olan torpaq sahəsinin keçmiş mülkiyyətçiləri X3 və onun ailə üzvləri üçüncü şəxs qismində cəlb edilmiş və X3 məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsini cavabdehə boş torpaq sahəsi halında satdığını, torpaq sahəsi sat ılan zaman üzərində heç bir ağac nəzərdə tutulmadığını qeyd etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədlər i
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
22. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
23. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
24. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)
25. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
26. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
27. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
28. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (maddə 218.3)
29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
30. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
32. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (25-26)
33. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsini cavabdehə satmış olan torpaq sahəsinin keçmiş mülkiyyətçiləri X3 və onun ailə üzvləri üçüncü şəxs qismində cəlb edilmiş və X3 məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsini cavabdehə boş torpaq sahəsi kimi satdığını, torpaq sahəsi satılan zaman üzərində heç bir ağac nəzərdə tutulmadığını qeyd etmişdir.
34. Bununla bağlı qeyd edilmə lidir ki, X2 apelyasiya instansiyası məhkəməsinin 13.10.2021-ci il tarixli iclasında verdiyi izahatında torpaq sahəsini cavabdehə boş torpaq sahəsi kimi satdığını, torpaq sahəsi satılan zaman üzərində heç bir ağac nəzərdə tutulmadığını bildirsə də, məhkəməyə həmin halı təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmiş, apelyasiya instansiyası məhkəməsi isə X1 izahatında qeyd etdiyi halı digər sübutlarla yanaşı yoxlamamış və qiymətləndirməmişdir.
35. Halbuki, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
36. Bundan başqa işin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh mülkiyyətinə Seriya RX ******* saylı daşı nmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında verilmiş 1,3678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəllər İddiaçı istifadəsində olmuş, sonuncu tərəfindən həmin torpaq sahəsinə fındıq kolları əkilərək halhazıradək xidmət göstərilmişdir. Sonradan islahat zamanı həmin ərazi içərisində iddiaçıya məxsus əmlakın (60 ədəd fındıq kollarının) olmasına baxmayaraq X1 ailə üzvlərinin mülkiyyətinə verilmiş, sonuncu isə həmin torpaq sahəsini hazırkı iş üzrə cavabdehə 05 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satmışdır.
37. Göründüyü kimi islahat zamanı mübahisəli torpaq sahəsi X1 mülkiyyətinə verilərkən tələb edilən fındıq ağacları ilə birlikdə verilmiş və sonuncu həmin torpaq sahəsini Cavabdeh fındıq ağacları ilə birlikdə satmışdır.
38. Belə olan halda qeyd edilən fındı q ağaclarına münasibətdə faydalanan şəxs kimi Cavabdeh deyil X2 çıxış etmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən sübutlar hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə həmin sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
40. Halbuki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
41. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə ol malarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
42. Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır.
43. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməl i, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).
44. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmiş, nəticədə apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
45. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
46. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1503/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.